TarġXĠ ən qədimdən bizim eranın III əsri yeddġ CĠlddə


Ġctimai  və  mülki  bərabərsizliyin  güclənməsi



Yüklə 3,9 Mb.
səhifə60/186
tarix25.06.2018
ölçüsü3,9 Mb.
#51691
1   ...   56   57   58   59   60   61   62   63   ...   186

130 

 

Ġctimai  və  mülki  bərabərsizliyin  güclənməsi.  Ġbtidai  icma  quruluĢunun 



dağılması.  Arxeoloji  mənbələrə  görə,  ölkənin  bütün  vilayətlərində  ictimai-iqtisadi 

inkişaf prosesi eyni səviyyədə olmamışdır. Şimala nisbətən cənub bölgələrdə ictimai 

inkişafın  bir  qədər  yüksək  səviyyədə  olması  nəzərə  çarpır.  Burada  əkinçilik  və 

maldarlıq,  tunc  metallurgiyası  yaxşı  inkişaf  etmiş,  üzümçülük  təsərrüfatın  xüsusi 

sahəsinə  çevrilmişdi.  Saxsı  məmulatı  istehsalında  dulus  çarxı  geniş  tətbiq  olunur, 

mübadilə  və  ticarət  genişlənir.  Bütün  bunlar  yerli  əhalinin  ictimai  həyatında 

dəyişikliklərə gətirib çıxarır. 

Cənub  rayonlarının  dəfn  abidələri  nisbətən  zənginliyi  ilə  fərqlənir.  Qarabağın 

kurqan  qəbirlərində  Zaqafqaziyada  nadir  hallarda  rast  gəlinən  qızıl  əşyalar,  sədəf  və 

sümükdən  bəzəklər,  çoxlu  tunc  və  başqa  məmulat  tapılmışdır.  Bir  nekropolda  rast 

gəlinən qəbirlər öz avadanlıqlarının zənginliyinə və kasıblığına görə fərqlənir. 

O dövrdə Azərbaycanda qulların olmasını Dovşanlıda, Axmaxıda, Borsunlu və 

Xanlarda  aparılan  tədqiqatların  nəticələri  təsdiq  edir.  Belə  ki,  Axmaxı  kurqanındakı 

əsas ölü həmdövr qəbirlərində rastlanan və yerli əhali üçün səciyyəvi olan dolixosefal 

tipinə mənsub idi. Əsas ölünü müşayiət edənlərə gəldikdə isə, onların kəlləsi başqa - 

braxisefal tipində idi. 

Qəbilə  başçılarına  və  şöhrətli  şəxslərə  mənsub  bir  sıra  kurqan  qəbirləri 

mürəkkəb quruluşlarına, zəngin avadanlığa və təmtəraqlı dəfn mərasiminə görə nəzər-

diqqəti cəlb edir. Qullardan əlavə, ölmüş başçını axirət dünyasına arvadları, kənizləri, 

atları müşayiət edir, qəbirə çoxlu silah və ona mənsub olan əmlakı qoyulurdu. Dövrün 

abidələrində birinci dəfə olaraq üzərinə tunc lövhə çəkilmiş taxta qalxanlara və zirehli 

geyimə rast gəlinmişdir. 

Azərbaycanda  ibtidai  icma  quruluşunun  dağılma  və  sinifli  cəmiyyətin 

yaranması  dövrünün  ən  təmtəraqlı  abidələrindən  biri  Tərtər  rayonunun  Borsunlu 

kəndindəki  böyük  kurqandır.  Kurqanın  256  kv.m

2

  sahəyə  (uzunluğu  32,  eni  8  və 



dərinliyi  4  m)  malik  qəbiri  təxminən  iki  yüz  tirlə  iki  qatda  örtülmüşdür.  Qəbirdə 

qəbilə başçısı dəfn olunmuşdu. O, tunc mıxlarla bərkidilmiş, qızıl təbəqə çəkilmiş və 

tunc lövhələrlə bəzədilmiş taxt-kəcavə üzərinə qoyulmuşdur. Başçıdan əlavə, qəbirdə 

doqquz  şəxsin  qalıqları,  səkkiz  at  skeleti,  çoxlu  iri  və  xırdabuynuzlu  heyvan 

sümükləri, saxsı qablar, metal əşyalar - təbərzin balta, yastı balta, iskənə, nizə və ox 

ucları,  kəmər  və  qazan  qırıqları,  qızıl  düymələr,  əqiqdən,  pastadan  və  şüşədən 

muncuqlar, mərmər toppuz və şirli qab var idi. At əsləhəsi də qəbirdə böyük yığımda 

və  müxtəliflikdə  təqdim  olunmuşdu  (müxtəlif  gəm,  sümükdən  qaytarğanlar,  onların 

bəzilərində  cızma  üsulla  insan  başının  təsviri  verilmişdir).  Orada  həm  də  tuncdan 

bəzəklər  və  dəniz  xərçənglərinin  çanağından  düzəldilmiş  şəbəkə  düymələr  var  idi. 

Şübhə  yoxdur  ki,  Borsunludakı  bu  kurqan  qəbilə  başçısına  mənsub  imiş,  dəfn 

ərəfəsində kənizləri, qulları və arvadları öldürülmüş və onunla birlikdə basdırılmışdır. 




131 

 

Son  Tunc  dövrü  qəbirlərində  göstərilən  əlamətlər  və  silahların  çoxluğu,  çox 



ehtimal ki, hərbi demokratiyanın inkişafı ilə əlaqədardır. İbtidai cəmiyyətin dağılması 

ərəfəsində zorakılıqla zəbtetmə və talançılıq bəzi qəbilələrdə varlanma mənbəyi kimi 

tez-tez  baş  verən  hadisələrə  çevrilir.  Ancaq  Azərbaycan  əhalisinin  və  onun 

qonşularının bu dövrdə  daima  müharibələr şəraitində  yaşamasını  güman etmək səhv 

olardı. Doğrudur, ayrı-ayrı qəbilələr arasında varidat, ilk növbədə, mal-qara otlaqları 

üstündə vaxtaşırı toqquşmalar olurdu. Belə şəraitdə bəzi qəbilələrin əlçatmaz yerlərdə 

məskunlaşması  və  nəhəng  qalaçalar  hörülməsi  səbəbləri  aydın  olur.  Kiçik  Qafqaz 

ərazisində  təhlükə  vaxtı  özlərini  və  mal-qaranı  qorumaq  üçün  siklop  tikintiləri  belə 

yaranmışdır.  Müdafiə  qalaları  nəinki  dağlarda  maldar  qəbilələrin,  həm  də  dağətəyi 

qurşaqda əkinçilərin yaşadığı yerlərdə tikilirdi. 

Bəzi  varlı  qəbirlərdə  silahların  həm  əsas  ölünün,  həm  də  onu  müşayiət 

edənlərin  yanına  qoyulması  müşahidə  edilmişdir.  Dovşanlı  kurqanında  qəbirdə  düz 

uzadılmış  əsas  ölü  və  ona  məxsus  çoxlu  miqdarda  avadanlıqdan  əlavə  bükülü 

vəziyyətdə  üç  skelet  də  var  idi.  Onlarla  birlikdə  tunc  dəbilqə,  silah,  yaba  və  at 

yüyəninin  tapılması  onları  ölən  başçının  hərbi  dəstəsinin  üzvləri  hesab  etməyə  əsas 

verir. 


Müvafiq dövr cəmiyyətində qəbilə başçıları, mötəbər şəxslər, hərbçilər, qullar 

və  s.  aydın  seçilir.  Bu,  hər  şeydən  əvvəl,  yeni  ictimai-iqtisadi  münasibətlərin 

yaranması  ilə  əlaqədar  olub,  təzəcə  təşəkkül  tapmaqda  olan  ictimai  quruluşun 

"carçıları" idi. 

Beləliklə, bu dövr ibtidai-icma quruluşunun dağılması prosesində son mərhələ 

- siniflərin və dövlətin yaranma ərəfəsi idi. 



Qəbilələrarası  mübadilə.  Xarici  əlaqələr.  Son  Tunc  və  İlk  Dəmir  dövrü 

təsərrüfatının  qızğın  inkişafı  ərzaq  məhsulu  artımı  yaradır  ki,  bu  da  qəbilələrarası 

geniş, müxtəlif cəhətli mübadiləyə təkan verir. Bu işdə düzəndən dağa, oradan yenə 

arana  köçən  qəbilələrin  böyük  rolu  olmuşdur.  Böyük  əraziləri  keçən  bu  qəbilələr 

oturaq əhali ilə daimi təmasda olur, mübadilə edir, bu və digər əşyaların yayılmasında 

vasitəçi  xidmətini  görürdülər.  Mübadilə  mal-qara,  yun,  əkinçilik  və  maldarlıq 

məhsulları,  həm  də  sənətkarlıq  məmulatı  ilə  aparılırdı.  Dövrün  abidələrində  bir 

bölgənin  məhsullarının  başqasına  keçməsini  aydın  müşahidə  etmək  olur.  Bu,  hər 

şeydən əvvəl, Azərbaycanın və bütün Qafqazın metallurgiya mərkəzlərinin istehsalına 

aiddir. Abşeronda zərif cızma xətlə naxışlanmış tunc kəmər tapılmışdır. Belə kəmərlər 

Qərbi  Azərbaycan  abidələrindən  yaxşı  məlumdur  və  orada  onların  istehsalı  qaydaya 

salınmışdı. Dəvəçi rayonundan tapılan tunc təbərzin baltalar da orada mübadilə üçün 

hazırlanmışdır. 

Dağıstan  və  Şimal-Şərqi  Azərbaycan  üçün  səciyyəvi  olan  saxsı  məmulatı 

nümunəsinin  Gədəbəy  rayonundan  tapılması  Xəzərsahili  qəbilələrinin  Mərkəzi 

Zaqafqaziya ilə əlaqələrini əks etdirən dəlillərdən biridir. 




Yüklə 3,9 Mb.

Dostları ilə paylaş:
1   ...   56   57   58   59   60   61   62   63   ...   186




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə