TarġXĠ ən qədimdən bizim eranın III əsri yeddġ CĠlddə



Yüklə 3,9 Mb.
səhifə55/186
tarix25.06.2018
ölçüsü3,9 Mb.
#51691
1   ...   51   52   53   54   55   56   57   58   ...   186

120 

 

Qohum  tayfaların  ittifaqı  hər  yerdə  bir  zərurət  olur,  tezliklə  bunların  birləşməsi  və 



beləliklə, ayrı-ayrı tayfa ərazilərinin bütün xalqın ümumi bir ərazisi halında birləşməsi 

zəruri  olur.  Xalqın  hərbi  başçısı  zəruri,  daimi  bir  vəzifəli  şəxs  olur.  Xalq  yığıncağı 

meydana gəlir. 

Sərkərdə,  şura,  xalq  yığıncağı  inkişaf  edib  hərbi  demokratiyaya  keçən  qəbilə 

cəmiyyətinin  orqanlarını  təşkil  edir.  Bu,  ona  görə  hərbi  demokratiya  idi  ki,  indi 

müharibə və müharibədən ötrü təşkil olunmaq xalq həyatının müntəzəm funksiyaları 

olur...  müharibə  indi  yalnız  qarət  naminə  aparılır,  daimi  bir  peşə  olur...  irsi  kral 

hakimiyyəti  və  irsi  əyanlıq  üçün  təməl  qoyulur.  Beləliklə,  qəbilə  quruluşu  orqanları 

xalq,  qəbilə,  fratriya,  tayfa  içərisindəki  öz  köklərindən  tədriclə  ayrılır,  bütün  qəbilə 

quruluşu isə özünün əksinə çevrilir". 

Bu  proseslərin  son  mərhələsi  insan  tərəfindən  tarixdə  inqilabi  rol  oynamış 

bütün  xammalların  sonuncusu  və  ən  mühümü  olan  dəmirin  mənimsənilməsi  ilə 

bağlıdır. 

Tezliklə  cəmiyyətin  siyasi  cəhətdən  təşkilinin  yeni  forması  olan  dövlət  də 

meydana  gəldi.  Bu  təşkilat  yenidən  təşəkkül  tapmır,  əsasən  köhnə,  lakin  artıq 

dəyişdirilmiş, istismarçı azlığın mənafelərini qoruyan orqanların hesabına yaradılırdı. 

Bu, artıq Dəmir dövrü idi. 

E.ə.  II  minilliyin  son  rübünün  qəbir  abidələrindən  tapılmış,  dəmirdən 

hazırlanmış məmulat bu metalın sənətkarlıq cəhətdən mənimsənildiyini təsdiq etsə də, 

tuncun hələ uzun müddət ərzində sıxışdırılmaqda olduğunu qeyd etmək lazımdır. 

Azərbaycanın daha çox inkişaf etmiş vilayətlərində və onunla həmhüdud olan 

bölgələrdə  e.ə.  II  minilliyin  sonunda  ibtidai  icma  quruluşunun  tənəzzülünü  və 

dağılmasını,  erkən  sinifli  cəmiyyətlərə  keçidi  nəinki  kəskin  əmlak  bərabərsizliyi  və 

hərbçilərin icma üzvlərinə məxsus olan qəbirlər kütləsindən seçilən çoxsaylı qəbirləri, 

habelə  Zaqrosyanı  zolaqda  yaranmış,  yazılı  mənbələrdə  təsdiqlənən  xırda  siyasi 

vahidlərin  mövcudluğu  faktı  da  nümayiş  etdirir.  Bu  fakt  tamamilə  aydın  surətdə 

təsdiq edir ki, göstərilən zamandan etibarən keçmişlərdə qalmış nəsli-tayfa prinsipinin 

əvəzində  dövlət  hakimiyyətinin  ilk  fərqləndirici  cəhəti  olan  ərazi  bölgüsü  meydana 

gəlmişdi. 

Göstərilən  zamanda  Cənubi  Azərbaycan  bölgəsində  şərait  xarici  siyasi 

hadisələrlə bağlı olaraq əhəmiyyətli dərəcədə mürəkkəbləşdi. 

E.ə.  II  minilliyin  sonunda  və  I  minilliyin  başlanğıcında  bölgənin  və  onunla 

həmhüdud  olan  ərazilərin  daha  qabaqcıl  vilayətlərinin  inkişaf  səviyyəsini 

səciyyələndirən  parlaq  materiallar  Naxçıvan,  Dağlıq  Qarabağ,  Mingəçevir,  Talış, 

Xurvin,  Marlik,  Həsənli  zonasında  aşkar  olunmuşdur.  Bütün  bu  materiallar  nəinki 

yerli  cəmiyyət  daxilində  əlaqələrin  nəzərəçarpaçaq  dərəcədə  artmasını  təsdiq  edir, 

habelə  aydın  şəkildə  deməyə  imkan  verir  ki,  e.ə.  II  minilliyin  son  rübündə  Cənubi 

Qafqazın  ərazisində  və  İran  yaylasının  şimal-qərbində  Dəmir  dövrünün  ilk 




121 

 

mərhələsini  təşkil  edən,  bir-birinə  yaxın  olan  mədəniyyətlər  təşəkkül  tapmışdı. 



Güman  etmək  olar  ki,  həmin  mədəniyyətlər  dəmirin  emal  olunmasının  əsasları 

baxımından  eyniyyət  təşkil  edirdilər.  Deyilənlər  təsdiq  edir  ki,  həmin  ərazilərin 

tayfalarında yeni münasibətlər eyni zamanda və oxşar şəraitdə təşəkkül tapmaqda idi. 

Bəzi fərqlərə baxmayaraq, erkən dövrdə bölgənin hər iki hissəsinin inkişaf səviyyəsi 

təxminən eyni idi. 

Bizi  maraqlandıran  zamanın  etnodil  mənzərəsindən  danışarkən  göstərmək 

lazımdır ki, həmin mənzərə, əlbəttə, əvvəlki dövrün şəraitindən bir qədər fərqlənirdi. 

Lakin tayfaların taleyini dəfələrlə dəyişmiş gur hadisələrə, müxtəlif dəyişikliklərə və 

hətta  kəskin  çevrilişlərə  baxmayaraq,  bu  dövrdə  burada  etnik,  mədəni  və  dil 

baxımından  keçmiş  dövrlərin  nəsilləri  -  Kavkasion  və  Aralıq  dənizi  antropoloji 

tiplərinə aid olan, Şimal-Şərqi Qafqaz ailəsinin dialektlərində (şimalda), hurri, lullubi 

və  digər  dillərdə,  dialektlərdə  (cənubda)  danışanların  nümayəndələri  ilə  bağlı  olan 

avtoxton əhali yaşayırdı 

Bölgənin əsrlər ərzində bura gəlmiş etnik qruplarla qaynayıb qarışmış avtoxton 

əhalisi  Dəmir  dövrünün  başlanğıc  mərhələsində  mahiyyətcə  artıq  e.ə.  III  minillikdə 

(güman  etmək  olar  ki,  daha  erkən  zamanlarda)  burada  yaşamış  etnik  elementlərdən 

ibarət idi. İri tayfa birlikləri arasında yalnız kutiləri istisna etmək lazımdır. Artıq e.ə. 

II minilliyə doğru kutilər əski rollarını itirdilər. Güman etmək olar ki, e.ə. I minillikdə 

onlar  başqa  tayfalarla  qaynayıb-qarışaraq  tarix  səhnəsini  qəti  surətdə  tərk  etdilər. 

Mənbələrdə yeni tayfaların və tayfa birliklərinin adları hallanmağa başlandı. 

Cənubda  başlıca  etnik-dil  massivi  lullubi  və  hurri  elementlərindən  ibarət  idi. 

Hurrilər  Urmiya  gölü  sahillərində  yaşayırdılar.  Sulduz  vadisində  aşkar  olunmuş 

"xabur"  keramikası,  Həsənli  materialları,  habelə  təxminən  e.ə.  II  minilliyin  birinci 

yarısında  mövcud  olmuş  hurri-ari  kontaktı  faktı  bunu  təsdiq  edir.  Bölgənin  cənub 

hissəsində  lullubilər  də  yaşamaqda  idilər.  Maraqlıdır  ki,  hələ  e.e.  I  minilliyin  I 

otuzilliyində  Lullume,  Zamua,  Manna  anlayışları  arasındakı  varisliyi  izləmək 

mümkündür.  Aşşur  hökmdarı  II  Sarqonun  Aşşur  allahına  yazdığı  məlum 

"məktubu"nda  deyilir:  "Zamua  adlanan  lullume  ölkəsi".  Zamua  isə,  məlum  olduğu 

kimi, Manna çarlığının meydana gəldiyi vilayət idi. 

Güman  etmək  olar  ki,  lullubi  elementi  Urmiyaətrafı  vilayətlərdə  hələ  xeyli 

müddət  ərzində  qalsa  da,  Mannanın  etnik  tarixində  mühüm  rol  oynasa  da,  Manna 

çarlığı  dövründə  hurri  qruplarının  bu  zonada  üstün  etnik  element  olduğunu  təxmin 

etmək  mümkündür.  Məlumdur  ki,  hurrilər  burada  antik  zamanlarda  da  yaşamaqda 

davam etmişlər. 

Erkən dəmir dövründə Urmiya-Van-Şərqi Kiçik Asiya vilayətlərində mehri və 

yaxud mehranlar adlanan əhali qrupları meydana çıxdılar (onların əvvəllər də burada 

yaşadıqlarını  güman  etmək  mümkündür).  E.ə.  XIII  əsrə  aid  olan  Hett  sənədlərində 

Sala "ölkəsi" ilə yanaşı, Mehri "ölkəsi"ndən də danışılır (sala tayfası isə manda tayfası 




Yüklə 3,9 Mb.

Dostları ilə paylaş:
1   ...   51   52   53   54   55   56   57   58   ...   186




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə