TarġXĠ ən qədimdən bizim eranın III əsri yeddġ CĠlddə



Yüklə 3,9 Mb.
səhifə89/186
tarix25.06.2018
ölçüsü3,9 Mb.
#51691
1   ...   85   86   87   88   89   90   91   92   ...   186

193 

 

"madalılar" adlanmağa başladılar, Madanın bir hissəsinə çevrilmiş Mannanın özü isə 



"Mada" və yaxud "Kiçik Mada" adlanmağa başladı.  

Mada:  dövlət,  inzibati  bölgü  və  cəmiyyət.  Kiaksar  farsların  tabe 

olunmasından, Şərqi İran ərazilərinin işğalından, geniş torpaqlara malik  olan  Aşşur 

dövlətinin  darmadağın    olunmasından,  Mannanın,  Urartunun  və  Skif  çarlığının  fəth 

edilməsindən  sonra  Qərbdə    Halis    (müasir  Qızıl    Irmaq)    çayınadək  uzanan  zəngin 

Lidiyanı və yunan ticarət şəhərlərini öz dövlətinə birləşdirməyə cəhd etdi. 

Lidiya ilə müharibə e.ə. 590-cı ildə başlandı. E.ə. 585-ci il mayın 28-də döyüş 

zamanı  günəş  tutulması  hadisəsi  baş  verdi  və  bu  hadisə  döyüşən  rəqiblər  tərəfindən 

pis əlamət kimi qəbul edildi. Müharibə dayandırıldı. Sülh müqaviləsinə əsasən, Mada 

ilə Lidiya arasındakı sərhəd Halis çayı üzrə müəyyənləşdirildi. 

Lidiya  ilə  müharibənin  başa  çatdığı  ildə  qədim  dünyanın  böyük  dövlət 

xadimlərindən  biri,  Esxil  tərəfindən  "Asiya  üzərində  hökmranlığın  banisi" 

adlandırılmış  Uvaxşatra  (Kiaksar)  vəfat  etdi.  Onun  yaratdığı  dövlətin  ərazisi  böyük 

idi. Bu dövlət Mada çarlığından başqa Manna, Skif çarlığı, Urartu torpaqlarını, "Siro-

Mada"  adlanan  ərazini  (keçmiş  Aşşur  vilayətləri  olmuş  Zamuanı,  Parsuanı, 

Kişessunu, Xarxarı və b.) əsil Aşşur torpaqlarını (Ksenofontdan məlum olduğu kimi), 

Hirkaniya  və  Parfiya  ilə  birlikdə  İranın  bütün  şərq  qismi  (bu  isə  yunan  ənənəsindən 

irəli gəlir) özündə ehtiva edirdi. 

Beləliklə,  Mada  dövlətinin  sərhədləri  Şərqdə  Orta  Asiyadan  qərbdə  Halis 

çayınadək uzanırdı. Dövlətin şimal sərhədlərinin bir qismi Kolxidanın yaxınlığından 

keçirdi.  Şübhəsizdir  ki,  Şimali  Azərbaycanın  bəzi  bölgələri  də  Mada  dövlətinin 

tərkibinə  daxil  idi.  Mada  dövlətinin  tərkibində  artıq  sonralar  fars  hökmdarlarının 

yazılarında  adları  çəkilən  satraplıqların  ən  azı  bir  qismi  vardı.  Bir  çox  qədim  dillər 

tərəfindən əxz olunmuş, qədim fars mənşəli 

xsaçapävan-la deyil (yalnız Elam mənşəli 

saksapamana  bu  anlayışdandır),  Mada  mənşəli 



xsavräpän-la  bağlı  olan  xsaravpän 

titulunun forması (müqayisə et: Babil dilində ahsadar(a) panu arami dilində, 



hsdrrpny 

[ahsadarapänä],  Likiya  dilində  kssadrapa,  qədim  yunan  dilində  aaıpaлess  və  b. 

Əhəmənilər  dövrü  üçün  məlum  olan  satraplıq  institutunun  artıq  madalıların 

hökmranlığı zamanı mövcud olduğunu təsdiq edən dəlildir. Hər halda xsavrapäna-nın 

ad  və  ya  titul  kimi  İran  yaylasının  qərb  vilayətlərində  hələ  e.ə.  VIII  əsrdə  mövcud 

olduğu  təsdiqlənmişdir.  Bu  söz  "hakimiyyət  qoruyucusu",  "çarlığın,  malikanənin 

mühafizəsini (həyata keçirən)" mənasını daşıyır. 

Güman  etmək  olar  ki,  Mada  dövlətinin  inzibati  quruluşu  sonralar  İran 

imperiyasının  quruluşu  kimi  Aşşur-Urartu  sisteminin  daha  da  inkişaf  etmiş  forması 

olmuşdur. Ehtimal olunur ki, inzibati idarəyə, məhkəməyə, maliyyə sisteminə başçılıq 

etmiş satrapların səlahiyyətləri prinsip etibarilə Aşşur vilayət rəislərinin (bçl  pehate, 

pehatu)  səlahiyyətlərinin  oxşarı  idi.    Əhəməni  dövrünün  arami  sənədlərində 



194 

 

xsavrapäna  bilavasitə  pehä  -  "canişin"  istilahı  ilə  tərcümə  olunur.  Halbuki  bir  sıra 

arami  mətnlərində  bu  istilah  tərcümə  edilmir;  bu  mətnlərdə 

'hsdrrpny' 

(

ahsadarapänä)  istilahına  təsadüf  olunur.  Hər  halda  Mada  satrapları  Aşşurun  və 

Urartunun  "qubernatorlarının"  yalnız  bir  qədər  dəyişilmiş  oxşarları  idilər.  Ehtimal 

etmək olar ki, onlar Aşşur vilayət rəisləri və İran satrapları arasında olan bir vəzifədir. 

Güman ki, Mada dövlətinin siyasi inkişafı əsasən əski ənənələr məcrasında gedirdi. 

İşğalçılıq  müharibələri  nəticəsində  yaranmış  nəhəng  Mada  dövləti  qədim 

dünyanın vahid iqtisadi və mədəni-tarixi əsası olmadan, hərbi qələbələrdən və yaxud 

məğlubiyyətlərdən  asılı  olaraq  yaranan  və  dağılan,  möhkəm  olmayan  hərbi  inzibati 

birliklərindən biri idi. Hələ Herodot bilirdi ki,  "midiyalıların hökmranlığı zamanında 

bir  xalq  başqa  xalq  üzərində, midiyalılar  isə  hamı,  ilk  növbədə  onlara  yaxın  olanlar, 

sonuncular  öz  qonşuları,  qonşular  isə  onlarla  həmsərhəd  olan  xalq  üzərində  ağalıq 

edirdi". 

Bibliyada  və  başqa  Qədim  Şərq  mənbələrində  "Mada  çarı"  və  "çarlarından", 

"Mada çarı" və "onun köməkçiləri olan çarlardan" danışılır. Deyilənlər Mada çarının 

vassalları və yaxud satrapları olmuşlar. 

Lakin bununla belə Mada dövlətinin gücünü, rolunu və əhəmiyyətini azaltmaq 

olmaz. 

Mada  dövlətinin  mövcudluğu  dövrünün  mahiyyətcə  6-8  onilliklə 



məhdudlaşmasına  (e.ə.  VII  əsrin  sonu  -  VI  əsrin  I  yarısı)  baxmayaraq,  onun 

yaradılmasının  İran  yaylası  və  Ön  Asiya  tayfaları  və  xalqlarının  tarixi  üçün  böyük 

əhəmiyyətə malik olması mübahisəsizdir. 

Bu hal  müəyyən dərəcədə geniş Mada vilayətlərində  məskunlaşmış tayfaların 

və  tayfa  qruplarının  konsolidasiyası  prosesini  sürətləndirdi,  yadelli  müdaxilələrə  son 

qoydu  və  daxili  həyatın  inkişafı  üçün  nisbətən  əlverişli  şərait  yaratdı,  bu  isə,  öz 

növbəsində,  həm  kənd,  həm  də  şəhər  iqtisadiyyatının  canlanmasına  yardım  etməyə 

bilməzdi. 

Əlbəttə,  böyük  işğalçılıq  müharibələrinə  qədər  Mada  cəmiyyətində  patriarxal 

münasibətlər hələ də kifayət dərəcədə güclü idi. "Mada xalqı" (icma üzvləri və azad 

əhalinin  başqa  qrupları)  və  "Mada  qoşunu"  anlayışları  əsasən  üst-üstə  düşürdü. 

Quldarlıq əsasən patriarxal və ev quldarlığı səciyyəsi daşıyırdı. 

Maddi nemətlərin başlıca istehsalçıları əsasən azad icma üzvləri olmuşlar. Hər 

bir  icma  üzvü  eyni  zamanda  döyüşçü  idi.  Mada  cəmiyyətinin  gücü  xeyli  dərəcədə 

bununla  izah  edilirdi.  Kiaksar  məhz  bu  cəhətə  arxalanaraq  özünün  işğalçılıq 

müharibələrinə başlaya bilmişdi. 

Madalılar Kiaksarın böyük işğalçılıq müharibələri zamanından etibarən  Şərqin 

qədim  mədəniyyətləri  ilə  təmasda  oldular və uzunmüddətli olmasa da, hər halda Ön 

Asiyanın  ən  mühüm  qüvvəsinə  çevrildilər.  Bölgənin  sinifli  cəmiyyətləri  ilə  əlaqələr 

Madada patriarxal  dayaqların dağılması prosesini  sürətləndirdi.  Mədəni ölkələrdən 




Yüklə 3,9 Mb.

Dostları ilə paylaş:
1   ...   85   86   87   88   89   90   91   92   ...   186




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə