TarġXĠ ən qədimdən bizim eranın III əsri yeddġ CĠlddə



Yüklə 3,9 Mb.
səhifə76/186
tarix25.06.2018
ölçüsü3,9 Mb.
#51691
1   ...   72   73   74   75   76   77   78   79   ...   186

164 

 

Döyüşçülərin  də  geyimi  uzun  idi,  ətəyə  doğru  genəlirdi,  parçadan  və  ya  dəridən 



olurdu, üzərinə kiçik metal lövhəciklər tikilirdi. Başqa bir növü ətəyi dizdən olan qısa 

xirqə idi. Döyüşçülərin kürəyini sol çiyinə bənd edilən heyvan dərisi örtürdü. 

Marlik sakinlərinin geyimi haqqında gümüş qədəh üzərində çəkilmiş rəsmlərə 

görə  mühakimə  yürütmək  olar:  onlar  ətəyi  dizə  qədər  olan  qısaqol  xirqə  geyir, 

üstündən  enli  kəmər  bağlayırdılar.  Qəbirdən  tapılmış  paltarın  ön  hissəsinə  tikilmiş 

uzun  bir  cərgə  qızıl  düymələrə  əsasən  belə  bir  nəticə  çıxarmaq  olar  ki,  Marlik 

sakinləri uzun paltar geyirmişlər. 

Mannanın  Ģəhərləri  və  Ģəhər  həyatı.  Mənbələr  Manna  dövlətinin  müxtəlif 

yaşayış  yerləri  haqqında  məlumat  verir.  Bu  yaşayış  yerlərini  iki  qrupa  bölmək  olar: 

möhkəmləndirilmiş şəhər-qalalar və onların ətrafında yerləşən məskənlər. 

Sinfi təbəqələşmə, maddi sərvətlər toplanması və bununla əlaqədar tez-tez baş 

verən düşmən basqınları əhalini öz təhlükəsizliyini qorumaq üçün  yollar və vasitələr 

axtarmağa  məcbur  edirdi.  E.ə.  II  minilliyin  sonuna  məxsus  abidələr  göstərir  ki, 

mannalılar  öz  məskənlərini  düşmənin  əli  çatmayan,  eyni  zamanda  asan  müdafiə 

edilən  təbii  yüksəkliklərdə  və  strateji  cəhətdən  əlverişli  olan  yerlərdə  salmağa 

başlayırlar.  E.ə.  I  minilliyin  əvvəlinə  yaxın  bu  məskənlər  tədricən  qalın  divarlar 

arasına alınır və əsil qalalara çevrilir. 

Lakin şəhər-qalaların heç də hamısı yaşayış məntəqələri deyildi. Onların bəzisi 

yalnız  mühüm  strateji  mövqelərdə  qərar  tutan  və  daha  vacib  yaşayış  mərkəzlərinin 

yollarını  qoruyan  müdafiə  qurğuları  imiş.  Düşməndən  müdafiə  üçün  bu  qala-

şəhərlərdə  müəyyən qədər qoşun saxlanılırdı.  Habelə  mühasirə  təhlükəsi  yarandıqda 

mal-qara  buraya  sürülür,  yaxın  kəndlərin  sakinləri  burada  daldalanırdılar.  Həmin 

qalalar  təpənin  başında  divarla  dövrələnmiş  kiçik  bir  sahədə  yerləşirdi.  Görünür, 

Zibda (Uzbia, İzzibiya) da qədimdə bu cür qalalardan idi. Onun xarabaları hündürlüyü 

90  metr  olan  təpədədir.  Təpənin  yuxarı  hissəsində  çox  məhdud  bir  sahəni  tutan, 

ətrafına çiy kərpicdən hasar çəkilmiş tikililərin qalıqları vardır. 

Belə  qalalardan  biri  də  Zibia  ilə  birlikdə  Armait  (Urmeyate)  idi.  Aşşur 

mənbələrinə görə, Mannanın  paytaxtı İzirtu bu qalaların bilavasitə  yaxınlığındaymış. 

Onların  adları  həmişə  birgə  çəkilirdi  və  aşşurlular  İzirtuya  Zibia  və  Armait  qalaları 

dağıdıldıqdan sonra yaxınlaşırdılar. 

Həsənli  yaxınlığındakı  Əqrəbtəpədə  də  qazıntı  zamanı  eynilə  bu  tipdən  olan 

kiçik  bir  qala  aşkar  edilmişdir.  Bu  qalanın  da  ətrafına  qabarıq  bürcləri  olan  hasar 

çəkilmişdi.  Qala  iki  dəfə  yandırılmış,  lakin  dağıdıldıqdan  sonra  ilkin  plan  əsasında 

bərpa  edilmişdir.  Ola  bilsin,  Əqrəbtəpədə  qurulmuş  bu  istehkam  Həsənli  təpəsində 

yerləşmiş şəhərin giriş yollarında bir maneə imiş. 

Düşmənin yaxınlaşdığını xəbər verən xüsusi bürclər də müdafiə məqsədlərinə 

xidmət edirdi. Əldə olan məlumata görə, Mannanın Sanqibutu vilayətində belə bürclər 

varmış:  "Dağ  zirvələrində  bürclər  ucaldılmışdı,  tonqal  yandırılıb-yandırılmadığına 



165 

 

gecə-gündüz  göz  qoyur  və  uzaqda  olan  çoxsaylı  düşmən  yaxınlaşdıqda  xəbər 



verirdilər". 

Şəhər-qalalar  çox  böyük  bir  ərazini  əhatə  edən  və  ən  əlverişli  mövqe  tutan 

məskənlər  idi.  Bunlar  daha  ciddi  möhkəmləndirilirdi,  içqalaları,  sarayları,  məbədləri 

və  digər  memarlıq  qurğuları  vardı.  Şəhər-qalaların  bəzisi  "çar  şəhəri"  adlanırdı  və 

çarın,  əyanların,  vilayət  rəislərinin  yaşayış  yeri  idi.  Bu  şəhərlər  mədəniyyət,  din  və 

sənət  mərkəzləri  idi.  Kiçik  qalalar  və  onların  ətrafından  yalnız  mal-qara  zəbt 

edilirdisə,  iri  şəhərlərdən  mal-qara  sürülür,  anbarlardan  taxıl,  ehtiyatda  olan  gümüş, 

mis, qızıl, sənətkar əməyinin məhsulları aparılırdı. 

Aşşur  relyeflərindəki  təsvirlər  bu  cür  qalaların  zahiri  görkəmini  təsəvvürdə 

canlandırmağa  kömək  edir.  Mannanın  Uşkaya  qalasını  II  Sarqon  belə  təsvir  edir: 

"Mən  güclü  silahımın  hünərinə  bu  qalaya  qalxdım,  onun  bol  əmlakını  qarət  edib 

düşərgəmə daşıtdırdım. Bünövrəsi səkkiz qulac qalınlığında olmuş və qayaya dirənən 

möhkəm  qala  divarını,  onun  diş-diş  olan  üst  hissəsindən  ta  hündür  özülünədək 

birnəfəsə  söküb  yerlə  yeksan  etdim.  Qalanın  içində  olan  evlərə  od  vurdum,  onların 

uzun tirlərini yandırdım". 

Ən  mühüm  qalaların  müdafiəsini  möhkəmləndirmək  üçün  onların  ətrafında 

dövrələmə  xəndəklər  qazır,  torpaq  bəndlər  qururdular.  Tarui  və  Tarmakisa  belə 

qalalardan idi. 

Həsənli təpəsini əhatə edən divarın  salamat qalmış özülünün qalınlığı 3  m 20 

sm,  yəni təqribən 8 qulacdır  ki, bu da II Sarqonun kitabəsində deyilənə  uyğun gəlir. 

Divarların  özülü  iri  daş  tavalardan  hörülmüşdür.  Divarın  tamamilə  salamat  qalmış 

özülünün  hündürlüyü  2  m  60  sm-ə  yaxındır.  Qala  divarının  qalan  hissəsi  isə 

kvadratşəkilli  çiy  kərpicdən  tikilmişdir.  Güman  edilir  ki,  divarların  hündürlüyü  10 

metrə yaxın ola bilərdi. Qalanın bütün çevrəsi boyunca bir-birindən 30-35 metr aralı, 

hərəsi  10  kv.m  olan  on  bir  ədəd  kvadratşəkilli,  qabarıq  bürc  tikilmişdi.  Bürclər 

arasındakı  divar  3x0,5  metr  ölçülü  iki  kontrforsla  möhkəmləndirilmişdi.  Qalanın 

mərkəzində  onun  qalan  hissəsindən  hündür  olan  içqala  vardı.  Binaların  arasından 

yerinə iri-iri tavalar döşənmiş küçə keçirdi. Binalar iki və ya üç mərtəbəli idi. Yuxarı 

mərtəbələrə  pilləkən  vardı.  Binaların  kərpic  divarları  daş  bünövrənin  üstündə 

hörülürdü.  Yaşayış  binalarının  dəhlizi,  ona  bitişik  kiçik  yan  otaqları,  daş  özüllər 

üzərində duran, diametri yarım metr olan ağac sütunlar vardı. Divarların qalığına görə 

güman edirlər ki, sütunların hündürlüyü 6 metrdən çox imiş. Zalın divarları boyunca 

gillə  suvanmış  çiy  kərpicdən  kürsülər,  zalın  ortasında  isə  ocaq  vardı.  Saray 

kompleksinin ayrı-ayrı otaqlarında divarlara şirələnmiş kərpicdən üz çəkilmişdi. Yerə 

daş  tavalar  döşənmişdi.  Qapılar  taxta  dabanlıqlara  söykənən  mehvər  ətrafında 

fırlanırdı.  Biz  II  Sarqonun  məlumatından  bilirik  ki,  çar  saraylarının  üstü  sərv 

ağacından yonulmuş tirlərlə örtülür və bunların xoş ətri otaqları bürüyürdü. 



Yüklə 3,9 Mb.

Dostları ilə paylaş:
1   ...   72   73   74   75   76   77   78   79   ...   186




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə