TarġXĠ ən qədimdən bizim eranın III əsri yeddġ CĠlddə



Yüklə 3,9 Mb.
səhifə71/186
tarix25.06.2018
ölçüsü3,9 Mb.
#51691
1   ...   67   68   69   70   71   72   73   74   ...   186

154 

 

III Salmanasarın hakimiyyətinin son illərində Aşşur dövlətində daxili iğtişaşlar 



başlandı.  Urartu  çarı  İşpuini  bundan  istifadə  edib  Urmiya  gölünün  sahillərinə  çıxdı, 

Gilzan  çarlığını  işğal  edib  Urartuya  qatdı.  İşpuininin  vaxtında  urartulular  Manna 

çarını ağır məğlubiyyətə uğratdılar. Bunu, məsələn, bir də ondan görmək olar ki, 820-

ci ildə Urmiyaboyu  vilayətlərdə hegemonluq  Zamua çarlarından biri olan Şarsinanın 

əlinə keçir. 

E.ə.  IX  əsrin  sonu  -  VIII  əsrin  birinci  yarısında  Urartu  çarları  Menuanın,  I 

Argiştinin,  II  Sardurinin  zamanında  urartulular  Mannanın  ən  təhlükəli  düşmənlərinə 

çevrilirlər. Menuanın hökmranlığı dövründə Urartu o qədər qüvvətlənir ki, Aşşur çarı 

onu  ləyaqətli  bir  düşmən  kimi  tanımağa  məcbur  olur.  İki  güclü  düşmən  arasında 

Urmiyaboyu  əraziyə  yiyələnmək  uğrunda  mübarizə  qızışır.  Menua  qalib  gəlir  və 

Aşşur çarının əlindən vilayətləri bir-bir alır. 

Lakin  Aşşur  çarlığı  hələ  kifayət  qədər  güclü  idi  və  Urmiyaboyu  vilayətlər 

uğrunda  mübarizə  davam  edirdi.  E.ə.  807  və  806-cı  illərdə  düşmənlər  Mannada  iki 

dəfə vuruşmuşdular. 

E.ə. IX əsrin lap sonunda - 802-801-ci illərdə aşşurlularla urartulular arasında 

mübarizə daha da qızışdı. Menuanın Mannaya ikinci yürüşü bu dövrə aiddir. Menua 

Mannada  (Miandub  yaxınlığında)  qala  qurur,  yaxud  onu  bərpa  edir  və  orada  öz 

qarnizonlarını qoyur. Ola bilsin ki, urartulular ayrı-ayrı vaxtlarda Manna ərazisinin bir 

hissəsində müvəqqəti hökmranlıq etmişlər. 

E.ə.  VIII  əsrin  birinci  yarısı  Aşşur  dövlətinin  zəiflədiyi  və  Urartu  dövlətinin 

gücləndiyi dövr idi. Bu dövrə aid Urartu qaynaqlarında Manna ölkəsinin adı getdikcə 

daha  tez-tez  çəkilir  və  ona  qarşı  bir  çox  yürüşlər  edildiyi  göstərilir.  Urartulular  bu 

ölkəni  talan  edir,  oradan  saysız-hesabsız  qaramal,  davar,  minlərlə  əsir  aparır,  yerli 

əhalidən  bac  alırlar  və  həmin  torpaqlarda  yerlərini  möhkəmləndirməyə  cəhd  edib, 

işğal olunmuş rayonlarda qalalar qururlar. 

I  Argiştinin  hakimiyyəti  dövründə  urartulular  Urmiyaboyu  rayona,  xüsusən 

Mannaya daha tez-tez yürüşlər edirdilər. Urartulular bu vilayətlərə e.ə. 784, 781-774-

cü  illərdə  soxulmuşdular.  Bu  on  il  ərzində  Urmiyaboyu  vilayətlərdə,  təxmini 

hesablamalara  görə,  50  mindən  artıq  adam  öldürülmüş  və  əsir  alınmış,  100  mindən 

çox davar və 40 mindən artıq qaramal, xeyli at, dəvə aparılmış, bir çox şəhər və digər 

yaşayış  məntəqələri  dağıdılmışdı.  Lakin  Manna  mübarizəni  kəsmir  və  arabir  əks-

hücuma  keçirdi.  E.ə.VIII  əsrin  70-ci  illərinin  ortalarında  artıq  belə  bir  əks-hücum 

olmuşdu.  Görünür  o  vaxt,  yaxud  bir  qədər  sonra  Manna  Urartunun  hakimiyyəti 

altından  çıxmışdı,  hərçənd  I  Argişti  (e.ə.  773,  772,  771,  769,  768-ci  illərdə)  və  II 

Sarduri (e.ə.VIII əsrin 50-ci illərinin əvvəlində) buraya viranedici yürüşlər etmişdilər. 

E.ə.  VIII  əsrin  60-cı  illərin  ortalarında  və  əvvəlində  I  Argişti  Buştunu,  Urmiyadan 

cənub-şərqdə  bir  sıra  rayonları  işğal  edir,  Cənubi  Zaqafqaziyaya  (Etiuni  ölkəsinə) 



155 

 

soxulur,  Mannanın  möhkəmləndirilmiş  "çar  şəhəri"  Şimerixadirini  işğal  edir,  orada 



çoxlu kişi və qadın tutub aparır. 

II  Sardurinin  vaxtında  urartuluların  istilaçılıq  siyasəti  daha  kəskinləşir.  II 

Sarduri  Şimali  Urmiya  vilayətlərinə  soxulur,  Cənubi  Azərbaycan  torpaqlarının 

içərilərinədək irəliləyir. O məlumat verir ki, dağlıq Puluadi ölkəsinə qalib gəlmiş, 21 

qalanı,  45  şəhəri  və  "çar  şəhəri  olan  Libliuni"ni  ələ  keçirmişdi.  Çar  salnaməsində 

deyilir  ki,  düşmən  ölkəni  ram  etmək  üçün  o,  işğal  etdiyi  vilayətdə  öz  qalalarını 

qururdu. 

Bu,  urartuluların  Manna  ərazisinə  ən  çox  nüfuz  etdiyi  dövr  idi.  Onlar  istila 

olunmuş  vilayətlərdə  qalalar  tikirdilər,  həmin  qalalarda  qoşun  saxlayır  və  yeni 

yürüşlərə hazırlaşırdılar. Sonralar II Argişti də bu rayonlarda olmuşdu. 

Manna  mübarizə  aparır,  Urartu  çarlarına  inadlı  müqavimət  göstərirdi.  Manna 

məhz  Urartu  ilə  mübarizədə  vahid  dövlət  kimi  təşəkkül  tapır  və  bu  dövlət  bəzən 

Cənubi Azərbaycanın, demək olar ki, bütün ərazisini əhatə edirdi. 

VIII  əsrin  ikinci  yarısı  Manna  çarlığının  möhkəmlənməsi  və  genişlənməsi 

dövrü idi. 

Mannanın  təsərrüfat  həyatı:  əkinçilik,  maldarlıq,  sənətkarlıq.  E.ə.  I 

minilliyin  başlanğıcında  və  sonralar  Cənubi  Azərbaycan  tayfalarının  təsərrüfatı 

çoxsahəli  idi.  Diyarın  əhalisi  əkinçilik,  maldarlıq  və  müxtəlif  sənətlərlə  məşğul 

olurdu. Müxtəlif vilayətlərdə təsərrüfatçılığın ayrı-ayrı sahələri üstünlük təşkil edirdi. 

Məsələn,  Zamua,  Allabria,  Karalla,  Kirruri,  Gilzan  vilayətləri  və  bəzi  başqa 

vilayətlər  oturaq  əkinçilik-maldarlıq  təsərrüfatının  qədim  ənənələrinə,  mahir 

sənətkarlara  malik,  qızğın  ticarət  edən,  şəhər  və  kənd  tipli  bir  çox  məskənləri  olan 

rayonlar  idi.  Başlıca  sahə  əkinçilik,  özü  də  suvarma  əkinçilik  idi.  Dövlət 

hakimiyyətinin  tam  təşəkkülü  prosesi  bəlkə  də  məhz  suvarma  əkinçiliyin  inkişafı  ilə 

bağlıdır. Aşşur çarları tez-tez xatırladırlar ki, "mən onların bol məhsulunu yandırdım, 

dolu anbarlarını açdım və qoşunuma o ki var arpa yedizdirdim", "onun bol məhsulunu 

saya  gəlməyən  qamış  kimi  kökündən  qopartdım...  onun  lacivərd  rəngli  gözəl,  güllü-

çiçəkli,  yamyaşıl  torpaqlarını,  Adad  kimi  suya  qərq  etdim,  atlarının  ümid  yeri  olan 

çəmənlərini  də  arabaların  təkərləri,  süvarilərin,  döyüşçülərin  ayaqları  altında  tapdaq 

eləyib  çöl-biyabana  çevirdim",  "bağlarını,  qamış  kimi  sıx  ağaclarını...  onun  şəhərinə 

yaraşıq verən, bolluca meyvə ağacları və meynələri olan gözəl bağlarını qırdım"... 

Zikertunun,  müəyyən  dərəcədə  də  Gizilbundanın  və  bəzi  başqa  yerlərin 

əhalisinin  əsas  peşəsi  maldarlıq  idi.  Lakin  burada,  əlbəttə,  əkinçilik  və  sənətkarlıqla 

da məşğul olurdular. 

Elə vilayətlər də vardı ki, Aşşur mənbələri o vilayətlərdən qarət edilmiş əmlakı 

sadalayanda  əkinçilik  məhsullarının  və  sənətkarlıq  məmulatının  adını  bircə  dəfə  də 

çəkmirlər. Belə vilayətlərdən biri, məsələn, Mes[s]idir. İstilaçıların yazılarında burada 




Yüklə 3,9 Mb.

Dostları ilə paylaş:
1   ...   67   68   69   70   71   72   73   74   ...   186




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə