TarġXĠ ən qədimdən bizim eranın III əsri yeddġ CĠlddə



Yüklə 3.9 Mb.
səhifə94/186
tarix25.06.2018
ölçüsü3.9 Mb.
1   ...   90   91   92   93   94   95   96   97   ...   186

204 

 

Geniş  sosial  mübarizənin  başlanmasından  istifadə  etmiş  Qaumata  adlı  maq 



üsyan etdi. 

Qədim  yazıçıların  əksəriyyəti,  habelə  hökmdar  Dara  Qaumatanın  çıxışını 

farsların  hakimiyyətinə  -  Əhəmənilərə  qarşı  çevrilmiş  Mada  üsyanı  olduğunu  yaxşı 

bilirdilər. Antik müəlliflər şübhə etmirdilər ki, Qaumatanın hakimiyyətə sahib olması 

onun  (yəni  hakimiyyətin)  madalıların  əlinə  keçməsi  demək  idi.  Bu,  Bağıstan 

kitabələrinin məlumatından da aydın olur. 

Dara  öz  kitabəsində  adətən  düşmənlərin  etnik  mənsubiyyətini  qeyd  edir 

("babilli", "erməni", "elamlı" və s.). Ona görə də çar Qaumatanı "maq" adlandırarkən 

(maqlar  Mada  tayfalarından  biri  idi,  onların  içərisindən  "maq"  adlandırılan  kahinlər 

çıxırdı)  öncə  üsyançının  etnik  mənsubiyyətini  və  sonra  isə  Qaumatanın  kahinlər 

təbəqəsinə  mənsub  olduğunu  nəzərdə  tuturdu.  Bunu  isbat  edən  Bağıstan  kitabəsinin 

Babil  mətnində  Daranın  əsas  düşməni  "Qaumata  adlı  madalı  maq"  adlandırılır. 

Maraqlıdır  ki,  bu  mətndə  fars  və  elam  variantlarından  fərqli  olaraq  deyilir  ki, 

Qaumata Parsadan (farsların ölkəsi) başqa "Madanı da üsyankar etmişdi". 

Beləliklə,  Qaumatanın  çevrilişi  farsların  hakimiyyətinə  qarşı  Mada 

narazılığının təzahürü idi. Güman etmək olar ki, Qaumata madalıların hökmranlığını 

bərpa etmək niyyətində idi. 

Qaumatanın  ideoloji  silahı  artıq  Madada  yayılmış,  hər  halda  maqların  qəbul 

etdiyi  zərdüştilik  -  mazdayasnizm  təlimi  idi.  Bu  təlimdə  geniş  xalq  kütlələrinin 

ümidlərini, səylərini müəyyən dərəcədə əks etdirən demokratik və mütərəqqi ideyalar 

özünü büruzə verirdi. Bəzi mənbələr Qaumatanın Zaratuştranın (Zərdüştün) tərəfdarı 

və məsləkdaşı olduğunu güman etməyə imkan verir. 

Öz  islahatlarını  həyata  keçirməyə  başlamış  Qaumata  geniş  xalq  kütlələrinin 

mənafeyi  naminə  yuxarı  təbəqəni  (ilk  növbədə,  nəsli  əsilzadələri)  bir  sıra 

imtiyazlardan  məhrum  etdi,  onların  əmlakını,  qullarını  əllərindən  aldı,  imperiyanın 

hər  bir  vilayətinə  qasidlər  göndərdi,  xalqların  üç  il  müddətinə  vergilərdən  və  orduda 

xidmətdən  azad  edildiyini  bildirdi.  O,  əsilzadələrə  qarşı  inadlı  mübarizə  apardı, 

amansız və qəddar tədbirlərlə onların öz hakimiyyətlərini geri qaytarmaq cəhdlərinin 

qarşısını  aldı.  Bütün  bu  tədbirlərdə  Qaumata  ən  geniş  xalq  kütlələrinin,  "yaxşılıq 

etdiyi bütün təbəələrinin" [H e r o d o t] fəal yardımına arxalanırdı. 

Qaumatanın  rəhbərlik  etdiyi  hərəkat  geniş  xalq  kütlələrinin  çıxışı  idi.  Bu 

hərəkat əsasən nəsli əyanlara qarşı yönəldilmişdi. İmperiyanın müxtəlif vilayətlərində, 

xüsusilə  Madada  Əhəmənilərə  qarşı  reaksiya  xarakteri  daşıyan  siyasi  mübarizə 

özünün  inkişafı  prosesində  etnik  sərhədləri  keçmiş,  hökmran  fars  sülaləsinin  və 

onunla  bağlı  olan  yerli  nəsli  əsilzadələrin  zülmünə  qarşı  çevrilmiş  ümumi  xalq 

hərəkatı,  etirazı  ilə  birləşmişdi.  Qaumatanın  dövründə,  geniş  xalq  təbəqələri 

güclənmiş sinfi mübarizə nəticəsində yerli əyanların hesabına bir sıra imtiyazlar əldə 



205 

 

etdilər.  Dara  bu  imtiyazları  geri  almaq  istədikdə  silahlanmış  xalq  çıxış  etdi,  bu 



nailiyyətlərin müdafiəsi uğrunda mübarizəyə başladı. 

Maqın  əsas  vəzifələrindən  biri  çar  hakimiyyətinin,  habelə  sarsılmış 

imperiyanın möhkəmləndirilməsi idi. Güman etmək olar ki, Qaumata ayrı-ayrı köhnə 

çarlıqları  (Madanı,  Babili,  Elamı  və  s.)  bərpa  etmək  istəyən  qiyamçılardan  fərqli 

olaraq, "ölkələr çarlığı"nı möhkəmləndirməyə can atırdı. Lakin indi "Ölkələr çarlığı" 

farsların  deyil,  madalıların  başçılığı  altında  bərpa  olunmalı  idi.  Məhz  buna  görə  də, 

maqın  həlak  olmasından  sonra  "farslardan  başqa"  [H  e  r  o  d  o  t]  hamı  onun  taleyi 

üçün  təəssüflənirdi.  Qaumatanın  özünü  etibarlı  adamlarla  əhatə  etmək  arzusunu, 

maqın iqamətgahının Parsadan Madaya keçirilməsi faktını da onun yalnız madapərəst 

siyasəti ilə izah etmək mümkündür. 

E.ə.  522-ci  ilin  sentyabrında  maq  öldürüldü.  Qaumata  öldürülən  kimi 

Fravartişin başçılığı ilə Madada bir neçə ay davam etmiş böyük xalq üsyanı başlandı. 

Madalılara qədər elamlılar və babillilər, sonra isə farslar, margianalılar, digər xalqlar 

çıxış etdilər. 

Üsyan etmiş madalılara ermənilər, parfiyalılar və hirkaniyalılar da qoşuldular. 

Bir  qədər  sonra  Çissantaxmanın  başçılığı  ilə  Cənubi  Azərbaycan  sakinləri  olan 

saqartalılar  mübarizəyə  qalxdılar.  Bu  üsyan  haqqında  Bağıstan  kitabəsində  deyilir: 

"Saqartalı  Çissantaxma  mənə  qarşı  çıxdı.  O,  xalqa  belə  deyirdi:  "Mən  Saqartada 

çaram,  Uvaxşatra  (Kiaksar  -  məsul  red.)  nəslindənəm".  Bundan  sonra  mən  fars  və 

mada  qoşunlarını  [saqartalıların  üzərinə]  göndərdim;  madalı  Tahmaspadanı  onların 

rəisi təyin etdim"... 

Üsyanlar imperiyanın digər vilayətlərində də baş verirdi. Geniş dövlətin ərazisi 

bütün Ön Asiya tarixində görünməmiş, izdihamlı xalq üsyanları alovuna bürünmüşdü. 

Madalıların  və  saqartalıların  üsyanları  Dara  üçün  daha  təhlükəli  idi. 

Hökmdarın öz kitabəsində üsyan başçılarına verilmiş işgəncənin təsvirini verməsi bu 

üsyanı  başqa  üsyanlardan  fərqləndirir,  Daranın  Fravartişə  və  Çissantaxmaya  xüsusi 

nifrət bəslədiyi haqqında danışmağa imkan verir. Hökmdar onları şəxsən şikəst etmiş, 

vəhşicəsinə  işgəncə  vermiş,  sonra  isə  payaya  keçirtmişdi.  Fravartişin  yaxın 

silahdaşlarının isə dərisi soyulmuşdu. 

Fravartişin  sərkərdəliyi  ilə  madalıların  üsyanı  Mada  dövlətinin  müstəqilliyini 

bərpa  etmək  yolunda  son  təşəbbüs  idi.  Görünür,  özünü  Kiaksar  nəslindən  elan  edən 

Çissantaxma  Əhəmənilər  imperiyasından  ayrılmağa  və  Saqartiyada  (əsasən  Cənubi 

Azərbaycan ərazisini əhatə edən) müstəqil dövlət yaratmağa çalışırdı. 

Lakin  imperiyanın  bütün  qüvvələrinin  çox  böyük  səyi  nəticəsində  Dara  xalq 

kütlələrinin üsyanlarını yatıra bildi. 

Azərbaycan torpaqları Əhəmənilər hakimiyyəti altında. E.ə. VI  əsrin son 

rübü - IV əsrin birinci yarısında Əhəmənilər dövləti. I Dara üsyanları amansızlıqla 

yatırtdıqdan,  bir  sıra  tayfaları  və  xalqları  İran  dövlətindən  ayırmaq  üçün  göstərilən 






Dostları ilə paylaş:
1   ...   90   91   92   93   94   95   96   97   ...   186


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2017
rəhbərliyinə müraciət

    Ana səhifə