Teatr: Seyr və sehr



Yüklə 1,35 Mb.
Pdf görüntüsü
səhifə37/54
tarix07.08.2018
ölçüsü1,35 Mb.
#61023
1   ...   33   34   35   36   37   38   39   40   ...   54

teatrımızın genezisi  teatr düşüncəmizin  keçdiyi yolu yenidən   gözdən keçirməyə  
sövq  etdi.Araşdırmalarımızın  nəticəsində    Yaşar  Qarayevin  ədəbiyyatı  haqqında  
söylədiyi  fikrin    teatr    prosesi  üçün    üşlək    olması    təsdiqləndi    və  indi  tam 
məsuliyyətlə    deyə  bilərik    ki,    teatr    tarixi    də  xalqımızın    dil  və  etnos  ,  bədii 
təfəkkür  və din , milli əxlaq  və mənəviyyat  tarixindən  yaranan  yolda hərəkətə  
başlamış  karvandır. 
İndi    nə  qədər    qəribə    görünsə  də    on-    on    beş    il    bundan  öncə  qan  və 
genlərin  mənəvi , bədii- estetik  informasiyanın  ötürücü  olması  ideyası  qeyri-
elmi  ,  “  burjua    düşüncəsinin    mürtəce    iddiaları”    siyahısında    hallanmaqda  
idi.Tarix  və onun  dövrləşdirmə meyar  və  prinsipləri yalnız  hakim ideologiyanın  
elmi –nəzəri və metedoloji konsepsiyası çərçivəsində təyin olunduğundan , təbii ki,  
“ qan” və “gen” amilləri burada yalnız  bioloji şərt  kimi nəzərə  alınır , yaddaşın  
daşıyıcısı sayılmırdı. 
Yaşar  Qarayevin    konsepsiyasında    “qan”  və”  gen”    başqa  dəqiq  
ədəbiyyatşünaslıq    prinsipləriylə    dialektik    əlaqədə    uzaq  və    yaxın    tariximizin  
dövrləşdirmə    sistemini    təşkil    edir  :    “bütün  bəşəriyyət  ,  islam    aləmi    türk  
dünyası “  anlayışları  bu sistemin  mənəvi  məkanı  kimi  təsdiqlənir. 
Qanımız    və  genimizə    ötürülən    tarixi  yaddaş  “  Vahid    etnik    mehvərdə”  
fırlanaraq  ortaq  türk  mədəniyyətinin  əsaslarının  təşkilindən  xəbər verir :  bu 
mədəniyyətin    şanlı     ər  və  kitablarının    adını   söyləməklə    bitməz  !  Daha    sonra  
tariximiz  Nizaminin  adıyla  nişanlanmış “ ortaq  Şərq –islam  intibahı” dövrünü  
gözükdürür  ,”  türk-islam    intibahının    zirvəsi”  Füzulini    bizlərə    tanıdır.Yaşar 
Qarayev    mədəniyyət    tariximizin    dövrləşməsində    keyfiyyətcə    yeni  mərhələni  
“  bədii yaddaşın başlanğıcı “ adlandıraraq  onu  dramaturgiyamızın banisi Mirzə 
Axundzadənin    yaradıcılığıyla    əsaslandırır.Bu  məqamdan    Yaşar  Qarayevin  
sistemi  teatrşünaslıqdan    ötrü  də  faydalı    araşdırma    alətinə  dönür,  çünki  alim  
Mirzə  Cəlilin(  “nəasrin    və  səhnənin    ağrı  yaddaşı”)  ,  Cavid  Əfəndinin 
(“Romantizmin  Cavid  yaddaşı”) ,Nəcəf bəy  Vəzirovun  və Üxeyir Hacıbəyovun 
(“ yaddaşın  kədərdə  və gülüşdə  intibahı”) Cəfər Cabbarlının (“klassik  sosialist  
realizmi”),  Sabit  Rəhmanın  (“Sovet  dövrü    satirası”)dramaturji  yaradıcılığını    öz 


təhlilinin  mərkəzinə çevirir.Bu  bölmələrdə teatrşünaslığımızdan  ötrü  maraqlı  və 
yeni araşdırma   üfüqlərini  göstərən müddəalar az deyil.Məsələn,  Yaşar Qarayev  
göstərir ki,  “....nahaq yer Mirzə Cəlilin  dram poetikasını  yalnız Mirzə Cəlildən  
əvvəlkilərdə  müqayisə  edirlər    və  bu  zaman  Qoqoldan,”Müfəttiş”dən  o  yana 
getmirlər  .Halbuki  “Ölülər”də,”Dəli    yığıncağı”nda  Qoqolla  yanaşı,İoneskodan,  
Sartrdan  xəbər verən aşkar  novator  cizgilər və şəksiz modern(!    M.Ə) əlamətlər  
var! Və yaxud  : “ Cavidin   qaldırdığı  romantik  problemlər ...qanadlanmaq və  və 
pərvaz  etmək    üçün    həqiqi  meydanı    məhz  səhnədə  -  tapmış  oldu”  mülahizəsi  
teatr    prosesinə    aid    araşdırmanın    özəl    mövzusu    ola    bilər.Günlərimiz    üçün   
mürəkkəb    olan  sosialist    realizminə    münasibəti    Yaşar  Qarayev    özünəməxsus  
incəliklə    həl  edir  :  Cəfər  Cabarlının    bu  gün  də  bizim  üçün    maraqlı  olmasının  
səbəbini  alim    “  Sənət”  və  “sehr”    sözləriylə  izah  edir  ....Peşəkar 
dramaturgiyamızın    qızıl    fondunu    təşkil  edən    sovet  dövrünün    sənətçilərini  , 
bizcə,  başqa    meyarlarla    dəyərləndirmək  ,  həmin    fonddan    imtina  etmək  
manqurtçuluq  uçurumuna  aparır. 
Bəli,  bu  dövrün    bir  çox    ideya    və    ideallarından    imtina  etməli    olduq,  
amma  üzərində  “sənət” və”sehr “  möhürü  vurulmuş  əsərlər  artıq  yaddaşımıza  
həkk    olunub    və  nəzərə  çarpan    siyasi-  ideoloji    qüsurlarına    baxmayaraq    bu 
əsərlər  bizdən yadlaşmır , bu isə  Yaşar Qarayevə   görə ən  başlıca meyardır! 
“  İyirminci    illərdən    günümüzə    qədərki    yaddaşı”  “ən  yeni    dövr” 
adlandıraraq    hesabını    1918-ci    ildən    başlamaq    təklifin    əsaslandıran  Yaşar  
Qarayev    yazır  :    ”....bu  milli  ədəbiyyatın  onun    tarixini    mənəvi  mədəni      bir  
vəhdət  və  bütövlük    halında,  bütün  (yaxın  və  uzaq)    tarixi    nəsillərin  ,  coğrafi 
qütblərin  , iki Azərbaycanın və  dünyadakı bütün azərbaycanlıların   mənəviyyat  
və  düşüncəsinin    tərcümanı  kimi    ,  Asiyanı  vəAvropanı  ,  Şərq    və  Qərbi  ,İranı 
vəTuranı    birləşdirən    bütün  ərazilərdəki  soydaşlarımızın    müştərək  irsi  kimi 
öyrənmək  üçün    (  özü    də  ideoloji  yasaqlarsız  ,  coğrafi    çəpərsiz  ,  ehkamçı 
qalıqlarsız  öyrənmək üçün) bir  təcrübə, örnək , məktəb , ənənə  kimi lazımdır”..... 
 


Yaşar  Qarayevin    bu  mülahizəsi    əslində  açıqlanmağa    geniş  potensiyası  
olan proqramın  tezisləri  kimi  dəyərləndirilməlidir .Bu gün Azərbaycanın siyasi-
ictimai    mühitin  çoxpartiyalılıqda    şərtlənir  ,  odur  ki,  Yaşar  Qarayevin    təməli  
ideyaları    qəbul  olunmaya  bilər  ,  amma  alimin  vahid    milli-  mədəni  yaddaşın  ,” 
bədii    tərəqqinin    və    irsiliyin  fasiləsizliyinin”    səmimi  təəssüfkeşi    olması 
danılmazdır. 
Təkrar etməyə  məcburuq ki,  milli  teatrşünaslığımız  da “ ən yeni  dövrün 
“    problemlərini    sistemli  ,  kompleks    şəklində  hələ  ki,    həll  etməyib  .Bir  sıra  
səbəblərin  içində teatr  prosesinin  başlıca  səciyyəsi  onun  sənədlərdən daha çox  
canlı  təəssüratı , yəni yaddaşa bağlı  olmasıdır : teatr aləmində  “yaddaş” anlayışı  
öz  metoforik    çalarlarından    azad    olunub    hərfi    mənasında    işini 
görməkdədir  .Buna  görə  teatrşünasın    qarşısında    olduqda    mürəkkəb  bir    vəzifə  
durur:  öncə ən yeni   dövrün həqiqi , canlı teatr  yaddaşını  bərpa etmək  və yalnız 
bundan  sonra    teatr  tarixini    konseptuallaşdıraraq    üzərində    elmi-  nəzəri  , 
metodoloji    əməliyyatlar    aparmaq.Artıq    bu    gün    teatr    tarixinə    baxışlarda  
müxtəlif  münasibət  və meyillərlə  üz-üzə gəlirik,”...əsil  həqiqət , tarixi  fakt isə  
odur  ki, istər son iki  yüzilliyin  , istərsə də  yaxın “yetmiş  ilin” siyasət  teatrında  
ədəbiyyatın (həm  teatr sənətinin –M.Ə.)  oynadığı  rol  heç də birmənalı olmuyub 
“  Bizcə    Azərbaycan    milli  teatr    tarixinə    dürüst    baxış      Yaşar  qarayevin    bu 
konstatassiyasından    başlanmalıdır  :  teatr  nəzəriyyəsini  birmənalılıq  
məngənəsindən  azad  etməyin  tam zamanı yetişib.... 
Son illərin  çeşidli  xassəli   çətinliklərində  varolması  uğrunda  çapalayan  
teatr  sənəti bəzi “şünaslar”  tərəfindən  gərəksiz bir müəssisə  kimi  elan olunur və 
son günlərini yaşaması  bəyan edilir.Düzdür gürçəkliyimiz bu cür bədbin  fikirlərin 
yaranması    üçün  kifayət  qədər    əsaslar  verir  ,amma  məsələyə  Yaşar  Qarayevin  
təklif  etdiyi prizmadan  baxanda apaydın görünür  ki,  yaşadığımız günlər  tarixin 
yalnız  bir qırpımıdır,uzaq  və yaxın  tariximiz  isə  öyrədir ki, qan  və genlərimizdə  
yaşayan    sənət    ulu    yaddaşımıza    köklənir  ,  odur  ki,    heç  zaman  ən  ağır  
durumlarda  belə milli  düşüncəmizdən  yadlaşa bilməz! 


Yüklə 1,35 Mb.

Dostları ilə paylaş:
1   ...   33   34   35   36   37   38   39   40   ...   54




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə