- 25 -
Hər bir ağacın vaxtında kəsilməsi və tədarük edilməsi mühüm əhəmiyyət kəsb edirdi.
Ağacın kəsilmə dövrü ağacdan “suyun çəkilməsi” ilə müəyyən olunurdu. Bu dövr adətən payızın
soyuqlarından qışın sonlarına kimi davam edirdi. İlk yazda bitkilər oyandığından ağaclar tədarük
edilmirdi. Cənub (güney) tərəfin ağacları daha sağlam və yaxşı inkişaf etmiş olur. Düz və düyünsüz
ağaclardan istifadə edilirdi. Ağac məmulatını qurd vurmaması üçün palıd, qarağac, qara qovaq
qaranlıqda, fısdıq, ağ qovaq, söyüd, vələs, çinar kimi ağ ağaclar isə ay işığında kəsilirdi.
Məişətdə istifadə edilən bir sıra bitkilərin bioekoloji xüsusiyyətləri və muxtar respublika
ərazisində yayılma arealları haqqında tədqiqat məlumatları aşağıda öz əksini tapmışdır [6, 7].
Armud - Pyrus L. Ağac və ya kol bitkisi olub, çiçək qrupu qalxanvari və ya tək çiçəklidir.
Kasacığı 5, ləçəkləri 5, erkəkcik 15-20 və sütuncuq 5 nadirən 2-3-4 olur. Azərbaycanda 18 növü,
Nax, MR-də 15 növü yayılmışdır.
Söyüdyarpaq armud - Pyrus salicifolia Pall. Dağınıq çətirli, budaqları tikanlı, hündürlüyü 8-
10 m, qabığı qırmızımtıl-boz rəngli ağac və ya koldur. Yarpaqları lansetvari, sivri, hər iki tərəfi
ağımtıl-boz ipəyi tükcüklüdür. Yarpaq saplağı çox qısadır. Meyvələri iri sarımtıl və ya qızılı olub,
saplağı çox qısadır. Orta dağlıq qurşağın quru və daşlıq sahələrində yayılmışdır.
Qafqaz armudu - Pyrus caucasica Fed. Cavan budaqları boz qabıqlı və tikanlıdır. Yarpaqları
girdə və ya geniş yumurtavari, əsasən uzunsov, əsası girdə, küt və ya iti uclu, tam kənarlı, saplağı
yarpaq ayasından 2-3 dəfə uzundur. Çiçəklər qalxanda toplanıbdır. Meyvəsi girdə və ya
yastılaşmışdır. Orta dağlıq qurşağın meşələrində yayılmışdır.
Daş armud - Pyrus oxyprion Woronow. Dağınıq çətirli, tikanlı, çılpaq və ya cavan budaqları
torvari tükcüklüdür. Yarpaq ayası tədricən saplağa doğru nazikləşən, tərs və kifayət qədər dar
neştərvari, iti mişardişli, çılpaq, dərivari, yuxarısı enliləşən, alt tərəfi zəif torvari tükcüklüdür.
Meyvəsi kiçik armudşəkillidir. Orta dağlıq qurşağın qayalıq və daşlıq ərazilərində yayılmışdır.
Adi armud - Pyrus communis L. Tikansız ağacdır. Yarpaq ayası girdə, və ya azca
yumurtavari, küt və ya iti uclu kənarları mişardişli, çılpaq, üstü parıldayan və quruyanda qaralır.
Meyvələri iri və qızılı-sarıdır. Orta dağlıq qurşağın meşələrində yayılmışdır. Ç.və m. IV-IX.
Mezofit. Coğrafi tipi: Şərqi Aralıq dənizi. Yayılması:Naxçıvan.
Quşarmudu - Sorbus L. Kol bitkisi olub, çiçək qrupu çoxçiçəkli qalxandır. Kasacığı
5,ləçəkləri 5, erkəkcik 15-25 və sütuncuq 3 nadirən 2-4-5 olur. Yarpaqları sadə və ya lələkvaridir.
Azərbaycanda 11 növü, Naxçıvan. MR-də 9 növü yayılmışdır.
Adi quşarmudu - Sorbus aucuparia L. Hündür kol bitkisi olub, tumurcuqları konusşəkilli və
tükcüklüdür. Yarpaqları üzəri çilpaq alt hissəsi tükcüklü olan 11-19 yarpaqcıqdan ibarətdir.
Yarpaqlar əsasından və ya ortasından başa qədər mişar dişlidir. Yetişmiş meyvələri narıncı və ya
qırmızı olub, girdə və ya yumurtavaridir. Orta dağlıq və subalp qurşağın meşələrində yayılmışdır.
Qonur quşarmudu - Sorbus subfusca (Ledeb.) Boiss. Tumurcuğunun ancaq yanları tüklü
olan koldur. Yarpaqları iri tərs yumurtavari-elliptik, hər iki tərəfi çılpaq, əsası pazvari və ya girdə,
ucu iti və ya küt, kənarları ikiqat dişli, yan damarları 8-11 cüt və qısa saplaqlıdır. Ləçəkləri ağ,
meyvəsi şarşəkilli və qırmızı olub, sonradan göyümtül rəng alır. Orta dağlıq və subalp qurşağın
daşlı, qayalı və kollu yamaclarında bitir. Dekorativ bitkidir. BQ, KQ və Naxçıvanda yayılmışdır.
Salicaceae Mirb.-Söyüdkimilər. İkievli ağac və ya kol bitkiləridir.Yarpaqları növbəli, sadə
və saplaqlıdır. Çiçəkləri bir cinsli, çiçək yanlığı olmayan, sırğa çiçək qrupunda toplanmışdır.
Erkəkcikləri 1-5 və ya çox olub sərbəst və ya birləşmişdir. Dişicik iki meyvə yarpağından əmələ
gəlmişdir. İki ağızcıqlı yumurtalıq üstdür. (Populus və Salix cinslərinin çiçək qrupları bir-birindən
fərqlidir.) Meyvə biryuvalı, çoxtoxumlu qutucuqdur. Anemofil (Populus) və entomofil (Salix)
bitkilərdir.
Populus L.- Qovaq. Ağac bitkisi olub yarpaqları uzun saplaqlı və sadədir. Çiçəkləri bir
cinsli, ikievli və sırğaya toplanıbdır. Çiçəkyanlığı yoxdur. Çiçəkaltlığı dişciklidir. Erkəkcikləri 3-30,
yumurtalıq biryuvalı, ağızcıq genişdir. Meyvələri çox toxumlu qutucuq, toxumları kəkillidir.
Anemofil bitkilərdir. Cinsin Azərbaycanda 12 növü, Naxçıvan MR-də 12 növü yayılmışdır.
Populus nigra L.- Qara qovaq. Dağınıq çətirli hündür ağac olub, gövdəsinin qabığı bozdur.
Yarpaqları rombik-yumurtavari, əsası pazşəkilli, itiuclu və yaşıldır. Çiçək oxu çılpaqdır. Erəkcikləri
6-30 ədəddir. Çiçəkaltlığının pulcuqları sarımtıl-qəhvəyidən qırmızıya qədər dəyişir. Çiçəkləri
- 26 -
bircinslidir. Orta dağ qurşağının çay və dərə kənarlarında rast gəlinir. BQ, KQ, Diabar və
Naxçıvanda yayılmışdır.
Populus tremula L.-Titrək qovaq. Dağınıq çətirli hündür bitki olub, gövdəsinin qabığı
yaşılımtıl-bozdur. Yarpaqları uzun saplaqlı, girdə və ya girdə-yumurtavari, küt, kənarları oyuqlu və
iri dişciklidir. Yarpağın üst tərəfi solğun yaşıl, alt tərəfi bozumtuldur. Təzə yarpaqları azca
yükcüklü və ya çılpaqdır. Çiçəkləri bircinslidir. Orta dağ qurşağının çay və dərə kənarlarında rast
gəlinir. Mezofit bitki olub, coğrafi tipi palearktikdir (Şəkil 1).
Şəkil 1. Populus tremula L.-Titrək qovaq
Salix L.- Söyüd. İkievli ağac və ya kol bitkiləridir. Çiçəkləri sırğada toplanıbdır. Erkəkcik 2
nadirən 3-5 və ya çox olub, sərbəst və ya birləşmişdir. Yumurtalıq oturaq və ya ayaqcıqlıdır.
Sütuncuq bir, tam və ya iki bölümlüdür. Meyvə biryuvalı, çoxtoxumlu qutucuqdur. Entomofil
bitkilərdir. Yarpaqları iki yarpaqaltlıqlı, saplaqlı və müxtəlif formalıdır. Cnsin Azərbaycanda 11
növü, Naxçıvan MR-də 11 növü yayılmışdır.
Salix excelsa S.G.Gmel.- Hündür söyüd. Tumurcuq və əsas damarları kimi budaqları narıncı
qırmızı rəngli ağacdır. Yarpaqaltlıqları yarımayşəkilli və ya olmur. Yarpaqları neştərvari, ilk zaman
ipəyi tükcüklü, sonradan çılpaq və mişar dişlidir. Sırğalar yarpaqlı budaqlarda olub, silindrikdir.
Çiçəkaltlığının pulcuqları solğun sarı, əsası tükcüklüdür. Yumurtalıq oturaqdır. Çay sahilərinin
bərkidilməsində istifadə olunur. Aşağı və orta dağlıq qurşağın çay sahillərində rast gəlinir. Coğrafi
tipi: İran-Turan. Bütün Azərbaycanda yayılmışdır.
Salix alba L.-Ağ söyüd. Hündürlüyü 15-20 m-dən artıq böyük ağacdır. Yarpaqları geniş və
ya ensiz neştərvari, xırda mişar dişli, hər iki tərəfi və ya alt tərəfi yumşaq tükcüklüdür. Yarpaq
altlıqları ensiz neştərvaridir. Sırğaları nazik olub, yarpaqlı zoğların üzərində yerləşir. Orta qurşağın
çay vadisi, dərə və su kənarlarında yayılmışdır. BQ, Kür-Araz ovalığı, Alazan-Əyriçay və
Naxçıvanda MR-də yayılmışdır.
Salix purpurea L.-Qonur söyüd. Hündürlüyü 2-4 m olan iri koldur.Yarpaqları tərs-
neştərvari, aşağı tərəfi azca göyümtül-yaşıl, hər iki tərəfi eyni rəngli, yuxarısı narın dişlidir.
Yarpaqaltlığı yoxdur. Sırğaları yarpaqlamamışdan əvvəl çiçəkləyir. Erkək çiçəkləri silindrik, dişi
Kataloq: files -> uploader -> elmieserlerelmieserler -> Elmi ƏSƏRLƏR, 2017, №3 (84) nakhchivan state university. Scientific works, 2017, №3 (84)elmieserler -> Elmi ƏSƏRLƏR, 2016, №5(79) nakhchivan state university. Scientific works, 2016, №5 (79)elmieserler -> Elmi ƏSƏRLƏR, 2017, №7 (88)elmieserler -> Naxçıvan Dövlət Universiteti. III naxçıvan Beynəlxalq arıçılıq konfransıelmieserler -> Elmi ƏSƏRLƏR, 2017, №6 (87) nakhchivan state university. Scientific works, 2017, №6 (87)elmieserler -> The series of the humanitarian
Dostları ilə paylaş: |