TarġXĠ ən qədimdən bizim eranın III əsri yeddġ CĠlddə



Yüklə 3,9 Mb.
səhifə95/186
tarix25.06.2018
ölçüsü3,9 Mb.
#51691
1   ...   91   92   93   94   95   96   97   98   ...   186

206 

 

bütün  cəhdlərə  son  qoyub  hakimiyyətini  möhkəmləndirdikdən  sonra  ümumimperiya 



miqyasında  təbəddülat  yaratmağa  başladı.  Bir  sıra  illər  ərzində  o,  Əhəmənilər 

dövlətinin  yaşaması  üçün  zəruri  olan  inzibati,  vergi,  maliyyə  və  hərbi  xarakterli 

islahatlar keçirdi. 

Dövlətin daxili vəziyyətini möhkəmləndirmək üçün xeyli iş gördükdən sonra I 

Dara  xarici  siyasət  məsələləri  ilə  məşğul  olmağı  və  öz  torpaqlarını  genişləndirməyi 

qərara  aldı.  O,  Hind  vadisi  vilayətini  tutdu,  Orta  Asiya  saklarına  qarşı  yürüşlər  etdi, 

Frakiyanı va Makedoniyanı ələ keçirdi, Qara dəniz sahillərində yaşayan skifləri itaət 

altına almaq üçün uğursuz cəhdlər göstərdi, Helladaya kəşfiyyat yürüşlərinə çıxdı. 

Lakin  bütün  səylərinə  baxmayaraq,  öz  hökmranlığının  son  dövründə  I  Dara 

xarici siyasətdə getdikcə daha tez-tez müvəffəqiyyətsizliyə uğrayırdı. E.ə. 500-cü ildə 

Kiçik Asiyanın yunan şəhərlərində farsların zülmünə qarşı üsyan qalxdı. E.ə. 490-cı 

ildə  Attikaya  soxulmuş  farsların  yunanlarla  ilk  böyük  toqquşması  Daranın  tam 

məğlubiyyəti ilə başa çatdı. 

Əhəmənilər dövləti yalnız güclü hərb maşınının sayəsində yaşaya bilirdi. Məhz 

hərbi  qüvvənin  köməyi  ilə  şah  hakimiyyəti  imperiyanın  çoxlu  xalqlarını  itaətdə 

saxlayırdı.  Lakin  vaxtilə  zəhmli  bir  qüvvə  olan  ordu  getdikcə  zəifləyirdi.  Əvvəllər 

İran ordusunun özəyi sayılan fars azad icma üzvlərinin get-gedə var-yoxdan çıxması 

Əhəməniləri  zorakılıqla  toplanmış  asılı  adamlardan  ibarət  olan  orduya  muzdlu 

əsgərlər gətirməyə vadar etdi. Belə bir orduda cəngavərlik ruhunu və nizam-intizamı 

qoruyub saxlamaq getdikcə çətinləşirdi. 

Bu  şəraitdə  iri  satraplıqlar  farsların  hökmranlığından  xilas olmaq üçün yeni 

bir qüvvə ilə cəhd göstərməyə başladılar. Ayrı-ayrı satraplar arasında toqquşmalar adi 

şəkil  aldı.  Şahın  ən  yaxın  qohumları  da  mərkəzi  hakimiyyətə  qarşı  tez-tez  üsyan 

edirdilər. Separatizm cəhdləri, taxt-tac uğrunda mübarizə, saysız-hesabsız saray fitnə-

fəsadları  I  Daranın  vəfatından  sonra  daha  da  şiddətləndi.  Onun  oğlu  Kserks 

(

Xsajarsan;  e.ə.  486-465-ci  illər)  qəsdçilər  tərəfindən  öldürüldü.  Fitnə-fəsadlar  və 

qətllər  nəticəsində  I  Artaxsaça  (Artakserks;  e.ə.  465-424-cü  illər)  hakimiyyət  başına 

gəldi. II Darayavahuş (Dara;  e.ə. 423-404-cü illər) bir sıra  qətllərdən və çoxlu  fitnə-

fəsadlardan  sonra  taxta  çıxdı.  Şah  III  Artaxsaca  (Artakserks;  e.ə.  358-338-ci  illər) 

qüdrətli saray xadimi hərəmağası (xacə) Baqoy tərəfindən öldürüldü. 

Demək  olar  ki,  II  Artakserksin  (e.ə.  404-358-ci  illər)  ölümü  ərəfəsində 

Əhəmənilər dövlətinin tənəzzülünün və dağılmasının bütün əlamətləri göz qabağında 

idi. 

III Artakserks zamanında şah nəsli demək olar tamamilə məhv edilmişdi. Şah 



hətta körpələrə də aman verməmişdi. 

Azərbaycan  vilayətləri  haqqında  biliyimiz  azdır.  Yazılı  qaynaqlarda  Şimali 

Azərbaycan  tayfaları  haqqında  heç  bir  məlumat  verilmir.  E.ə.  VI-V  əsrlərə  aid 

arxeoloji  materiallar  də  çox  deyil.  Arxeoloji  materiallar  e.ə.  I  minilliyin  ikinci 




207 

 

yarısının  Şimali  Azərbaycan  vilayətlərini  xeyli  inkişaf  etmiş  oturaq  əkinçilik-



maldarlıq təsərrüfatına malik bir zona kimi təsvir edir. Burada yalnız təbii suvarmaya 

deyil, həm də çox böyük irriqasiya qurğularına əsaslanan suvarma əkinçiliyi mövcud 

idi  ki,  bu  da  əməyin  məqsədyönlü  təşkilindən  xəbər  verirdi.  Həmin  dövrdə  Şimali 

Azərbaycan  vilayətlərində  müxtəlif  sənətlər  yüksək  inkişaf  səviyyəsinə  çatmışdı, 

regionda yaşayan tayfalar digər ölkələrin xalqları ilə intensiv iqtisadi və mədəni əlaqə 

saxlayırdılar. Əldə olan materiallara əsasən deyə bilərik ki, bu vilayətlərdə dərin sinfi 

təbəqələşmə baş vermiş və şəhər həyatı inkişaf etməyə başlamışdı. Şimali Azərbaycan 

tayfalarının bir hissəsi, o cümlədən utilər və müklər XIV satraplığa, digər hissəsi (ola 

bilsin, həm də albanlar) XI satraplığa daxil idilər. 

Əhəməni  hökmranlığının  müxtəlif  dövrlərində  Cənubi  Azərbaycan  ərazisinin 

ayrı-ayrı hissələri X, XI, XIV satraplıqların tərkibinə daxil idi. Cənubi Azərbaycanın 

əsas  ərazisi  hələ  I  Daranın  hökmranlığının  lap  əvvəlində  Mada  satraplığının 

(Herodota görə, X satraplığın) tərkibində idi. 

Əvvəllər Mada satraplığına daxil olan saqartilər I Daranın hökmranlığının ilk 

illərində Cənubi Azərbaycan vilayətlərində və ona qonşu olan bəzi rayonlarda mühüm 

rol  oynayırdılar.  Saqartilər,  ola  bilsin,  e.ə.  V  əsrin  əvvəlinə  yaxın  özlərinin  keçmiş 

rolunu  artıq  itirmiş  olsalar  da,  onların  haqqında  hətta  sonralar  yaşayıb-yaratmış 

müəlliflər  də  söhbət  açırlar.  Saqartilərin  izləri  onların  yaşayış  rayonunun 

toponimiyasında  da  qalmışdır.  Saqartilərin  əsas  yaşayış  rayonu  Cənubi  Azərbaycan 

idi. 


Kür-Araz vilayətlərində yaşayan uti və mük tayfaları ilə birlikdə saqartilər bir 

satraplığın - XIV satraplığın sakinləri idilər. 

I Daranın vaxtında Madanın tərkibindən Asaqarta adlanan  əlahiddə bir əyalət 

ayrılmışdı.  Asaqarta  əyalətinə  Madanın  bütün  şimal-qərb  vilayətləri  -  hələ  Bisütun 

kitabəsinin tərtib edildiyi dövrdə Mada satraplığının tərkibində olmuş vilayətlər daxil 

idi.  Deməli,  Asaqarta  əsasən  Kiçik  Madaya,  gələcək  Mada  Atropatenaya  uyğun 

gəlirdi.  Asaqarta  satraplığı,  ola  bilsin,  Şimali  Azərbaycan  ərazisinin  bir  hissəsini 

(utilər və müklər yaşayan ərazini) də əhatə edirmiş. 

Biz  Asaqarta  satraplığının  nə  qədər  ömür  sürdüyünü  bilmirik.  Lakin  orası 

məlumdur  ki,  nə  Daranın  son,  nə  də  onun  varislərinin  kitabələrində  Asaqartanın  adı 

çəkilmir. Çox güman ki, Asaqarta sonralar yenidən Mada əyalətinə qatılmışdı. e.ə. V 

əsrin  başlanğıcında  madalılar  Əhəmənilər  dövlətində  yenidən  nəzərə  çarpacaq  rol 

oynamağa  başlayırlar.  Demək  lazımdır  ki,  artıq  I  Daranın  zamanında  Cənubi 

Azərbaycan əhalisi madalılar adlanırdı. 

Həm  Cənubi,  həm  də  Şimali  Azərbaycan  ərazisində  yaşayan  digər  tayfalar, 

xüsusən  kaspilər,  utilər,  müklər,  parikanilər,  matiyenlər,  marlar  və  başqaları  kimi, 

Mada  kontingentləri  də  bir  qayda  olaraq  Əhəmənilərin  bütün  yürüşlərində  iştirak 

edirdilər. 




Yüklə 3,9 Mb.

Dostları ilə paylaş:
1   ...   91   92   93   94   95   96   97   98   ...   186




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə