TarġXĠ ən qədimdən bizim eranın III əsri yeddġ CĠlddə



Yüklə 3,9 Mb.
səhifə77/186
tarix25.06.2018
ölçüsü3,9 Mb.
#51691
1   ...   73   74   75   76   77   78   79   80   ...   186

166 

 

Mannaya  qonşu  olan  Allabria  vilayətinin  III  Salmanasann  salnaməsində 



verilmiş  təsviri  binalar  haqqında  müəyyən  təsəvvür  yaradır:  "Mən  allabrialı  Yanzi-

Buriaşın  möhkəmləndirilmiş  Şurdira  şəhərini,  qızıl  qapısını,  saray  kənizlərini,  xeyli 

mülkiyyətini ələ keçirdim". Buna müvafiq olaraq biz Manna şəhər-qalalarında "saray 

məşuqələri"  üçün  ayrıca  zəngin  bərbəzəkli  otaqlar  olduğunu  təsəvvürümüzə  gətirə 

bilərik,  xüsusilə  də  ona  görə  ki,  Həsənli  qalasının  sütunlu  zala  bitişik  otaqlarının 

birindən  eyni  vaxtda  tələf  olmuş  üzüklü,  bilərzikli,  dekorativ  sancaqlı  44  qadının 

skeleti tapılmışdır. 

Aşkar  edilmiş  çoxlu  silahdan  məlum  olur  ki,  çar  əhatəsinin  hərbi 

nümayəndələri üçün sarayda xüsusi otaqlar varmış. 

Allahlara ibadət etmək üçün məbədlər tikilirdi. 

Təsərrüfat  ehtiyacları  üçün  əsas  binalara  bitişik  çoxlu  yardımçı  otaq  tikilirdi; 

bunların bir qismindən taxıl və şərab saxlanan böyük qablar tapılmışdır. 

Şəhər-qalada əhalini sənətkarlıq məmulatı ilə təmin edən ustalar da yaşayırdı. 

Qalanın  ətrafında  kiçik  məskənlər  yerləşirdi.  Bunların  sakinləri  əkinçilik  və 

heyvandarlıqla  məşğul  olur,  şəhər-qalanı  ərzaqla  təchiz  edirdilər.  Bəzən  bir  şəhərin 

ətrafında xeyli məskən olurdu.  

Adətən  mixi  yazılarda  düşmən  şəhərləri  üzərində  qələbənin  təsviri  verilərkən 

yaxşı  möhkəmləndirilmiş  şəhər-qalanın  və  onun  ətrafında  olan  kiçik  məskənlərin 

tutulması haqqında trafaret bir cümlədən istifadə olunur. Bir çox məskənlərin əhalisi 

düşmənin hücumu zamanı yaxınlıqdakı qalada daldalanır, öz əmlakını buraya daşıyır, 

mal-qarasını  sürüb  gətirirdi.  Qala  mühasirəyə  alınanda  onun  müdafiəsində 

qoşunlardan  başqa,  burada  daldalanan  əhali  də  iştirak  edirdi.  Kiçik  məskənlər  talan 

edilir və yandırılırdı, möhkəmləndirilmiş şəhər-qalaları isə işğal etmək heç də həmişə 

mümkün  olmurdu,  buna  görə  də  onların  bəzisi  bir  neçə  dəfə  mühasirəyə  alınırdı. 

Lakin inşaat texnikası o qədər yüksək idi ki, dağıdılmış qalalar tez bərpa olunur, orada 

həyat davam edir, müdafiə qaydaya salınırdı. Həsənli qalası bir neçə dəfə dağıdılmış 

və hər dəfə təxminən öz ilkin planı əsasında bərpa edilmişdi. Qala son dəfə, görünür, 

qəfil  hücum  nəticəsində  dağıdılmışdı.  Şiddətli  yanğın  tikililəri  bürümüş,  çoxlu  adam 

yanıb həlak olmuşdu. Onların  əmlakı yanan və uçulan binaların xarabalıqları altında 

qalmışdı. Çox ehtimal ki, daha qalanı bərpa etmək mümkün olmamış və yeni sakinlər 

buraya təqribən yüz ildən sonra gəlmişdilər. 

Həsənli  təpəsində  qazıntı  zamanı  aşkara  çıxarılmış  şəhərin  Manna  ərazisində 

mövcud  olması  cəmiyyətin  yüksək  sosial-iqtisadi,  siyasi  və  mədəni  inkişaf 

səviyyəsinə sübutdur. 



Mannanın dövlət quruluĢu. E.ə. I minilliyin əvvəllərində Cənubi Azərbaycan 

tayfalarının xeyli hissəsi ilkin quldarhq cəmiyyəti şəraitində yaşayırdı. 

İlk vaxtlar, hər halda e.ə. IX əsrin sonuna kimi Manna Zamua vilayətinin digər 

"ölkələrindən" az fərqlənirdi.  Lakin birləşmə prosesi nəticəsində Manna tezliklə çox 




167 

 

iri siyasi quruma çevrildi. Əhalisi oturaq həyat sürürdü. Eyni "çar şəhəri" İzirtu (Zirta) 



uzun  müddət  Manna  çarlığının  paytaxtı  olaraq  qalırdı.  Bu,  giriş  yolları  Zibia  və 

Armait  qalaları  ilə  qorunan  xeyli  dərəcədə  möhkəmləndirilmiş  bir  şəhər  idi.  Ölkədə 

"çar şəhəri" adlanan başqa şəhərlər də vardı. 

Manna  yüksək  dərəcədə  inkişaf  etmiş  struktura  malik  olan  əmlak 

təbəqələşməsinin  və  sosial  təbəqələşmənin  geniş  miqyas  aldığı  bir  cəmiyyət  olsa  da, 

hər halda ilkin sinfi cəmiyyət idi. Qaynaqlarda "ölkənin adamları" adlandırılan geniş 

xalq  kütlələri  ölkənin  siyasi  həyatında  fəal  rol  oynayırdılar.  Manna  çarı  Ahşerinin 

hakimiyyəti istibdad forması almağa başlayanda, məhz, "ölkənin adamları" ona qarşı 

çıxdılar. 

Ölkədə  çar  hakimiyyəti  ibtidai  icma  quruluşunun  qalıqları  olan  müxtəlif 

orqanlar  tərəfindən  məhdudlaşdırılsa  da,  çox  güclü  idi.  Gilzan  çarı  Asu  (Sua)  III 

Salmanasarın  pişvazına  "öz  qardaşları  və  oğulları  ilə"  çıxdığı  halda,  Manna  çarı 

Ullusunu  II  Sarqonun  pişvazına  "öz  ölkəsindən  onun  ölkəsini  idarə  edən  ulu 

ağsaqqallar, müşavirlər, oğul-uşaqları, canişinlər və başçılarla birgə çıxmışdı". 

Deməli,  güman  etmək  olar  ki,  Manna  çarı  ölkəni  tam  hakimi  -  mütləq  kimi 

idarə  etmirdi.  Sarqonun  mətnində  sadalanan  əyanlardan,  canişinlərdən  və 

başqalarından  ibarət  ağsaqqallar  şurası  onun  hakimiyyətini  məhdudlaşdırırdı.  Lakin 

mənbələrdən  bəlli  olur  ki,  çarlar  müstəqil  hökmranlığa  can  atırdılar,  bunun 

nəticəsində  çar  siyasətinin  tərəfdarları  ilə  əleyhdarları  arasında  daimi  mübarizə 

gedirdi. 

Mannada nəsli əyanlar, habelə hərbi və xidmətçi əyanlar təbəqəsi güclü idi. 

Qeyri-məhdud  hakimiyyətə  can  atmaq  bəzən  faciə  ilə  nəticələnirdi.  Çar 

Ahşerinin öldürülməsi buna misal ola bilər. 

Hərçənd  Mannada  çar  hakimiyyəti  qəbilə-tayfa  başçısının  hökmranlığından 

törəmişdi,  lakin  artıq  e.ə.  VIII  əsrdə  o,  irsi  idi.  İranzudan  sonra  hakimiyyət  onun 

oğullarının  -  ölkəni  ardıcıl  idarə  edən  Azanın  və  Ullusunun  əlinə  keçir.  Ahşeridən 

sonra Mannanı onun oğlu Ualli idarə edirdi. 

Maraqlıdır  ki,  II  Sarqonun  "Relyasiya"sında  deyilir  ki,  Sarqonun  pişvazına 

çıxanda  Ullusunu  nəinki  öz  təhlükəsizliyini  qorumaq  üçün  girov  almamışdı,  hətta 

əksinə  "böyük  oğlunu  ehtiram  əlaməti  olaraq  bəxşiş  və  sovqatla"  Aşşur  çarının 

"hüzuruna göndərib onun himayəsinə vermişdi". 

Manna  çarlığı  "mahallara"  bölünürdü,  onları  çar  "canişinləri"  idarə  edirdilər. 

Tayfaların,  yaxud  qəbilə  və  ərazi  icmasının  başçıları  olan  "məskən  hakimləri" 

Mannanın inzibati həyatında xarakterik sima idilər. Mannada müəyyən dərəcədə etnik 

konsolidasiya  əlamətləri  meydana  gəlir  ki,  bu  da  öz  ifadəsini  etnik  mənlik  şüurunun 

yaranmasında  tapır.  Belə  ki,  mənbələrin  şəhadətinə  görə  Manna  çarı  Urartu  çarının 

işğal  etdiyi  torpaqların sadəcə  geri alınmasına  deyil,  həm  də  "...pərən-pərən düşmüş 

mannalıların öz yerlərinə qaytarılmasına" çalışır. 




Yüklə 3,9 Mb.

Dostları ilə paylaş:
1   ...   73   74   75   76   77   78   79   80   ...   186




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə