Taxirəsalınmaz Yardımının Əsasları (TYƏ) abş Amerika Birləşmiş Ştatları



Yüklə 0,49 Mb.
Pdf görüntüsü
səhifə8/20
tarix22.05.2018
ölçüsü0,49 Mb.
#45289
1   ...   4   5   6   7   8   9   10   11   ...   20

 

Şəkil 13. 2 nəfər  kisə-maska ventilyasiyası verir. Zərərçəkənin başında duran xilasedici 

zərərçəkənin başını arxaya doğru çəkib, hər əlin baş və şəhadət barmağının köməyi ilə “C” 

forması qurub, maskanı  zərərçəkənin üzündə möhkəm bərkidir. Digər 3 barmaqla (“E” forması) 

çənəni qaldırır (bu manevr tənəffüs yollarını açır) və zərərçəkənin üzünü yuxarı, maskaya qarşı 

tutur. İkinci xilasedici  asta-asta (1 saniyədən çox), döş qəfəsi qalxana qədər,  kisəni sıxır. Hər iki 

xilasedici döş qəfəsinin qalxmasını izləməli. 



 

______________________________________________ 



 

 

Nəfəs üçün Tənəffüs Yollarının açılması: alt çənənin irəli çəkilməsi 

 

Zərərçəkəndə baş ya boyun zədələnməsi var, ya siz onurğa sütununun zədələnməsindən 

şübhələnirsinizsə, 2 xilasedici tənəffüs yolunu açmaq üçün başqa yoldan istifadə edə bilər: alt 

çənənin irəli çəkilməsi (Şəkil 14). İki nəfər boyunu tutub tərpənməyə qoymur, torba-maska 

ventilyasiyası verərək alt çənəni irəli çəkir. Alt çənənin irəli çəkilməsi tənəffüs yolunu açmadısa, 

başın  arxaya çəkilib-çənənin  qaldırılması üsulundan istifadə edin. 




 

Şəkil 14. Başı arxaya doğru çəkmədən alt çənənin irəli çəkilməsi. Çənə başı arxaya doğru 

çəkilmədən qaldırılır. Zərərçəkəndə onurğa sütununun zədələnməsinə şübhə olan hallarda 

tənəffüs yolu üçün seçim üsuldur. 

 

 

 

Alt çənənin irəli çəkilməsində aşağıdakı addımlara riayət edin: 



 

Addım 


                            Fəaliyyət 

      

Əllərinizi hər iki tərəfdən zərərçəkənin başına qoyun, dirsəkləriniz zərərçəkən 

uzanan səthin üstündə qalsın. 

      

Barmaqlarınızı alt çənənin bucaqlarının altına keçirdib çənəni iki əllə irəli 

çəkərək qaldırın (Şəkil 14). 

      

Dodaqlar bağlıdırsa, onları açmaq üçün aşağı dodağı baş barmağınızla 

basın. 


 

______________________________________________ 



 

3-cü 

Hissə 

 

Böyüklər və 8 yaşlı və ondan yuxarı Uşaqlar üçün Avtomatik Xarici Defibrillator 

______________________________________________ 



Ümumi icmal                         

 

 



    Kollapsdan defibrillasiyaya qədər keçən zaman mədəcik fibrillasiyası və ya nəbzsiz mədəcik 

taxikardiyası nəticəsində baş verən qəfləti ürək dayanmasından sağqalmanın əsas göstəricisidir 

(aşağıdakı başlıca faktlara bax).     

AXD cərəyana ehtiyacı olan ürək ritmlərini ayırd edə bilən və cərəyan ötürə bilən 

kompyuterləşmiş bir cihazdır. 

                                       

_____________________________________________ 

 

Təlimin           



  məqsədi           

Bu bölümün sonunda siz aşağıdakılara qadir olacasınız: 

 

AXD-n işləməsinə aid olan addımları sadalamaq 



 

AXD-n yastıqcıqlarının düzgün yerini göstərmək 



 

AXD-n istfadəsi zamanı “CƏRƏYAN”  düyməsinin düzgün zamanda basılması 



 

AXD-n analizi və cərəyanın ötürülmə zamanı kimsənin zərərçəkənə toxunmamasının 



səbəbini izah etmək 

 



“Cərəyana göstəriş yox”( ya “cərəyan məsləhət deyil”) kimi  

    AXD-n messajlarında məqsədə uyğun addımları təsvir etmək 

 

ÜAR-sı və AXD-n düzgün nisbətini göstərmək, aşagıdakıları mümkün qədər azaltmaq 



üçün: 

        -ürək massajı zamanı fasilələrin mümkün qədər qısalması 

        -son kompressiya (ürək massajı) arasında və cərəyanın  

         ötürülməsi arasında keçən zaman 

 - cərəyanın ötürülməsi və ürək massajının yenidən başlanması  

 arasında keçən zaman 

_____________________________________________ 

 

AXD-n gəlib çıxması 

AXD gəlib çıxan kimi, onu işlədəcək xilasedicinin yanına qoyun, zərərçəkənin böyründə. Belə 

pozisiya AXD-n nəzarət edilməsi və  

yastıqcıqların asan yerləşdirilməsi baxımından  ən məqsədə uyğundur. Həmçinin belə pozisiya 

ikinci xilasediciyə əks tərəfdə yerləşərək AXD-n işlətməsinə maneə olmayaraq ÜAR-nı 

aparmağa imkan verir. 

 

Qeyd: Bir necə xilasedici mövcuddursa, biri ürək massajını davam edir, digəri AXD-nın 

yastıqcıqlarını bərkidir. 

______________________________________________ 



 

Başlıca Faktlar 

Defibrillasiya 

 

Mədəcik fibrillasiyasında, ürəyin əzələləri səyirir və birlikdə 

yığılıb qanı qova bilmir. Defibrillator ürək əzələlərinin 

səyrilməsini dayandırmaq üçün elektrik cərəyan ötürür. Bu 

ürəyin əzələ liflərinin bərpa olunub yenidən birlikdə 

yığılmasına imkan verir. Normal ritm əmələ gələn kimi, ürək 

əzələsi effektiv yığılma qabiliyyətinə malik olub nəbz əmələ 

gətirməyə  başlayır ( spontan qan dövranının qayıdılması, ya  

SQDQ, adlanır). 

 

______________________________________________ 



 


AXD-ların modeldən modelə cuzi fərqi olan müxtəlif modelləri mövcuddur, və onlar hamısı 

demək olar ki eyni yolla işləyir. AXD-ları çalışdırmaq üçün 4 universal addım mövcuddur: 



 

Qeyd: Cərəyanın ötürülməsinə lazım olan vaxtı qısaltmaq üçün, idealda siz AXD gəlib 

zərərçəkənin yanına çıxan kimi,  ilk 2 addımı 30 saniyə ərzində etməsini bacarmalısınız. 



 

 

 

 

 

 

 

 

Addım 


                            Fəaliyyət 

      



 

AXD-nı İşə Salın (Sonradan AXD sizə növbəti addımlarınızı işarə edəcək). 

 



AXD içində yerləşdirildiyi çantanı açın. 

 



AXD-nı işə salın (bəzi cihazlar çantanın qapağı açılan kimi avtomatik 

olaraq yanacaq). 

      

 

AXD-nın yastıqcıqlarını zərərçəkənin çılpaq döşünə bərkidin. 



 

 8 yaşlı və ondan yuxarı olan zərərçəkənlərə böyüklər üçün təxsis edilmiş 



yastıqcıqları seçin (uşaq   yastıqcıqları ya uşaq sistemi olmasın). 

 



Yastıqcıqların astarını soyub çıxardın  

 



AXD-nın yapışqan yastıqcıqlarını zərərçəkənin çılpaq döşünə bərkidin. 

-AXD-nın bir yastıqcığını zərərçəkənin döş   

               qəfəsinin  sağ-yuxarı nahiyəsinə (körpücük  

               sümüyünün həmən altında) yerləşdirin 

             -Digər yastıqcıq sol məməcikdən kənarda, yuxarısı 

                qoltuqaltından bir neçə santimetr aşağı,   

                yerləşəcək (Şəkil 15). 

 



 AXD- nın birləşdirici kabellərini AXD- nın qutusuna bərkidin (bəziləri 

əvvəldən bərkidilimiş olur) 

      

 

Zərərçəkəni “təmizləyin” və ritmi Analiz edin. 



 

AXD sizə işarə verirsə, analiz zamanı zərərçəkəni təmizləyin. Zərərçəkənə 



kimsənin toxunmadığına, və ya başqa xilasedicinin nəfəs verməməsinə tam 

əmin olun. 

 

AXD-lərin bəziləri AXD ürək ritminin analizini başlaması üçün sizə 



düymənin basılmasını deyəcək; digərləri bunu avtomatik olaraq edəcək. 

AXD-nın analiz etməsi 5-15 saniyə çəkə bilər. 

 

Cərəyana ehtiyac olan hallarda AXD sizi xəbərdar edəcək. 



      4 

AXD sizə cərəyanın edilməsini məsləhət görürsə, siz zərərçəkəni 

təmizləməlisiniz

 



Cərəyanın ötürülməsindən əvvəl zərərçəkəni təmizləyin: zərərçəkənə 

kimsənin toxunmadığına tam əmin olun. 

 

Bərkdən “zərərçəkəni təmizləyin” xəbər verin, “Hər kəs təmizdir” ya 



sadəcə “Təmiz”, kimi. 

 



zərərçəkənlə kimsə təmasda (kontaktda) olmadığına əmin olmaq üçün 

baxın. 


 

“Cərəyan” düyməsini basın 




Yüklə 0,49 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   20




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə