Teatr: Seyr və sehr



Yüklə 1,35 Mb.
Pdf görüntüsü
səhifə30/54
tarix07.08.2018
ölçüsü1,35 Mb.
#61023
1   ...   26   27   28   29   30   31   32   33   ...   54

poetikadan    qaynaqlanan  əsərlərin    mövcud  olmasıyla      bağlıdır.Belə  ki, 
Ə.B.Haqverdiyevin  dramaturji  yaradıcılığında  həm “ seyr”  poetikasının  parlaq 
təzahürü  olan    “  Ağa    Məhəmməd    şah  qacar”,  həm  “  sehr”-  ekzistensional  
poetikanın    ifadə  vasitələriylə    yaradılan    “  Pəri    Cadu”  ,  həm  də    “  siyası  – 
publisist”  forma  və  məzmunlu    “  Yoldaş  və  Koroğlu”  və    maarifçi  poetikanı   
realizə  edən    “  Dağılan  tifaq  “    və  “  Bəxtsiz  cavan”  kimi      dram      əsərləri  
mövcuddur.Bu mənada  Ə.B.Haqverdiyev  dram yaradıcılığını “teatr  düşüncəsi  və 
tarixi  ictimai    proseslər  “  aspektində    araşdırmaq      daha  səmərəli  olardı.Bu    və 
başqa  inkişaf  tendensiyalarını  sonrakı  fəsillərdə  təhlil  obyektinə çevirib teatr  
prosesimizin  geniş mənzərəsini   göstərməyə səy edəcəyik .Cavid  yaradıcılığına 
müraciətimizn  ən mühüm səbəbi  isə teatr prosesimizin  M.F.Axundovdan  aldığı 
təkandan      tam  yeni  mərhələyə    yüksəlmişdir:  heç  şübhəsiz  ki,    bu  zirvə    birbaşa 
Cavid    poetikasıyla  səciyyələnr.Qeyd    etdiyimiz  kimi  ,  burada  dövrün  siyasi-
ictimai  konjukturasından  asılı olmayan  , bitkin , tam həcmdə işlənilmiş , bütün 
tələb olunan  səciyyələrə malik  və bədii formalarda  əks etdirilmiş “ ekzistensional 
konfliktli”    poetikanı  təhlil  etmək  niyyətindəyik.Heç    şübhə  yox  ki,  bu  mənada 
Hüseyn  Cavidin  dramaturji  irsi    danılmaz    və  obyektivləşdirilmiş  
materialdır.Konkret   siyasi-ictimai, cari proseslərdən  azad  və daha dərin , daha 
yüksək    qnesoloji    və  ontoloji  proseslərlə    sıx    bağlılıqda  düşünən  H.Cavid  teatr 
düşüncəmizi  də  o  səviyyəyə    qaldırmağa    müyəssər  olmuşdu,  teatr    poetikamızı  
mürəkkəb  fəlsəfi  konfliktlərlə    zənginləçdirmişdir.İdealistliyinə    görə  ittiham  
olunan  sənətçi  teatr  sənətimizin    “  uzaq    proqnozunu”-  İdealını  özünəməxsus  
forma  və  məzmun  parametrlərində    gerçəkləşdirdi  və  bu  gün  teatr    düşüncəmizin  
keyfiyyətlərindən    danışanda    biz  onun    ekzistensional    qatını    da    nəzərdə    tuta  
bilirik. 
 
Ekzistensional  poetikanı  araşdıranda  biz  məlum səbəblərdən  onun  səhnə 
təcəssümlərinə    toxunmayacağıq    ,  bizi  maraqlandıran  bu  məsələnin  nəzəri  –
konseptual    səciyyələri  və    ənənəvi  sənət    təfəkkürünə  bağlılığıdır..Qısa  replika  
formasında qeyd  edə bilərik ki,  Cavid  əfəndi dramturji yaradıcılığına başlayanda  
bu  tipli  poetikaya    teatr  sənətinin  ehtiyacı  var  idi.,  sonrakı    tarixi  hadisələr  bu 


ehtiyacı , tələbatı hakimideologiyanın  basqısıyla  qadağan elədi  və süni şəkildə 
onu  sənət    təfəkkürünə  yadlaşdırıb  uzaqlaşdırdı.Tarix  felin  lazımi    formasını 
tanımır  .Əgər  bolşevizm  ,  onun  son  dərəcə    ideologiyalaşdırılmış    və 
siyasətləşdirilmiş, təcavüzkar  bədii-estetik  doktrinaları  öz  sərt  işini görməsəydi 
,Azərbaycan  milli    teatr  prosesində  “  Cavid    poetikası”nın    inkişafı    Dünya    teatr  
prosesinin    bir  çox  tendensiyalarıyla  (ekspressionizm,  modernizm,  absurdizm  , 
posmoderinizm    və  s...  və  i.a.)  uzlaşaraq  teatr  prosesimizin    sərbəst,  üzvi  şəkildə 
inkişafını  təmin edə bilərdi.”Seyr”  poetikasıyla  dialektik mübarizə  və vəhdətli 
qarşılıqlı    münasibətində  həll  olunacaq    teatr  sənətinin    bir      çox  janr,  forma  , 
mövzu  və  ideyaları  (  ideologiyaları)  yetmiş  il  ərzində    olduğu  kimi  teatr  
düşüncəmizdən kənarda qalmazdı  və  teatrımızı dünya teatr   prosesindən  təcrid 
etməzdi.İndi aydın anladığımız kimi , “ümumsovet teatr məkanı  və prosesləri” nə 
qədər geniş olsa da , yenə də Dünya teatr  məkanından  kiçikdir... 
 
H.Cavidin  pyeslərinin    təşkil    etdiyi    bədii-estetik    sistemdən  
ümumiləşdirilən    “  sehr    poetikasının”  səciyyə  və  təzahürlərinin    araşdırılmasına  
keçməzdən əvvəl “ sehr “- “ magiya”  termin anlayışının təhlilimizdən ötrü önəmli  
teatr  göstəricilərini açıqlayaq. 
 
Magik  ,  sehrli    ritual-mərasimlərdən    qaynaqlanan,  amma    inkişaf  
prosesində    tətbiqi,  praktiki,  funksya    və  məqsədlərindən    uzaqlaşan    bu  xassəli  
düşüncə  insanların    sehrə  olan  ehtiyacını  epik    yaradıcılıqda  ,  folklorda    (  sehrli 
nağıllar)  və yazılı ədəbiyyatın  müəyyən tipli  janrlarında ( detektiv , fantastika , 
sehrli macəralar, mistik povest  və romanlar , “oxumaq  üçün dramlar” və s.. və i.a) 
öyrənirdi.Bir kökü arxetip  ( ilkin anlayışlar) qatında,  biri  sokral  ( ilahi)  qatda 
olan  bu tipli  mövzular  ali və bəsit  formalarda təcəssüm  olunurdu.Ali  formalı 
əsərlər  bir qayda olaraq   dövrün mövcud fəlsəfi  düşüncəsiylə bağlı  olduğundan 
onları  fəlsəfi      təmayüllü  bədii    əsərlər  tipologiyasında    cəmləşdirmək 
mümkündür.Bəsit  ,  “aşağı”  janrlar  tipologiyasında    cəmləşdirmək  mümkündür 
.Bəsit  ,  “  aşağı”    janrlar    tipologiyasında    birləşən  bədii  əsərlərdə    isə  bir  qayda 
olaraq    kriminal,  macəra  və  magiya  sujetləri    “  istismar    “  olunurdu.Bu  ədəbi  
tendensiya məhz  bu iki başlanğıcın  yaradıcı formada  uzlaşması , birləşdirilməsi 


nəticəsində  öz teatr  təcəssümünü  əldə etdi, yəni ali , mürəkkəb  fəlsəfi  problem 
və    konfliktlər    aşağı  janrların    stilistika    və  estetikası    kontekstində    həll 
olunurdu.Bu    mülahizəni    tam  aydın  anlamaqdan  ötrü    Şekspir  ,  Şiller  ,Höte 
,Meterlink   ,  Hofman  ,  Strindberq,  Durrenmantt  və  bu  kimi    dramaturqların 
yaradıcı    irsini  göz    qabağına      gətirmək    kifayətdir  .Bu  mənada    H.Cavidin  
drmaturji  yaradıcılığının    Dünya  teatr  prosesiylə    üzvi  bağlılığı    danılmazdır    və 
məhz  bu    bağlılıq    milli  sənət    təfəkkürümüzün      bəşəri  əlaqələrindən  xəbər 
verir.Çağdaş  dünya  teatrının    mənzərəsini  araşdıran    mütəxəssislər  ən  çox   
avanqard    meyl  və  janrların  genetik  ,  tipoloji    və  antoloji    mənşəyini    məhz  bu 
ənənədə   görürlər və universal  səciyyələrini açıqlayarkən  hər hansı  milli  teatrın  
bu  ənənəni    inkişaf  etdirmək    özünəməxsusluğunu    mütləq  şərt  kimi  
dəyərləndirirlər.Sovet  mədəni- ictimai  
 məkanında  baş vermiş  proseslər milli  
teatr  düşüncəmizin   üzvi  inkişafına  kobud  təsir etdiyindən  onu təhrif etmişdi və 
bu  gün  tədqiqatçıdan  ötrü  müəyyən    mənada    bərpası  işini    görmək 
vacibdir:faliassiyayanı ( tarixin içində mədəni  və yaradıcı faktların , hadisələrin, 
proseslərin  birbaşa  qırılmazlığı,  ardıcıllığı...)bərpa  etmədən  vahid    mənzərəni 
görmək  ,  tendensiyaları    seçmək    və  dəyərləndirmək    elmi  nöqteyi-    nəzərdən  
dürüst  sayıla bilməz. 
 
 
Araşdırmamızın    predmeti    teatr  prosesini    aktuallaşdıran    poetika  
problemləri  olduğundan    biz    məcburi    olaraq  bir  çox  problem    və  məsələlərin  
müfəssəl , bütün  təfsilatıyla , xronoloji  və sənədli  dəqiqliklə  açıqlanmasından  
yan keçməli oluruq .Ümidvarıq ki, bu mürəkkəb və müəyyən mənada  ağır  elmi  
işi  də  sənətşünaslığımızın  yeni nəsli  görəcəkdir.Bu işdə  onlara  heç bir ideoloji  
maneə    olmayacaqdır    və  əlimizdə    olan    sənədləşdirilmiş  mənəvi    və  mədəni  
tariximiz müstəqil Azərbaycanın yeni  çağlarda üz-üzə gəldiyi ciddi  elmi- fəlsəfi , 
bədii-estetik  məqsəd və  vəzifələri  mövqeyindən təhlil  olunub  dəyərləndiriləcək. 
 
Odur  ki.,milli    teatr    prosesimizin    növbəti    mərhələsini  nişanlayan  “sehr”  
poetikasının  bazisli  səciyyələrini  biz  böyük  filosof  və sənətkarlarımız  Hüseyn 
Cavidin  əsərləri  sistemliyində araşdırmaq  məcburiyyətindəyik. 


Yüklə 1,35 Mb.

Dostları ilə paylaş:
1   ...   26   27   28   29   30   31   32   33   ...   54




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə