Teatr: Seyr və sehr



Yüklə 1,35 Mb.
Pdf görüntüsü
səhifə7/54
tarix07.08.2018
ölçüsü1,35 Mb.
#61023
1   2   3   4   5   6   7   8   9   10   ...   54

yaradıcılığının    prinsipi    kimi  də  qavramağa    imkan  verir.Bu  prinsipin    birini 
K.Abdullayev    göstərir  :  görünməzlik  prinsipi  .Bunu    açıqlayaq.Bir  qayda  olaraq  
başqa  məşhur dastanlarda ( məsələn : “ Kalevala”, “ Manas” , “ Koblandı Basır 
“,”Qayavata” və s..) hadisələri  nəql  edən  anonim olur, ya  hadisələrin  kənarında  
duran iştirakçı olur.Dədə  qorqud  isə  hadisələrin  həm bilicisi , həm iştirakçısı , 
həm də hadisə bitəndən sonra  onu müəyyən qaydada  , formada yenidən qurub “ 
aydırır”-söyləyir, təsvir edir, mənaları vurğulayır  və mütləq sonda  yum- - xeyir  
dua  verir.( Bir qayda  olaraq “ qanlı dedigum bək ərənlər ?” refrenindən  sonra....) 
 Hadisələrin    nəqlinin  təsirli  olması    üçün  ən    əlverişli    prinsip    onun  
sujetqurma      priyomunun,  üsulunun  ,  gözə    çarpmamasıdır:  yəni  Dədə  Qorqud  
yalnız  sonda  “  müəllifliyini”bildirir  ,  nəqletmə  zamanı    isə  müəlliflik    iddiasını  
gizlədir  ,  dinləyicilərə  güya  ki,    yalnız  onları-  olayları  danışır    və  guya    heç  bir  
müdaxiləyə    yol  vermir.Təbii  ki,    bu  üsul    dinləyicilərin    etnopsixoloji   qavrayış  
özəlliklərindən  asılı  olub  və Şərq düşüncəsinin  başlıca  tələbi olan  kanonikliyə  
cavab  verirdi.Kanonik  sənət  yaradıcılığı  və  qavrayışı    isə  ilk  növbədə    yeni 
inforasiyanı deyil  ,  artıq bəlli    ,  “  özündə  ,içdə  “  olan  bilikləri    anıb  emosional , 
duyğusal  tərzdə  yenidən  yaşamağı  ,  yəni    subyektiv    yeni  olan    bədii  məhsulun 
fərdi  ,  induvidual    idrak  prosesinin    təmi  olunmasını  tələb  edir  .Analitik  
psixologiyanın  terminləriylə  desək, “ söhbət içində ümumbəşəri , əzəli obrazlar , 
görklər    mürgüləyən  bilincsizliyin  daha  dərin  laylarının    manifestasiyasından  
gedir”.( Burada  manifestasio – latınca  təzahür , biruzə vermək mənasındadır).Bu  
obraz  və motivləri  Yunq “ arxetip “  və “ dominanta”   adlandırıb. Situasiyanı  son  
dərəcə    konkretləşdirsək,  deyə  bilərik  ki,    Dədə  Qorqudun  dinləyiciləri    əslində 
seyirçi  ,  tamaşaçı  idilər  ,  axı  onlar    söylənilən    hadisələrlə    paralel    (  ya    eyni 
zamanda  )    gözlərinin    önündə  canlanan  ,  birbaşa  sözlə  ifadə  olunmayan   
arxetiplərin  bədii  obrazlılığını    “  görürdülər  “.Məhz  buna    görə  müəllif  (  Dədə 
Qorqud )  görünməz olmalıdır, bu səbəbdən də  o ( müəllif)  yalnız  finaldakı  xeyir 
–duada    özünü  aşkarlayırdı.Buna    görə  müəllif    sujetin    intriqasına  ,  gölənilməz  
gedişlərə , xarkterlərin  müfəssəl işlənməsinə   formal  məntiqin  dəqiqliyinə  və  
bu kimi  “həvəsləndirici” vasitələrə o qədər də  fikir  vermir, bütün səyini insanın 


özüylə    təmas  yaratması  prosesinə    yardımçı    olmasına  yönəldirdi.    ..Müəyyən 
məna  da  (  və    çox    böyük    ehtiyatla....)  Dədə  qorqudun  boy  boylaması  
mərasimində  milli  teatr  düşüncəsinin    ibtidai  təzahürlərini      görə  bilərik    və  milli 
teatr    poetikasının    bəlkə    də  ən  vacib  və  ən  mühüm    səciyyəsini    yaddaşa 
müraciətini    göstərə  bilərik.Buradaca    bu  halın    ümumbəşəri  düşüncədən  
qaynaqlanmasını    qeyd  edək  .Hələ    Platon    yazırdı  ki,    “  İnsan    bir  çox    hissi  
duyğularından    qaynaqlanan  ,  fəqət  şüurun    vəhdət  halına    gətirdiyi  ideya    ilə 
uyğunluqda  dərk    etməlidir.  Bu  isə  ruhumuzun    nə  zamansa      əsl    mövcudluğa  
yüksələrək  , indi  mövcudluq  adlandırdığımıza  yuxarıdan  aşağıya  baxa- baxa 
gördüyünü anmaq  deməkdir..Yalnız  bu  cür anmalardan  dürüst  faydalanan, icra  
olunan  ayinlərə  hər zaman  agah olan insan  həqiqi kamilliyə  nail ola  bilir.” 
Göründüyü kimi , Dədə Qorqudun boy boylaması , oğuznamə  qoşması  adi 
estetik    əməliyyat  deyildi  :  ayin  xarakterli    mərasimdə    sənətçi  –demiurq  
dinləyicilərinin  birbaşa    yaddaşlarına    təsir  göstərərk    ali  həqiqətləri    fərdi 
kontekstdə    dərk  etmələri    üçün    son  dərəcə  məhsuldar  şərait  yaratmaqla  məşğul 
idi.” Ali  həqiqətlərin”siyahısını  tərtib  etməyə  qalxsaq , görərik ki, onların hamısı  
ümumbəşər    mənəvi    dəyərlərin  milli-etnik    motifikasiyalarıdır  və  günlərimizə  
qədər  öz  mahiyətini  saxlamışdır. 
Bildiyimiz kimi , bütün  inkişaf  etmiş  xalqların  mifo-epik düşüncələrinin 
bir çox   məqamarına  təmas  nöqtələri , ortaq  motiv  və sujet , hətta “ səyyar” 
qəhrəmanları    var.Struktur    baxımından    da  elə    bir    fərqlənməyə  malik  olmayan  
psixoloji  mexanizmlər    hər bir  etnosun    fərdi inkişafında   özünəməxsus  , spesifik  
özəlliklər  qazanırdı ki,  bu özəlliklər həm bədii- estetik , həm  də mənəvi-əxlaqi  
təsir gücünü təmin etməyə qadir olurdu. 
Milli  teatr  düşüncəsindən    qaynaqlanan    teatr    prosesini    araşdıranda 
məzmun  planı  (  qatı)    nə  qədərə  vacibdirsə  , ifadə  planı  da  poetika      baxımından 
çox faydalı  məlumat verə bilir. Ona görə də biz iki  təməli qatların  ierarxiyasını  
nəzərə almadan , poetik baxımından ikisinin də  əhəmiyyətli amil olduğunu qəbul 
edirik.  İbtidai  düşüncə    sokral  (  ilahi)    və  profan    (  insani,  dünyəvi)  sferalar  
arasında  mediator    (  rabitəçi)  olan,  Dədə  Qorqudun    öz  deyimlərini    insan  üçün 


gerçəkləşdirməkdən    ötrü  istifadə  etdiyi    başlıca    vasitə    söz  idi.Yuxarıda    qeyd 
etdiyimiz kimi , dinləyici- seyrçi gerçək hadisələri  artıq yaşamışdır  və buna görə 
də    onun  gedişatını  və    nəticələrini    bilirdi  ,  başqa  sözlə    sujet  ona  bəlli 
idi.Çatışmayan iki cəhət idi :  psixoloji ayin , mərasim ona hadisələrin  mahiyyətini 
açmalı  idi  və  o  “  həqiqəti  “  dərk  etməli  idi.Bu  hadisələrin    (  konfliktlərin, 
münaqişələrin,  əməllərin  ,  münasibətlərin  və  s..)  əsl  səbəbi    və  magik  ,  mistik  ( 
irrasional  ,  sokral  ,  mifik  və  s...)  qənaətləri  idi,    yalnız  “  qayibdən  dürlü    xəbər 
verən”  Dədə  Qorqud    onları    aktuallaşdıra  bilərdi.Bunun  üçün  onun  xüsusi  , 
spesifik  sözü olmalıdır  ki, adi məişət sözlüyündən  fərqlənsin və müəyyən  quta  
malik  olsun.  Aydın  məsələdir  ki,    bu  söz  çoxqatlı  ,  çoxmənalı  ,  sukkestiv  ( 
təlqinedici)  olmalıdır  ki,  “  ruhun    nə  zamansa  gördüklərini”(  Platon)  canlandıra  
bilsin  ,  əzəli  yaddaşın    informasiyasını  üzə    çıxartmaq    gücünə  qadir  ola 
bilsin.K.Vəliyev    yazır  :    “  Dədə  Qorqudun  düzüb  –qoşduğu    oğuznamələrin  bir 
ucu ilk insanın  heyrətli sözləri idi...Dədə qorqud  nə vaxtsa  yaranmış  bu sehirli 
sənətin    içində    doğulduğundan  ,  onun  yaşını    müəyyən  etmək  mümkün  deyil.Bu 
yaş  sözlərin    yaşadığıdır.”  “  Sehrli    sənətin”  sənətçisinin    sözü    də    sehirli  
olmalıydı  ki,  insan  sehirin  içində  özünü də , dünyanı da , həqiqətləri də görə 
bilsin... 
Göstərilən kitabın “ Nəsrimizin  poetikası “ fəslində  K.Vəliyev  bizdən ötrü 
vacib  bir  məsələyə    toxunur  .O  yazır  :  “  Azərbaycan    nəsrinin  ilk  nümunəsi  
nağıllarımız, dastanlarımız, lətifələrimizdir.Dildən- dilə  keçib yaşayan bu folklor 
janrları  bədii nəsrin ilk qaranquşu olmuş insanların  həyatını bəzən real , bəzən də 
fantastik    şəkildə    ifadə  etmişdir.Yazıl    nəsr  yarandığı    gündən  ta  bu  günəcən 
özünün   bu  rişələrindən  qidalanır , ondan şirə, güc- qüvvət alır” 
Bu sözləri  milli  teatr  poetikasına  da aid  etmək  olardı , əgər  bəlli  tarixi  
səbəblərdən  teatrımızın “ rişələri” süni şəkildə  kəsilməsəydi.Gördüyümüz  kimi, 
teatr prosesinin ilkin mərhələlərində    sırf milli  teatr  poetikasının    yaranması  üçün 
ən vacib şərtlər  artıq  mövcud  idi.Bunlar aşağıdakılardır : 
- sehrli sənətin  yaranması  üçün  etno- psixoloji tələbat ; 
- onu qavrayıb , təsirlənmək üçün aparıcı  motivasiya; 


Yüklə 1,35 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   54




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə