TarġXĠ ən qədimdən bizim eranın III əsri yeddġ CĠlddə



Yüklə 3,9 Mb.
səhifə97/186
tarix25.06.2018
ölçüsü3,9 Mb.
#51691
1   ...   93   94   95   96   97   98   99   100   ...   186

210 

 

Aleksandr  qədim  dövrün  ən  böyük  sərkərdələrindən  biri  idi  və  bir  çox 



görkəmli  komandirləri  -  Antipatr,  Ptolemey,  Parmenion,  Filota,  Perdikka  və 

başqalarını öz ətrafına yığa bilmişdi. 

Gənc  padşahın  artıq  ilk  addımları  onun  hərbi  planlarının  geniş  vüsətindən 

xəbər  verirdi.  Lakin  Aleksandr  İran  dövlətini  tamamilə  məhv  etmək,  ələlxüsus 

dünyada  ağa  olmaq  haqqında  ilk  vaxtlar  çətin  ki,  düşünəydi,  əvvəllər  o,  farslardan 

"qisas  almaqdan"  və  "yunanları  azad  etməkdən",  yəni  Kiçik  Asiyanı  fəth  etməkdən 

irəli getmək fikrində deyildi. 

İki  düşmən  arasında  ilk  döyüş  e.ə.  334-cü  ilin  mayında  Qranik  çayının 

sahilində oldu. Aleksandrın ordusu döyüşə qeyri-mütəşəkkil, ləng və gec hazırlanmış 

olan Kiçik Asiya satraplarının ordularını ağır məğlubiyyətə uğratdı. 

III Daranın özünün başçılıq etdiyi İran orduları ilə Aleksandrın ikinci döyüşü 

e.ə.  333-cü  ilde  İss  şəhəri  rayonunda,  dənizlə  dağlar  arasındakı  ensiz  vadidə  (Şimali 

Suriya sərhədlərində) baş verdi. Bu vuruşma da yunan-makedoniyalıların qələbəsi ilə 

nəticələndi.  Farslar  darmadağın  edildilər.  III  Dara  hərb  meydanından  rüsvayçılıqla 

qaçdı. Aleksandra xeyli qənimət çatdı. O, şahənşahın anasını, arvadını və iki qızını da 

özü ilə apardı. Bu vuruşmada farslarla birlikdə madalılar da iştirak edirdilər. 

İkinci  döyüş  nəticəsində  bütün  Kiçik  Asiya  Aleksandrın  ixtiyarına  keçdi. 

Makedoniya  əleyhinə  hərəkatın  geniş  miqyas  alıb  Makedoniyanın,  Frakiyanın, 

Yunanıstanın,  Kritin,  Kiçik  Asiyanm  bir  çox  vilayətlərini  bürüməsinə,  habelə 

Finikiyanın  və  Fələstinin  iri  ticarət  şəhərlərinin  (Tir  və  Qazanın)  güclü  müqavimət 

göstərməsinə baxmayaraq, Aleksandr öz düşmənlərinə qalib gəlib Misirə yiyələndi və 

e.ə.  332/331-ci  illərin  qışını  orada  keçirdi.  Beləliklə,  Makedoniya  padşahı  Aralıq 

dənizinin  şərq  sahillərindəki  limanların  hamısını  tutdu,  farsların  donanmasını 

bazalardan    məhrum  etdi,  dənizdə  hökmranlığı  ələ  keçirtdi  və  öz  gediş-gəliş 

yollarından təhlükəni dəf etdi. 

E.ə.  331-ci  ilin  yazında  Aleksandr  yenidən  Asiyada  göründü.  Yunan-

Makedoniya qoşunları Fərat və Dəclə çaylarını keçib Arbela yaxınlığında Qavqamela 

kəndinin  ətrafında  düşərgə  saldılar.  E.ə.  331-ci  il  oktyabrın  1-də  burada  Aleksandr 

qoşunları  ilə  III  Daranın  qoşunları  arasında  üçüncü  vuruşma  oldu.  Qavqamela 

vurusması  nəinki  qədim  dövrün  ən  iri  vuruşmalarından  biri,  həm  də  makedoniyalı 

fatehin bütün vuruşmalarının ən çətini idi. 

III Daranın orduları darmadağın edildi. Şah bir neçə satrapla və kiçik bir qoşun 

dəstəsi  ilə  Madanın  paytaxtı  Ekbatanaya  qaçdı.  Lakin  yunan-makedoniyalılar  özləri 

də bütün yürüş müddətində ən ağır tələfata bu döyüşdə uğradılar. 

Əhəməni  dövlətinin  həyati  əhəmiyyətə  malik  mərkəzlərinin  hamısının  yolu 

Aleksandrın üzünə açıldı. Aleksandr Babil və Suzu işğal etdi, sonra Parsaya soxuldu. 

Farsların  iki  paytaxtının  ikisi  də  -  Pasarqad  da,  Persepol  da  tutuldu.  Makedoniyalı 

fateh burada xeyli sərvət - 120 min talant gümüş və qızıl, çoxlu qızıl və gümüş qab-




211 

 

qacaq, müxtəlif daş-qaş ələ keçirdi. Persepol şah sarayı yandırıldı. Lakin son dərəcə 



ağır  tələfata  baxmayaraq,  III  Dara  hələ  qisas  almaq  ümidində  idi  və  Madada  qoşun 

toplamağa başladı. 

Bu  dövrdə  Madada,  xüsusən  Cənubi  Azərbaycanda,  eləcə  də  Şimali 

Azərbaycanda  vəziyyətin  necə  olduğu  haqqında  əlimizdə  kifayət  qədər  məlumat 

yoxdur.  Bizə  bəllidir  ki,  Atropatın  başçılığı  ilə  madalılar  Qavqamela  vuruşmasında 

iştirak  etmişdilər.  Onu  da  bilirik  ki,  bu  çarpışmada  "kadusilər  də,  albanlar  da, 

sakesinlər də madalılarla birləşdirilmişdilər" [A r r i a n]. 

Kadusilərin,  albanların  və  sakesinlərin  madalılarla  birləşməsi,  habelə  sonra 

vaqe olmuş hadisələr güman etməyə əsas verir ki, Əhəməni sülaləsinin ağır illərində 

Atropat  XI  və  XIV  satraplıqlara  daxil  olan  torpaqların  xeyli  hissəsini  müəyyən 

dərəcədə  özünə  tabe  edə  bilmişdi.  Yalnız  buna  görə  Qavqamela  vuruşmasında 

kadusilər və albanlar madalılarla "birləşdirilmişdilər". Sakesinlərə gəldikdə, ola bilsin, 

onlar  Madanın  tərkibinə  daha  əvvəllər  daxil  olmuşdular.  Beləliklə,  bütün  Cənubi 

Azərbaycan  ərazisi  və  Şimali  Azərbaycan  ərazisinin  bir  hissəsi  əslində  Atropatın 

hakimiyyəti altında idi. Mada satraplığına daxil olan digər vilayətlər də (Böyük və ya 

Aşağı  Midiyanın  torpaqları  və  bəzi  başqa  rayonlar  da)  görünür,  ona  tabe  idilər.  Ola 

bilsin,  o,  Qərbi  Zaqafqaziyanın  da  bir  hissəsinin  sahibi  idi.  Biz  Qavqamela 

vuruşmasından sonra Atropatla III Daranın qarşılıqlı münasibətlərinin necə olduğunu 

bilmirik.  Lakin  güman  etmək  olar  ki,  onların  arası  dəyməmişdi,  çünki  III  Dara 

Aleksandrla mübarizəni məhz Madada davam etdirmək ümidində idi. O, Madada yeni 

qoşun toplamağa çalışırdı və  bu işdə  müəyyən uğurlar qazanmışdı.  Kadusilərdən və 

skiflərdən  (skiflər  dedikdə,  sakesinlər  nəzərdə  tutulmalıdır)  köməyi  də  Madada 

gözləyirdi. 

Deməli,  Atropat  və  onun  müttəfiqləri  III  Daranın  tərəfini  saxlayırdılar.  Bunu 

Aleksandrın  Atropat  əleyhinə  hərəkətləri  də  sübut  edir.  Makedoniya  padşahı 

Paretakenadan  Madaya  hücuma  başlayıb,  ilk  növbədə,  Paretakenanı  Mada 

satraplığından ayırdı.  Bunun  ardınca Madaya  yeni satrap təyin etdi.  Lakin bir qədər 

sonra vəziyyət dəyişdi. Aydınlaşdı ki, Atropatla ittifaqda olan kadusilər və skiflər III 

Daranın  tərəfini  saxlamırlar.  Görünür,  Atropat  özü  də  şahənşahın  tərəfini 

saxlamamışdı.  Məhz  buna  görə  III  Dara  Ekbatananı  tərk  edib  monarxiyanın  şərq 

əyalətlərinə  qaçdı  və  tezliklə  orada  həlak  oldu.  Artıq  Aleksandr  Madaya  hücumu 

zamanı  Atropat  ona  öz  loyallığını dəlillərlə  sübut etmişdi.  Bu baxımdan  mühüm bir 

cəhət  də  ondan  ibarətdir  ki,  Ekbatana  yunan-makedoniyalılara  müqavimət 

göstərməmiş və ələ keçirilən İran xəzinəsi buraya gətirilmişdi. Bütün bunlar eyni bir 

zəncirin  halqaları  olub  sübut  edirdi  ki,  Atropat  öz  siyasətini  dəyişdirib  Aleksandrın 

tərəfinə  keçmişdi.  Təsadüfi  deyil  ki,  Atropat  tezliklə  (e.ə.  328-ci  ildə)  əvvəlki 

vəzifəsinə qaytarıldı. 



Yüklə 3,9 Mb.

Dostları ilə paylaş:
1   ...   93   94   95   96   97   98   99   100   ...   186




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə