TarġXĠ ən qədimdən bizim eranın III əsri yeddġ CĠlddə



Yüklə 3,9 Mb.
səhifə73/186
tarix25.06.2018
ölçüsü3,9 Mb.
#51691
1   ...   69   70   71   72   73   74   75   76   ...   186

158 

 

II  Sarqon  Sanqibutu  vilayətinin  "böyük,  qamış  kimi  sıx  bitki  ağaclarını", 



meyvə bağlarını və  üzümlüklərini xüsusilə qeyd  edir. Görünür, Mannada üzümçülük 

də  böyük  miqyas  almışdı.  II  Sarqon  tənəkləri  "dağların  pöhrəlikləri"  adlandırır. 

Burada  şərabçılıq  inkişaf  etmiş  sahə  idi.  Ulxu  şəhərini  aldıqdan  sonra  II  Sarqon 

məlumat  verir  ki,  gizli  şərab  zirzəmilərinə  girmiş  və  onun  qoşunları  "irili-xırdalı 

tuluqlardan  ləzzətli  şərabı  çay  suyunu  içən  kimi  içirdilər".  Mannanın  digər 

vilayətlərində  də  şərab  ehtiyatları  var  idi.  Həsənlidə  qazıntı  zamanı  aşkara  çıxarılan 

yaşayış məntəqəsindən bu cür şərab anbarları, onların içərisində isə torpaq döşəməyə 

basdırılan  şərab  küpləri  tapılmışdı.  Bu  küplər  çox  böyük  idi  və  bəzisi  240  litrədək 

şərab tuturdu. 

Maldarlıq və atçılıq. Əkinçiliklə yanaşı, maldarlıq da təsərrüfatın ən mühüm 

sahələrindən biri idi. 

Cənubi  Azərbaycanın  şimal-qərb  hissəsi  -  Qaradağın  ətəklərinin  Muğan  düzü 

ilə qovuşduğu yerlər yaxşı qış otlağıdır. Zaqros dağları sistemində geniş təbii otlaqlar 

vardır və burada ayaqaltı yemlə milyonlarla mal-qara saxlamaq mümkündür. 

Manna  ərazisində  qaramal,  davar,  at  saxlanılması  mixi  yazılardan  bəllidir. 

Burada  köçəri  (yaylaq-qışlaq)  -  maldarlıq  inkişaf  etmişdi,  mal-qara  yazda  dağlara 

sürülür, payızda vadilərə gətirilirdi. Ola bilsin ki, Urartu çarlarının yürüş vaxtı yaylaq 

maldarlığı  ilə  bağlı  imiş.  Daha  çox  qənimət  ələ  keçirmək  mümkün  olsun  deyə 

yürüşlər  ya  mal-qara  sürülənə  qədər,  ya  da  dağdan  qaytarılandan  sonra  edilirdi.  Bu 

mülahizənin  düzgünlüyünü  o  da  təsdiqləyir  ki,  Həsənli  ərazisinə  yürüş  və  qədim 

qalanın  dağılması  yayın  sonuna  təsadüf  etmişdi:  burada  üzümlə  dolu  qablar 

tapılmışdı. Görünür, üzüm şərab çəkmək üçün hazırlanıbmış. 

II  Sarqon  bildirmişdi  ki,  duuzu  ayı  (iyun-iyul  aylarına  müvafiqdir)  "qoşun 

yığmaq və düşərgə salmaq üçün" buyurulubdur. Yürüşlərin təsvirinin sonunda adətən 

çoxlu qaramal və davar aparıldığı haqqında məlumat verilirdi. 

II Aşşurnasirapal Daqara ölkəsindən və bütün Zamuanın çarlarından bac olaraq 

"at, qaramal və davar" tələb edirdi. 

III  Salmanasar  Mannanın  adını  ilk  dəfə  çəkəndə  buradan  saysız-hesabsız 

qaramal və qoyun" ələ keçirir. 

I Argişti də Mannada külli miqdarda mal-qara ələ keçirir. O, məlumat verir ki, 

buradan 2411 baş qaramal, 5149 baş davar, 170 at və 62 dəvə aparmışdı. 

I  Argiştinin  oğlu  II  Sardurinin  yazısında  bir  neçə  vilayətdən,  o  cümlədən 

Puluadidən  ələ  keçirilən  mal-qara  sadalanır  və  sayı  göstərilir.  Puluadi  ölkəsinin 

payına  təkcə  bir  yürüş  zamanı  ələ  keçirilən  təqribən  1400  at,  1200  başdan  çox 

qaramal və 18 min başdan çox davar, 115 baş dəvə düşür. 

Düşmən  qoşunları  hücum  edəndə  yerli  əhali  var-yoxundan  heç  olmazsa,  bir 

qismini  -  qarətdən  xilas  etmək  üçün  adətən  mal-qarasını  dağlara  ötürürdü.  Aşşur 

çarları dağlara sürülən mal-qaranı ələ keçirib geriyə, yəni vadilərə qaytardıqlarını tez-



159 

 

tez  xəbər  verirlər.  V  Şamşi-Adad  Messi  vilayətində,  Mannanın  özündə  və  başqa 



vilayətlərdə qaramal, davar, qatır, qoşqu atları və dəvələr ələ keçirmişdi. 

Manna çarlığının vilayətlərində atçılığa xüsusi, çox böyük əhəmiyyət verilirdi. 

Qafqazda  və  Ön  Asiya  vilayətlərində  at  ən  azı  e.ə.  III  minillikdən  məlum  idi,  lakin 

qədim Şərqdə atçılığın geniş yayılması, atla xüsusi məşq sənəti, atın döyüş arabalarına 

qoşulması  e.ə.  II  minilliyin  birinci  yarısına  aiddir.  E.ə.  II-I  minilliyin  ayrıcında  və 

xüsusilə  I  minilliyin  əvvəlində  minik  atından  hərbi  məqsədlərlə  istifadə  edilməsi, 

süvariliyin  yayılması  irandilli  əhalinin  məskunlaşması  ilə  əlaqədar  idi.  Görünür, 

qonşu  xalqların  süvari  qoşunları  məhz  öz  silahlı  süvariləri  ilə  güclü  olan  irandilli 

tayfalarla mübarizədə təşəkkül tapmışdı. 

Atçılıq  sürətlə  yayılır,  iqtisadiyyatda  və  hərbi  işdə  getdikcə  daha  böyük  yer 

tuturdu. Bəzi vilayətlər at yetişdirməkdə ixtisaslaşmağa başlayırdılar. 

Aşşur  mənbələrində  Urmiyaboyu  vilayətlərdən  alınan  bac  sadalanarkən 

tədricən at birinci yerə keçir, bəzi vilayətlərdən bac olaraq ancaq at alınırdı. Mannaya 

yürüş etmiş çarların demək olar ki, hamısı belə məlumat verirdi: "Mannalılardan bac 

kimi  qoşqu  atları  aldım".  Zamuadan,  Gilzandan,  Messidən,  Gizilbundadan  Aşşur 

çarına  qoşqu  atları  göndərirdilər.  I  Rusa  zamanında  urartulular  tərəfindən  tutulan, 

lakin  Aşşur  çarının  köməyi  ilə  yenidən  Mannaya  qaytarılan  Manna  vilayəti  Subinin 

əhalisi at yetişdirməkdə xüsusilə mahir idi. II Sarqonun kitabəsində bu barədə ətraflı 

danışılır:  "Həmin  vilayətdə  yaşayan  adamların  süvari  qoşun  üçün  ata  təlim  vermək 

sənətində tayı-bərabəri yoxdur. Öz geniş ölkəsində öz çar alayı üçün bəslədiyi və hər 

il  bac  kimi  aldığı  kiçik  dayçaları  böyüməyincə  minmirdilər,  gərdişə  gəlməyi,  dövrə 

vurmağı, dönməyi, döyüş üçün vacib olan bütün vərdişləri öyrətməyincə bu dayçaları 

yəhərləmirdilər". 

Subi  vilayətinin  Sanqibutu  ilə  həmsərhəd  zonasında  Uşkaya  ilə  Tarmakisa 

(indiki  Təbriz)  qalaları  arasında  Aniaştaniya  məskəni  var  idi.  II  Sarqon  onu  "ilxılar 

evi" adlandırır. 

Gizilbunda vilayəti yaşayış məskənləri rəisləri Mannanın Zirdiakka qalasına II 

Sarqona  qoşqu  atları,  sayagəlməz  qaramal  və  davar  gətirirdilər.  Ullusunu  da  II 

Sarqona "qoşqu ləvazimatı ilə birlikdə qoşqu atları" bəxş etmişdi. 

Həsənlidən tapılan  müxtəlif əşyaların üzərindəki rəsmlərdə görünür ki, təkərli 

nəqliyyat  da,  atminmə  də  geniş  yayılmışdı.  Qızıl  və  gümüş  camların  üzərindəki 

təsvirlər  biratlı  və  ikiatlı  arabaların  mövcud  olduğunu  göstərir.  Hər  iki  arabanın 

təkərlərində Aşşur və Urartu arabalarında olduğu kimi altı dəndə vardı. 

Həsənlidə e.ə. IX əsr layının üzərində ağacdan hazırlanmış və atlı təsviri olan 

relyef  tapılmışdır.  Qazıntı  zamanı  aşkar  edilmiş  əşyalar  arasında  at,  qoç  və  buzov 

formasında məharətlə hazırlanmış ritonlar vardır. Buradan gəm və bər-bəzəkli qoşqu 

şeyləri  ilə  birlikdə  dəfn  edilən  at  qalıqları  da  tapılmışdır.  At  dəfn  etmək  Naxçıvan 

diyarında  da  geniş  yayılmış  bir  adət  idi.  Şahtaxtı  qəbiristanının  bir  çox  qəbirlərində 




Yüklə 3,9 Mb.

Dostları ilə paylaş:
1   ...   69   70   71   72   73   74   75   76   ...   186




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə