TarġXĠ ən qədimdən bizim eranın III əsri yeddġ CĠlddə



Yüklə 3,9 Mb.
səhifə70/186
tarix25.06.2018
ölçüsü3,9 Mb.
#51691
1   ...   66   67   68   69   70   71   72   73   ...   186

152 

 

sonunda  Andia  artıq  Mannaya  tabe  idi,  amma  özünü  separatistcəsinə  aparır, 



Mannanın düşmənləri ilə ittifaq bağlayırdı. 

Cənubi Azərbaycan vilayətlərinin həyatında uzun müddət mühüm rol oynamış 

çox böyük bir tayfa ittifaqı Zikertu idi. E.ə. VIII əsrin son rübündə  Zikertu təqribən 

indiki  Marağa  ilə  Ərdəbil  arasındakı  ərazini  tuturdu.  Zikertunu  və  zikertuluları 

Əhəməni (Haxamanişi) və antik qaynaqlardan məlum olan Saqartiya və saqartiyalılar 

ilə  eyniləşdirirlər.  Əhəmənilər  dövründə  zikertuluların  sakin  olduqları  ərazi  təqribən 

gələcək  Atropatenaya  uyğun  gəlirdi.  E.ə.  VIII  əsrdə  zikertulular  həm  Manna 

hökmdarlarını, həm də Aşşur fatehlərini az narahat etməmişdilər. 

Cənubi 

Azərbaycan 



ərazisində  yuxarıda  adlarını  çəkdiyimiz  tayfa 

ittifaqlarından  və  ölkələrdən  başqa,  bir  çox  daha  xırda  siyasi  vahidlər  də  var  idi. 

Bunların  sırasına  Ninni  "çarlığını"  aid  etmək  olar.  Onun  mərkəzi  olan 

möhkəmləndirilmiş  Aridu  şəhərində  aşşurlular  hələ  III  Salmanasar  zamanı  insan 

kəlləsindən  qüllə  qurmuş,  cavan  oğlan  və  qızları  tonqallarda  yandırmışdılar.  Daha 

sonra  yenə  də  III  Salmanasar  zamanında  bac  olaraq  qoşqu  atları  verməyə  məcbur 

edilən  Haruna  "çarlığı",  bac  olaraq  at,  qatır,  mal-qara,  şərab,  tunc  qab-qacaq  və  i.a. 

verən  Şurdira,  Simesi,  Ulmania,  Adauş,  Xarmasa  və  başqaları,  Urartu  mənbələrində 

adları çəkilən Sanqibuti, Puluadi və bir çox başqaları da bu qəbilədəndir. 

Bu  vaxt,  eləcə  də  bir  qədər  sonra  Aşşur  ilə  Urartu  arasında  mübarizə  əsasən 

Urmiyaboyu  vilayətlərə  yiyələnmək  uğrunda  gedirdi.  Çox  güman  ki,  artıq  e.ə.  IX 

əsrin sonuna yaxın urartulular Urmiyaboyu rayona ilk yürüşlər edirlər. 

Beləliklə,  e.ə.  IX  əsrin  ilk  onilliklərində  Urmiyaboyu  -  Zaqros  zonasında 

müxtəlif  birləşmələr  yaranmağa  başlayır  və  onlar  burada  ilk  iri  siyasi  birləşmənin  - 

Manna çarlığının meydana gəlməsi üçün zəmin hazırlayırlar. 

Manna  çarlığının  meydana  gəlməsi.  AĢĢurlulara  və  urartululara  qarĢı 

mübarizə.  E.ə.  IX  əsrin  ikinci  yarısından  etibarən  Urmiyaboyu  rayonda  tədricən 

Manna  çarlığının  konturları  görünməyə  başlayır.  Artıq  e.ə.  VIII  əsrdə  Manna  siyasi 

həyatda  və  beynəlxalq  münasibətlərdə  mühüm  amilə  çevrilmişdi.  Bu  çarlığı  Cənubi 

Azərbaycan ərazisində ilk iri dövlət qurumu hesab etmək olar. 

Manna  birləşməsi  qədim  ənənələri  olan  bir  ərazidə,  qədim  tarixin  çox  böyük 

bir kəsiyində iqtisadi və mədəni cəhətdən öndə gedən bir rayonda meydana gəlmişdi. 

Manna e.ə. III—II minilliklərdə bu regionda mövcud olmuş kuti, lullubi, hurri 

tayfalarının, digər tayfaların və tayfa ittifaqlarının bilavasitə varisi idi. 

Manna çarlığının yerləşdiyi torpaqlarda yaşayanlar hələ ən qədim zamanlarda 

Mesopotamiya  vilayətləri  ilə  mədəni-iqtisadi  və  siyasi  münasibətlərə  girmişdilər. 

Həmin 

ərazidə  yaşayan  tayfalarda  ibtidai  icma  quruluşunun  süqutunun 



sürətlənməsində bunun, şübhəsiz, böyük əhəmiyyəti vardı. 

Manna  e.ə.  IX  əsrin  sonunadək  Zamua  vilayətinin  digər  "ölkələrindən"  az 

fərqlənirdi. 



153 

 

Mannanın  adı  mixi  yazıda  ilk  dəfə  e.ə.  843-cü  ildə  III  Salmanasarın 



kitabəsində  ("Munna"  formasında)  çəkilmişdir.  Adətən  Aşşurlular  Mannanı 

"Mannalılar  (tayfasının)  ölkəsi",  urartulular  isə  "  Mana  ölkəsi"  adlandırırdılar. 

Bibliyada Ararat, Aşkenaz çarlıqlarının adı ilə yanaşı, çəkilən Minni adını Manna ilə 

eyniləşdirirlər. 

Manna adı mənşəcə yerli idi. Bəlkə də bu ad əvvəlcə Urmiyaboyu tayfalardan 

birinə  məxsus  olmuş,  sonra  mannalıların  birləşdirdiyi  torpaqların  hamısına 

yayılmışdı. 

Mannada çoxluq təşkil edən tayfa ilə bərabər, digər tayfalar, məsələn, sunbilər, 

taurlalılar,  dalilər  də  vardı.  Lakin  etnik  konsolidasiya  nişanələri  artıq  nəzərə 

çarpmaqda idi. Məsələn, Manna çarı nəinki Urartu çarının istila etdiyi torpaqları geri 

almaq  qayğısına  qalır,  həm  də  "...pərən-pərən  salınmış  mannalıların  öz  yerinə 

qaytarılmasına" çalışırdı. 

III  Salmanasar  vaxtında  bir  sıra  Manna  vilayətlərinin  (bunların  başında 

aşşurlulara boyun əyməyib, "dağlara çəkilmiş" çar Uda dururdu) birləşdiyinə hələ ilk 

eyhamlar  var  idi.  Çox  keçmədən  Mannalılar  ölkəsi  Urmiyaboyu  rayonunun  xeyli 

hissəsini tutur və onun adı eponimlər siyahısında çəkilir. Bu, İzirtu şəhərində əyləşən 

çarların başçılığı ilə həmin ərazidə birləşmə prosesinin genişlənməsindən xəbər verir. 

Aşşur məlumatlarına  görə, Manna çarlığı qədimdə  Lullubum adlanmış böyük 

Zamua  vilayətinin  bir  hissəsi  olan  Daxili  Zamuanın  ərazisində  meydana  gəlmişdi. 

Güman ki, Zamua etnik termindir - iri lullubi tayfalarından birinin adıdır. 

İki təhlükə: bir tərəfdən möhkəmlənmiş Aşşur dövlətinin, digər tərəfdən də çox 

keçmədən  Urartu  dövlətinin  törətdiyi  təhlükə  bu  vilayətlərdə  Manna  tayfalarının 

siyasi cəhətdən birləşməsinə güclü təkan verdi. 

III  Salmanasarın  hökmranlığının  on  altıncı  ilindəki  yürüş  təsvil  edilərkən 

məlumat verilirdi ki, çar Daxili Zamuada torpaqları tuta-tuta Munna (Manna) ölkəsinə 

çatmışdı. Lakin salnamələrdə Mannanın qarət və işğal edilməsindən, yaxud ondan bac 

alınmasından  bir  kəlmə  də  danışılmır.  Görünür,  aşşurlular  ya  Mannanı  istila  edə 

bilməmişdilər, ya da bu ölkənin yalnız sərhədlərinə gedib çatmış, sonra dönüb qonşu 

Allabrianın üzərinə yerimişdilər. 

E.ə.  829-cu  ilin  salnamələrində  Mannanın  adı  darmadağın  edilmiş  ölkələrin 

adları sırasında çəkilir. III Salmanasar artıq qocalmışdı və Aşşur qoşunlarına bu dəfə 

sərkərdə  Dayan-Aşşur  başçılıq  edirdi.  Aşşur  kitabəsində  yazılmışdı:  "Mən  mannalı 

Udakinin  məskənlərinə  yaxınlaşdım.  Mannalı  Udaki  mənim  silahımın  parıltısından 

dəhşətə  gəlib,  canını  qurtarmaq  üçün  öz  çar  şəhəri  Zirtanı  tərk  etdi.  Mən    onun  

dalınca  düşdüm.    Saysız-hesabsız  qaramalını,  qoyunlarını,    mülkiyyətini    apardım.  

Şəhərlərini  viran qoydum, dağıtdım, od vurub yandırdım". 

Məğlubiyyətə  baxmayaraq  Manna  təslim  olmadı,  bac  vermədi.  Aşşurlular 

ancaq qənimət ələ keçirməklə kifayətləndilər. 




Yüklə 3,9 Mb.

Dostları ilə paylaş:
1   ...   66   67   68   69   70   71   72   73   ...   186




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə