TarġXĠ ən qədimdən bizim eranın III əsri yeddġ CĠlddə



Yüklə 3,9 Mb.
səhifə79/186
tarix25.06.2018
ölçüsü3,9 Mb.
#51691
1   ...   75   76   77   78   79   80   81   82   ...   186

170 

 

artırdı  və  bu  torpaqlar  hər  an  Neynəva  hökmdarının  düşmənlərinin  cəbhəsində 



mühüm yer tuta bilərdi. 

II  Sarqon,  çox  ehtimal  ki,  öz  təşəbbüsünün  verə  biləcəyi  nəticələrdən  ehtiyat 

edərək, yuxarıda adları çəkilən, Mannadan üz döndərib Rusanın və Metattinin tərəfinə 

keçən şəhərlərə qarşı hələlik cəza ekspedisiyası ilə kifayətlənməyi qərara aldı. Aşşur 

çarının  bu  yürüşü  719-cu  ildə  baş  verdi.  Qiyamçı  şəhərlər  dağıdıldı  və  əhalinin  bir 

hissəsi Aşşur dövlətinin qərb torpaqlarına köçürüldü. 

Sarqon  gedəndən  sonra  Urmiyaboyu  zonada  böyük  dəyişiklər  baş  verdi  və 

bunlar  Aşşurun  mənafeyinə  ciddi  xələl  gətirdi.  Aşşur  dövlətinin  sadiq  və  dəyanətli 

müttəfiqi olan çar İranzu (719-cu və 716-cı illər arasında) vəfat etdi. 

Kimmerlilərin zərbəsindən toxtayıb özünə gəlmiş I  Rusa  Urmiyaboyu zonada 

Aşşura qarşı yenidən fəaliyyətə başlayır. 

Manna  taxt-tacına  sahib  olan  Aza  da,  atası  İranzu  kimi,  Aşşur  dövlətinə 

arxalanmağa çalışırdı ki, bu da, əlbəttə, 1 Rusanı və onun müttəfiqi Metattini Azaya 

düşmən  etməyə  bilməzdi.  Vəziyyət  həm  də  ona  görə  pisləşdi  ki,  Manna  "canişini" 

uişdişli Baqdatti də düşmənlərin tərəfinə keçdi. Aza qısa müddət hökmranlıq edəndən 

sonra "əlçatmaz Uauş dağına" çəkilib müdafiə mövqeyi tutmağa məcbur oldu. Lakin 

o,  düşmənlərinə  üstün  gələ  bilmədi  və  öldürüldü.  Manna  taxt-tacına  Azanın  qardaşı 

Ullusunu yiyələndi: o, Aşşurun düşmənləri tərəfinə keçdi. Allabria çarı İtti və karallalı 

Aşşurle də bu cəbhəyə qoşuldular. 

Aşşurun mənafeyi üçün çox təhlükəli olan belə gərgin bir anda e.ə. 716-cı ildə 

II Sarqon Urmiyaboyu rayona, xüsusən Mannahlar ölkəsinə yürüş edir. Aşşur çarının 

salnaməsində  bu  yürüşlə  əlaqədar  olaraq  deyilir:  "Əllərimi  qaldırıb  tanrım  Aşşura 

yalvardım  ki;  Mannalılar  ölkəsinin  qisasını  alsın  və  onu  Aşşur  (dövləti)  hüdudları 

içərisinə qaytarsın, Uauş dağında, o yerdə ki, onlar Azanın meyitini tullamışdılar, mən 

Baqdattinin dərisini soydum və mannalılara göstərdim". 

II Sarqon daha sonra yazır: "Hiddətimdən... əkinlərə daraşan  çəyirtkələr kimi 

bu  ölkələrin  üstünü  aldım.  Mannalılar  ölkəsində  onun  (yəni  Ullusunun)  çar  şəhəri 

İzirtunu quzğun kimi çaldım və onlara əməlli-başlı divan tutdum. İzirtunu yandırdım, 

sonra  Zibia  və  Armaid  şəhərlərini  tutdum.  Ullusunu  və  onun  bütün  ölkəsi  bir  nəfər 

kimi yığışıb ayaqlarıma döşəndilər: mən onları əfv etdim. Ullusununun günahlarından 

keçdim və onu atasının çar taxtında əyləşdirdim". 

Allabrialı  İtti  köç-külfəti  ilə  Aşşur  torpaqlarına  sürgün  olundu,  karallalı 

Aşurlenin isə dərisi soyuldu. Karalla Aşşurun Zamua (Lullume) əyalətinə birləşdirildi. 

Mannanın iki rayonu Aşşurun başqa bir vilayətinə - Parsuaya qatıldı. 

Sonra  II  Sarqon bir  neçə  vilayəti  və  qalanı,  o  cümlədən  mühüm  qala  sayılan 

Kişessunu işğal etdi. Xarxar da tutuldu və sakinləri əsir edilib aparıldı. İşğal edilmiş 

vilayətlərdə II Sarqon daha iki əyalət - Xarxar və Kişessu əyalətlərini yaratdı. 



171 

 

Urartu çarı I Rusanın və Manna "canişini" Dayaukkunun çar Ullusunuya qarşı 



təcavüzə  başlayıb,  onun  22  qalasını  işğal  etməsi  II  Sarqonun  Urmiyaboyu  rayona 

növbəti  yürüşünə  (715-ci  ildə)  səbəb  oldu.  Bu  münasibətlə  Aşşur  çarının 

salnaməsində deyilir: "Mənim hökmranlığımın yeddinci ilində urartulu Rusa mannalı 

Ullusunuya  xəyanət  etmək  fikrinə  düşdü  və  onun  22  qalasını  əsir  etdi.  O,  Manna 

canişini Dayaukkuya  Ullusunu haqqında  yalan danışıb şübhə oyatdı və onun oğlunu 

girov götürdü". 

II Sarqon öz düşmənlərinə zərbələr endirib Mannaya məxsus qalaları Rusanın 

əlindən  alıb,  Dayaukkunu  ailəsi  ilə  birlikdə  əsir  tutub  Suriyaya,  Hamata  göndərdi. 

Sonra  Aşşur  çarı  şərq  vilayətlərinin  içərilərinə  doğru  irəliləyib  Andiaya  yiyələndi. 

Andia hökmdarı Telusina Aşşur əleyhinə koalisiyanın nümayəndələri ilə ittifaqda idi. 

Andiadan 4200 əsir və çoxlu mal-qara aparıldı. 

Aşşur  əleyhinə  koalisiyanın  darmadağın  edilməsi  Manna  üçün  müsbət 

nəticələr verdi. II Sarqonun "Təntənəli kitabə" adlanan kitabəsində məlumat verilir ki, 

"mannalı  Ullusunu  mənim  gördüyüm  işlərdən  əlçatmaz  dağlarda  xəbər  tutunca  quş 

kimi  uçub  yanıma  gəldi  və  ayağıma  döşəndi.  Mən  onun  sayagəlməz  günahlarından 

keçdim,  cinayətlərini  unutdum,  mərhəmət  göstərib  onu  çar  taxtına  əyləşdirdim. 

Ursanın  (Rusanın)  və  Metattinin  əlindən  aldığım  22  qalanı  və  2  möhkəmləndirilmiş 

şəhəri  ona  verdim  və  onun  zülm  görən  ölkəsini  bərpa  etdim.  Öz  çar  surətimi  həkk 

edib  üstündə  mənim  hakimim  Aşşurun  qələbələri  haqqında  yazı  yazdım  və  gələcək 

zamanlar üçün onun çar şəhəri İzirtuda dikəltdim". 

Aşşur  mənbələrində  dəfələrlə  məlumat  verildiyi  kimi,  Manna  çarı  Ullusunu 

sonralar da Aşşurun müttəfiqi olaraq qalırdı. 

Aşşur silahının qələbələrinə baxmayaraq, Urmiyaboyu vilayətdə vəziyyət yenə 

də  gərgin  idi  və  öz  dövrünə  görə  mükəmməl,  geniş  şaxələnmiş  kəşfiyyatı  olan 

aşşurlular bunu diqqətlə izləyirdilər. Nəhayət, hökmranlığının səkkizinci ili olan 714-

cü  ildə  II  Sarqon  Urartu,  Zikertu  və  Andiaya  qarşı  cəza  ekspedisiyası  kimi  nəzərdə 

tutulan  öz  məşhur  yürüşünə  çıxdı.  II  Sarqon  e.ə.  714-cü  ilin  təxminən  iyun-iyul 

aylarında  yürüşə  başlayaraq  tezliklə  Zaqros-Kullar  uca  dağ  silsiləsinə,  "Zamua 

adlanan Lullume ölkəsinin uca dağına" çatır, "qoşununa baxış düzəldir" və "dağların 

içərilərinə,  Zikertuya  və  Andiaya"  yollanır.  Lakin  çar  hələ  bundan  əvvəl  Manna 

ərazisinə,  "Karalla  ilə  Allabrianı  birləşdirən"  Surikaş  vilayətinə  girir.  Manna  çarı 

Ullusunu  haqqında  II  Sarqon  belə  bir  məlumat  verir:  "Hər  il  qisasını  aldığıma  görə 

mənim yürüşə çıxıb yaxınlaşdığımı eşitcək, o, öz ulu ağsaqqalları, müşavirləri, oğul-

uşağı, ölkəsini idarə edən canişinləri və başçıları ilə birlikdə öz ölkəsindən və öz çar 

şəhəri İzirtudan yola düşüb hüzuruma gəldi, bac olaraq bütün ləvazimatı ilə birlikdə 

qoşqu atları, qaramal və davar gətirdi, ayaqlarımdan öpdü". 




Yüklə 3,9 Mb.

Dostları ilə paylaş:
1   ...   75   76   77   78   79   80   81   82   ...   186




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə