TarġXĠ ən qədimdən bizim eranın III əsri yeddġ CĠlddə


YaĢayıĢ  yerləri  və  qalaçalar



Yüklə 3,9 Mb.
səhifə57/186
tarix25.06.2018
ölçüsü3,9 Mb.
#51691
1   ...   53   54   55   56   57   58   59   60   ...   186

124 

 

YaĢayıĢ  yerləri  və  qalaçalar. Adətən Son Tunc  və  İlk Dəmir dövrü  yaşayış 

yerləri  1-1,5  ha  sahəni  tutur.  Bəzi  rayonlarda,  o  cümlədən  Qazax  rayonunda  onlar 

qrup şəklində bir-birinə yaxın yerləşirlər. 

Son  Tunc  və  Dəmir  dövrü  yaşayış  yerlərində  həyat  hərbi  toqquşmalar 

nəticəsində  tez-tez  kəsilirdi,  sakinlər  onları  tərk  etməyə  məcbur  olurdu.  Bir  çox 

yaşayış  yerlərində  -  Qazax  rayonunda  -  Sarıtəpə,  Töyrətəpə,  IV  Babadərviş,  Xanlar 

rayonunda  1  nömrəli  yaşayış  yeri  və  s.  yanğın  və  köklü  dağıntıların  qalıqları 

qalmışdır. 

Bu dövrün memarlığında əsas yeri palçıqdan istifadə etməklə daşdan hörülmüş 

düzbucaqlı evlər tutur. Bağdatı və yarımqazma tipli evlər də vardır, ancaq onlara hər 

yerdə rast gəlinmir. 

Cənubi  Azərbaycanda  inşaatda  çiy  kərpicdən  geniş  istifadə  olunurdu.  Urmiya 

gölünün cənub-qərbində qədim Həsənli qalasında bütün tikintilər kərpicdən hörülmüş 

və yaxşı suvanmışdır. Möhtəşəm qala divarlarının bünövrəsi iri sal daşlardan, üstü çiy 

kərpiclərdən hörülmüşdür. 

Son  Tunc  və  İlk  Dəmir  dövrü  mədəniyyət  abidələrindən  Xanlar  yaxınlığında 

Gəncəçay  sahilində  1  nömrəli  yaşayış  yeri  3  ha  sahə  tutur  və  üç  tərəfdən  daşdan 

hörülmüş  müdafiə  hasarı  ilə  əhatə  edilmişdir.  Şərq  tərəfdən  qumsal  torpaqdan  6  m 

enində sədd vurulmuşdur. 

Yaşayış yerində evlər daşdan, düzplanlı tikilirdi, bəzisinin uzunluğu 17 m-dən 

artıq, eni isə  7  m idi.  Mərkəzində  bütün ev boyu,  böyük divarın dibi boyu isə  kiçik 

dirəklər  yerləşirdi.  Evin  otaqlarından  birində  sadə  tağlı  və  bacası  olan  ocaq  qurğusu 

vardı. Buradakı çardağı qoşaçatlı iri evlər dövrün mürəkkəb, əsil memarlıq tikintisidir. 

Yaşayış  yerində  həyat  uzun  müddət  davam  etmişdir.  Əvvəl  o,  çay  sahilini  tutmuş, 

sonra yamaca doğru genişlənmişdir. Burada sonrakı evlər çox kiçikdir. Hər belə evin 

qarşısında daş çəpərlənmiş həyətyanı sahə var. 

Qazax şəhəri kənarında Sarıtəpə yaşayış yeri Ağstafaçayın sağ sahilində təbii 

təpələrdən  birində  yerləşir.  Bir  hektarlıq  sahəsi  olan  bu  təpə  Tunc  dövrünün 

sonlarında  məskunlaşır.  Evlər  burada  düzbucaqlıdır,  palçıqdan  istifadə  etməklə 

daşdan  hörülmüşdür.  Yaşayış  yerinin  mərkəzində  məbəd  xidməti  görmüş  tikinti 

qalıqları  qalmışdır.  Məbədin  divarları  dirəklərlə  bərkidilən  ağac  çubuqlardan 

hörülmüş və samanlı palçıqla suvanmışdır. Məbədi başqa tikililər əhatə edir. Yaşayış 

evləri nisbətən iridir. Uzunluğu 7,5 m, eni 5 m olan bir ev 2 metrlik möhrə divarla iki 

qeyri-bərabər hissəyə bölünmüşdür. Möhrə divarın ön tərəfində ortasında dairəvi ocaq 

olan  səki  düzəldilmişdir.  Möhrə  divarın  bir  ucu  ilə  evin  divarı  arasında  iri  təsərrüfat 

küpü  yerləşirdi.  O,  buradan  otağın  arxa  hissəsinə  keçidi  bağlamışdır.  Arxa  hissə 

mətbəx  xidmətini  görürdü,  orada  döşəmədə  gildən  dairəvi  ocaq  və  çoxlu  qab-qacaq 

var idi. 



125 

 

Qonşuluqda yerləşən Babadərvişdə yaşayış binaları forma və materialına görə 



Sarıtəpə  evlərindən  fərqlənmir.  Ocaqlar  da  eynidir.  Evlərdən  birində,  ocağın 

arxasında  gildən  adam  büstü  düzəldilmişdir.  Bu,  yəqin  ki,  sakinlərdə  oda  sitayişin 

mövcud olduğunu göstərir. 

Ağstafa  rayonu Töyrətəpə  yaşayış  yerində  evlərin divarları çubuqdan  hörülür 

və palçıqla suvanırdı. Eyni üsulla inşa olunmuş evlər Mingəçevir  yaşayış  yerində də 

vardır. Mingəçevir yaşayış yeri Son Tunc və İlk Dəmir dövründə mövcud olan böyük 

yaşayış məntəqəsi olmuşdur. 

Naxçıvan  ərazisində  bu  dövrün  yaşayış  məskənlərində  düzbucaqlı  evlər 

palçıqla bərkidilmiş daşdan hörülürdü. Buradakı qalalar öz miqyası və möhtəşəmliyi 

ilə yaxşı məlumdur.  

Ədəbiyyatda  siklop  tikintiləri  adlanan  qala  tipli  abidələrə  azərbaycanlılar 

"qalaça", "qala" deyirlər. Qalalar bərkidici material işlətmədən, xüsusən alt cərgələrdə 

iri  nəhəng  daşlardan  qurulurdu.  Daşkəsən    rayonu  Xaçbulaq  yaylağında  Nağaradağ,  

Çobandaşı  siklop  tikintiləri,  Gədəbəy  rayonunda  Pirqalaqapısı  belə  abidələrdəndir. 

Bəzən qalaçalar bir-birindən 5 m aralı duran paralel qoşa divarlarla əhatə olunmuşdur. 

Məsələn,  Gədəbəy  rayonunda  Başqalaçanı  göstərmək  olar.  Yerləşdiyi  ərazinin 

xarakterindən  asılı  olaraq  siklop  qalalarının  planları  müxtəlifdir.  Nağaradağda 

Pirqalaçası iki cərgə daşdan hörülmüş, düzgün olmayan dördbucaq formalı 4000 kv.m 

sahəni əhatə edir. Gədəbəy rayonunda Söyüdlü  yaxınlığında ovalşəkilli  Azərqalaçası 

da  təxminən  eyni  sahəyə  malikdir.  O,  üç  tərəfdən  dik  yoxuşlu  dağın  zirvəsində 

yerləşir, 2 m enində divarları üç cərgə daşdan düzülmüşdür. Qalaya yalnız cənub-şərq 

tərəfdən    qalxmaq  mümkündür.  Xaçbulaq  yaylağında  uzunsov  dördbucaqlı 

Mollabulağı qalaçasının ölçüsü 55x20 m-dir. 

Siklop  tikintiləri  yaxınlığında  onlarla  həmdövr  materiala  malik  kurqan  və 

yaxud daşqutu tipli qəbirlər yerləşir. 

Gədəbəy  rayonunun  Böyük  Qaramurad  kəndində  Böyükqalaçada,  Daşkəsən 

rayonunda  Xaçbulaq  yaylağında  Daşlıtəpədə  və  başqalarında  mədəni  təbəqə,  daş 

divarlar, ev qalıqları və məişət avadanlığı aşkar olunmuşdur. 

Öyrənilən  dövrdə  siklop  qalaçaları  həm  müdafiə  məqsədi  güdmüş,  həm  də 

əhalinin  yaşayış  yeri  olmuşdur.  Ancaq  dağlarda  bir  çox  qalaçalar  yayda,  düzən 

rayonlarda isə bəzi yaşayış yerləri mövsüm vaxtı istifadə olunurdu. Dağlardan düzənə 

enən maldar əhalinin qışlaqlarından biri Mil düzündəki qazma tipli evləri olan Üçtəpə 

yaşayış məskənidir. 

Təsərrüfat.  Son  tunc  və  İlk  Dəmir  dövründə  Azərbaycan  vadilərində  və 

düzənlərində təsərrüfatda əkinçilik üstün yer tuturdu. 

Qazax  rayonunun  Sarıtəpə  yaşayış  yerində  aparılan  qazıntılar  Azərbaycan 

əhalisinin  əkinçilik  təsərrüfatına  və  məişətinə  aid  müxtəlif  materiallar  verdi.  Burada 




Yüklə 3,9 Mb.

Dostları ilə paylaş:
1   ...   53   54   55   56   57   58   59   60   ...   186




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə