TarġXĠ ən qədimdən bizim eranın III əsri yeddġ CĠlddə



Yüklə 3,9 Mb.
səhifə65/186
tarix25.06.2018
ölçüsü3,9 Mb.
#51691
1   ...   61   62   63   64   65   66   67   68   ...   186

141 

 

tayfalar  tərəfindən  yaradılmışdır.  E.ə.  I  minilliyin  başlanğıcında  Azərbaycanın 



aborigenləri ilk sinfi cəmiyyətlərin və dövlətlərin yaradıcıları oldular. Lakin artıq e.ə. 

I minilliyin ilk yüzilliklərində təxminən e.ə. II və I minilliklərin qovuşuğunda nəhəng 

kütlə  halında  bizi  maraqlandıran  bölgənin  torpaqlarına  axışıb  gəlmiş  yeni  tayfa 

qrupları  ölkənin  həyatında  mühüm  rol  oynamağa  başladılar.  Cənubi  Azərbaycanın 

etnik-dil mənzərəsi, məhz, bu zamandan etibarən tədricən dəyişməyə başladı. 

E.ə.  II  minilliyin  lap  sonunda,  xüsusilə  I  minilliyin  başlanğıcında  Araz 

çayından  cənubda  olan  vilayətlərdə  mədəniyyətin  yeni  elementlərinin  meydana 

gəldiyini arxeoloji dəlillər tamamilə təsdiqləyir.  

"II dəmir əsri" dövründə (e.ə. 1000-800-cü illər) özləri ilə at dəfni təcrübəsini, 

ata  sitayişi  və  bir  çox  başqa  cəhətləri  gətirmiş,  atçılıqla  məşğul  olmuş  süvari  gəlmə 

qrupların  bu  ərazilərdə  mövcudluğunu  Xürvin,  Əmlaş,  Marlik,  Kəluraz,  Dingətəpə, 

Həsənli, Luristan, Sialk və başqa yerlərin kompleksləri təsdiq edir. 

Süvariliyin,  yeni  ideoloji  təsəvvürlərin,  dəfn  adətləri  və  abidələrinin, 

heyvanlara sitayişin, incəsənətdə heyvan obrazlarının təsvirlənməsinin və diyarın yerli 

mədəniyyətlərində  kökləri  olmayan  başqa  cəhətlərin  yayılması  şübhəsiz  olaraq  yeni 

məskənə öz məişətini və mədəniyyətini gətirmiş gəlmələrin qarşımızda olduqlarından 

xəbər verir. 

Aşşur  mənbələrindən  və  bəzi  başqa  materiallardan  məlum  olan  onomastik 

dəlillər  bölgə  üçün  yeni  olan  bütün  bu  elementlərin  İrandilli  tayfaların  buraya  gəlişi 

ilə bağlı olduğunu təsdiq edir. Artıq e.ə. I minilliyin başlanğıc əsrlərində İranın şimal-

qərb  vilayətlərində  xeyli  İrandilli  əhali  qruplarının  məskunlaşdığını  onomastik 

materiallar tam aşkarlıqla təsdiqləyir. Mixi yazılarda aydın İran etimologiyasına malik 

olan onlarla antroponimə və toponimə təsadüf edilir. Bizi maraqlandıran ərazidə açıq 

şəkildə  ifadə  olunmuş  bir  çox  İrandilli  ictimai,  dini,  mədəni-tarixi  anlayışlar  və  s. 

məlumdur. 

Bu  tayfaların  bir  qismi  artıq  e.ə.  II  minilliyin  lap  sonunda  -  I  minilliyin 

başlanğıcında İran yaylasını və onunla həmhüdud olan bölgələri məskunlaşdırmağa və 

orada öz tarixi mədəniyyətlərini yaratmağa başladı. 

Cənubi  Azərbaycan  vilayətlərində  və  onunla  həmhüdud  olan  ərazilərdə  bu 

dövrdə  həmin  tayfaların  xüsusi  çəkisi  kifayət  qədər  idi.  İrandilli  tayfalar  artıq 

özlərinin burada mövcudluğunun ilk onilliklərindən etibarən həyat və fəaliyyətlərinin 

cərəyan  etdiyi  bölgələrin  siyasi,  ictimai-iqtisadi  və  mədəni  həyatında  xeyli  rol 

oynamağa  başladılar.  Bir  qədər  sonra  onların  təsir  gücü  qədim  Azərbaycan  (Mada-

Atropatena) xalqının etnogenezində də öz əksini tapdı. 

İran yaylasının ərazisinə daxil olmuş bu tayfalar Cənubi Rusiya vilayətlərindən 

çıxmışdılar. İrandilli etnik ümumilik məhz orada təşəkkül tapmış və bu birliyin erkən 

tarixi  həmin  ərazilərdə  baş  vermişdir.  Bu  tayfaların  xeyli  qismi  özünün  ilkin 



142 

 

vətənində  qalmaqda  idi  və  yalnız  sonralar  qohumlarının  ardınca  hərəkət  etdi.  Bunlar 



kimmerlər, skif, sak tayfaları və başqaları idilər. 

İran dil ailəsi bir çox ölü və canlı dilləri birləşdirir. Mada, qədim fars, bir çox 

skif, sarmat, sak tayfa dilləri, avesta dili, orta fars, Parfiya, Soqd, Xarəzm, alan dilləri 

və  başqaları  ölü  İran  dilləri  sırasına,  fars,  tacik,  kürd,  talış,  tat,  paşto  (əfqan),  osetin 

dilləri və s. canlı İran dilləri sırasına aiddir. Dillərin bu ailəsi hind dilləri ilə yaxın və 

qohumdur. 

İrandilli  tayfaların  Cənubi  Qafqazın  cənub-şərq  ərazilərinə  -  İran  yaylasına 

hansı  yollarla  daxil  olduqlarına  dair  məsələdə  vahid  fikir  yoxdur.  Etnik  qrupların 

hərəkəti haqqında məsələlərin həll olunmasına arxeoloji dəlillər heç də həmişə yardım 

etmir. Yalnız maddi mədəniyyətin həyat tərzi və yaxud ideologiya ilə bağlı olan ayrı-

ayrı,  daha  sabit  elementləri  müəyyən  yardım  göstərir.  Məlumdur  ki,  atçılıq,  ata 

sitayiş,  habelə  incəsənətdə  təmsil  olunmuş  sözsüz  İran  xarakterli  motivlər  bu  cür 

elementlər sırasına aid edilir. 

Bununla 


əlaqədar  olaraq  Gəncə-Xanlar-Mingəçevir  zonasının,  step 

kurqanlarının  materialları  (e.ə.  II  minilliyin  sonu  -  I  minilliyin  başlanğıcı) 

diqqətəlayiqdir.  Həmin  materiallar  adları  çəkilmiş  və  onlarla  həmhüdud  olan 

ərazilərin  digər  sinxron  qəbir  abidələrindən  kəskin  surətdə  fərqlənir.  Bu  materiallar 

burada  yeni  etnik  elementin  meydana  çıxdığını  təsdiq  edir.  Artıq  e.ə.  II  minilliyin 

sonlarında  Cənubi  Qafqazın  şərq  qismindəki  vilayətlərdə  iki  -  yerli  və  gəlmə  etnik 

elementin qaynayıb-qarışmasını izləmək mümkündür. 

Müxtəlif  taxta  qurğular,  od  izləri  və  xüsusilə  atların  dəfn  olunması  

Azərbaycanın  step kurqanlarının  səciyyəvi  cəhətləridir. Cənubi Qafqazın və İranın 

daha erkən dövrlərinin mədəniyyətlərində kökləri olmayan bu adət tam müəyyənliklə 

Cənubi Rus çöllərinin mənəvi dünyası ilə bağlıdır.  Cənubi Rusiya çöllərindən çıxmış, 

atların dəfn olunması adətini yaşadan gəlmələrin adı çəkilmiş ərazinin hüdudlarından 

kənarda  İran  nitqinin  yayıcıları  olduğunu  arxeoloji  dəlillərlə  yaxşı  uzlaşan  linqvistik 

dəlillər də təsdiq edir.  

Şimali  Qafqazda,  Cənubi  Qafqazda,  eləcə  də  Azərbaycanda,  habelə  İran 

yaylasının şimal-qərb qismində aşkar olunmuş, e.ə. II minilliyin sonuna - I minilliyin 

başlanğıcına aid olan at qəbirləri Cənubi Rus çöllərindən Orta Asiyaya, Dağıstan və 

Şimali  Azərbaycan  vasitəsilə  cənuba  hərəkət  etmiş  ilk  irandilli  miqrantların  yolunu 

aşkarlayır. 

Biz  Cənubi  Qafqazın  İrandilli  tayfalarının  sonrakı  taleyi  haqqında  heç  nə 

bilmirik. Güman etmək olar ki, onların bir qismi bu ərazidə yaşamaqda davam etmiş, 

sonralar isə etnik simasını itirmişdir. 

Güman ki, erkən irandilli gəlmələrin bir qrupunun Qafqaz yolu ilə bütövlükdə 

bir  neçə  yüzillik  ərzində  davam  etmiş  və  arxeoloji  cəhətdən  aşkarlanan  hərəkəti  bu 

cür  yerdəyişmələrin  nə  formalarını,  nə  də  marşrutlarını  məhdudlaşdırmır.  Lakin 



Yüklə 3,9 Mb.

Dostları ilə paylaş:
1   ...   61   62   63   64   65   66   67   68   ...   186




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə