TarġXĠ ən qədimdən bizim eranın III əsri yeddġ CĠlddə



Yüklə 3,9 Mb.
səhifə69/186
tarix25.06.2018
ölçüsü3,9 Mb.
#51691
1   ...   65   66   67   68   69   70   71   72   ...   186

150 

 

Gilzanlılar  öz  müstəqilliyini  qoruyub  saxlayaraq  aşşurlulara  yalnız  bəzi 



hallarda  bac  verirdilər  və  beləliklə,  Gilzan  çarları  bac  verərək  qarətlərin,  dağıntının, 

kütləvi  qırğının  qarşısını  alırdılar.  Bu  ölkə  aşşurlular  tərəfindən  bir  dəfə  də 

dağıdılmamışdı.  Mənbələrdə  yalnız  bir  dəfə  III  Salmanasarın  Gilzandakı  məbədə 

qoyulmuş  zəfər  stelası  haqqında  məlumat  verilir.  Lakin  aşşurlular  elə  bu  dəfə  də 

ölkəni qarət etməmiş, bac olaraq davar, qaramal, at, ikihürgüclü  dəvələr, şərab və s. 

almaqla kifayətlənmişdilər. 

Güclənmiş  Urartu  dövləti  IX  əsrin  axırlarında  Gilzanı  işğal  edib  öz  ərazisinə 

qatdı. 


Bir çox onilliklər  ərzində  Aşşur və  Urartu qaynaqlarında  Parsua  ölkəsinin də 

adına  rast  gəlinir.  Aşşur  mətnlərində  adı  çəkilən  Parsua  tam  üst-üstə  düşməyən  üç 

vahidə - e.ə. IX əsr Parsua ölkəsi, e.ə. VIII əsrin ortalarınadək mövcud olmuş Parsua 

"çarlığı"  və  Aşşurun  Parsua  əyaləti  -  uyğun  gəlib  əsas  özək  kimi  eyni  bir  ərazini 

tuturdu. Qaynaqlara görə, vilayət yuxarıda adını çəkdiyimiz Allabria ilə yan-yana və 

Misi  ilə  qonşu  idi,  deməli,  belə  hesab  etmək  lazımdır  ki,  o,  Zamuadan  şərqdə, 

Mannadan cənubda və cənub-qərbdə, Bit-Xambandan şimalda yerləşirmiş. 

Parsuanın adı ilk dəfə e.ə. 843-cü ildə III Salmanasarın salnamələrində çəkilir. 

834-cü  ildə  bu  çarın  kitabələrində  Parsua  ölkəsinin  27  "çarından"  bac  alınmasından 

bəhs  olunur.  Aşşurluların  bu  vilayətə  yürüşlər  etməsi  və  ondan  bac  alması  haqqında 

sonralar da məlumat verilir. Buraya urartulular da yürüşlər edirdilər. 

E.ə.  VIII  əsrin  ortalarına  yaxın  Parsua  bəzi  qonşu  rayonları,  o  cümlədən  Bit-

Abdadananın və Gizilbundanın bir sıra rayonlarını da işğal etmiş hökmdar Tunakinin 

vahid  mülkü  idi.  Lakin  bu  çarlıq  tezliklə  III  Tiqlatpalasar  tərəfindən  darmadağın 

edilmiş və Aşşurun əyalətinə çevrilmişdi. 

Atçılıq  və  dəvəçiliklə  məşğul  olan,  qaramal  və  davar  saxlayan  cəngavər 

tayfanın  (və  ya  tayfaların)  yaşadığı  Mes[s]i  (Misi,  Misu)  "ölkəsi"nin  böyük 

əhəmiyyəti var idi. Messinin adı Zamua, Maday, Gizilbunda və Parsua ilə bir çəkilir. 

Daha sonrakı mənbələrdən məlum olur ki, bu vilayət Mannanın cənub qurtaracağında 

idi və Manna sonralar onu işğal edib öz ərazisinə qatmışdı. Lakin Messi hökmdarları 

onda da özlərini müstəqil aparmağa cəhd etmişdilər.  

Messi  vilayətinin  boyun  əyməyən  əhalisinin  gizləndiyi  dağ  qalası  Mesunun 

adını  II  Aşşurnasirapal  e.ə.  IX  əsrin  80-ci  illərində  çəkir.  Bu  ölkəyə  sonra  III 

Salmanasar,  V  Şamşi-Adad,  III  Adadnerari  yürüşlər  etmişlər.  Aşşurluların  verdiyi 

məlumata  görə,  vilayətin  ərazisi  olduqca  geniş  idi.  Messinin  çarlar  və  ya  tayfa 

başçıları  tərəfindən  idarə  edildiyi  haqqında  bizim  qaynaqlarda  heç  bir  məlumat 

yoxdur. 

Aşşurlular  adətən  Messini  işğal  edir  və  talayır,  ondan  bac  alınması  haqqında 

isə  heç  bir  məlumat  vermirlər.  Onların  bu  ölkədə  qarət  etdikləri  əmlak  içərisində 

əkinçilik  məhsullarının  adı  bir  dəfə  də  çəkilmir,  lakin  "saysız-hesabsız"  davar  və 




151 

 

qaramal,  qatır,  ikihürgüclü  dəvə  və  at  ələ  keçirildiyi  bildirilir.  Demək  lazımdır  ki, 



Messi atları sonralar da tez-tez xatırlanır. 

Messi,  Parsua,  Maday  və  Zikertu  ilə  həmsərhəd  olan  Gizilbunda  vilayətinin 

əhalisi  Aşşur  kitabələrinin  birində  "başının  üstündə  hökmdarlıq  tanımayan  və  öz 

qüvvəsinə  güvənən"  bir  əhali  kimi  səciyyələndirilirdi.  Etnik  mənzərəsi  lazımınca 

aydın olmayan bu dağlıq diyar - Kafelan-kuh rayonu - əkinçilik-sənətkarlıq ölkəsi idi. 

E.ə.  IX-VIII  əsrlərdə  bu  ölkənin  əhalisi  ola  bilsin,  iri  tayfa  ittifaqından  ibarət  idi  və 

aşşurlular onun başçısı Pirişatini "çar" adlandırırdılar. 

Artıq  e.ə.  IX  əsrin  son  rübündə  aşşurlular  bu  ölkədə  olmuşdular.  Gizilbunda 

hakimləri arasında birlik yox idi. Ölkənin ayrı-ayrı rayonlarının hakimləri bac verərək 

Şamşi-Adadı rəhmə gətirməyə çalışdıqları halda, çar Pirişati müqavimət göstərməkdə 

davam  edirdi.  Aşşur  hökmdarı  bunun  üstündə  ölkəni  dağıdıb  viran  qoydu.  O,  ətraf 

məskənlərin  əhalisinin  daldalandığı  "möhkəmləndirilmiş  şəhər"  Uraşı  işğal  etdi, 

"şəhərin  küçələrini  onun  döyüşçülərinin  qanına  boyadı...  6000  döyüşçünü  qırdı,  çar 

Pirişatini 1200 döyüşçusü ilə birlikdə diri-diri tutdu. Əsirlər apardı, onların əmlakını, 

var-dövlətini,  qaramalını,  davarını,  atlarını,  gümüşdən,  saf  qızıldan  və  tuncdan 

qayrılmış  saysız-hesabsız  əşyalarını  qarət  etdi,  dağıtdı,  viran  qoydu,  od  vurub 

yandırdı...". 

III  Adadnerarinin  kitabələrindən  birində  onun  başqa  ölkələrlə  bərabər, 

"Gizilbundanı  ta  hüdudlarınadək"  istila  etdiyi  haqqında  məlumat  verildiyinə 

baxmayaraq,  Gizilbunda öz  suverenliyini qoruyub saxlamışdı. 

Ön  Asiyamn  qədim  tarixində  sonralar  çox  böyük  rol  oynayacaq  Amaday 

vilayətinin  adı  ilk  dəfə  elə  bu  vaxt  (e.ə.  834-cü  ildə)  çəkilir.  Amaday  vilayəti 

Gizilbundadan  şərqdə və Zikertudan cənub-şərqdə Qızılüzən çayının vadisində (çayın 

cənubdan şimala axan hissəsində) yerləşib, cənuba və şərqə tərəf uzanırdı. 

Amaday  (Maday)  tayfa  ittifaqı  Mada  xalqının  əsası,  ölkə  isə  gələcək  Mada 

çarlığının  özəyi  oldu.  Mada  çarlığı  tayfa  ittifaqının  yaşadığı  ərazidə  və  ya  sərhəd 

rayonlarında  yerləşən Kiyandan,  Xurvindən, Mərlikdən, Sialkdan və başqa yerlərdən 

əldə  edilmiş  arxeoloji  materiallar  həmin  vilayətin  əhalisinin  təsərrüfat  və 

mədəniyyətinin nisbətən yüksək inkişaf səviyyəsindən xəbər verir. Əhali maldarlıqla, 

əkinçiliklə və müxtəlif sənətlərlə məşğul olurdu. 

E.ə.  IX  əsrin  20-ci  illərində  aşşurlular  Maday  tayfa  ittifaqının  ərazisinə 

yenidən  soxuldular,  "paytaxtı"  Saqbitu  olan  "çar"  Xanaziruka  ilə  toqquşdular.  Ağır 

vuruşmalarda  2300  döyüşçü  öldürüldü,  140  süvari  döyüşçü  əsir  tutuldu.  Neynəva 

hökmdarı bu ölkədə 1200 məskəni viran qoydu. 

Gizilbundadan şimalda  Andia  ölkəsi yerləşirdi. O, müasir Boqrovdağ silsiləsi 

rayonunu,  Qızılüzən  (Səfidrud)  çayının  vadisini  əhatə  edirdi.  Bu  ölkənin  adı  III 

Salmanasarın,  III  Adadnerarinin,  II  Sarqonun  salnamələrində  çəkilir.  Tədqiqatçılar 

güman  edirlər  ki,  Andialılar  hurridilli  və  ya  Qafqazdilli  tayfadır.  E.ə.  VIII  əsrin 




Yüklə 3,9 Mb.

Dostları ilə paylaş:
1   ...   65   66   67   68   69   70   71   72   ...   186




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə