TarġXĠ ən qədimdən bizim eranın III əsri yeddġ CĠlddə



Yüklə 3,9 Mb.
səhifə72/186
tarix25.06.2018
ölçüsü3,9 Mb.
#51691
1   ...   68   69   70   71   72   73   74   75   ...   186

156 

 

"saysız-hesabsız"  qaramal,  davar,  qatır,  ikihürgüclü  dəvə  və  at  ələ  keçirildiyi 



haqqında tez-tez məlumat verilir. 

Aşşur  kitabələrinə  görə,  yuxarıda  xatırladılan  inkişaf  etmiş  əkinçilik 

vilayətlərində  yalnız  kənd  təsərrüfatı  məhsulları  deyil,  metallar  və  sənətkarlıq 

məmulatı  da  ələ  keçirilir  və  bac  şəklində  alınırdı.  Kitabələr  yalnız  bərəkətli  zəmilər, 

kanallar,  taxıl  və  şərab  anbarları,  küləş,  at  ilxıları,  qaramal  və  davar  haqqında  yox, 

qızıl, gümüş, mis, bu metallardan hazırlanan məmulat, müxtəlif parça və i.a. haqqında 

da məlumat verir. 

Metallurgiya  və  metalişləmə,  dulusçuluq,  daşişləmə,  sümükişləmə,  əyiricilik 

və toxuculuq geniş surətdə inkişaf etmişdi. 

Diyarın qədim metallurgiyasının öz filiz mənbəyi vardı. Biz mis, dəmir, qızıl, 

qurğuşun və gümüş yataqlarının istismar edildiyini qəti söyləyə bilərik. 

Əsasən  dulus  çarxında  hazırlanan  bir  çox  keramika  məmulatı  sənətkarların 

böyük  məharətindən  xəbər  verir;  regionun  müxtəlif  yerlərində  dulus  sobaları 

aşkarlanmışdır. 

Qəbirlərdən  daşdan,  gipsdən,  qızıldan  düzəldilmiş  çoxlu  möhür  (bir  parasının 

üzərində mixi yazı işarələri qalmışdır), xeyli bər-bəzək, bilərzik, üzük, muncuq, sırğa, 

asmalar və s. tapılmışdır. Çoxlu sənət inciləri - qızıl camlar, müxtəlif ritonlar, situlalar 

və  başqa  şeylər  aşkara  çıxarılmışdır.  Bir  çox  sənət  inciləri  müxtəlif  zərgərlik, 

dulusçuluq  mərkəzlərindən  bəhs  etməyə  imkan  verir.  Mühüm  bir  cəhət  ondan 

ibarətdir ki, qazıntı zamanı Həsənlidə sənətkar emalatxanaları, xüsusən "sənətkar evi" 

tapılmışdır. Bütün bunlar, şübhəsiz, əhalinin yüksək sənətkarlığa və zəngin incəsənətə 

malik olduğunu sübut edir. 

Zəngin  xammal  ehtiyatları,  böyük  kənd  təsərrüfatı  potensialı,  inkişaf  etmiş 

sənətkarlıq, incəsənət və bir çox başqa nailiyyətlər region vilayətlərinin yalnız bir-biri 

ilə  deyil,  həm  də  uzaq  ölkələrlə  ticarətinin  inkişafına  kömək  edirdi.  Hələ  lap  qədim 

vaxtlardan  Azərbaycanın  vilayətlərindən  bu  diyarı  Qərb  və  Şərq,  Şimal  və  Cənub 

ölkələri ilə birləşdirən beynəlxalq ticarət yolları keçirdi. 

Əkinçilik.  Azərbaycanın  torpaqları  və  su  ehtiyatları  bol  əkinçilik  məhsulları 

yetişdirilməsinə  imkan  verirdi.  Azərbaycanın  coğrafi  şəraiti  sayəsində  həm  dəmyə 

yerlərdə, həm də suvarılan torpaqlarda əkinçilik inkişaf etmişdi. Quraqlıq rayonlarda 

bulaq və kəhriz sularından istifadə olunurdu. 

Aşşur çarları bol qənimət ələ keçirdiklərini, hər il bac topladıqlarını bildirirlər. 

Birdəfəlik bac adətən taxılla alınmırdı, çünki kənd təsərrüfatı məhsulları ehtiyatından 

yürüşün özündə qoşunu dolandırmaq üçün istifadə olunurdu. Aşşur istilaçılarını mal-

qara, metal və metaldan hazırlanan məmulat daha çox maraqlandırırdı. Lakin illik bac 

olaraq hər il başqa şeylərlə yanaşı taxıl da alınırdı.  

Həsənlidə  aparılan  qazıntı  işlərinin  nəticələri  bölgənin  iqtisadiyyatında 

əkinçiliyin  çox  mühüm  yer  tutduğunu  söyləməyə  imkan  verir.  Burada  iki  və  altı 



157 

 

cərgəli  arpa,  bir  növ  buğda  və  darı  yetişdirilirdi.  Digər  tikintilər  sırasında  içərisində 



müxtəlif kənd təsərrüfatı məhsullarının qalığı olan anbarlar da aşkar edilmişdir. 

Əkinçilik  qədim  əhalinin  əsas  peşələrindən  biri  olduğuna  görə  əkinçilik 

texnikası  yüksək  səviyyədə  inkişaf  etdirilməli  idi.  Dəmir  dövrünə  keçdikdən  sonra 

əkinçilik  alətləri  təkmilləşdirilməyə  başlandı.  Tarlalar  ağac  kotanla,  dəmir  toxa  ilə 

şumlanırdı.  Taxıl  dəmir  oraqla  biçilirdi.  Həsənlidə  qazıntı  zamanı  dəmir  toxalar  və 

dəmir oraq tiyələri tapılmışdır. 

Təsərrüfatda yüklər iki və ya dördtəkərli arabalarda daşınırdı. 

Təsərrüfat  haqqında  xüsusilə  zəngin  məlumatı  II  Sarqonun  yürüşünün 

müfəssəl təsvirindən almaq mümkündür. Bu təsvirdə Mannada və onun tabeliyindəki 

vilayətlərdə arpa ilə dolu anbarların ələ keçirilməsindən, zəngin əkinçilik rayonlarının 

var-yoxdan  çıxarılıb  xaraba  qoyulmasından  danışılır.  İstilaçının  keçdiyi  bütün  yol 

boyunca  mannalılar  onun  qoşununu  ərzaqla  təmin  etməyə  məcbur  idilər.  Məsələn, 

Manna çarı Ullusunu haqqında deyilir ki, "o mənim (II Sarqonun) qoşunumu yedirib-

içirmək üçün anbarlara un və şərab doldurmuşdu". 

Zirkertu  ilə  döyüşə  hazırlaşanda  II  Sarqon  Mannanın  Panziş  qalasını 

möhkəmləndirmişdi:  "Onun  (Ullusununun)  qalası  Panzişə...  yaxınlaşdım.  Bu  şəhəri 

daha  da  möhkəmləndirdim,  onun  içərisinə  yağ,  dən,  şərab  və  döyüş  ləvazimatı 

qaldırdım". 

Uişdiş  və  Sanqibutu  vilayətində  çoxlu  taxıl  ehtiyatı  var  idi,  görünür,  bu, 

müharibə  ehtimalına  qarşı  və  ya  qıtlıq  illəri  üçün  yaradılmışdı.  "Onun  ölkəni  və 

camaatı  dolandırmaq  üçün  uzun  müddət  anbarlara  vurduğu  çoxlu  arpa  və  buğda 

ehtiyatını qoşunumun atları, qatırları, dəvələri və ulaqları ilə daşıtdırıb öz düşərgəmdə 

qalaq-qalaq yığdırdım". 

Şəhərlərdə  belə  böyük  anbarlar  olduğunu  arxeoloji  qazıntılar  da  sübut  edir. 

Həsənlidə  qazıntı  zamanı  tapılmış  binalardan  biri  təsərrüfat  məqsədləri  üçün  imiş. 

Onun  içərisində  keramika  məmulatı,  kənd  təsərrüfatı  məhsullarının,  qala  ətrafında 

yetişdirilən buğda, arpa, darı, əncir və üzümün qalıqları var idi. 

Suvarma kanalları şəbəkəsi barlı-bəhrəli bağlar və üzümlüklər salmağa imkan 

verirdi.  Bizə  məlum  olduğuna  görə,  Urartu  çarı  Rusa  mannalılardan  zəbt  etdiyi 

Sanqibutu  vilayətinin  Ulxu  şəhərinin  ətrafında  kanallar  çəkdirmişdi.  "O,  axar  suyu 

aparan  kanal  qazmış  və  onu  Fərat  çayı  kimi  gur  axmağa  məcbur  etmişdi.  Kanaldan 

saysız-hesabsız arxlar ayırmışdı... zəmiləri həqiqətən suvarırdı". 

Arxların  bəzisi  borularla  yerin  altından  çəkilmişdi.  Sanqibutu  vilayətinin 

təxmin  edildiyi  rayonun  yaxınlığında  Bastam  məskənində  də  uzunluğu  12  kilometrə 

qədər olan bu cür kanalın qalıqları tapılmışdır. Güman edilir ki, kanallar çox uzun idi 

və  Sanqibutunun  xeyli  hissəsinin  torpaqlarını  suvara  bilirdi.  Su,  ola  bilsin,  Araz 

çayının qolu Kotur çayından götürülürdü. 



Yüklə 3,9 Mb.

Dostları ilə paylaş:
1   ...   68   69   70   71   72   73   74   75   ...   186




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə