TarġXĠ ən qədimdən bizim eranın III əsri yeddġ CĠlddə



Yüklə 3,9 Mb.
səhifə9/186
tarix25.06.2018
ölçüsü3,9 Mb.
#51691
1   ...   5   6   7   8   9   10   11   12   ...   186

20 

 

s.  haqqında  mühakimə  yürütmək  imkanı  verir.  Həsənlidə  üzərində  mifoloji  təsvirlər 



olan, barəsində çox yazılmış məşhur cam da tapılmışdır. 

Marlik və Kalurazdakı qazıntılar, habelə Amlaşdakı təsadüfi tapıntılar maraqlı 

materiallar vermişdir. 

Marlikdəki  qədim  qəbiristanlıq  1961-1962-ci  illərdə  E.O.Negahbanın 

rəhbərliyi  altında  Tehran  Universiteti  və  İran  Arxeologiya  Xidmətinin  ekspedisiyası 

tərəfindən  qazılmışdır.  E.O.Negahban  ancaq  ilkin  hesabat  və  bir  neçə  məqalə  dərc 

etdirmişdir.  Materialın  məhdudluğuna,  habelə  mühüm  metodik  qüsurlara  və  s. 

baxmayaraq,  Marlik  haqqında  indi  ümumi  təsəvvür  əldə  etmək  mümkündür.  Güman 

edirlər  ki,  bu,  "Marlik  şahlığı"nın  şah  qəbiristanlığıdır.  Nekropolun  səciyyəvi 

xüsusiyyəti  çox  zəngin  dəfn  avadanlığı  və  basdırılmış  atlardan  ibarətdir.  Qəbiristan 

e.ə.  II  minilliyin  sonu  -  I  minilliyin  əvvəllərinə  aid  edilir.  Luristan,  Türkmənistanın 

cənub-qərb  vilayətləri  və  Talış,  habelə  Şərqi  və  Mərkəzi  Zaqafqaziyada  Marlik 

materialına oxşar materiallar vardır. 

60-cı  illərin  əvvəllərində  Cənubi  Azərbaycan  ərazisində  geniş  kəşfiyyat  işləri 

aparılmağa başlandı. K.Şippmann və V.Klays bu kəşfiyyat işlərinin daimi iştirakçıları 

olmuşlar. 

Əli Hakiminin rəhbərliyi altında İran Arxeologiya Cəmiyyəti tərəfindən 1967-

ci  ildən  başlayaraq  Kalurazda  aşkara  çıxarılmış  e.ə.  II  minilliyin  sonu  -  I  minilliyin 

əvvəllərinə  aid  olan  abidələr  antik  müəlliflərə  görə,  Səfidrud  çayı  vadisində 

məskunlaşmış  mardlarla  bağlıdır.  Marlikdə  olduğu  kimi,  burada  da  basdırılmış  at 

skeletləri tapılmışdır. 

Yapon arxeoloqlarının Deyləməndəki qazıntıları maraqlı material vermişdir. O 

cümlədən  Şimali  Qafqaz  və  Mingəçevir  zonasının  alan  katakombaları  ilə 

əlaqələndirilən  bir  sıra  maddi  mədəniyyət  abidələri  olan  katakomba  qəbirləri  aşkara 

çıxarılmışdır.  Yeri  gəlmişkən,  alanların  Atropatenaya  yazılı  qaynaqlarda  xatırlanan 

basqınları  zamanına  görə  N.Eqami  və  b.  tərəfindən  dərc  olunmuş  Deyləmən 

katakomba qəbirləri ilə sinxrondur. 

Yazılı  qaynaqlarda  nisbətən  yaxşı  əks  olunmuş  Cənubi  Azərbaycan 

vilayətlərinə  Urartu  müdaxiləsi  son  illərdə  arxeoloji  cəhətdən  də  qədim  qalalar  və 

digər  obyektlərin  qazıntıları  ilə  təsdiq  olunmuşdur.  Lakin  elə  həmin  qazıntılardan 

məlum  olur  ki,  urartuluların  Urmiyayanı  və  qonşu  rayonlara  soxulması  müvəqqəti 

olmuşdur.  Bu  materialların  xeyli  hissəsi  "Arshaeologische  Mitteilungen  aus  Iran"ın 

müxtəlif cildlərində nəşr olunmuşdur. 

Cənubi Azərbaycanın qərb rayonlarının qədim maddi mədəniyyət abidələrinin 

geniş xülasəsi V.Klays tərəfindən verilmişdir. 

V.B.Henninq,  J.Dümezil,  H.V.Beyli,  İ.Gerşeviç,  M.Mayrhofer,  R.Şmit, 

M.Boys,  A.Videnqren,  A.Kammenhuber,  J.Düşen-Giyemin,  R.Fray,  V.İ.Abayev, 

M.M.Dyakonov,  İ.M.Dyakonov,  M.A.Dandamayev,  V.Q.Lukonin,  E.A.Qrantovski, 




21 

 

İ.H.Əliyev və b. son iyirmi-otuz ildə nəşr olunmuş tədqiqatları bizim mövzunun ayrı-



ayrı aspektləri üçün müstəsna əhəmiyyətə malikdir. 

Görkəmli rus iranşünası M.M.Dyakonovun qələminə məxsus olan "Qədim İran 

tarixinin  oçerki"ndə  bizi  maraqlandıran  süjetlər  üzrə  qiymətli  məlumatlar 

səpələnmişdir. 

1970-ci  ildə  E.A.Qrantovskinin  bizim  mövzu  ilə  birbaşa  əlaqəsi  olan  "Ön 

Asiyanın  İran  tayfalarının  ilkin  tarixi"  adlı  monoqrafiyası  çapdan  çıxmışdır. 

E.A.Qrantovskinin  tədqiqatı  bizə  Vətənimizin  qədim  tarixinin  bir  sıra  əsaslı 

məsələlərinə  yeni  nəzərlərlə  baxmaq  imkanı  verir.  Müəllifin  Şimal-Qərbi  İran 

vilayətlərində  irandilli  tayfaların  əvvəllərdə  düşünüldüyündən  daha  qabaq  meydana 

çıxdığını  iddia  etməyə  imkan  verən  əsaslandırılmış  fikri  çox  böyük  əhəmiyyətə 

malikdir. 

Moskva Universiteti nəşriyyatı tərəfindən 1977-ci ildə buraxılmış "İran tarixi" 

qabaqkı əsərlərdən fərqlənir. Kitabda son arxeoloji qazıntıların verdiyi məlumatlardan 

istifadə  olunmaqla,  bölgənin  ilkin  qədim  tarixinin  yığcam,  məzmunca  zəngin  oçerki 

verilmişdir.  Bizi  maraqlandıran  bir  çox  məsələlərin,  o  cümlədən  Manna  şahlığının 

tarixinin,  köçəri  maldarlığın  meydana  çıxması  və  yaylanın  dağ  rayonlarına  köçəri 

tayfaların yayılmasının, bölgədə irandilli tayfaların məskunlaşmasının və i.a. nəzərdən 

keçirildiyi  II  fəsildə  köhnə  problemlərə  yeni  şəkildə  baxılmasına  imkan  verən  xeyli 

maraqlı və mühüm fikirlər irəli sürülmüşdür. Bu, xüsusən irandilli tayfaların mənşəyi, 

onların  İran  yaylası  ərazisində,  o  cümlədən  Urmiyayanı  rayonda  məskunlaşması, 

Cənub  vilayətləri  və  onlarla  həmsərhəd  ərazilərdə  köçəri  maldarlığın  və  köçəriliyin 

yayılması məsələlərinə aiddir. 

V.Q.Lukoninin  "Qədim  İran  incəsənəti"  kitabında  Manna,  ilkin  İran  və  skif 

incəsənətinin  mürəkkəb  problemlərinin  nəzərdən  keçirilməsinə  xeyli  yer  ayrılmışdır. 

Müəllif bir sıra digər məsələlərə də toxunur. 

M.A.Dandamayev və V.Q.Lukoninin 1980-ci ildə çapdan çıxmış "Qədim İran 

mədəniyyəti  və  iqtisadiyyatı"  əsəri  müstəsna  dərəcədə  qiymətlidir.  Müəlliflər  öz 

qarşılarına  ən  yeni  arxeoloji  materiallar  və  yazılı  qaynaqların  məlumatları  əsasında 

e.ə. II minilliyin sonundan bizim e.ə. IV əsrinədək olan dövrdə bölgənin mədəniyyət 

və iqtisadiyyat problemlərini təhlil etmək məqsədini qoymuşlar. Xeyli miqdarda yeni 

arxeoloji  materialdan  istifadə  olunduğu,  bir  çox  məsələlərin  yeni  şəkildə  qoyulduğu 

"Ön  Asiyanın  İran  tayfalarının  ilkin  tarixi  və  mədəniyyəti"  adlı  I  fəsil  bizim  üçün 

xüsusən maraqlıdır. 

Bir  neçə  il  əvvəl  Moskvada  üçcildlik  "Qədim  dünya  tarixi"  [1982]  nəşr 

olunmuşdur.  Müəlliflərin  "Giriş"də  yazdıqları  kimi,  bu  əsər  "bütün  qədim  dünyanın 

bizim müasir biliklərimizə uyğun olan tarixinin yaradılması təcrübəsidir". 




Yüklə 3,9 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   186




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə