TarġXĠ ən qədimdən bizim eranın III əsri yeddġ CĠlddə



Yüklə 3,9 Mb.
səhifə56/186
tarix25.06.2018
ölçüsü3,9 Mb.
#51691
1   ...   52   53   54   55   56   57   58   59   ...   186

122 

 

ilə  yanaşı  hələ  e.ə.  XIV  əsrdə  xatırlanır).  Aşşur  hökmdarı  Adadnerari  (e.ə.  X-IX 



əsrlər)  Mehri  "ölkəsini"  və  aşşurlular  tərəfindən  doğranan  "mehri  ağacları"nı 

xatırlamışdır.  E.ə.  VII  əsrə  aid  olan  bir  Aşşur  mətni  əsasında  güman  etmək  olar  ki, 

hələ bu zaman Qərbi Mada (Midiya) əhalisinin bir qismi bizə məlum olmayan mehran 

dilində danışırdı. 

Mixi yazılı mənbə məlumatları əsasında e.ə. II minilliyin sonu I minilliyin lap 

başlanğıcında Cənubi Azərbaycan ərazisində həm etnik, həm də siyasi cəhətdən xeyli 

dərəcədə rəngarəng  mənzərənin  yarandığını  iqrar etmək olar. Burada yuxarıda adları 

çəkilmiş  tayfalardan  və  tayfa  birliklərindən  başqa  artıq  nigimxilər,  turukkilər, 

uruatrilər  və  başqaları  yaşayırdılar.  Onların  etnik-dil  mənsubiyyəti  haqqında  biz  heç 

nə bilmirik. 

Şimali  Azərbaycan  vilayətlərində  əsas  əhalinin  Şimal-Şərqi  Qafqaz  ailəsi 

dillərində  danışan  tayfalardan  və  tayfa  birliklərindən  ibarət  olduğu  şübhəsizdir. 

Burada  nisbətən  iri  birliklərin  mövcudluğu  yaxşı  izlənməkdədir.  Güman  etmək  olar 

ki,  bu  birliklər  Xocalı-Gədəbəy,  Naxçıvan,  Talış-Muğan,  Qayakənd-Xoroçoy 

mədəniyyətlərinin  etnik  birləşmələrini  (güman  ki,  qohum  olan)  əks  etdirirdi.  Qeyd 

etmək  vacibdir  ki,  bu  dövrün  Mərkəzi  və  Cənub-Şərqi  Qafqaz  arxeoloji 

mədəniyyətləri  bir-birinə  yaxın  idilər  və  Cənubi  Qafqazın  qərb  hissəsinin  sinxron 

mədəniyyətindən  kəskin  surətdə  seçilirdi.  Deyilənlər,  şübhəsiz,  Şimal-Şərqi  Qafqaz 

dil  ailəsi  daşıyıcılarının  bir  qisminin  əsasında  tədricən  protoalban  tayfa  ittifaqının 

təşəkkül tapmasından xəbər verir. 

Bu dövrdə Urmiyaətrafı bölgədə şərait Aşşur hökmdarlarının, bir qədər sonra 

isə Urartu hökmdarlarının hərbi yürüşləri ilə əlaqədar olaraq xeyli mürəkkəbləşdi. 

E.ə.  II  minilliyin  II  yarısına  aid  olan  mənbələrdə  Aşşur  hökmdarının  Turukki 

və  Nikimxi  ölkələrini  tamamilə  fəth  etməsindən,  "kutilərın  geniş  torpaqlarındakı 

bütün dağların və təpələrin hakimlərinin ram olunması"ndan danışılır. Güman etmək 

olar  ki,  turukkilər  və  nikimxilər  hurri  tayfalarından  idilər.  Mənbədə  danışılan  dağ 

tayfalarından olan uruatrilərin də hurrilərə yaxın olması güman edilir. 

Güman  olunur  ki,  Uruatri  tayfa  ittifaqı  Böyük  Zab  çayının  yuxarı  axarı 

arasındakı  bölgədə,  Boxtansu  vadisindən  şərqdə  yaranmısdı.  Buna  görə  də  ehtimal 

etmək  olar  ki,  Uruatri  əsasən  Urartu  tayfalarının  deyil,  kutilərin  yaşadıqları  ərazidə 

meydana  gəlmişdi.  I  Salmanasarın  yazılarından  birinə  əsasən  "kutilər"  Uruatridən 

Kutmuxiyədək  uzanan  ərazilərdə  yaşayırdılar.  Həqiqətən  də  Uruatrinin  tərkibində 

olmuş "ölkələrin" adları Urartu səciyyəli deyildir və dağlıq Zaqros dillərinə yaxınlığı 

nəzərə çarpır. 

E.ə.  II  minilliyin  II  yarısına  aid  olan  Aşşur  mənbələrində  bir  çox  siyasi 

vahidlərin  adları  çəkilməyə  başlayır.  Biz  həmin  siyasi  vahidlərin  hüdudlarında 

yaşamış  sakinlərin  etnik-dil  mənsubiyyəti  haqqında  yalnız  fərziyyələr  irəli  sürə 

bilərik. 




123 

 

Abidələrin 



icmalı. 

Azərbaycan 

ərazisində 

ötən 


dövrə 

nisbətən 

Son tunc və İlk Dəmir dövrü abidələri daha çoxsaylıdır. Onlar yaşayış yerləri, qalaça 

və çoxlu miqdarda müxtəlif tipli qəbirlərdən ibarətdir. 

 

Bəzi  hallarda  dövrün  yaşayış  yerləri,  xüsusən  dağlıq  rayonlarda  və  dağla 



düzənin qovuşuğunda müdafiə hasarına alınmışdır. Müxtəlif miqyaslı təpələr şəklində 

qalmış yaşayış yerlərinə daha çox düzənlərdə rast gəlinir. Bir çox hallarda bu dövrün 

yaşayış yerləri ötən dövrlərə  aid abidə qalıqları və  yaxud təbii təpələr üzərində bina 

olunmuşdur. 

Bu  dövrün  yaşayış  yerləri  Gəncə-Qazax  düzənliyində  nisbətən  çoxdur. 

Onlardan  Qazax  rayonunda  Sarıtəpə,  Babadərviş,  Nadirbəytəpəsi,  Arançıtəpələri, 

Yastıtəpə, Yuxarı Göycəli kəndində təpələr, Şomutəpə və Töyrətəpənin üst təbəqələri, 

Şamxor rayonunda Seyfəli və Bitdili yaşayış yerləri, Xanlar rayonunda 1 və 2 nömrəli 

yaşayış yerlərini və bir çox başqalarını göstərmək olar. Son tunc və ilk dəmir dövrü 

yaşayış  yerləri  Mingəçevirdə,  Ağcabədi  rayonunda  Üçtəpədə,  Naxçıvan  ərazisində 

I—II  Kültəpələrdə,  Qızılvəngdə,  Daşkəsən  və  Gədəbəy  rayonlarında  isə  siklop 

yaşayış  yerləri  öyrənilmişdir.  Kiçik  Qafqaz  rayonlarının  siklop  tikintilərindən  fərqli 

olaraq,  Naxçıvan  ərazisindəki  bəzi  qalaçaların  müdafiə  divarları  yonulmuş  nəhəng 

daşlardan hörülmüşdür. Bunlardan ilk dəmir dövrünə aid Oğlanqala özünün miqyası 

və möhtəşəmliyi ilə seçilir. Dövrün abidələrindən biri də Ağdam rayonunun Şıxbabalı 

kəndi ərazisindəki Qaratəpədir. Onun çox geniş - təqribən 6 ha ərazisi və daş bünövrə 

üzərində iri kərpiclərdən hörülmüş qala divarı vardır. 

Dəfn abidələri daha yaxşı məlumdur. Kurqanlar, daş qutular və torpaq qəbirlər 

daha  xarakterikdir.  Kurqanlara  düzən  rayonlarda  çoxlu  miqdarda  rast  gəlinir.  Onlar 

alp çəmənləri olan yüksək dağ yaylalarında da az deyil. Belə ki, Daşkəsən rayonunun 

Xaçbulaq  yaylasında  böyük  kurqan  yığımı  vardır.  Düzən  və  dağətəyi  qurşaqda 

kurqanlar  geniş  ərazini  əhatə  edir.  Bir  çox  hallarda,  məsələn,  Şamxor  rayonunun 

Şiştəpə kəndi yaxınlığında və Xocalıda kurqanlar böyük qəbiristanlıq təşkil edir və s. 

Kurqan  torpağı  altında  üzərlərinə  ağac  və  daş  lövhələrlə  örtülmüş  bir  və  bir 

neçə  torpaq  qəbrinə  təsadüf  edilir.  Bir  çox  hallarda  dağlarda  yerləşən  kurqanlarda 

qəbirlər daş qutu formasında düzəldilirdi. Çox qəbirli kurqanlar ola bilsin ki, ayrı-ayrı 

ailələrə  mənsub  imiş.  Ölülər  bir-birinə  yaxın  qəbirlərdə  tək-tək  basdırılır:  əvvəl 

qəbirlər ayrı-ayrılıqda torpaqlanır, sonra kurqanın ümumi torpağı tökülürdü. 

Qarabağın dağlıq hissəsində kurqanların olmasına baxmayaraq, orada siklopik 

qalaçalara rast gəlinmir. Çoxlu daşqutu qəbiristanlıqlarına malik, bəzi hallarda kurqan 

tökməsi altında daşqutu qəbirləri olan Talış dağlarında da siklopik qalaçalar yoxdur. 

Talış dağları ilə eyni mədəniyyətə mənsub olan Lənkəran və Muğan düzənliklərində 

qəbirlər torpaqda qazılmışdır. 



Yüklə 3,9 Mb.

Dostları ilə paylaş:
1   ...   52   53   54   55   56   57   58   59   ...   186




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə