Teatr: Seyr və sehr



Yüklə 1,35 Mb.
Pdf görüntüsü
səhifə8/54
tarix07.08.2018
ölçüsü1,35 Mb.
#61023
1   ...   4   5   6   7   8   9   10   11   ...   54

- özəl üsul və formalar; 
- sehirli söz qatı; 
- bədii estetik sistemlər 
 
Bədii -estetik  sistemin  başlıca sistemi ritm olduğundan hərhansı  mərasimin 
təsir  qüvvəsi birə on artır. Dədə Qorqud fenomenini  araşdırarkən  bəzən unuduruq 
ki, o, öz boylarını  qopuzda çalmaqla müşaiyət edirdi.Daha dəqiq desək , ( bu isə “ 
K.D.Q.”-nın    mətnindən  aydın  görünür  )  Dədə  Qorqud  nəqlini    musiqiyə    tabe 
edirdi.Çin  mifologiya  və folklorunun  tədqiqatçısı  Q.A.Tkaçenkonun göstərdiyi 
kimi  :  “  Musiqi  bilavasitə    ritualdan    doğurdu,  etikadan  və  bütünlüklə    daxili  
gözəllik və  alicənablıq  adlandırılan  nə vardısa  onlardan ayrılmaz idi.Klassika  bu 
“  ruhun    melodiyasını”  musiqi,  ritm  ilə  az  qala  əyaniləşdirirdi  etik  normalara, 
daxili  borca , insaniyyətə sədaqətin  plastiki  təzahürüylə ...” 
Əski  oğuzlarda da musiqi  sehirli vergi kimi qavranılırdı, hesab  olunurdu 
ki,    Dədə  Qorqudun  “  könlünə  tanrı  ilham  verərdi”.Təsadüfi    deyil  ki,    Dədə 
Qorqudun    vəsiyyətləri      sırasında  beləsi  də  var:  “  Kitabi  Dədə  Qorqud  “un  
müxtəlif analiz  növləri üçün  indi dediklərimiz  bəlkə də əhəmiyyətli deyil , amma 
zaman-məkan  növü olan teatr  sənəti üçün  çox önəmli bit detala  fikir verək.Qolca  
qopuz – indiki  Orta Asiya  türklərində  “ Kobız “, “ Komuz” adalanan  iki simli 
musiqi aləti  saza deyil , daha çox kamançaya bənzəyirdi ( sazın  ibtidai  forması  
dombra  və ya dumbra –iki  simli  alət  bu gün də  qazax, qırğız, başqırd və başqa 
türk  xalqlarının  əsas musiqi alətidir ).Kamançanın  səsi  və ritmik  xüsusiyyətləri  
hamımıza  bəllidir:  adamı  ovsunlamaq  üçün    başqa    aləti  təsəvvür  etmək  çətindir 
.Xatırlasaq  ki,  yaylı  musiqi  alətlərinin  (  skripka  ,  violonçel,  yaylı  kontrabas) 
səslənməsi  insan  səsinə  çox  yaxındır,  Dədə  Qorqudun    “  ifa  tərzini”təsəvvür  edə 
bilərik  .Çox –çox  sonra    yaranmış    aşıq  dastanlarına    nəzər  salanda  ilk  baxımdan  
görünür  ki,    ədəbi  material    iki  yerə  bölünür  : nəsr  və  poeziya  .Odur ki,  aşıq ifa  
tərzi  də iki  xassəlidir :  bilavasitə hadisələri ( sujeti) aşıq  adi  danışıq  diliylə - 
nəql edir , şer parçalarını  isə müvafiq  melodiyanın üstündə özəl  vokla üsulu ilə  
oxuyur.Dədə  Qorqudun  dili  isə  başdan-  başa    ritmə  tabedir,  yəni    ritmik  


nəsrdir.Demək artıqdır  ki, hər hansı təkrarlanan  ritm ( deyək ki,  qatarın  relslər 
üstündə  takkıltısı , damcıların , dalğaların səsi) sukkestivdir (  təlqinedici)    və ona  
aludə olan  insanın  özünə varması  üçün   ən əlverişli vəziyyətdir .Kobız –qopuzun 
simləri      qoldan  aralı  olduğuna    görə    barmaqla    basılanda    qolun    səthinə    kip 
yapışır və buna  görə də səsində    fitə  bənzəyən çalarlar eşidilir. Bu əlavə təsir 
vasitəsi   sehr  ovqatını artırır, adi əyləncə , nəşə , zövqdən  uzaqlaşdırır.Deməli , 
qeyd    edə  bilərik  ki,    boylama  ,  aydrma    zamanı    kütləvi    sehr    ovqatıyla  
səciyyələnirdi, bu isə  teatr  düşüncəsinin  olduqca  mühüm  bir  kateqoriyasından,  
atmosferindən    xəbər  verir.  Kitabi    Dədə  Qorqudun    ədəbi  poetikası    çağdaş   
elmimizdə kifayət qədər  geniş tədqiq olunub və əldə olunan poetika  səciyyələrini 
təkrarlamaqdan      vaz    geçib,    burada  xüsusilə  qeyd  etmək  istəyirik  ki,  
V.M.Jirmunski,    X.K.Koroğlu,  M.Təhmasib,  Ə.Dəmirçizadə,  Ə.Sultanlı  , 
Ş.Cəmşidov  ,  T.Hacıyev  ,  P.əfəndiyev,  R.Bədəlov  ,  C.Əlizadə,  K.Vəliyev  ,  
K.Abdullayev    və  başqa    alimlərimizin  təyin  etdikləri      poetika    və  estetika  
kateqoriyaları    teatr  düşüncəsi  sitemində      və  üzvi    şəkildə  yer    tapır    və  öz 
əhəmiyyətini  itirmir.Daha  əski  ənənəyə  söykənən    Dədə  Qorqudlar    (  ozanlar, 
sağıcılar,ağıcılar...)  ritmual  mərasim- - ayinlərin ifadə və təsir  vasitələrini  fərdi 
sənət    növünün    yaradıcı  poetikasına  daxil    edərək    hər  hansı  etnik  psixologiya 
üçün    olduqca    vacib    olan    funksiyanı      yerinə  yetirməklə    məşğul  idilər  .Bu  
funksiya  çoxmənalı    idi:    tərkibində  etnik  yaddaş  yaratmaq  ,  etnik  birliyi    təmin 
etmək  ,  dərin  qatdakı  ilkin  anlayışlara    bədii  biçim  (  forma)  vermək,  etnik 
mənəviyyatın  (  etikanın)  dəyərlərini    və  etnik  əxlaqın    (  moral)  normalarını  
təsdiqləmək  ,  mürəkkəb    ekzistensional    problemləri    İlahi  (  sokral)  dəyərlərlə  
bağlılıqda  təzələmək və etnik idealı  hadisələrdə göstərmək , görk( Obraz) vermək   
tələbləri başlıca yer tuturdu. 
Haşiyə çıxıb  xatırlatsaq ki, Qərbi Avropa teatr poetikasının  başlıca məqsədi  
tamaşaçılarına  maksimal  informasiya    vermək,  öyrətmək  ,  tərbiyələndirmək  , 
maarifləndirmək  və bu kimi  təsir göstərməkdir, milli teatr  poetkamızın  köklərini  
daha  aydın  təsəvvür  edə  bilərik.Nəzərə  alsaq  ki,    milli  muğam  sənətimizin  
konseptual    musiqi  poetikası    təxminən  eyni  köklər  üstdə    “  bitib”  belə  bir  fikir 


yürüdə  bilərik  ki,  rudiment(qalıq)  şəklində  çağdaş  teatr    düşüncəmizdə  qalan  
kateqoriyalar  vahid  sistem    halına  gətirilib    teatr  prosesinə    güclü    müsbət  təsir 
göstərə  bilər  ,  çünki  muğam  xalqımızın  özünü    dərketməsini  ,  əski  ənənələrini  
qoruyub  saxlayır  .Şərq    insanının    təfəkkürü  ,  idrakıyla  identifikasiya    olunur 
,dünyaduyumunu  ifadə  edir, insanın bu gününü  keçmiş  və  gələcəyi ilə bağlayır. 
Bütün  bu  göstəricilərin    teatr  sənətinin    idealına    nə  qədər  yaxın  olmasını  
xüsusi qeyd etməyin  bizə lüzumu yoxdur!.. 
Hər  hansı  institusional    mədəniyyətin    tərkib    hissəsi    olan  peşəkar    teatrın  
fəaliyyətini  təmin edən  ədəbi əsas pyesdir.buna görə də , hər  milli  mədəniyyət  
uzun tarixi inkişaf prosesində  öz dramaturgiyasını yaratmağa  meyillidir. 
Teatr  prosesimizin    genezisini  “  Kitabi-Dədə  Qorqud”  bizim  üçün  nadir 
əsərdir, çünki , o  həm mif , həm epos , həm dastan, həm nağıl , həm də tarixi sənəd  
xarakterli boylardan  tərtib olunub.Qeyd edək ki,  özündə  bütövlükdə türk mifoloji  
düşüncəsini əks etdirən ( yəni : dünyanın yaranışı , sokral sistemi , dünyanın sonu 
hakkında  məlumat verən) başqa kitabımız yoxdur ki,  biz K.D.Q-dan  tam həcmdə 
faydalanmaqda    çəkinək.K.D.Q-nın tərkibinə    nəzər  salanda  aşkar  olunur  ki,    bir 
kitabın  içində  mif  tədricən    dastana  və  ibrətamiz  nağıla    yönəlir.Müəyən    tarixi 
səbəblərdən    bu  proses    milli  nəsrin  yaranmasına  gətitrib    çıxatmadaı  :  yazılı 
ədəbiyyatımızın  çağdaş növ  və janrları ( roman, povest,  novella və hekayə) yeni  
dövrün  hadisələri    kimi  mədəniyyətimizə  daxil  olub.Klassik  poeziyamız    isə  öz  
qanunlarıyla  inkişaf  edib    və  xassəcə      başqa  proseslərin  təzahürü  olub.Odur  ki,  
çağdaş mədəniyyətimizdə  maraqlı bir proses müşahidə olunur : yazılı  ədəbiyyat  
canlı  epik  ənənə  olan   Dədə Qorqudun  boylarına meyl  göstərməkdədir.Bu fakt  
ədəbiyyatın  vaxtilə    pozulmuş    canlı    əlaqəni    bərpa    etmək    niyyətindən    xəbər 
verir. 
Teatr prosesi  əcaib  bir dövrə  vurub əski  qaynaqlarına qayıdır. 
Bu qarşılıqlı hərəkətdə  üç əsas meyl  sezilir : 
 


Yüklə 1,35 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   54




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə