TarġXĠ ən qədimdən bizim eranın III əsri yeddġ CĠlddə



Yüklə 3,9 Mb.
səhifə90/186
tarix25.06.2018
ölçüsü3,9 Mb.
#51691
1   ...   86   87   88   89   90   91   92   93   ...   186

195 

 

daxii  olmuş  sinfi  mədəniyyət  Mada  dövləti  qüdrətinin  istinad  etdiyi  hər  şeyi  sürətlə 



dağıdırdı.  Azad icma  üzvü ilə  əyanlar  arasında  intensiv surətdə  yaranmağa  başlayan 

və  güclənən  fərq  getdikcə    kəskinləşirdi.    Sıravi    azad    icma    üzvlərinin    istismarı 

güclənir,  ölkənin  təsərrüfat  həyatında  qul  əməyinin  xüsusi  çəkisi  artırdı.  Qul 

əməyindən  nəinki  yalnız  hökmdar  təsərrüfatında  (Herodotun  buna  dair  məlumatları 

vardır),  habelə  əyanların  təsərrüfatlarında  və  məbəd  torpaqlarında  istifadə  edilirdi. 

Polien  hələ  Deyokun  hakimiyyəti  dövründə  Madada  məbəd  təsərrüfatının  mövcud 

olduğunu təsdiqləyir. 

Atəşpərəstlik  etiqadı  xidmətçiləri  və  qədim  ənənələrin  mühafizəçiləri  olan 

maqlar  -  kahinlər  əyanlarla  yanaşı,  Mada  cəmiyyətində  mühüm  qüvvə  idilər. 

Avestada  məlumat  verilir  ki,  maqlar  qədimdən  geniş  torpaqlara  malik  idilər. 

Şübhəsizdir  ki,  böyük  sərvətlərdən  istifadə  edən,  xalq  arasında  böyük  nüfuza  malik 

olan möhkəm və mütəşəkkil qüvvəyə çevrilmiş maqlar hökmdarların həm xarici, həm 

də daxili siyasətinə təsir edirdilər. 

Nəticədə  cəmiyyətin  əvvəlki  strukturu  xeyli  dərəcədə  sarsılır,  patriarxal 

dayaqların  dağılması  prosesi  sürətlənir,  sinfi  antaqonizm  kəskinləşirdi.  Mada 

dövlətinin  yaranması  ilə  Mada  nəsli-tayfa  və  hərbi  demokratiya  ölkəsindən  qədim 

Şərq tipli dövlətə çevrilməyə başladı. 

Herodotun  məlumat  verdiyi  kimi,  Mada  cəmiyyətində  sinfi  mübarizə  hələ 

dövlətin meydana gəldiyi zamandan əvvəlki dövrdə mövcud idi. Peyğəmbər İsayanın 

şəhadətinə görə, erkən dövrdə "gümüşü qiymətləndirməmiş və qızıla həris olmamış" 

madalılar inkişafın geniş yoluna çıxmışdılar. 

Demək  olar  ki,  bütün  antik  müəlliflər  madalıların  sonrakı  nəslinin 

xasiyyətlərinin  "pozğunlaşması"ndan,  onların  bəzəyə,  sərvətə,  parlaq  həyat  tərzinə 

hərisliyindən danışırlar. 

Böyük  işğalçılıq  müharibələri  zahirən  Madanı  gücləndirsə  də,  onu  inkişaf 

etmiş  quldarlıq  münasibətlərinə  malik  olan  qüdrətli  və  qorxulu  dövlətə  çevirsə  də, 

məhz bu müharibələr tezliklə gəlmiş sonun başlanğıcı idi. Şübhəsizdir ki, madalıların 

yaratdığı  Mada  dövlətinin,  onun  mədəni-tarixi  irsinin,  müxtəlif  ənənələrin  və 

institutların rolu və əhəmiyyəti böyük idi. 

"Hökmdarlar  hökmdarı"  haqqındakı  Əhəməni  təsəvvürü,  xsayviya  (çar)  və 



xsavrapän ("satrap") titulları, müəyyən dərəcədə satraplıqlar sistemi, müxtəlif ideoloji 

təsəvvürlər,  geyim,  incəsənətin  və  memarlığın  ünsürləri,  bir  çox  başqa  cəhətlər 

sonrakı nəsillər tərəfindən madalılardan əxz edilmişdi. 

Mövcudluğunun  qısamüddətli  olmasına  baxmayaraq,  Mada  dövləti  İran 

yaylası  hüdudlarından  xeyli  uzaqda  olan  çoxsaylı  tayfalara  və  xalqlara  təsir  etmiş, 

İran  aləminin  mədəni  və  dini  mərkəzinə  çevrilmişdi.  Strabon  yazırdı  ki,  madalılar 

ermənilərin  və  daha  öncə  farsların,  onların  hökmdarlarının  və  Asiyada  hökmranlıq 

adətlərinin  baniləridir.  Şübhəsizdir  ki,  Mada  dövrü  Cənubi  Azərbaycan  tayfalarının 




196 

 

tarixində  mühüm  nailiyyətlər  və  müxtəlif  dəyişikliklər  zamanı  olmuşdur.  İran  və 



Cənubi Azərbaycan sakinlərinin dini həyatında Mada maqlarının rolu xüsusilə böyük 

idi. 


Mədəniyyət  və  din.  Cənubi  Azərbaycan  əhalisinin  mədəniyyəti  və  dini 

görüşləri  bir  çox  qonşu  xalqların  mədəniyyəti  ilə  qarşılıqlı  əlaqədə  inkişaf  edirdi. 

İrandilli  tayfalar  bu  zonaya  məişət,  hərbi  sənət,  təsərrüfatçılıq,  ictimai-siyasi 

institutlar,  mədəni-ideoloji  görüşlər  və  mifologiya  sahəsində  bir  çox  yeni  cəhətlər 

gətirdilər.  Onlar  aborigenlərdən  bir  çox  cəhətləri,  xüsusilə  erkən  Mada  geyimini  əxz 

etdilər.  Bizə  Aşşur  relyeflərindən  məlum  olan  həmin  geyim  lullubilərin  geyimi 

əsasında yaranmışdı. Mada papağı tiara haqqında da bunları demək lazımdır. Düzdür, 

sonralar  madalılarda  başqa  geyim  meydana  gəldi;  madalılar  sonralar  Persepol 

relyeflərində  həmin  geyimlə  əks  olunmuşlar.  Görünür,  əski  geyim  yalnız  kaspilərdə 

qalmışdı, Mada parçaları və geyimi bütün qədim dünya miqyasında məşhurlaşmışdı. 

Aristofanın "Qurbağalar" əsərində deyilir ki, Mada parçalarında at-xoruz, keçi-maral 

və  başqa  fantastik  heyvanlar  təsvir  edilirdi.  Mada  xlamidaları  (bürüncəkləri)  geniş 

yayılmışdı. 

Gəlmə  tayfalar  aborigenlərin  nəinki  maddi  mədəniyyətini,  təsərrüfat 

nailiyyətlərini mənimsəmiş, habelə müəyyən dərəcədə onların antropoloji tiplərinin də 

varisləri  olmuşlar.  Cənubi  Azərbaycan  ərazisində  təşəkkül  tapmaqda  olan  xalq  öz 

dillərini  itirmiş  gəlmələrlə  qaynayıb-qarışmış  yerli  əhalinin  nəsillərindən  ibarət  idi. 

Etnomədəni simbioz baş verirdi. 

Madalıların  işğalları  sayəsində  artıq  Əhəmənilərin  hakimiyyətinə  qədərki 

dövrdə  Cənubi  Azərbaycan  bölgəsində  tədricən  yeni  etnik  törəmə  təşəkkül  tapmağa 

başladı. Həmin törəməni şərti olaraq "Mada-Atropatena xalqı" adlandırmaq olar. 

Madalılar  Qərbi  Asiyanın  qədim  mədəniyyətinin  inkişafında  böyük  rol 

oynamışlar. Onların öz  yazısı vardı.  Lakin  həmin  yazının  nümunələrini aşkar etmək 

mümkün olmamışdır. Madanın və onunla həmhüdud olan bölgələrin ərazisində cəmisi 

bir neçə mixi yazılı fraqment (ikisi Marlikdən aşkar edilmiş möhürlərin üzərində, biri 

isə  Nuşi-Cantəpədə  tapılmış  gümüş  parçasında)  və  (yerli  hökmdarın  adından 

yazılmış)  Akkad  dilində  mixi  yazılarla  tərtib  olunmuş  kiçik  bürünc  cədvəl,  habelə 

arami  yazıları  olan  bir  neçə  vaza  tapılmışdır.  Mixi  yazı  e.ə.  XI-IX  əsrlərə,  arami 

yazıları isə e.ə. VIII-VII əsrlərə aid edilir. 

Madalıların  qeyri-adi  yüksəlişi,  qüdrəti  və  uğurları  qədim  dünyanı  onlara 

diqqət  yetirməyə  vadar  etdi.  Madalılar,  onların  əməlləri  haqqındakı  xəbərlər  Aralıq 

dənizinin,  Helladanın  və  Cənub-Şərqi  Avropanın  şərq  vilayətlərinə  çatmışdı.  Yunan 

müəllifləri  Miletli  Hekatey,  Miletli  Dionis,  Lampsaklı  Xaron  və  başqaları  madalılar 

haqqında yazmağa başladılar. 

Mada dövləti İran yaylasında və onun hüdudlarından kənarda yaşayan bir çox 

xalqlara və tayfalara təsir etmiş İran aləminin mədəni və dini mərkəzi idi. 




Yüklə 3,9 Mb.

Dostları ilə paylaş:
1   ...   86   87   88   89   90   91   92   93   ...   186




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə