TarġXĠ ən qədimdən bizim eranın III əsri yeddġ CĠlddə



Yüklə 3,9 Mb.
səhifə92/186
tarix25.06.2018
ölçüsü3,9 Mb.
#51691
1   ...   88   89   90   91   92   93   94   95   ...   186

199 

 

etdirmiş  müxtəlif  dini  təlimlər  yayılmışdı.  Mada  tayfalarının  dini  təbiət  qüvvələrinə 



sitayişdən törəmiş politeizm idi. 

Artıq  e.ə.  I  minilliyin  ilk  yüzilliklərində  Cənubi  Azərbaycanda  və  İran 

Kürdüstanında qərarlaşmış  madalıların dini görüşləri haqqındakı müəyyən təsəvvürü 

bizə  onomastik  material  verir;  bu,  ilk  növbədə,  Aşşur  mətnlərində  xatırlanmış 

hökmdarların,  tanrıların  adlarıdır.  Daha  sonra  erkən  Mada  ərazisində  aparılmış 

arxeoloji qazıntılar nəticəsində aşkara çıxarılmış məbədlərdir. 

Bu zonanın e.ə. IX-VIII əsrlərə aid olan onomastikasında spesifik  mazdaistik 

anlayışlar  mövcuddur.  Bu  cəhət  erkən  Mada  vilayətlərində  və  ona  Qərbdən  bitişik 

olan  vilayətlərdə  mazdaizm  və  yaxud  bir  sıra  mazdaistik  təlimlərinin  yayılması 

haqqında fikir söyləməyə imkan verir. 

Əlbəttə,  bu  erkən  mazdaizmin  "Avesta"da  öz  əksini  tapmış  zərdüşti 

mazdaizminə  (daha  doğrusu,  mazdayasnizmə)  nə  dərəcədə  uyğun  olduğunu  demək 

çətindir.  Mazdaizmdə  hər  şey  "Avesta"  ilə  uzlaşmır,  lakin  onda  Avesta  inamları  ilə 

aşkar  ziddiyyət  təşkil  edən  ünsürlər  də  yoxdur.  Beləliklə,  Cənubi  Azərbaycanda  və 

İran  Kürdüstanında  mazdaist  təlimlərin  "Avesta"  təsirləri  olmadan,  müstəqil  surətdə 

mövcudluğundan danışmaq olar. 

Şübhəsizdir  ki,  vaxtilə  İranın  (o  cümlədən  Cənubi  Azərbaycanın)  və  Orta 

Asiyanın xeyli qisminin sakinlərinin düşüncəsinə hakim kəsilmiş, zərdüştilik dininin 

müqəddəs kitablarının məcmusu olan "Avesta" müxtəlif xarakterli mənbədir, müxtəlif 

yerlərdə meydana gəlmiş çoxsaylı təbəqələrə malikdir. 

Avestanı adətən iki hissəyə  -"Qatik ("böyük, yaşlı" mənasında) Avesta"ya  və 

"Kiçik  Avesta"ya  bölürlər.  Ehtimal  edirlər  ki,  "Qata"lar  Zərdüştün  fərdi 

yaradıcılığının  məhsuludur.  Alimlər  zərdüştün  fəaliyyətini  müxtəlif  dövrlərə  -  e.ə. 

VII-VI  minilliklərdən  başlamış  e.ə.  VII-VI  əsrlərədək  olan  zamanlara  aid  edirlər. 

Onlar  adətən  "Qatik  Avesta"nın  daha  qədim  olduğunu  qeyd  edərək  belə  fikir  irəli 

sürürlər  ki,  "Kiçik  Avesta"  ənənəsi  peyğəmbər  Zərdüstün  ilkin,  təmiz  təliminin 

sonralar  təhrif  olunmuş  formasıdır.  Lakin  bu,  belə  deyildir.  Bizim  "Kiçik  Avesta" 

haqqında  bildiklərimiz  onun  ideyalarının  və  obrazlarının  xeyli  dərəcədə  qədim 

olduğunu təsdiqləyir. 

"Avesta"  təlimləri  Azərbaycanın,  İranın  və  Orta  Asiyanın  qədim  tayfaları 

arasında  yayılmışdı.  Aşşur  mənbələrindən  əldə  olunmuş  onomastik  materiallar, 

Herodotun məlumatları və başqa erkən antik mənbələr e.ə. I minilliyin başlanğıcında 

Cənubi  Azərbaycanda  "Kiçik  Avesta"  inamlarının  erkən  ocağının  mövcudluğu 

haqqında danışmağa imkan verir. 

Madalıların  dini  təsəvvürləri  Qərbi  İran  vilayətlərində  meydana  gəlmiş 

"Videvdat"da  əks  olunmuş  cəhətlərə  uyğundur.  "Videvdat‖ın  tərtibçiləri  isə  Mada 

maqları  ola  bilərdilər.  Bu  kitabın  bütün  məzmunu  maqların  böyük  rola  malik 

olduğunu təsdiq edir. 




200 

 

"Videvdat‖da pislənən devlər arasında Mada panteonunun qədim İran tanrıları 



az  deyildir.  Şübhəsizdir  ki,  Tarvi  Taruvi  ("zəfərgətirən"  mənasını  daşıyır)  adlanan 

allah  (sonralar  dev)  bunlardan  biri  idi.  Mütəxəssislər  güman  edirlər  ki,  Tarvi  adı 

Təbrizin  Aşşur  mətnlərindən  məlum  olan  qədim  adında  –  Tarmakis-də  öz  əksini 

tapmışdır. Təbrizlə Van gölü arasında yerləşmiş Kunduru (Hunduru) toponiminin, e.ə. 

820-ci  ilə  aid  olan  iki  Zarisu  adının  mövcudluğu  qeydə  alınmışdır.  Zarisu  adı 

"Videvdat‖da  xatırlanan  tanrının  (sonralar  devin)  –  Zarisa-nın  adı    ilə  bağlıdır;  

sonuncu    isə  həmin  "Avesta"dan  göründüyü  kimi,  Tarvi  adlanan  allahla  sıx  şəkildə 

əlaqədardır.  Tarvi  -  Tarmakis      toponimindən  görünür  ki,  həmin  allaha  sitayiş  artıq 

e.ə. I minilliyin lap başlanğıcında Təbriz zonasında mövcud olmalı idi. 

"Maqların  təlimi"  haqqında  məsələ  çox  mürəkkəbdir.  Maqlar  mənşə  etibarilə 

Mada  tayfalarından  biri  idilər.  Bir  çox  hallarda  etnik  mənsubiyyətindən  asılı 

olmayaraq  sadəcə  kahinlər  də  "maq"  adlandırılırdılar.  Oda  sitayişin  xidmətçiləri  və 

qədim ənənələrin mühafizəçiləri olan maqlar, daha doğrusu, maqlar tayfasından olan 

kahinlər  Mada  hökmdarlarının,  hər  halda  son  Mada  hökmdarı  Astiaqın  rəsmi  saray 

kahinləri idilər. 

Maqlar  Raqa  (orta  əsrlərdə  Rey,  Tehran  yaxınlığındadır)  zonasında  geniş  və 

məhsuldar torpaqlara malik idilər. Güman etmək olar ki, buna görə də hələ orta əsrlər 

dövründə  bu  bölgənin  hakimləri  "maqların  başçısı"  adlandırılmışdılar.  ―Onlar 

divarlarla  möhkəmləndirilməmiş kəndlərdə  yaşayırdılar;  onlara  xüsusi özəl qanunlar 

əsasında yaşamaq icazəsi verilmişdi, dinə hörmət olunduğu üçün isə onlar ali hörmətə 

malikdirlər" [A m m i a n M a r s e l l i n, XXIII, 6, 35]. 

Aristotel Ferekidin görüşləri ilə  "maqların təlimi" arasında  oxşarlıq olduğunu 

qeyd  edirdi.  Bu  qeyddən  belə  bir  nəticə  çıxarmaq  olar  ki,  artıq  e.ə.  VII  əsrdə  Qərbi 

İran  vilayətlərində  "maqların  təlimi"  fəaliyyətdə  olmuşdur.  Bəzi  alimlər  belə  hesab 

edirlər ki, "maqların təlimi" mahiyyətcə "zurvanizm" (zrvanizm, zarvanizm) təlimidir. 

Zurvana  sitayiş  İranın  qərb  vilayətlərində  artıq  e.ə.  VI  əsrin  başlanğıcından 

təsdiqlənir. Burada onu zamanın androgin (kişi-qadın təbiətli) allahı kimi tanıyırdılar. 

Zurvan  Elam  dilində  tərtib  olunmuş  Persepol  sənədlərindən  də  məlumdur.  Bu 

sənədlərdə Zurvan (Zervan, Zarvan, Zrvan) Turma adlandırılır. Lakin ehtimal etməyə 

bəzi  əsaslar  vardır  ki,  bu,  əbədi  zaman  və  tale  allahına  sitayiş  e.ə.  I  minilliyin 

başlanğıcına aid olan Luristan tunclarında da təsdiqlənmişdir. 

Zurvanizmin  ali  allahı  olan  Zurvan  əbədi  mövcud  olan  Sonsuz  Zaman  kimi 

düşünülürdü.  Mifdə  Zurvan  androgin  (kişi-qadın,  iki-cinsli)  şəkildə  təsvir  edilir.  O, 

Ahriman  və  Ormaz  adlanan  əkizləri  dünyaya  gətirmişdir.  Bundahişnə  görə,  Zurvan 

"hər  iki  yaranışdan  -  Xeyir  və  Şərdən  qüdrətlidir".  Zurvanizmin  bəzi  təsəvvürləri 

"Avesta"ya daxil olmuşdur. Ola bilər ki, hələ Sasanilər dövründə zərdüştiliyin bidətçi 

təriqətlərindən  biri  olan  zurvanizmdə  ən  qədim,  Avestayaqədərki  dövrlərin  ünsürləri 



Yüklə 3,9 Mb.

Dostları ilə paylaş:
1   ...   88   89   90   91   92   93   94   95   ...   186




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə