TarġXĠ ən qədimdən bizim eranın III əsri yeddġ CĠlddə



Yüklə 3.9 Mb.
səhifə85/186
tarix25.06.2018
ölçüsü3.9 Mb.
1   ...   81   82   83   84   85   86   87   88   ...   186

183 

 

Herodotun  topladığı  rəvayətlərdə  Mada  dövlətinin  əsasının qoyulması, guya 



e.ə.  700-cü  ildən  647-ci  ilədək  Madanı  idarə  etmiş  Deyok  deyilən  birisinin  adı  ilə 

əlaqələndirilir.  Bu  Deyoku  Manna  canişinlərindən  biri  olan  və  II  Sarqon  tərəfindən 

adı  çəkilən  Dayaukku  ilə  eyniləşdirmək  (necə  ki,  əvvəllər  eyniləşdirirdilər)  əsla 

düzgün  deyildir.  Mərkəzləşdirilmiş  Mada  dövləti  haqqında  Herodotun  göstərdiyi 

dövrdə heç söhbət də ola bilməzdi. Çünki Aşşur qaynaqlarına görə, nəinki Herodotun 

dediyi  Deyokun  hökmranlığının  ilk  çağlarında  (e.ə.  700-cü  ildən),  hətta  bir  neçə 

onillik keçəndən sonra da Mada əslində belə bir dövlət deyildi. 

Herodotun dediyi Deyokun guya yaşadığı və vahid Mada dövlətini idarə etdiyi 

dövr  həqiqətdə  qüdrətli  Aşşur  çarı  Sinaxxeribin  (705-680-ci  illər)  hökmranlığı 

dövrünə  təsadüf  edir;  bu  zaman  madalıların  ərazisində  ancaq  bir  neçə  adda-budda 

birləşmə var idi. 

 Bununla birlikdə Mada dövlətinin təşəkkül dövrü Herodotun dediyi Deyokun 

hökmranlıq vaxtını da müəyyən dərəcədə əhatə edir. 

 Hadisələrlə  bir  vaxtda  yazılmış  Aşşur  qaynaqları  müstəqil  Mada  çarlığının 

meydana gəldiyi dövrü ardıcıl işıqlandırır. 

O zamankı Aşşur dövləti nəinki xırda, həm də iri siyasi vahidlərin ən təhlükəli 

düşməni, yeni yaranan gənc dövlətlərin inkişafı yolunda maneə, onları daim vahimədə 

saxlayan bir qüvvə idi. 

Lakin  çox  keçmədən  gənc  dövlətlər  Aşşur  dövləti    ilə  qəti  mübarizəyə 

qalxırlar. 

Mannalılar və  madalılar ilə ittifaq bağlayan kimmer-skif ordaları Ön Asiyada 

meydana  atıldıqdan  sonra  bir-birinə  düşmən  qüvvələrin  -  Aşşur  dövləti  ilə 

əleyhdarlarının qüvvələr nisbəti xeyli dəyişildi. 

Mada  "ölkələrinin"  çoxəsrlik  daxili  inkişafı,  ayrı-ayrı  ittifaqlar  və  onların 

intensiv  surətdə  artması  -  bunların  hamısı  özlərinə  köçərilərdən  ibarət  müttəfiqlər 

tapmış madalıların koalisiyasının təşəkkülü üçün zəmin hazırlayırdı. 

Bu  arada  Mada  vilayətlərində  vəziyyət  getdikcə  mürəkkəbləşirdi.  Həm 

aşşurlulara qarşı, həm də onlara meyil göstərən yerli hökmdarlara qarşı get-gedə daha 

tez-tez üsyanlar qalxırdı. Artıq Asarxaddonun vaxtında aşşurlular Mada rayonlarından 

daha bac toplaya bilmirdilər; madalılar çox vaxt öz qarətçilərini "qarət" edirdilər. 

E.ə. VII əsrin 70-ci illərində Madada Bit-Kari əyalətindəki Kar-Kaşşi qalasının 

qəsəbə  başçısı  Kaştaritinin  rəhbərliyi  ilə  güclü  xalq  hərəkatı  başlandı.  Mənbələrin 

birində deyildiyi kimi, Kaştariti Aşşurun Mada əyalətində (hələ II Sarqon zamanında 

Madadan  ayrılmış  əyalətdə)  qəsəbə  başçısı  olan  Mammitiarşuya  məktub  yazıb 

"aşşurlulara  qarşı  birləşməyi..."  təklif  etmişdi.  Sonralar  koalisiyaya  Saparda 

əyalətində "qəsəbə başçısı" olan Dussani də qoşulmuşdu. 

Mada  vilayətlərində  üsyanın  başlanmasına  yaxın  skiflər  artıq  madalıların 

müttəfiqləri  kimi  fəaliyyət  göstərir,  Aşşur  dəstələrinə  tez-tez  basqınlar  edirdilər.  Az 




184 

 

sonra  mannalılar  (skiflərin  bir  hissəsi  onlarla  ittifaqda  idi),  habelə  kimmerlər 



üsyançıların köməyinə gəldilər. 

Kaştaritinin  yaratdığı  hərbi  ittifaqın  mərkəzini  müasir  Həmədan  zonası  ilə 

eyniləşdirmək  olar.  Bit-Kari  əyaləti  məhz  burada  yerləşirdi.  Əyalətin  mərkəzi  Kar-

Kaşşi qalası idi ki, bu da tərcümədə "Kassilər koloniyası" deməkdir. Qəsəbənin bir adı 

da  "Babillilər  qalası"  idi.  Burada  kassit  və  Babil  təsiri  güclü  idi,  Babil  allahlarına 

sitayiş yayılmışdı. Meydana gəlmiş Mada çarlığının mərkəzi, Herodotun məlumatına 

görə,  bu  rayonda  yerləşirdi.  Elə  burada  qədim  toplanış  yerində  Madanın  paytaxtı 

Ha

n

gmatana  (yunanca:  Akbatana  və  ya  Ekbatana)  salınmışdı  ki,  bu  da  qədim  İran 

sözü  olub,  "yığıncaq  yeri"  deməkdir.  Kaştariti  adının  özü  (Xsatrita)  İran  sözüdür, 

"ixtiyar sahibi", "hökmlü" deməkdir. 

Madalılar,  skiflər,  kimmerilər  və  mannalılar  koalisiyasının  mövcud  olması 

müttəfiqlərə  bir neçə  cəbhədə  vuruşmaq imkanı  verdi.  Üsyançı  dəstələri artıq  Aşşur 

sərhədlərinə  yaxınlaşmaqda  idilər.  Onlar  qalaları  bir-birinin  ardınca  mühasirəyə  alır 

və  allahın  orakuluna  verilən  sorğulardan  göründüyü  kimi,  Neynəva  hökmdarını 

qorxuya salırdılar. Ola bilsin ki, Elam və Urartu da müttəfiqlərə körnək etməyə hazır 

idilər. 

Düşmənlərin hərbi cəhətdən üstün olduğunu başa düşən Aşşur çarı yaxınlaşan 

fəlakətin  qarşısını  hiylə  diplomatiyasının  köməyi  ilə  almağa  cəhd  edir;  koalisiya 

başçılarının hər birinin hüzuruna qasidlər göndərilir. 

Qələbə çalacağına əmin olan Kaştariti Aşşur ilə danışıqlar aparmaqdan boyun 

qaçırdı.  Lakin  Asarxaddonun  fitnə-fəsadları  müttəfiqlər  cəbhəsində  təfriqəyə  səbəb 

oldu. Partatua başda olmaqla skiflərin bir hissəsi Aşşunın tərəfinə keçdi. Aşşuru labüd 

məhvdən məhz bu xilas etdi. 

Aşşur çarı "məkrli düşməni ayağımın altına salıb tapdaladım" - deyə öyünürsə 

də, əsil vəziyyət tamam başqa idi. 

Aşşurlularla  skiflərin  Kaştaritini  birlikdə  məğlub  edib-etmədiyindən  asılı 

olmayaraq,  VII  əsrin  70-ci  illərindəki  üsyandan  sonra  bu  ərazidə  müstəqil  Mada 

çarlığı meydana gəlir; aşşurlular daha Madadakı satraplıqlarının adını çəkmirlər. 

Bu  hadisələrdən  sonra  qaynaqlar  öz  varlığının  lap  əvvəlindən  çox  təcavüzkar 

siyasət yeridən Mada çarlığı haqqında məlumat verir. 

E.ə.  VII  əsrin  20-ci  illərindən  Madanın  qarşısında  yeni  dövr  -  böyük  istila 

müharibələri  dövrü  açılır.  Mada  və  madalılar  tezliklə  Ön  Asiyanın  tarixində  çox 

böyük rol oynamalı oldular. 



Skiflərin  hegemonluğu.  Azərbaycan  ərazisində  Skif  çarlığı.  Qədim  Şərq 

qaynaqları şəhadət verir ki. e.ə. VII əsrin 70-ci illərində meydana gəlmiş Skif çarlığı 

bir neçə on il ərzində Ön Asiyanın hərbi-siyasi həyatında çox mühüm amil olmuşdur. 

Qaynaqlar  skiflərin  Aşşur  dövlətinə  yaxın  vilayətlərdəki,  xüsusən  Manna  və 

Madadakı fəaliyyətindən bəhs etməklə bərabər, İşkuz (skiflər) ölkəsinin çarı Partatua 





Dostları ilə paylaş:
1   ...   81   82   83   84   85   86   87   88   ...   186


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2017
rəhbərliyinə müraciət

    Ana səhifə