TarġXĠ ən qədimdən bizim eranın III əsri yeddġ CĠlddə



Yüklə 3,9 Mb.
səhifə58/186
tarix25.06.2018
ölçüsü3,9 Mb.
#51691
1   ...   54   55   56   57   58   59   60   61   ...   186

126 

 

əldə edilən taxıl qalıqları içərisində çoxcərgəli yabanı və mədəni arpa, həm də yumşaq 



və bərk buğda var. 

Sarıtəpənin  bəzi  tikintilərində  yalnız  təsərrüfat  küpləri  yerləşirdi.  Onlardan 

birində 15 belə küp var idi. Yəqin ki, bu tikintilər taxıl anbarı olmuşdur.  Abidələrdə 

təsadüf  edilən  vəllər  əkinçilik  mədəniyyətinin  yüksək  inkişafını  əks  etdirir.  Xanlar 

yaxınlığında  2  nömrəli  kurqandan  tapılan  vəl  Azərbaycan  kəndlərində  yaxın  illərə 

qədər işlənən vəllərdən heç bir cəhətdən fərqlənmir. 

Sarıtəpədə  küplər  həm  də  çaxır  saxlamaq  üçün  istifadə  olunurdu.  Bir  neçə 

küpdə,  bəzən  çəkisi  5  kq-a  qədər  daşlaşmış  çaxır  qalıqları  tapılmışdır.  Küplərin 

birinin  hündürlüyü  2,05  m  idi.  Çaxır  küplərinin  boğazları  dar  olduğu  halda,  taxıl 

küpləri geniş ağızlı hazırlanırdı. Burada gildən küp qapaqları da tapılmışdır.         

Sarıtəpə  yaşayış  yeri  məbədində  bir  çölməkdə  yanğından  kömürləşmiş 

salxımın  tapılması  üzümçülüyün  inkişafını  sübuta  yetirir.  Sarıtəpə  üzümü  mədəni 

cinsə  aid  olub,  iri  gilələri  vardır.  Belə  üzümün  çəyirdəyi  və  şaftalı  çəyirdəyi  Xanlar 

yaşayış  yerindən  məlumdur.  Əkin  sahəsi  kiçik  su  arxları  vasitəsi  ilə  suvarılırdı. 

Torpağın şumlanması heyvan qoşulmuş xışla aparılırdı. 

İri və xırdabuynuzlu heyvanların, donuz və at sümüklərinin tapılması müxtəlif 

ev  heyvanlarının  saxlanmasını  göstərir.  Bəzi  qab-qacaq  süd  məhsullarının 

hazırlanmasında  istifadə  olunurdu.  Nehrə,  aşsüzən  və  s.  belə  qablardandır. 

Yarımoturaq  həyat  tərzi  keçirən  əhalidə  maldarlıq  həlledici  rol  oynamışdır.  Yüksək 

alp  çəmənlərindəki  siklopik  qalaçalar  əhalinin  bu  qisminə  mənsub  idi.  Onlar  yay 

yaxınlaşanda qış düşərgələrindən oraya qalxırdılar. 

Atın minikdə istifadə olunması yaylağa və qışlağa köçməni xeyli asanlaşdırır. 

At  skeletinə  əsləhəsi  ilə  birlikdə  dəfn  abidələrində  dəfələrlə  rast  gəlinmişdir.  1 

nömrəli Xanlar kurqanının zəngin qəbrində üç at skeleti, Tərtər rayonunda Borsunlu 

kəndində  qəbilə  başçısına  mənsub  kurqan  qəbrində  səkkiz,  Ağdam  rayonunda 

Sarıçoban kurqanında 16 at skeleti var idi. 

Son  tunc  dövründə  sal  təkərli  arabalardan  geniş  istifadə  olunurdu.  Belə 

təkərlərin  gildən  hazırlanmış  modellərinə  arxeoloji  abidələrdə  tez-tez  rast  gəlinir. 

Mingəçevirdə  diskşəkilli  təkərlərin  gildən  hazırlanmış  modellərinə  də  arxeoloji 

abidələrdə rast gəlmək mümkündür. Mingəçevirdə diskşəkilli təkərləri olan konusvari 

və  yaxud  pətəkvari  arabaların  gildən  hazırlanmış  modelləri  tapılmışdır.  Bu  modellər 

maldarların dağlara köçmə dövründə arabalarda düzəltdikləri evləri təqlid edir. 

Arxeoloji  materiallar  sübut  edir  ki,  e.ə.  II  minilliyin  ikinci  yarısında  dəndəli 

təkəri  olan  arabalardan  istifadə  olunurdu.  Sarıtəpə  yaşayış  yerindən  əldə  edilmiş  gil 

qablar  üzərində  altı  və  ya  səkkiz  dəndəli  təkərlərin  təsviri  vardır.  Yəqin  ki,  son  tunc 

dövründə Simali Azərbaycanda hərbi məqsədlə işlədilən arabalar da olmuşdur. Bunu 

Xaçbulaqda  e.ə.  I  minilliyin  başlanğıcına  aid  qəbirdən  əldə  edilmiş  tunc  kəmər 



127 

 

üzərində  içərisində  döyüşçü  oturmuş  dəndəli  təkərli  ikiatlı  araba  təsviri  aydın  sübut 



edir. 

Son tunc və ilk dəmir dövründə yerli əhalinin naxırında yeni heyvana - dəvəyə 

təsadüf  olunur.  Füzuli  şəhəri  yaxınlığında  zəngin  Qarabulaq  kurqanında  iki  dəvə 

skeleti var idi. Qəbirdəki bəzək əşyalarının bir hissəsinin dəvəyə aid olması dəvədən 

nəqliyyatda və  minik heyvanı kimi də istifadə edildiyini göstərir. Yay  vaxtları bütün 

sürü  ilə  birlikdə  dəvə  də  dağ  otlaqlarına  aparılırdı.  Xaçbulaq  yaylağında  Daşlıtəpə 

siklop qalasının mədəni təbəqəsindən tapılmış dəvə sümükləri bunu sübut edir. 

Beləliklə,  qədim  Azərbaycan  əhalisinə  məxsus  sürüdə  bütün  ev  heyvanları 

növlərinin  olduğu  müəyyən  edilmişdir.  Bu  dövrdə  də  hələ  tunc  dövrünün  ilkin 

mərhələlərində meydana gələn yarımköçəri maldarlıq qəti şəkildə formalaşır. 



Sənətkarlıq. E.ə. II minilliyin ikinci yarısında ayrı-ayrı sənətkarlıq növlərinin 

xüsusi  inkişafı  müşahidə  olunur.  Bu  dövrdə  Azərbaycan  əhalisi  metallurgiya  və 

metalişləmənin  inkişafında  yüksək  səviyyəyə  qalxmışdı.  Məhz  bu  dövrdə 

Azərbaycanın zəngin mis mədənlərinin geniş istismarı başlanır. 

Metalın  əridilməsi  xüsusi  kürələrdə  aparılırdı.  Belə  kürələrin  qalıqları 

Mingəçevirdə aşkar olunmuşdur. Kiçik sahədə bir-birinə yaxın beş kürə vardır. Onlar 

planda  dairəvi  və  ellipsvari  olmuşdur.  Kürələrin  ətrafında  metal  çıxarına,  yanmış 

suvaq parçalarına,  kül  yığıntılarına, həm də  üzərində  metal qalığı olan puta qırığına 

rast gəlinmişdir. Mingəçevirdə misgər dəfinələri tapılmışdır. Onlardan biri 5 kiloqram 

çəkidə,  kürələrdən  biri  ilə  yanaşı  idi.  Dəfinədə  istifadədən  düşmüş  müxtəlif  əşya 

hissələri var idi (qolbaq, bıçaq, barmaqcıq, metal lövhələr, qıvrım asmalar və s.). Bu 

əşyalar  qəsdən  toplanır  və  onlardan  yeni  tunc  məmulat  hazırlanırdı.  Yastı  balta 

tökmək  üçün  istifadə  edilən  daş  qəlibin  tapılması  Mingəçevirdə  metalişləmə 

emalatxanasının  varlığı  barədə  dəlilləri  tamamlayır.  Metalişləmə  emalatxanaları 

Azərbaycanın başqa yaşayış yerlərində də olmuşdur. Şamxor rayonunda təbərzin balta 

tökmək  üçün  qırmızı  qumsal  daşdan  düzəldilmiş  ikiüzlü  qəlibin  bir  üzü  tapılmışdır. 

Təbərzin  balta  üçün  eyni  formalı  daş  qəlibin  bir  parçası  Gədəbəy  rayonunun  Böyük 

Qaramurad  siklop  qalaçasından  əldə  edilmişdir.  Misgər  emalatxanalarda  yalnız 

sakinlərin özlərinin ehtiyacı üçün deyil, həm də mübadilə üçün məmulat hazırlanırdı. 

Bunu  A


ZƏR

baycanın  müxtəlif  rayonlarından  tapılmış  təbərzin  balta  dəfinələri  təsdiq 

edir. Belə ki, Dəvəçi rayonunda Meşrif dəfinəsində mis qazanda yeddi təbərzin balta, 

Xankəndi yaxınlığında Kərkicahan dəfinəsində altı təbərzin balta olmuşdur. 

Qədim  ustalar  misə  qatqı  kimi  mərgmüş,  sürmə,  əsasən,  qalay,  az  hallarda 

qurğuşun əlavə edirdilər. 

Ustalar  tunc  əşyaların  texniki  və  texnoloji  cəhətdən  istehsalına  yaxşı  bələd 

idilər.  Tunc  əşyaların  istehsalında  müxtəlif  üsul  və  qaydalar  tətbiq  edirdilər.  Buraya 

daş qəliblərdə və mumdan düzəldilmiş modellərdə metaltökmə,  metalı  isti və  soyuq 

döymə, bəndvurma, qaynaqlama, kəsmə, cızma və s. daxildir. 




Yüklə 3,9 Mb.

Dostları ilə paylaş:
1   ...   54   55   56   57   58   59   60   61   ...   186




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə