TarġXĠ ən qədimdən bizim eranın III əsri yeddġ CĠlddə



Yüklə 3,9 Mb.
səhifə98/186
tarix25.06.2018
ölçüsü3,9 Mb.
#51691
1   ...   94   95   96   97   98   99   100   101   ...   186

212 

 

Əhəməni imperiyası tamamilə dağıldı. III Daranın ölümündən sonra Aleksandr 



özü  Əhəmənilərin  varisi,  Asiyanın  padşahı  oldu.  Bu,  tarixin  dönüş  nöqtəsi  idi. 

Aleksandrın qoyduğu yeni qayda, hellinizm dövrü İranın qüdrətli dövrünün sonu idi. 

Farsların  özləri üçün bu dövr nəinki bir dünya  dövləti kimi onların qüdrətinin sonu, 

həm də yadellilərin hökmranlığı dövrünün, pərakəndəlik dövrünün başlanğıcı idi. 

O  zamanlar  baş  vermiş  hadisələri  gözdən  keçirərkən  Qədim  şərq  xalqlarının 

tarixində Əhəməni dövrünün xüsusi əhəmiyyətini qeyd etməmək olmaz. Bu dövlət öz 

tərkibinə  daxil  olan  xalqların  sosial-iqtisadi,  siyasi  və  mədəni  həyatında  mühüm  rol 

oynamışdır. 

Əhəmənilərin  hökmranlığı  dövrü  intensiv  proseslərlə  -  imperiyanın  çoxsaylı 

xalqlarının  etnik  cəhətdən  qaynayıb-qarışması,  onların  mədəniyyətlərinin  və  dini 

baxışlarının  sinkretikləşməsi  prosesləri  ilə  səciyyələnir.  İran  şahları  əhalini  kütləvi 

surətdə  köçürmək  üsuluna  geniş  surətdə  əl  atırdılar.  Onlar  müxtəlif  xalqların 

nümayəndələrindən bir çox ölkələrdə hərbi koloniyalar yaradırdılar. 

İran  şahları  saraylarının  tikintisində  imperiyanın  demək  olar  ki,  bütün 

xalqlarının nümayəndələri işləyirdilər. 

Canlı  etnik,  iqtisadi  və  mədəni  əlaqələr,  qaynayıb-qarışma  və  sinkretikləşmə 

prosesləri elmi biliklərin  sintezinə, incəsənət  və  memarlığın inkişafına,  müxtəlif dini 

baxışların  qovuşmasına,  tədricən  mahiyyətcə  yeni  maddi  və  mənəvi  mədəniyyət 

yaranmasına səbəb olurdu. Əhəmənilər dövründə qazanılmış nailiyyətlər sonralar da - 

Parfiya və Sasani dövrlərində Şərqin tarixində böyük rol oynamaqda davam edirdi. 

Əhəməni  ənənələri,  mədəniyyəti  və  incəsənəti  təkcə  İranın  öz  xalqları 

tərəfindən  yaradılmamışdı.  Bu  mədəniyyətin  təşəkkülündə  Zaqafqaziyanın,  Orta 

Asiyanın,  habelə  onlardan  şimaldakı  step  ərazilərinin  xalqları  və  tayfaları  xüsusilə 

böyük  rol  oynamışdılar.  Bu  vilayətlərin  qədim  sakinləri  Əhəmənilər  dövlətinin 

iqtisadi və mədəni həyatında fəal iştirak etmişdilər. 



213 

 

 



 

 

DÖRDÜNCÜ BÖLMƏ



 

 

 

AZƏRBAYCAN ƏRAZĠSĠNDƏ DÖVLƏT 



QURUMLARI HELLĠNĠZM DÖVRÜNDƏ 

 

XII   FƏSİL 

 

MADA-ATROPATENA (*Ät

a

/

u

rpätakän) DÖVLƏTĠ 

 

Madanın  satrapı  Atropat.  Azərbaycan  ərazisində  müstəqil  Mada-



Atropatena  (*Ät

a

/

u

rpätakän  -  Kiçik  Mada)  dövlətinin  yaradılması.  E.ə.  V-IV 

əsrlərdə  imperiyanın  hər  yerində  olduğu  kimi,  Cənubi  Azərbaycanda  da  vəziyyət 

narahat idi. Satraplar bir-biri ilə düşmənçilik edir, bir çoxu özünü padşah kimi aparır, 

"şah" adlandırılırdı. Belə "şah"lardan biri də Mada satrapı Atropat (*Ät

a

/

u



rpät) idi. 

Regionun  tarixində  görkəmli  rol  oynamış  Atropatın  adı  mənbələrdə  ilk  dəfə 

e.ə. 331-ci ildə baş vermiş məşhur Qavqamela vuruşması ilə əlaqədar çəkilir. 

Cənubi  Azərbaycan  ərazisinin  ayrı-ayrı  hissələri  X,  XI  və  XIV  satraplıqların 

tərkibinə  daxil  idi.  Mada  satraplığı  (yaxud  X  satraplıq)  əvvəlki  Mada  padşahlığının, 

Cənubi  Azərbaycan  (I  Dara  zamanında  Asaqarta)  vilayətlərinin  ərazisindən  əlavə, 

parikanilərin və ortokoribantilərin (skif-sakesinlərin) torpaqlarını da əhatə edirdi. 

Mərkəzi  hakimiyyət  üçün  ağır  olan  illərdə  Mada  satrapı  olduqca  müstəqil  bir 

siyasət  yeridirdi;  XI  və  XIV  satraplıqlara  daxil  olan  torpaqları  öz  əlinə  almışdı. 

Atropat  həmin  satraplıqların  sakinləri  ilə  müəyyən  müttəfiqlik  münasibətləri 

yaratmışdı.  Məhz  buna  görə  də  kadusilər  farslara  boyun  əyməyərək  Qavqamela 

vuruşmasında  bütün  İran  dövlətinin  müttəfiqləri  kimi  yox,  ancaq  madalıların 

müttəfiqləri kimi çıxış edirdilər (madalılarla "birləşdirilmişdilər"). 

Albanlar  və  sakesinlər  də  İran  imperiyasının  təbəələri  deyil,  Mada  satrapının 

müttəfiqləri idilər. 

Çox "ehtimal ki, kadusilər kaspilərin, pavsiklərin, pantimatların və dareytlərin 

daxil  olduqları  XI  satraplıqla  bağlı  idilər.  Herodotun  əsərində  kadusilər  haqqında 

məlumatın  olmaması,  ola  bilsin,  ondan  irəli  gəlir  ki,  Kaspi  dənizinin  cənub-qərb 

sahilində yaşamış tayfaların bəlkə də ümumi adı olan "kaspilər" adı altında kadusilər 

də  nəzərdə  tutulurdu.  Qeyd  etmək  lazımdır  ki,  "Kadusilərin  torpağı‖  və  "Kaspilərin 




214 

 

torpağı" anlayışları sonralar da eyni mənada işlədilirdi. Güman etməyə əsas var ki, XI 



satraplığa albanlar da daxil idilər və "kaspilər" adını onlara da aid etmək olar. 

Herodota görə, XI satraplığa kaspilər, pavsiklər, pantimatlar va dareytlər daxil 

idilər. 

XIV satraplığa Kür-Araz rayonlarında yaşayan utilər və müklər, habelə yaşayış 

yerləri Cənubi Azərbaycan vilayətləri və onlara bitişik torpaqlar olan saqartilər daxil 

idilər. 


Beləliklə,  Cənubi  Azərbaycanın  bütün  ərazisi  və  Şimali  Azərbaycan 

torpaqlarının xeyli hissəsi bu və ya digər dərəcədə Atropatın hakimiyyəti altında idi. 

Belə  güman  etməyə  bəzi  əsaslar  var  ki,  hələ  Mada  dövləti  dövründə 

madalıların  hakimiyyəti  Qərbi  Zaqafqaziyanın  ayrı-ayrı  rayonlarına,  xüsusən  tarixi 

Gürcüstanın  vilayətlərinə  də  yayılırdı.  Maraqlıdır  ki,  Herodota  görə,  "Kolxidadan 

Madaya girmək çətin deyil". Yenə də  həmin  müəllif  məlumat  verir ki, skiflər "Fasis 

(görünür,  Rioni  və  ya  Çorox  çayının  -  məsul  red.)  yaxınlığında  Madaya  soxulmaq" 

niyyətində  idilər.  Güman  etmək  olar  ki,  tarixi  Gürcüstanın  torpaqları  (və  ya 

torpaqlarının bir hissəsi) Mada  satraplığının  tərkibinə  daxil idi və  ya  onun  himayəsi 

altında idi. Polibi e.ə. III əsrin son rübünün hadisələrindən danışarkən məlumat verir 

ki, Atropatenanın bəzi hissələri "Fasisdən yuxarıdakı yerlərdə Pontun (Qara dənizin - 

məsul red.)  üzərində yüksəlir, digər tərəfdən o, Hirkan (Kaspi - məsul red.)  dənizinə 

qədər çatır". 

Atropatilər  və  görünür,  Atropatın  özü  də  bu  vilayətləri  ənənəyə  görə  idarə 

edirdilər, çünki onlar əslində Mada satraplığı hökmdarlarının siyasi varisləri idilər. 

Polibinin  əsərində deyilir ki, "həmin padşahlıq (yəni  Atropatena - məsul red.) 

hələ  farsların  (yəni  Əhəmənilərin  -  məsul  red.)  zamanından  mövcuddur".  Lakin  bu 

fikrin  səhihliyi  olduqca  şübhəlidir.  Görünür,  Polibinin  əsərində  belə  bir  mətləb  öz 

əksini  tapmışdır  ki,  Əhəmənilər  dövlətinin  zəiflədiyi  dövrdə  satrapların  bir  çoxu 

(yəqin  ki,  həm  də  Atropat)  özlərini  şah  kimi  aparırdılar  və  təbəələr  onları  rəsmən 

"şah" adlandırırdılar. Yalnız buna görə Polibi (və ya onun  istifadə  etdiyi   qaynaqlar)  

həmin  vilayəti  hələ  müstəqil dövlətə çevrilməmişdən əvvəl "padşahlıq" adlandırırdı. 

Qədim  İran  və  antik  qaynaqlara  görə,  əslində  satraplıq  və  satrap  haqqında  danışmaq 

olar.  Lakin  Atropatena  satraplığı  və  satrapı  yox,  Mada  satraplığı  və  Mada  satrapı 

haqqında. 

Atropatena  şahlığı  isə  bir  qədər  sonra  meydana  gəlmişdi.  İran  imperiyası 

darmadağın  edildikdən  sonra  Aleksandrla  Atropatın  qarşılıqlı  münasibətlərinin  ilk 

dövrdə  necə  olması  haqqında  biliyimiz  yox  dərəcəsindədir.  Bu  münasibətlərin  daha 

çox  düşmənçilik  münasibətləri  olduğunu  güman  etməyə  bəzi  əsaslar  vardır.  Atropat 

Aleksandrın hüzuruna gəlib boyun əyməmişdi; Aleksandr isə onu vəzifədən götürüb 

yerinə  Oksadat  adlı  bir  nəfəri  təyin  etmişdi.  Ola  bilsin,  ilk  vaxtlarda  Atropat  hətta 

Aleksandrla mübarizəyə girmək niyyətində imiş. Strabon, görünür, buna işarə edərək 



Yüklə 3,9 Mb.

Dostları ilə paylaş:
1   ...   94   95   96   97   98   99   100   101   ...   186




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə