TarġXĠ ən qədimdən bizim eranın III əsri yeddġ CĠlddə



Yüklə 3,9 Mb.
səhifə66/186
tarix25.06.2018
ölçüsü3,9 Mb.
#51691
1   ...   62   63   64   65   66   67   68   69   ...   186

143 

 

şübhəsizdir ki, bu yol Cənubi Rus çöllərinin İrandilli sakinləri tərəfindən hələ e.ə. II 



minilliyin  sonlarında  -  I  minilliyin  başlanğıcında,  bəlkə  də  daha  əvvəlki  dövrdə 

istifadə edilmişdir. 

İran yaylası ərazisinin yuxarıda adları çəkilmiş arxeoloji kompleksləri onların 

Cənubi Qafqazın və Ermənistan yaylasının mədəniyyətləri, habelə Şimali Qafqazın və 

Cənubi  Rusiyanın  çöl  mədəniyyətləri  ilə  əlaqələndirilməsi  üçün  imkan  verən 

səciyyəvi  xüsusiyyətlərə  malikdir.  Bu  baxımdan  o  da  çox  əhəmiyyətlidir  ki,  nəinki 

İran yaylasının şimal-qərb vilayətlərindən, habelə Sialkdan əldə olunmuş materialların 

Qafqaz  materialları  ilə  yaxınlığı  arxeoloji  cəhətdən  sənədləşdirilmişdir.  Bu 

komplekslər  Şimali  Azərbaycan  materialları  ilə  bilavasitə  əlaqədardır.  Məhz 

Azərbaycan ərazisində Son Tunc dövrünün böyük kurqanlar qrupunun materiallarında 

onların  aşkar  uyğunluğu  daha  çox  nəzərə  çarpır.  Əlbəttə,  ola  bilər  ki,  irandilli  tayfa 

qrupları  Cənubi  Rusiya  çöllərindən  İrana  Xəzər  dənizinin  həm  şərq,  həm  də  qərb 

sahilləri boyunca, sahilboyu torpaqlarda məskunlaşaraq, təxminən eyni zamanda - e.ə. 

II minilliyin II yarısının hüdudlarında irəliləmişlər. 

Beləliklə, arxeoloji materiallar və mixi yazılardan məlum olmuş dəlillər e.ə. II 

minilliyin  sonunda  -  I  minilliyin  ilk  əsrlərində  Araz  çayından  cənubda  olan 

vilayətlərdə də mədəniyyətin yeni elementlərinin və onların daşıyıcıları olan İrandilli 

tayfaların meydana gəldiyini göstərir. 

İran  yaylasındakı  vilayətlərdə  yeni  gəlmələrin  meydana  gəlməsi  məişətdə, 

təsərrüfat  həyatında,  xüsusilə  dəfn  adətlərində,  ayinlərdə  nəzərə  çarpır.  Məhz  bu 

tayfalar  Cənubi  Azərbaycan  vilayətlərinə  sonralar  zərdüştilikdə  ("Avesta"  onun 

müqəddəs kitabı idi), habelə müxtəlif "bidətçi" təlimlərdə öz əksini tapmış yeni dini 

təlimlər  gətirmişdilər.  Atəşpərəstlik,  mazdaizm,  dualizm  həmin  dini  təlimlərin 

elementləri  idi.  Çevik  süvari  tayfalar  olan  gəlmələr  özlərinin  yeni  yaşayış  yerlərinə 

qərarlaşmış, spesifik yerlilərdən fərqlənən məişət vərdişləri, yeni silah, geyim, atçılıq 

ləvazimatı  və  yalnız  özlərinə  xas  olan  dəfn  adətləri  gətirmişdilər.  Maddi 

mədəniyyətdə,  dulusçuluqda  və  metal  emalı  texnikasında  yeni  cəhətlər  aşkara 

çıxmışdı. İncəsənət abidələrində bu cəhətlər yaxşı müşahidə olunur. Təsərrüfatçılığın 

yeni formaları yaranır, hərbi işdəki dəyişikliklər diqqəti xüsusilə cəlb edir. Hərbi işdə 

atminmə, silahların yeni kompleksi geniş şəkildə tətbiq olunmağa başlandı. 

İrandilli tayfaların gəlişi ilə İran yaylasının vilayətlərində, xüsusilə Azərbaycan 

ərazisində tədricən təsərrüfatçılığın yeni formaları meydana gəlməyə başladı. İrandilli 

tayfalar  əsasən  atçı  və  süvari  idilər.  Onlar  yerli  əhali  ilə  müxtəlif  cür  münasibətlər 

yaradırdılar.  Bu  münasibətlər  bəzən  düşmənçiliklə,  bəzən  isə  sülhpərvərliklə 

səciyyələnirdi.  Lakin  şübhəsizdir  ki,  aborigenlərlə  gəlmələr  bir-birinə  təsir  edir,  bir-

birindən öyrənir, qarşılıqlı surətdə zənginləşirdilər. 

E.ə.  I  minilliyin  başlanğıcında  İran  yaylasının  şimal-qərb  vilayətlərində  İran 

nitqinin  yayılması  bu  bölgə  əhalisinin  mədəniyyətinin  başlıca  cəhətlərinin  əsaslı 




144 

 

dəyişiklərlə müşayiət olunduğunu iddia etməyə əsas verir. Bu dəyişikliklər məişətdə, 



təsərrüfat  həyatında,  hərbi  işdə,  dində,  sosial  strukturda,  siyasi  institutlarda  nəzərə 

çarpırdı. Yerli və gəlmə etnik elementlərin uzunmüddətli birgə yaşayışı ümumiyyətlə 

və  bütövlükdə  avtoxton  qrupların  irandilli  əhali  tərəfindən  assimilyasiyaya 

uğradılması ilə müşayiət edilirdi. 

İran  yaylasının  şimal-qərb  hissələrinin  sakinləri  vahid  dil  birliyi  təşkil 

etmirdilər. Onlar iqtisadi, siyasi, mədəni cəhətdən bir-birilə az əlaqədar olan ayrı-ayrı 

tayfalardan  və  tayfa  qruplarından  ibarət  idilər.  Onlar  bir-biri  üçün  az  anlaşılan  və 

yaxud  anlaşılmayan  müxtəlif  dillərdə  danışırdılar.  Yalnız  Urmiyaətrafı  hövzənin 

Manna dövlətinə daxil olmuş ərazisinin əhalisi arasında müəyyən etnik konsolidasiya 

əlamətləri nəzərə çarpırdı. 

Güman  etmək  olar  ki,  Araz  çayından  cənubda  yerləşmiş  torpaqların 

aborigenlərinin  ictimai  və  mədəni  səviyyəsinin  ümumi  artımı,  artıq  qeyd  olunduğu 

kimi,  əvvəllər  orada  olmamış,  hamı  tərəfindən  anlaşılan  dilin  qəbul  olunması 

zərurətinə aparıb çıxarırdı. Məhz gəlmə tayfalar bu və ya digər ərazini mənimsəyərək, 

bu  və  ya  başqa  şəkildə  orada  öz  dillərini  yayırdılar.  Bütün  dəlillər  əsasında  demək 

olar ki, yerli dillər geniş məkanda az və ya çox dərəcədə bir-birinə bənzər formalarda 

yayılmış maldarların dilləri (dialektləri) ilə rəqabət apara bilmirdi. 

Ayrı-ayrı aborigen qrupların dil baxımından, sonra isə mədəni cəhətdən tədrici 

assimilyasiyası onları son nəticədə etnik assimilyasiyaya aparıb çıxarırdı. 

Belə  zənn  edilir  ki,  dil  insan  davranışının  ən  mühüm  formalarından  biridir. 

Dilin dəyişməsinin  nisbətən tez bir zamanda (bəzən ikinci  və  yaxud üçüncü  nəsildə) 

insan  qruplarının  etnik  mənsubiyyətinin  dəyişməsinə,  yəni  assimilyasiyaya  səbəb 

olması  halları  çox  təsadüf  olunan  hadisələrdir.  Məsələn,  Hindistanda,  Orta  Asiyada, 

Əfqanıstanda  və  b.  yerlərdə  bu  cür  olmuşdur.  Son  antik  dövr  Avropasının  bir  çox 

ərazilərinin  (İspaniyanın,  Portuqaliyanın,  Qalliyanın,  Mezo-Dakiya  vilayətlərinin) 

qədim  əhalisi  romanlaşmaya  məruz  qalmışdır.  Erkən  orta  əsrlər  dövründə 

Britaniyanın  əhalisi  əsasən  germanlaşmışdır.  Biz  yazılı  mənbələr  üzrə  məlum  olan 

dövrlər ərzində bu və ya digər, bəzən isə geniş vilayətlərin əhalisinin öz dilini bir neçə 

dəfə dəyişməsinə dair nümunələrlə tanışıq. Kiçik Asiyanın etnik-dil görkəmi son 4-5 

min il ərzində ən azı 3 dəfə dəyişmişdir. Kiçik Asiyanın əhalisi orta əsrlərdən etibarən 

artıq  yeni,  türklərin  gətirdiyi  dildə  danışmağa  başladı.  Keçmiş  Sovet  İttifaqının, 

Amerika  qitəsinin  geniş  ərazilərinin  və  s.  yerlərin  sakinləri  özlərinin  etnik-dil 

görkəmlərini  dəyişmişlər.  Planetin  ən  qədim  mədəniyyətlərindən  birinin 

qurucularından  olmuş  qədim  Misir  əhalisi  də  bu  cür  dəyişmələrə  məruz  qalmışdır. 

Xeyli sayda belə nümunələr göstərmək olar. 

Araz çayından və Urmiya gölündən başlamış müasir Türkmənistanadək az və 

ya  çox  dərəcədə  oxşar  formalarda  geniş  məkanda  yayılmış  maldarların  İran  dilləri 

icmalararası,  tayfalararası ünsiyyət vasitəsinə  çevrilirdi.  Beləliklə, bu dilin o dövrün 




Yüklə 3,9 Mb.

Dostları ilə paylaş:
1   ...   62   63   64   65   66   67   68   69   ...   186




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə