Teatr: Seyr və sehr



Yüklə 1,35 Mb.
Pdf görüntüsü
səhifə14/54
tarix07.08.2018
ölçüsü1,35 Mb.
#61023
1   ...   10   11   12   13   14   15   16   17   ...   54

müqəddəslik”  və  bu  kimi    mənəvi  dəyərlər    kimi    də    açılır.Bu  hal    aşıq  
dastanlarının  didaktik-tərbiyəvi  təsirinin  xeyli  artırılmasına xidmət edir, çünki  
arxaik  dövrdən    fərqli    olaraq    aşıq    öyüd-nəsihətlərini    dinləyici  mərasim-ayin 
kontekstindən  kənar    şəraitdə    mənimsəyirdi,  yəni  onun    hissləri  əvvəlcədən 
mənəvi-əxlaqi  dəyərlərin    əxz    olunmasına    köklənmişdi.Aşıq  sənətkar  elə    bir 
poetikaya sahib olmalıdır ki, onun yaradıcı imkanları dinləyici hər iki  qatda ( idrak 
və hiss) özünə  cəlb  etsin, qarşısına  qoyduğu  məqsədə  çatmaq yollarını müəyyən  
mənada  yüngülləşdirsin.Nəzərə  alsaq  ki,  dastan  sənəti  zaman-  məkan  sənət 
növüdür    və  burada  aşığın  istifadə  etdiyi    janr,  söz,  musiqi  ,  rəksvari  hərəkətlər  
birbaşa  müraciətlər    ,  dinləyicilərin  reaksiyası    və  s..aşıq  yaradıcılığını  zamana 
daha çox bağlayır. Belə nəticəyə  gələ bilərik ki,  aşıq sənətində teatr düşüncəmizin 
ilkin    kateqoriyaları  mövcuddur.Belə  ki,  teatr  poetikasının    mövzu,  dil-  ifadə 
vasitələri , təsir mexanizmləri yalnız və yalnız doğma  sənət təfəkküründən  doğa 
bilər və yalnız  milli sənət təfəkkürünün  qavrayış və  psixoloji  mexanizmləri ilə  
qavranıla bilər.Aşıq  lirikasının  başqa bir aparıcı  kateqoriyası- “ təbiət “  müəyyən  
mənada    hadisələrin    fonu  olduğundan    dil-  ifadə    vasitəsi    kimi    gücləndirici  
funksyasını   yerinə  yetirirdi.Klassik    miniatür sənətində   olduğu kimi  burada   da  
tiöiklik xüsusilikdən  üstün tutulur, universal dəyər  və mənalar qabardılır.Məsələn 
:  aşıq    lirikasında    konkret    dağ  ,  çay,  orman  ,  çəmən    təsvir  olunurkən    onun 
konkret    səciyyələri  ,    fərqli  xüsusiyyətləri    göstərilmir,  əvəzində    isə    bu  təbii 
varlıqlara    qarşı  insan  münasibəti,  hissləri  ,  fikirləri  və    müdrik  qənaətləri  
maksimal  şəkildə    gücləndirilir.  Bu  hal    aşıq  dastanlarının    poetikasında  özünü 
biruzə  verir  :  hər  hansı  dastanın    mətnindən  konkret    coğrafi    məkanı  bərpa  edib  
müəyyənləşdirmək  ,  demək  olar  ki,  müşkül    işdir.Əslində  bu  əməliyyata  heç 
ehtiyac      yoxdu,  çünki  burada    teatr  düşüncəsinin  psixoloji    fenomeni    baş 
verməkdədir  :  aşıq    söyləməsini    dinləyən  şəxs    tədricən  seyrçi,  tamaşaçıya  
dönərək öz  bağını, öz çayını  və nəticədə öz problemlərinin  görüntüsünü, obrazını  
görməyə    başlayır.Aşığın  sazda    münasib  hava    çalması  (  instrumental  hissə) 
tamaşaçı-  dinləyici  üçün  “  obrazlı    düşüncə  “    zonasını    müəyyənləşdirir,  daha 
əlverişli şərait yaradır.Söz , musiqi  və hərəkət  öz  arxetipik  magik funksyalarını  


itirmir,  çünki    “onlar    dinləyicilər  tərəfindən    təcrübə  və  uzunmüddətli  
düşüncələrin  kvintessensiyası(  əsl  mahiyyəti-M.Ə.)  kimi  qavranılır  ,  bütövlükdə  
isə  cəmiyyətdə    mövcud  olan  qaydaların    bitkin    bir    yozum    sistemini    təşkil 
edir”.Beləliklə , deyə  bilərik ki,  konkret səciyyələrdən  imtina edən aşıq  poetikası 
teatr düşüncəsinin  bazisli kateqoriyalarından  xəbər verir. 
Teatr poetikası  üçün  olduqca  vacib  olan  göstəricilərdən  biri mövzunun 
konkret    bədii  həllidir.Hər    hansı    bədii    həllin  xüsusiyyətləri    kompozisiya 
özəlliklərində  özünü göstərir.Yuxarıda qeyd  etdiyimiz  kimi,  hər  hansı  milli sənət 
növünün    struktur  qurumu,  kompozisiya  prinsipləri  yalnız  milli  sənət    təfəkkürü 
zəminində  yarana  bilər.Aşıq    sənətinin  yaradıcı  məhsulu  olan    dastanların 
kompozisiya    qurumunda  teatr  poetikasının    bu  həlledici  kateqoriyasının  örnəyini 
görmək mümkündür. 
Aşıq  sənətində    mövzunun  bədii  həlli    dastanın  ənənəvi  kompozisiyası  
çərçivəsində icra olunur. Bu  çərçivə çox sadədir : Giriş ( teatr termini ilə - proloq ) 
– Ustadnamə, dastanın özü ( teatr termini ilə -hadisə və olaylar) və yekun ( teatr 
termini ilə  epiloq)- Duvaqqapma. 
Ustadnamə - proloq bir qayda olaraq üç hissədən ibarət olur və  burada aşıq  
öz  müəlliflik  iddiasını  sanki    kiçildərək    Ustadların  (  ənənənin)  arxasında  “ 
gizlənir” bu kompozisiya  priyomu əslində çox mürəkkəb bir psixoji əməliyyatdır : 
dinləyici bədii əsərin qavranılmasına köklənir , məişət düşüncəsindən azad olunur, 
ənənəvi mənəvi dəyərləri “ qoşma” janrının rahat ritmi  ilə yaddaşında “ təzələyir” 
və  Ustadlara    hörmət  və  ehtiram  hissi  ilə dastanı  dinləməyə  hazırlaşır.Göründüyü 
kimi,  zaman- məkan sənət növü üçün bu çox vacib şərtdir.Əks təqdirdə  dinləyici 
və  ifaçı  arasında    canlı  əlaqə    yaranması  çətin  olur  və  əsas  mövzunun 
qavranılmasına  əngəl  yaranır.Aşığın  öz  müəllifliyini  sanki  ikinci  plana    çəkmək  
priyomu  da  güclü  psixoloji  effekt  yaradır.Dədə  Qorqud    bilavasitə  “  qayibdən 
dürlü  xəbər  verirdisə”,  aşıq    biliciləri,  Ustadların  aftoritetinə  söykənir  ,  çünki 
dinləyicisi üçün ənənəvilik  fərdi yaradıcılıqdan qat- qat üstündür. 
Məhz bu fenomenə arxalanan aşıq  (Ustad deyir ki...)ifadəsindən başlayıb , 
bilavasitə    dastan  mövzusunu    söyləməsinə  keçir.Aydın  məsələdir  ki,    yazılı 


ədəbiyyat  üçün  bu  üsul  əhəmiyyətsizdir,  amma  canlı  ünsiyyətə  bağlı  sənət  növü 
üçün    hadisələrin  tutarlı  qaynağını  hörmətə  layiq  mənbəəni    göstərməsi    sonrakı 
məsələləri həlle tməkdən ötrü  çox əlverişli vasitədir. 
Dastan  hadisələrinin  kompozisiya    prinsipi  nəsr  və  nəzm  parçalarının 
ölçülüb,  biçilmiş    növbələnməsində  gerçəkləşir.Bir  qayra  olaraq,  nəsrlə    sujetin 
gedişatı ifa olunur  və burada  seçim təsadüfi deyil : məzmunluq informasiyasını 
ötürmək  üçün  nəzm  (  proza)  dili  daha  əverişli  və  birmənalıdır.Möhkəm,  sərt 
qaydalara bağlı olmayan nəsr dili  aşıq üçün geniş sərbəstlik yaradır :dinləyicilərin 
reaksiyasını  nəzərə  alıb    o,  sujeti  istənilən  səmtə    yönəldə  bilər,  konkret  şəraitə 
bağlaya  bilər  və  s..  və  i.a.qəhrəmanların  təsvirini,  hisslərini  ,  bir-biri  ilə 
söhbətlərini ( teatr terminləri ilə- monoloq və dialoqları ) nəzmlə, deyişmə ilə iafdə 
edən  aşıq  bu  işdə  kanonik    ədəbi  və  musiqi  janr  və  formalarından  istifadə  edir 
.Əvvəliki  bölməmizdə    göstərdiyimiz  kimi  kanonik  sənətin  təsirindən  dinləyici 
özünü anlamağa başlayır  və gərgin etik, estetik,  psixoloji hallar keçirməyə məruz 
qalır.Arxetip  xarakterli şer  formaları ( bayatı, gəraylı, qoşma, divani, müxəmməs) 
və onların tematik, leksik, fonetik, formal və başqa növləri ,magik- sehirli musiqi 
havaları (məs:” Misri”,” Baş  sarıtel”, “  Cəlili”, “Qəhrəmani”,  “Yanıq Kərəmi”,” 
Dübeyt”  və  b..)  passiv  dinləyicini  fəal  mənəvi  psixoloji  hala  salmaqla  onu    öz 
tamaşasının  seyirçisinə  və  nəticədə  müəyyən  mənada    müəllifə    çevirir,  çünki 
dinləyici  seyirçinin  keçirtdiyi,  yaşadığı  hal  bir  çox  səciyyələrinə  görə  yaradıcılıq 
prosesinə yaxınlaşır. 
Bunu    anlayan  ustad  –aşıq  böyük  bacarıqla  bu  prosesi    düzgün  istiqamətə 
yönəldir  və  bu  səbəbdən  bəzən  iki  və  üç  axşam    davam  edən  hekayət  insanları 
yormur,  darıxdırmır.Lazım  olan    yerdə    gərginliyi  azaltmaq,  dinləyicilərə  toxtaq  
vermək  üçün  aşıq    haşiyə  çıxır,  şən,  zarafat    xarakterli    baməzə,  əyləndirici  
lətifələr  ,  hadisələr    söylənir.Teatr  termini  ilə  adlandırsaq,    bu  intermediyalarla  ( 
əlavə  edilmiş səhnəciklərlə )aşıq həm sujetə olan marağı  qoruyur, həm də ciddi , 
dramatik  hadisələrin  “  astar  üzünü”  xatırladır,  başqa  sözlə      ustad  yaradıcı 
həssaslıqla  dramatik  poetikatya  “karnaval  estetikası”nın    elementlərini  daxil  


Yüklə 1,35 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   54




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə