TarġXĠ ən qədimdən bizim eranın III əsri yeddġ CĠlddə



Yüklə 3,9 Mb.
səhifə84/186
tarix25.06.2018
ölçüsü3,9 Mb.
#51691
1   ...   80   81   82   83   84   85   86   87   ...   186

181 

 

Mannalılarla  ittifaq  bağlamış  skiflər  artıq  e.ə.  VII  əsrin  70-ci  illərində 



aşşurlularla  fəal  mübarizə  aparırdılar.  Bu  hadisələr  güclü  üsyana  çevrilən  Mada 

hadisələri  ilə  bir  vaxta  düşdü.  Üsyan  nəticəsində  aşşurlular  Mada  vilayətlərindən 

tamamilə qovuldular və burada Mada çarlığı meydana gəldi. 

E.ə.  VIII  əsrin  lap  sonu,  iki  iri  və  köhnə  rəqibin  -  Aşşur  ilə  Urartunun  ağır 

mübarizə  apardıqları  dövr  Manna  çarlığının  güclənmə  dövrü  idi.  Uzun  müddət 

mannalıları  sıxışdıran  Urartunun  darmadağın  edilməsi,  şübhəsiz,  Mannanın 

vəziyyətinə  müsbət  təsir  göstərdi.  Çox  keçmədən  Manna  o  qədər  genişləndi  və 

möhkəməndi ki, hətta Aşşur üçün təhlükəyə çevrildi. 

Kimmerlərin adı Manna ilə əlaqədar olaraq e.ə. VIII əsrin son rübündə və e.ə. 

VII əsrin ilk onilliklərində çəkilmişdir. 

Kimmerlərdən  bir  qədər  sonra  e.ə.  VII  əsrin  70-ci  illərində  Manna  ərazisində 

skiflərin-iskuzai,  askuzai  olması  sübut  edilmişdir.  Bəzi  mətnlərdə  skiflər  Mannalılar 

ölkəsinin  sakinləri  adlandırılır.  Müəyyən  etmək  çətindir  ki,  hansı  skiflər  nəzərdə 

tutulur: Manna çarının Aşşur ilə mübarizədə istifadə etdiyi muzdlu qoşunlarımı, yoxsa 

bu  köçərilərin  hansısa  başqa  qrupları?  Bəlkə  skiflərlə  mannalılar  arasında  sadəcə 

müttəfiqlik münasibətləri olmuşdur. Məlumdur ki, e.ə. VII əsrin 70-ci illərində İşpaka 

başda olmaqla skiflər Manna ilə müttəfiq idilər. 

E.ə.  VII  əsrin  80-ci  illərində  kimmer-skif  orduları  Aşşur  dövlətinin 

sərhədlərinə gəlib çatdığı zaman onun vəziyyəti çox ağır idi. Sinaxxeribin (703-681) 

Mannaya  yürüşü  tam  qələbə  ilə  nəticələnməmişdi.  Aşşur  hökmdarı  əsirlər  tutmaqla 

kifayətlənməli olmuşdu. Sinaxxeribin öldürülməsi, bunun ardınca daxili mübarizənin 

başlanması  və  kimmerlərin  həmin  hadisələrdən  istifadə  edib  Aşşur  vilayətlərinə 

soxulması nəticəsində vəziyyət daha da mürəkkəbləşmişdi. 

Aşşur dövləti üçün çox çətin olan belə bir vaxtda mannalılar skiflərlə ittifaqda 

Neynəva  hökmdarlarına  məxsus  torpaqları  işğal  edirdilər.  Bu  hadisələrdə,  görünür, 

kimmerlər də müəyyən rol  oynamışdılar. Artıq, kifayət qədər qüdrətli bir dövlət olan 

Mannanı bu zaman Belxabu idarə edirdi. 

Mannalıların  hücum  əməliyyatlarının  güclənməsi  Asarxaddonun  Mannaya 

qarşı  yürüşə  çıxmasına  səbəb  oldu.  Asarxaddon  məlumat  verir  ki,  "Mannalılar 

ölkəsinin  vilayətində"  sakin  olmuş  skiflər  Manna  çarı  Ahşeriyə  kömək  edirdilər. 

Neynəva  hökmdarı  müttəfiqlər  üzərində  qələbələri  ilə  öyünsə  də  bu  əməliyyat, 

görünür,  uğursuz  olmuşdu.  Asarxaddon  orakuldan  tez-tez  xəbər  alır  ki,  bac-xərac 

toplayanlar  madalılar  ölkəsinə  gedəndə  mannalılar  onlara  basqın  edəcəklərmi? 

Mannalılar bəzi  qalaları  ələ  keçirmişdilər və  həmin qalaları aşşurlular ancaq bir çox 

illərdən sonra geri ala bildilər. Beləliklə, bu hadisələr nəticəsində, görünür, e.ə. 674-

cü  ilə  yaxın  Aşşur  dövləti  Mannanı  bac-xərac  verən  bir  ölkə  kimi,  müttəfiq  kimi 

itirmiş oldu. Həmin  itki  Aşşur ordusunun atla  təmin edilməsinə  xüsusilə  mənfi təsir 



182 

 

göstərirdi  ki,  bu  da  Mada  vilayətlərində  soyğunçuluğun  şiddətlənməsinə  gətirib 



çıxartdı və madalıların hamılıqla çıxış etməsi üçün bəlkə də bir təkan oldu. 

Lakin  Mannanın  çiçəklənməsi  uzun  sürmədi.  E.ə.  660-cı  ilə  yaxın  aşşurlular 

mannalıları ağır məğlubiyyətə uğratdılar. Mannanın bir çox qalaları və hətta çarlığın 

paytaxtı  İzirtu  da  işğal  edildi;  bundan  əvvəl  çar  Ahşeri  paytaxtı  tərk  edib  öz  "ümid 

yeri  olan  şəhərə"-Atranuya  qaçmışdı.    Aşşurlular  yol  üstündə  qarşılarına  çıxan  hər 

şeyi dağıdıb yandıraraq bol qənimət ələ keçirdilər. Bu müharibə Mannadakı onsuz da 

gərgin  vəziyyəti  daha  da  kəskinləşdirdi.  Ölkədə  üsyan  qalxdı  və  o,  Ahşerinin  həlak 

olması ilə nəticələndi. 

Atası  Ahşerinin  yerinə  taxta  əyləşən  Ualli  Aşşur  tərəfinə  keçdi  və  Neynəva 

hökmdarının  vassalı  oldu.  O,  Neynəva  hökmdarının  tələbi  ilə  aşşurlulara  bac-xərac 

borcunu ödədi-aşşurlulara üstəlik 30 at verildi. Ualli öz oğlu Erisinini əmanət (girov), 

qızını  isə  kəniz  kimi  çara  göndərdi.  Bunun  müqabilində  Aşşurbanipal  Mannaya  öz 

sülh elçisini yollayır. Sonralar da Mannalılar Aşşura sadiq qalıb, aşşurlularla birlikdə 

madalılara qarşı çıxış edirdilər. 



Mada (Midiya) çarlığının yaranması. Madalılar (midiyalılar) tarix səhnəsinə 

e.ə.  I  minilliyin  əvvəlində  çıxmışlar.  Onların  adları  Aşşur  salnaməsində  ilk  dəfə  IX 

əsrin  30-cu  illərində  çəkilmişdir.  III  Salmanasar  (860-825)  onların  ölkəsini  Amädai 

adlandırır. Sonralar Matäi və Matäi formalarına rast gəlinir ki, bu da həm "madalılar", 

həm  də  "Mada"  deməkdir.  Aşşur  hərbi  ədəbiyyatından  məlum  olan  bu  formaların 

hamısı  Mada  sözləri  olan  mad`a,  mada  ("madalılar",  "Mada")  sözləri  ilə  mənşəcə 

bağlıdır.  "Madalılar"  və  "Mada"  adlarının  sonrakı  formalarının  hamısı  -  həm  Şərq, 

həm də Avropa formaları öz mənşəyini bu etnoxoronimdən götürür; ərəblərdə təsadüf 

edilən "mah", ermənicə "mar", orta fars sözü "may" da bu qəbildəndir. 

Mada  tayfa  ittifaqı  əsasən  Cənubi  Azərbaycandan  şərqdə  və  cənub-şərqdə 

yerləşən vilayətlərdə təşəkkül tapmışdı. Xurvindən, Marlikdən, Sialkdan, Mada tayfa 

ittifaqının yaşadığı digər ərazilərdə və ya sərhəd rayonlarda olan başqa yerlərdən əldə 

edilmiş  arxeoloji  materiallar  region  sakinlərinin  təsərrüfat  və  mədəni  inkifının 

nisbətən  yüksək  səviyyəyə  çatmasından  xəbər  verir.  Onlar  maldarlıq,  əkinçilik  və 

müxtəlif sənətlərlə məşğul olurdular. 

Herodota görə, madalılar kənd-kənd (





ara 



wmas) yaşayırdılar. Bu "kəndlər" 

äläni  sehrüti-dən  (kiçik  məskənlərdən)  başqa  bir  şey  deyildi;  Aşşur  məlumatlarına 

görə, gələcək Madanın ərazisində kiçik məskən çox idi. Yenə də həmin məlumatlara 

görə, bu məskənlərin başında bel äli - məskən başçıları dururdu; onların hakimiyyəti, 

şübhəsiz, qəbilə (icma) başçısı hökmranlığından doğurdu. 

Aşşur  qaynaqları  və  antik  müəlliflərdən  tarixi  ənənə  olaraq  gələn  natamam 

məlumatlarla  yanaşı,  Avesta  da  e.ə.    I  minilliyin  başlanğıcındakı  Mada  cəmiyyəti 

haqqında müəyyən təsəvvür yaradır. 




Yüklə 3,9 Mb.

Dostları ilə paylaş:
1   ...   80   81   82   83   84   85   86   87   ...   186




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə