TarġXĠ ən qədimdən bizim eranın III əsri yeddġ CĠlddə



Yüklə 3,9 Mb.
səhifə96/186
tarix25.06.2018
ölçüsü3,9 Mb.
#51691
1   ...   92   93   94   95   96   97   98   99   ...   186

208 

 

Cənubi  Azərbaycanın  vəziyyəti  gərgin  idi.  Kadusilərə  qarşı  biri  II 



Artakserksin, digəri III Artakserksin dövründə edilmiş iki yürüş də buna sübutdur. 

Lakin  kadusiləri  sakitləşdirmək  mümkün  olmadı.  İmperiyanın  digər 

hissələrində  də  tam  asayiş  yox  idi.  Yunanlar  yenə  də  itaətdən  çıxırdılar,  misirlilər 

onlara  kömək edirdilər  -  onlar eyni zamanda  Əhəməni torpaqlarına  da  soxulurdular. 

İran  satrapları  bir-biri  ilə  düşmənçilik  edir  və  vuruşurdular,  şah  sarayı  fitnə-fəsad 

yuvasına  və  qanlı  çəkişmələr  meydanına  çevrilmişdi.  Mərkəzi  hakimiyyət  kiçik 

şahlara bənzəyən və şah yerişi yeriyən öz canişinlərinin ayrılmaq cəhdlərinin kökünü 

kəsməkdə  aciz  idi.  Buna  görə  təbiidir  ki,  o  zaman  təbəələr  ayrı-ayrı  satraplara  çox 

vaxt "şah" deyirdilər.  

Çox ehtimal ki, belə "şah"lardan biri də hələ qəddar, şöhrətpərəst, lakin ağıllı 

III  Artakserksin  dövründə  hakimiyyət  başına  gəlmiş  Mada  satrapı  Atropat  idi. 

Anlaşıldığına  görə,  satrap  olduqca  müstəqil  bir  siyasət  yeridirdi.  Farslar  tərəfindən 

itaət altına alınmamış kadusilər Atropatın müttəfiqləri kimi çıxış edirdilər, sakesinlər 

və albanlar İran dövlətinin təbəələri deyil, Atropatın müttəfiqləri idilər. 



Makedoniyalı Aleksandrın istilaları və farsların Əhəməni dövlətinin iflası. 

II Daranın şahlığı dövründə dövlətin daxilində və xarici siyasət sahəsində baş vermiş 

bütün  hadisələr  Əhəmənilər  dövlətinin  xeyli  dağıldığını  aydın  sübut  edir.  Onun 

hökmran  olduğu  illər  dikbaş  vassallarla  mübarizə  illəri  idi.  Şahın  əvvəlcə  qardaşı, 

sonra da əmisi - Mada satrapı üsyan etmişdi. E.ə. 408-ci ildə Madada üsyan qalxdı. II 

Daranın ölümündən sonra iğtişaşlar yeni qüvvə ilə qızışdı. 

Fars  dövlət  sisteminin  böhranı  və  büsbütün  pozulması  e.ə.  V  əsrlə  IV  əsrin 

ayrıcında  tamamilə  aydın  bir  şəkil  almışdı.  II  Artakserksin  hökmranlığının  lap 

başlanğıcında  kadusilər  ayrılmış  və  onlara  qarşı  bir  o  qədər  uğurlu  olmayan  yürüş 

edilmişdi.  Çox  keçmədən  şahın  qardaşı  Kiçik  Kir  ilə  müharibə  başlandı.  II 

Artakserksin  baş  sərkərdələrindən  biri,  Mada  satrapı  Arbak  bu  "vətəndaş 

müharibəsi"ndə açıq-açığına ikibaşlı oyun oynayırdı. 

Misir  yaranmış  vəziyyətdən  istifadə  edib  yenə  farsların  hakimiyyəti  altından 

çıxdı.  Az  sonra  Suriya  satrapı  Ariobarzan  üsyan  etdi.  Bunun  ardınca  "satrapların 

böyük  üsyanı"  başlandı,  nəticədə  Qərb  satraplıqlarının  demək  olar  hamısı  şahdan 

ayrıldı. 

İmperiya  ölüm  ayağında  idi.  Bir  çox qardaşlarını  güdaza  verən,  cinsindən  və 

yaşından  asılı  olmayaraq  bütün  qohum-əqrəbasını  tələf  edən  qanlı  müstəbid  III 

Artakserks  imperiyanın  ömrünü  bir  neçə  il  uzatmışdı.  O,  üsyan  edən  tayfalar  və 

xalqlarla,  həmçinin  öz  satrapları  ilə  inadlı  və  qanlı  mübarizə  aparırdı.  III  Artakserks 

boyun əyməyənləri, üsyan qaldıranları ram edirdi, Suriyada, Fələstində, Finikiyada və 

Misirdə  vuruşmuşdu.  Onun  dövründə  dikbaş  kadusilərə  qarşı  da  yürüş  edilmişdi.  III 

Artakserks  mərkəzi  hakimiyyəti  müəyyən  dərəcədə  möhkəmlətməyə  müvəffəq  oldu. 

Lakin e.ə. 338-ci ildə Əhəmənilər sülaləsinin bu sonuncu hökmdarı zəhərlə oldürüldü. 




209 

 

İran  dövlətinin  son  on  illərinin  hadisələrindən  danışarkən  qeyd  etmək  lazım 



gəlir ki, yunanlar da bu hadisələrin əsas iştirakçılarından idilər. Lakin onu da unutmaq 

olmaz  ki,  e.ə.  IV  əsrdə  Hellada  özü  dərin  böhran  keçirirdi.  O  zamankı  yunan 

dünyasında  cərəyan  edən  sosial-iqtisadi  proseslər  hellin  polislərinin  iqtisadiyyatını 

təməlindən  sarsıdırdı.  Ayrı-ayrı  şəhər-dövlətlər  arasında  gedən  iqtisadi  mübarizə 

siyasi  mübarizə  ilə,  hellin  aləmində  hegemonluq  uğrunda  mübarizə  ilə  çulğaşırdı.  

Uzun  sürən  hərbi  toqquşmalar  nəinki  vuruşan  tərəflərin  qarşılıqlı  surətdə 

zəifləməsinə,  həm  də  muzdlu  döyüşçülər  tutulmasına,  antik  demokratiyanın 

dağılmasına  və  yeni  dövlət  formaları  axtarılmasına  gətirib  çıxarırdı.  Yunanıstanda 

bütün Helladanı vahid, güclü hakimiyyət altında birləşdirməyə çağıran səslər getdikcə 

daha tez-tez eşidilirdi. Helladanın bu cür birləşdirilməsi, ilk növbədə, İranın törətdiyi 

təhlükəyə  son  qoyardı.  Güclü  hakimiyyət  Helladada  özlərinə  yer  tapmayan  və 

Helladanın  varlığı  üçün  təhlükə  törədən  minlərlə  yunan  yoxsullarını  da  "yerbəyer" 

etməli  idi.  Həmin  yunanları  "yerbəyer"  etmək  isə,  güclü  hakimiyyət  tərəfdarlarının 

fikrincə,  yalnız  bir  yolla,  İrandan  heç  olmasa  Kiçik  Asiyanı  ələ  keçirmək  yolu  ilə 

mümkün olardı. 

E.ə. IV əsrin ortalarında Balkandakı Makedoniya dövləti yüksəlməyə başlayır. 

Xaroneya  yaxınlığındakı  döyüşdən  (e.ə.  338-ci  il)  sonra  Makedoniya  padşahı  Filipp 

bütün Yunanıstanı özünə tabe etdi. İranla müharibə gerçəkləşməkdə idi. Lakin Şərqə 

yürüş  üçün

 

qızğın  hazırlıq  görüldüyü  bir  vaxtda  makedoniyalı  Filipp  öldürüldü. 



Filippin  ölümü  heç  də  Şərqə  yürüş  ideyasının  iflası  demək  deyildi.  Müdrik  dövlət 

xadimi  və  parlaq  istedada  malik  sərkərdə  olan  gənc  Makedoniya  padşahı  Aleksandr 

(İsgəndər) atasının işini davam etdirdi, İran müharibəsinə geniş hazırlıq görülürdü. 

Şah  ailəsi  demək  olar  tamamilə  tələf  edildikdən  sonra,  e.ə.  336-ci  ildə  İran 

şahənşahının taxtında Əhəməni sülaləsinin yan şaxələrindən birinin nümayəndəsi olan 

Kodoman  əyləşdirildi. III Dara adını qəbul edən bu şahın  hökmranlığının tarixi (e.ə. 

336-30-cü illər) Makedoniyalı Aleksandrın yunan-Makedoniya qoşunlarının zərbələri 

altında böyük İran dövlətinin məhv olması tarixidir. 

Müharibə  ərəfəsində  İran imperiyası çöpayaqlı nəhəng timsalında  idi.  Farslar 

zahirən zəhmli, cah-calallı görünsələr də, əslində xalqlar üzərində öz hakimiyyətlərini 

itirmişdilər.  Xalq  kütlələri  Əhəməni  zülmünə  qarşı  yorulmadan  mübarizə  aparır, 

üsyanların  arası  kəsilmirdi.  Artıq  İran  şahının  öz  canişinlərinə  gücü  çatmırdı. 

Çəkişmələr, qəsdlər, saray fitnə-fəsadları mərkəzi hakimiyyəti zəiflədirdi. Orduda da 

artıq  iranlılara  yox,  yadellilərə  -  İran  dövlətinin  daxilən  zəif  olduğunu  yaxşı  bilən 

yunanlara  bel  bağlamaq  lazım  gəlirdi.  Əhəməni  dövlətinin  süqutu  labüd  idi. 

Aleksandrın farslarla müharibəsi məhz belə bir şəraitdə başlandı. 

Gözəl  təchiz  edilmiş  intizamlı  yunan-Makedoniya  ordusu  e.ə.  334-cü  ilin 

yazında Hellespontdan (indiki Dardaneldən) keçib Kiçik Asiyaya soxuldu. 




Yüklə 3,9 Mb.

Dostları ilə paylaş:
1   ...   92   93   94   95   96   97   98   99   ...   186




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə