TarġXĠ ən qədimdən bizim eranın III əsri yeddġ CĠlddə



Yüklə 3,9 Mb.
səhifə7/186
tarix25.06.2018
ölçüsü3,9 Mb.
#51691
1   2   3   4   5   6   7   8   9   10   ...   186

16 

 

Respublikada arxeoloji tədqiqatların genişləndirilməsi ilə əlaqədar 50-ci illərin 



əvvəllərində  görkəmli  rus  alimləri  A.A.İessen,  S.N.Zamyatnin,  V.V.Bunak  və  b. 

Bakıya  dəvət  olunurlar.  Onlar  yerli  kadrlar  sırasından  mütəxəssislər  hazırlanması 

işinin  təşkilində  səmərəli  fəaliyyət  göstərdilər.  Respublikanın  arxeoloji  cəhətdən 

öyrənilməsi  işində  SSRİ  EA  Arxeologiya  İnstitutu  və  Azərbaycan  EA  Tarix 

İnstitutunun  1953-cü  ildə  A.A.İessenin  rəhbərliyi  altında  təşkil  edilmiş  birgə 

ekspedisiyası mühüm əhəmiyyətə malik olmuşdur. 

İngilis  alimi  T.Berton  Braunun  1948-ci  ildə  Göytəpədə  (Urmiya  gölündən 

qərbdə)  apardığı  qazıntılar  çox  qiymətli  material  verdi.  Aşkara  çıxarılmış 

təbəqələrdən ən qədimləri, görünür, e.ə. IV minilliyə aiddir. Bu təbəqələrdə gil evlərin 

qalıqları,  çoxlu  alət  və  keramika,  müəyyən  qədər  silah  və  i.a.  tapılmışdır.  E.ə.  III 

minilliyə  aid  olan  "K"  təbəqəsində  çoxlu  keramika  olmuş,  mis  məmulatlar  geniş 

yayılmışdır.  Kutilərə  mənsub  olması  şübhə  doğurmayan  Göytəpə  mədəniyyəti  İran 

yaylasının  digər  mədəniyyətlərindən  fərqlənir  və  Zaqafqaziyanın  eneolit  və  ilk  tunc 

dövrü abidələrinə yaxındır. 

40-cı illərin sonunda Mannanın ərazisində aşkara çıxarılan, elmdə "Saqqız" və 

ya  "Zivyə"  dəfinəsi  kimi  məşhur  olan,  şərhinə  R.Qirşman,  A.Qodar,  R.Barnet, 

B.B.Piotrovski,  S.İ.Rudenko,  V.Q.Lukonin  və  b.  əsərləri  həsr  edilmiş  zəngin  xəzinə 

xüsusi  maraq  doğurur.  E.ə.  IX-VII  əsrlərə  aid  olunan  bu  dəfinə,  görünür,  "qarışıq 

dövrü" - bir tərəfdən Mannanın köhnə düşmənlərinin müdaxiləsinin gücləndiyi, digər 

tərəfdən  isə  buraya  köçəri  qrupların  soxulmağa  başladığı  dövrü  əks  etdirir.  Bəzi 

müəlliflərin  fikrincə,  dəfinənin  materialları  məşhur  skif  "vəhşi"  üslubunun,  dəst-

xəttinin  məhz  Manna  ərazisində  meydana  çıxdığını,  sonradan  Ön  Asiya  və  Cənubi 

Rusiyaya yayıldığını güman etməyə imkan verir. 

50-ci  illərin  əvvəllərində  S.M.Zamyatninin  rəhbərliyi  altında  respublika 

ərazisində  daş  dövrünün  öyrənilməsinə  başlanmış,  bu  iş  M.  M.Hüseynov  tərəfindən 

müvəffəqiyyətlə  davam  etdirilmişdir.  Aveydağdakı  mağaranın,  qaya  sığınacağının 

tədqiqi  ilk  inandırıcı  paleolit  materiallarını  -  Mustye  dövrü  və  son  paleolitə  aid  olan 

məlumatları  aşkara  çıxardı.  Daşsalahlı  və  Tağlar  mağaralarında  da  paleolit 

materialları  aşkar  edildi.  M.M.Hüseynov  tərəfindən  kəşf  edilmiş  paleolit  abidələri 

içərisində  öyrənilməsinə  1960-cı  ildə  başlanmış  Azıx  mağarası  xüsusi  yer  tutur. 

Mağaralarla yanaşı, bir sıra məntəqələrdə açıqtipli düşərgə yerləri tapıldı. 

Tədqiqatlar nəticəsində mühüm paleolit abidələri - Kiçik Qafqazın, demək olar 

ki,  bütün  şərq  dağətəyi  rayonunda,  Kür  vadisində  yayılmış  mağara  düşərgələri 

müəyyənləşdirildi. 

Son  otuz  ildə  aşkara  çıxarılmış  paleolit  materiallarının  öyrənilməsi  belə  bir 

iddiaya imkan verir ki, Azərbaycan ərazisində hələ ən azı 1,5 mln il, bəlkə ondan da 

əvvəl insan yaşamışdır. Bu materiallar bir sıra digər məlumatlarla birlikdə belə güman 



17 

 

etməyə  əsas  verir  ki,  Azərbaycan,  ola  bilsin  ki,  bəşəriyyətin  ən  qədim,  ilk  vətəninin 



hüdudları daxilində olmuşdur. 

Bir  sıra  səmərəli  materiallar  seriyası  ilə  zəngin  olan  Tağlar  kompleksi 

arxeoloqlarımıza  yerli  Mustye  mədəniyyəti  (Orta  Paleolit)  inkişafının  lokal 

xüsusiyyətlərini aşkara çıxarmaq və  uzun bir dövr  ərzində bu mədəniyyətin təkamül 

mərhələlərini  izləmək  imkanı  vermişdir.  Bu  kompleks  ilk  dəfə  olaraq  Qafqazın  Ön 

Asiya vilayətləri ilə qədim mədəni əlaqələrini müəyyənləşdirmək üçün etibarlı faktik 

material  vermişdir.  Qeyd  edək  ki,  Orta  Paleolit  dövrü  Ə.Cəfərov  tərəfindən 

müvəffəqiyyətlə tədqiq edilir. 

Azərbaycan ərazisində Üst Paleolit xeyli zəif öyrənilmişdir. Bu dövrə aid olan 

materiallar  Damcılı  və  Tağlar  mağarasında,  habelə  Qazax  rayonundakı  açıqtipli 

Yataqyeri düşərgəsində tapılmışdır. 

Azərbaycan  arxeoloqları  mezolit  və  neolit  dövrünün  bəzi  abidələrini  Qazax 

rayonunda, Qobustan zonasında, Gəncə yaxınlığında (ancaq neolit) aşkara çıxarmağa 

nail  olmuşlar.  Mezolit  ve  neolit  bəşər  tarixinin  mühüm  mərhələləridir.  Bu 

mərhələlərin abidələrinin tədqiqi Azərbaycanda və bütövlükdə Zaqafqaziyada istehsal 

xarakterli  təsərrüfatın  -  əkinçilik  və  maldarlığın  başlanğıc  mənbəyini  əsil  mənada 

öyrənməyə imkan verəcəkdir. 

Bizim  arxeoloqlarımız  tərəfindən  eneolit  dövrünün  qədim  əkinçi-maldar 

tayfalarına  aid  olan  bir  sıra  abidələri  aşkara  çıxarılmışdır.  Bu  işin  ilkin  mərhələsi 

O.A.Həbibullayevin  adı  ilə  bağlıdır.  Naxçıvan  şəhəri  yaxınlığındakı  I  Kültəpə 

məskəninin  aşağı  təbəqəsindəki  qazıntı  Qafqaz  arxeologiyasında  yeni  səhifə  açmış, 

Zaqafqaziya  eneoliti  və  ilkin  əkinçilik  mədəniyyətinin  öyrənilməsinin  əsasını 

qoymuşdur. 

Kültəpə  qazıntıları,  habelə  Azərbaycanın  digər  rayonlarında,  Gürcüstan, 

Ermənistan  və  Dağıstanda  aşkara  çıxarılan  bir  sıra  ən  qədim  oturaq  əkinçiliyə  aid 

abidələr e.ə. VI-III minilliklərdə Zaqafqaziyada mədəni-tarixi proses barəsində bizim 

təsəvvürlərimizi  xeyli  dəyişir.  Bu  qazıntılar  nəticəsində  keçmiş  SSRİ-nin  cənubunda 

Orta  Asiya  və  Şimali  Qara  dəniz  sahili  mərkəzləri  ilə  yanaşı,  daha  bir  qədim  ilkin 

əkinçilik  mədəniyyəti  mərkəzini  -  Qafqaz  mərkəzini  müəyyənləşdirmək  mümkün 

oldu. 


Hazırda  Azərbaycan  Respublikası  ərazisində  yüzdən  çox  ilkin  əkinçilik 

abidələri aşkara çıxarılmışdır. Onlar Kür hövzəsi, Mil-Qarabağ düzü, Muğan və Araz 

zonasında qeydə alınmış və xeyli dərəcədə öyrənilmişdir. Onların tədqiqində başlıca 

rol İ.H.Nərimanova məxsusdur. Cənubi Azərbaycanda da çox maraqlı ilkin əkinçilik 

kompleksləri qrupu məlumdur. 

Naxçıvan  MR  və  Kiçik  Qafqazın  cənub-şərq  ətəklərində  -Qaraköpəktəpə, 

Günəştəpə, Leylatəpəsi, Ovçulartəpəsi və b. yerlərdəki qazıntılar tuncdan istifadənin 

başlanğıcında  Azərbaycan  ərazisindəki  qədim  tayfaların  mədəni-tarixi  inkişafının 




Yüklə 3,9 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   186




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə