TarġXĠ ən qədimdən bizim eranın III əsri yeddġ CĠlddə



Yüklə 3,9 Mb.
səhifə78/186
tarix25.06.2018
ölçüsü3,9 Mb.
#51691
1   ...   74   75   76   77   78   79   80   81   ...   186

168 

 

Beləliklə, e.ə. I minilliyin ikinci rübünə  yaxın Manna sabit dövlət qurumu idi 



və sonralar uzun bir zaman boyunca çox geniş bir ərazini birləşdirib Yaxın Şərqdə iri 

dövlətlərdən biri oldu. 



Manna  çarlığının  qüvvətlənməsi  və  geniĢlənməsi.  E.ə.  VIII  əsrin  40-cı 

illərində Aşşur dövlətinin qüvvətlənməsi beynəlxalq vəziyyəti xeyli dəyişdi. 

E.ə.  744-cü  ildə  III  Tiqlatpalasar  Urartu  çarı  Sarduri  ilə  baş  verəcək 

toqquşmada  cinahını  möhkəmləndirmək  üçün  şimal-şərqə  yürüşə  başlayır,  çünki 

cəngavər Mada hakimləri əlverişli vaxtda urartuluların təbii müttəfiqi ola bilərdilər. 

Aşşur  çarının  əsil  Mada  vilayətlərinə  soxula  bilmədiyinə  baxmayaraq,  yürüş 

ümumiyyətlə  uğurlu  oldu.  III  Tiqlatpalasar  şərqdə  iki  yeni  əyalət  -  Parsua  və  Bit-

Xamban vilayətlərini yaradır. 

743-cü  ildə  Aşşur  çarı  Urartu  çarını  birinci  güclü  məğlubiyyətə  uğradır. 

Sardurinin  qüvvələrini  tamam  əzmək  mümkün  olmadı.  Buna  görə  də  739-cü  ildə 

Tiqlatpalasar  daha  qəti  tədbirlərə  başlayır.  III  Tiqlatpalasar  ömrünün  son  on  ilində 

əsasən öz qorxulu düşmənini-Urartulu Sardurini qəti darmadağın etməklə məşğul idi. 

Uzun sürən bu inadlı mübarizə, nəhayət, 735-ci ildə Aşşurun xeyrinə qurtardı. Sarduri 

məğlub edildi. III Tiqlatpalasar məqsədinə çatdı. Bunun ardınca o, qərbə üz tutdu və 

bir sıra uğurlu müharibələrdən sonra "bütün Qərbin süzereni" oldu, "dənizə gedən yol 

onun  üzünə  açıldı".  Cənubda  Babilistan  ələ  keçirildi.  Beləliklə,  Aşşur  Ön  Asiyanın 

şərqində yenidən birinci oldu. 

Manna  beynəlxalq  vəziyyətin  dəyişməsindən  istifadə  etdi.  III  Tiqlatpalasarın 

öz Şərq yürüşlərində Manna ərazisinə girməməsi həm aşşurluların Manna ilə dostluq 

münasibətlərinə, həm də, görünür, Manna çarlığının gücünə sübut ola bilər. 

İki  qüdrətli  rəqib  arasında  gedən  mübarizə  mannalıların  əl-qolunu  açdı  və 

onlar  ayrı-ayrı  vilayətləri  bir-bir  öz  torpaqlarına  qataraq  Manna  çarlığını  xeyli 

gücləndirdilər.  Şübhəsiz,  Sardurinin  darmadağın  edilməsi  bütün  Cənubi  Azərbaycan 

ərazisini Mannanın tabeçilyinə keçirdi. Bunu ondan görmək olar ki, sonralar II Sarqon 

dövründə,  Mannadan  ayrılmış  Zikertu,  Uişdiş,  Messi  və  digər  vilayətlər  bir  vaxtlar 

Manna çar xanədanına tabe idilər və qədim mətndə deyildiyinə görə, "Manna çarının 

canişinləri" sayılırdılar. 

Mannanın güclənməsi, görünür, VIII əsrin 20-ci illərinin axırlarınadək davam 

etmişdi.  Bu  vaxtdan  Urartunun  köməyi  sayəsində  Mannanın  "böyük  canişinləri" 

ondan qopub ayrılmağa başlamışdılar. 

Mannanın  gücləndiyi  və  genişləndiyi dövrdə  yarımmüstəqil  ucqar hakimlərin 

torpaqları  ona  tabe  idi.  Mənbələr  Marağa-Səhənd  rayonunda  yerləşən  Uişdiş 

(urartulularda  -  Uqişti)  vilayətinin,  cəngavər  bir  tayfa  yaşayan,  cənub-qərbdə  Parsua 

ilə qonşu, şimal-şərqdə Gizilbunda ilə həmsərhəd olan çox geniş Messi (Mesu, Missi) 

vilayətinin  adını  çəkir.  Messi  Mannaya  çar  Ullusunu  zamanında  birləşdirilmişdi.  

Mannalılar onun  sərhədində  Sirdakka (Zirdiakka) qalasını tikmişdilər. 




169 

 

Andia Mannadan ən uzaqda olan vilayət idi. O, Səfid-Rud çar vadisinin aşağı 



və  orta  hissəsində  yerləşir,  "qürubda  olan  Böyük  dənizə"  (Kaspi  dənizi  nəzərdə 

tutulurdu)  qədər  uzanırdı.  Mannalılar  Andianı  Manna  çarlığının  qüdrətli  vaxtında 

istila  etmişdilər.    Doğrudur,  vilayətin  hökmdarları  ayrılmağa  can  atır  və  Mannanın 

düşmənləri ilə ittifaqlar bağlayırdılar. 

Göstərilən  vilayətlərdən  əlavə,  Urmiya  hövzəsinin  şimal-şərq  hissələrində, 

Manna və Urartunun şimal sərhədlərinin qovşağında Subi və Bari vilayətləri də vardı, 

bunlara  Sanqibuti  də  deyilirdi.  II  Sarqon  Bari  vilayətində  iki  möhkəmləndirilmiş 

qalanın  -  at  tövlələri  və  arpa  ilə  dolu  anbarları  olan  Tarui  və  Tarmakisa  qalalarının 

adını çəkir. 

Asılı  vilayətlər  də  daxil  olmaqla  Manna  Urmiya  gölünün  bütün  cənub 

hövzəsini,  Urmiya  ilə  Araz  arasındakı  suayırıcınadək  gölün  şərq  sahilini,  habelə 

Qızılüzən çayı hövzəsinin xeyli hissəsini və ondan cənubda  yerləşən rayonları əhatə 

edirdi.  Güman  etmək  olar  ki,  Manna  ərazisi  gələcək  Mada  Atropatenası  – 

At

a



/

u

rpatakana, yəni Cənubi Azərbaycana təxminən uyğun gəlirdi. 



Çox  ehtimal  ki,  Mannanın  ən  böyük  tərəqqisi  çar  İranzunun  sələflərinin 

hökmranlığı  dövrünə  və  onun  hökmranlığının  başlanğıcına  təsadüf  edir.  İranzunun 

sələflərinin adları bizə məlum deyil. 

İranzu  zamanında  Mannanın  Qədim  Şərqdə  güclü  dövlətlərdən  birinə 

çevrilməsi yarımmüstəqil ucqar çarlıqları narahat etməyə  və Urartu dövlətini təşvişə 

salmaya  bilməzdi.  Mannanın  öhdəsindən  gələ  bilməyən  Urartu  onun  hakimiyyəti 

altında olan vilayətləri ona qarşı qaldırmağa cəhd edir. İranzunun hökmranlığının axır 

vaxtlarında onun mövqeləri zəifləyir. 

E.ə. VIII əsrin 20-ci illərinə yaxın Mannanın vəziyyəti artıq ağır idi. Mannadan 

ayrılmış  Zikertu,  Uişdiş,  Misi,  Andia  hökmdarları,  habelə  Aşşur  dövləti  ərazisinə 

hücum  etməyə  cürət  edən  Urartu  çarı  I  Rusa  tərəfindən  sıxışdırılan  Manna  çarı 

İranzunun bircə çarəsi qalırdı: Neynəva hökmdarlarının ali hakimiyyətini tanımaq və 

beləliklə, vəziyyəti az da olsa düzəltmək. 

İranzunun açıq-aşkar II Sarqonun tərəfinə keçməsi I Rusanın və Zikertu "çarı" 

Metattinin  ona  qarşı  düşmənçiliyini  daha  da  şiddətləndirdi.  Metatti  Aşşur  əleyhinə 

koalisiyanın ən fəal başçılarından biri idi. Müttəfiqlərin ikisi də İranzunu sıxışdırmağa 

başladı.  719-cu ildə  İranzunun öz  şəhərləri  -  Şuandaxul və  Durdukka  onun  əleyhinə 

üsyan  qaldırdılar.  Metatti  onlara  hərbi  yardım  göstərdi.  Sukka,  Bala,  Abitikna 

şəhərləri də ayrılıb düşmənlərin tərəfinə keçdilər. 

Manna çarı İranzu aşşurluların köməyini axtarmağa məcbur oldu. Urmiyaboyu 

rayonda  Aşşurun  mövqeləri  elə  bir  təhlükə  qarşısında  qalmışdı  ki,  II  Sarqon  dərhal 

əks-tədbir  görmək  qərarına  gəldi,  xüsusilə  də  ona  görə  ki,  cənubda  Elam 

vilayətlərində  və  ondan  şərqdə  də  qüdrətli  Aşşur  dövlətinin  siyasətindən  narazılıq 



Yüklə 3,9 Mb.

Dostları ilə paylaş:
1   ...   74   75   76   77   78   79   80   81   ...   186




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə