TəBİƏt elmləRİ VƏ Tİbb seriyasi series of natural sciences and mediCİNE



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə12/86
tarix10.11.2017
ölçüsü5,01 Kb.
#9622
1   ...   8   9   10   11   12   13   14   15   ...   86

- 27 - 
çiçəkləri  nazik  silindrikdir.  Orta  qurşağın  sulu  ərazilərində  rast  gəlinir.  Coğrafi  tipi:  Palearktik.  BQ, 
KQ və Naxçıvan  dağlıqda  yayılmışdır. 
 
Maldarlıqla  məşğul  olan  kədlilər  ağac  nehrələrdən  istifadə  edirdilər.  Bu  nehrələrdən  XIX  və 
XX  əsrin  birinci  yarısında  dağ  və  dağətəyi  zonalarda  daha  geniş  istifadə  edilirdi.Əsasən  məhkəm 
ağacdan  hazırlanan  nehrələr  ellips  şəklində  olur.  Nehrələrin  uzunluğu  100-120  sm,  diametri  isə  25-
35  sm  olur.  Ağac  nehrələr  həm  içi  yonulmuş  bütöv  ağacdan,  həm  də  taxtadan  hazırlanır.  Nehrənin 
tən  ortasından  ağartını  tökmək  üçün  dimetri  8-10  sm  olan  deşik  açılır.  Nehrənin  hər  iki  tərəfinə 
dəmir  halqalar  keçirilir.  Həmin  halqalara  möhkəm  ip  bağlanır.  Nehrəni  çalxalamaq  üçün  üç  ağacdan 
ibarət  çatma  qurulur  və ayaqları  yerə  basdırılaraq  ucları  bir  yerdə bağlanır  (Şəkil  2). 
 
 
Şəkil  2. Ağac  nehrə 
 
Qədim  zamanlarda  hər  bir  kəndlinin  xırman  yeri  olardı.  Xırmanda  taxıl  sünbülləri  döyülər 
və  sovrularaq  dən  məhsulu  təmizlənərdi.  Taxılın  döyülməsi  iki  öküzə  qoşulmuş  vəldən  istifadə 
edilirdi.  Vəl    və  onun  qoşquları  müxtəlif  ağaclardan  hazırlanır.    Öküzün  boynundakı  tir  boyunduruq 
adlanır.  Boyunduruğun  tən  ortasından  zəncir  baağlanır  və  o  biri  ucu  isə  heşanı  döyən  vələ,  yaxud  da 
carcara  bağlanır.  Boyunduruğa  bağlanan  qolça  ağaclarına  samı,  altına  bağlanan  ipə  isə  sambağı 
deyilir.  Boyunduruq  qarağacdan,  şamılar  isə  yemişandan  düzəldilir.  Vəl  də  möhkəm  olması  üçün 
qarağacdan  hazılanırdı  [1]. 
Ulmaceae  Mirb.  -  Qarağackimilər.  Ağac  bitkiləri  olub,  yarpaqları  sadə,  növbəli  və 
saplaqlıdır.  Çiçəkləri  ikicinsli  nadirən  ayrı  cinslidir.  Çiçəkyanlığı  sadə,  4-8  üzvlü,  sərbəst  və  ya 
birləşmişdir.  Erkəkcikləri  4-8  ədəd,  yumurtalıq  üst  və  1-2  yuvalıdır.  Ağızcıq  2  bölümlüdür.  Meyvəsi 
quru  qanadlı  fındıqcadır.   
Ulmus  L.  -  Qarağac.  Yarpaqları  növbəli  və  iki  cərgəli  düzülmüş  ağacdır.  Çiçəkləri  ikicinsli 
olub,  sıx  yan  dəstələrdə  toplanıb  və  yarpaqlardan  əvvəl  açılır.  Çiçəkyanlığı  zəng  şəkilli  və  4-8 
paylıdır.  Erkəkciklər  4-8  ədəd,  çiçəkyanlığının  paycıqları  ilə  qarşı-qarşıya  və  onun  əsasına 
birləşibdir.  Yumurtalıq  üst  və  biryuvalıdır.  Meyvələri  yastılaşmış  fındıqca  olub,  yuxarısı  oyuqlu 
qanadcıqlıdır.  Növləri  BQ,  KQ,  Lənkəran  və  Naxçıvan  dağlıqda  yayılmışdır.  Cinsin  Azərbaycanda 


- 28 - 
5  növü,  Naxçıvan  MR-də  3  növü  yayılmışdır.  Xalqımız  qədimdən  cinsin  2  növündən  istifadə 
etmişlər. 
Ulmus
 
glabra  Huds.-Hamar  qarağac.  Hündür  ağac  olub,  yarpaqları  iri  18x7  sm  ölçüdə, 
elliptik,  tərs  yumurtavari  və  ya  uzunsov,  əsası  qeyri  bərabər  tərəfli,  üzəri  kələkötür,  altı  yumşaq 
tükcüklüdür.  Fındıqca  ipəyi  tükcüklü  qanadın  ortasında  yerləşib  və  yuxarı  oyuqla  dar  yarıqla 
ayrılmışdır.  Orta  dağlıq  qurşağın  meşələrində  yayılmışdır.  Mezofit  bitki  olub,  Qafqaz-Pontik 
coğrafi  tipinə  aiddir. 
Ulmus  scabra  Mill.-  Çılpaq  qarağac.  Hündür  ağac  olub,  yarpaqları  iri,  12-2  x    10-12sm  ölçüdə, 
tərs  yumurtavari  və  ya  uzunsov,  əsası  qeyri  bərabər  tərəfli,  sərt  tükcüklü  və  qısa  saplaqlıdır. 
Fındıqca  qanadın  ortasında  yerləşıb  və  yuxarı  oyuqla  dar  yarıqla  ayrılıbdır.  Orta  qurşağın 
meşələrində  yayılmışdır.  Mezofit  bitki  olub,  Avropa-Aralıq  dənizi  coğrafi  tipinə  aiddir:   
Crataegus  L.-Yemişan.  Rosaceae  Juss.  fəsiləsinə  aiddir.  Ağac  və  ya  kol  bitkisi  olub,  növbəli, 
sadə,  lələkvari  damarlı,  adətən  paycıqlı  və  ya  dilimli  dişcikli  yarpaqlıdir.  Çiçəkləri  5  üzvlüdür, 
mürəkkəb  və  ya  sadə  çətirdə  toplanıbdır.  Kasayarpaqları  və  ləçəkləri  5,  yumurtalıq  1-2-5  meyvə 
yarpağından  əmələ  gəlib  və  1-2  bəzən  3-5  yuvalıdır.  Meyvələri  sarı,  qırmızı  və  qara  olub,  ətlidir. 
Azərbaycanda  21,  Naxçıvan.  MR-də  21  növü  yayılmışdır.  Qanqırmızı  yemişan  növündən  istifadə 
edilmişdir. 
Crataegus  sanguinea  Pall.-  Qanqırmızı  yemişan.  Kol  bitkisi  olub,  qabığı  tutqun  boz  rəngli  və 
az  tikanlıdır.  Yarpaqları  tutqun  yaşıl,  üst  hissəsi  parıldayan,  alt  tərəfi  tükcüklü,  əsası  uzun  pazvari 
və  daha  uzun  paycıqlıdır.  Çiçək  qrupu  yığcamdır.  Meyvəsi  gilənarı-qırmızı  və  girdədir.  Orta  dağlıq 
qurşağın  meşələrində  yayılmışdır  (Şəkil  3).  
 
 
 
Şəkil  3. Crataegus sanguinea Pall.-Qanqırmızı  yemişan 
 
 Yaşayış  məskənləri  və  evlərin  etnoqrafik  baxımdan  tədqiqindən  tam  aydın  olur  ki,  maddi 
mədəniyyətin  bu  sahəsi  əsrlər  boyu  bir  çox  təbii-coğrafi,  sosial-siyasi,  iqtisadi-mədəni  və  s. 
amillərin  fəal  təsiri  ilə  böyük  təkamül  və  inkişaf  yolu  keçmiş,  xalq  məişətinin  əsasını  təşkil 
etmişdir.Ev-insanların  əsas  yaşayış  vasitələrində  olub,  onların  təbii  zəruri  istirahətini,  təsərrüfat,  
məişət  və həyati  tələblərini  təmin  edən  mühüm  mədəniyyət  abidəsidir  [5].   


- 29 - 
Ağac  materialları,  bir  qayda  olaraq,  evin  dirək,  kərən,  pərdi,  qapı,  dərasər,  dam  örtüyü,  
taxtapuş,  pəncərə,  sütün,  sürahı,  divar  şkafı  (gəncənə),  zeh,  harma  ağacı  və  müxtəlif  bəzək 
elementlərinin 
(şəbəkə) 
hazırlanmasında, 
həmçinin 
müxtəlif 
təyinatlı 
təsərrüfat  tikililərinin 
inşasında  istifadə  edilirdi.  Kərtmə,  cığma,  aradoldurma  kimi  ev  tiplərinin  inşasında  ağac  materialları 
əvəzedilməz  idi.  Tikinti  təcrübəsində  qarağac,  palıd,  fıstıq,  göyrüş,  vələs,  şam,  ardıc  və  b.  ağac 
cinsləri  başlıca  yer tuturdu.   
Qarğı,  qamış  və  çubuq  həyətlərin  ətrafına  çəpər  çəkilməsində  və  müxtəlif  səciyyəli  təsərrüfat 
tikililərinin  (quraqlıq,  təndirxana,  çardaq,  heyvandarlıqla  əlaqədar  inşa  olunan  təsərrüfat  tikililəri  və 
s.)  ətrafının  hörülməsində  inşaat  materialı  kimi  çubuq,  keçə,  palaz,  çadır,  “örəmə”  adlanan  xüsusi 
hörülmüş  qotazlı  ipdən  istifadə  edilirdi. 
Respublikamızda  qoşqu  və  yük  heyvanları  üçün  tövlə  tikilirdi.  Tövləni  tikmək  üçün  həyətin 
bir  tərəfində  düzbucaqlı  formada  təxminən  1-1,5  m  dərinliyində  kalafa  qazır,  onun  ortasına  “T” 
şəkilli  “aşıq  dirəyi”  basdırırdılar.  “Aşıq  dirəyi”nin  üstünə  atılan  qoşa  tirlərin  ucları  harma  diklərin 
üstündə  yerləşdirilmiş  kərənlərin  üzərinə  düşürdü.  Sonra  kalafanın  qırağı  boyunca  (əgər  kalafanın 
içərisində  daş  divar  hörülübsə),  daş  divarın  üstünə  harma  (keşəbənd)  döşəyib  tövlənin  üstündə 
çəpəki  şəkildə,  bir  ucu  harmanın,  bir  ucu  isə  aşıq  dirəyinin  üstündən  keçən  qoşa  tirlərin  üzərinə 
düşməklə  pərdilər  düzür,  onun  da  üstünü  avarla  basdıraraq  torpaq  qatı  əlavə  edib  möhkəm 
tapdalayardılar.  Tövlənin  dam  örtüyünün  bütün  ağırlığı  “aşıq  dirəyi”nin  üstünə  düşdüyündən,  o, 
adətən  ağır  və  davamı  ağac  növlərindən  (palıd,  ardıc  və  s.)  yonulub  dördkünc  formada  düzədilirdi. 
Tikilinin  qapısı  dabanlı  olmaqla,  adətən  palıd  ağacından  yonulur,  geydirmə  üsulu  ilə  hissələr  bir-
birinə  bərkidilirdi.  Maili  olaraq  tövlənin  içərisinə  enən  giriş  yolunun  qarşısında  dörd  dirək  üzərində 
çardaq  tikilirdi  [3].  Tövlədə  heyvanların  yemlənməsi  üçün  axur  da  tikilirdi.  Müxtəlif  ağac 
növlərindən  istifadə  edilmişdir: 
Fagaceae  Dumort.  -  Fıstıqkimilər.  Böyük  ağaclar  olub,  yarpaqları  sadə  və  növbəli,  birevli  və 
çiçəkləri  müxtəlif  cinslidir.  Erkək  çiçəkləri  başcıq  və  ya  uzun  sırğada,  dişi  çiçəkləri  sünbülvari 
çiçək  qrupunda  toplanıbdır.  Çiçəkyanlığı  xırda,  sadə  və  4-8  ləçəklidir.  Erkəkcikləri  5-20  ədəddir. 
Yumurtalıq  2-6  yuvalı,  əsasında  birləşmiş  2-6  sütuncuqlu  olub  altdır.  Meyvəsi  qoza  olub 
çiçəkaltlıqlarından  əmələ  gəlmiş  qədəh içərisindədir. 
Quercus  L.-  Palıd.  Böyük  ağaclardır.  Yarpaqları  tam  kənarlı,  dişcikli  və  ya  az-çox  dərəcədə 
paycıqlıdır.  Erkəkcikləri  4-12  ədəd,  çiçəkyanlığı  4-7  bölümlü  və  çiçəkləri  sırğada  toplanıbdır.  Dişi 
çiçəkləri  tək  və  ya  bir  neçə  ədəd  olub  budaqların  sonunda  yerləşirlər.  Yumurtalıq  3  və  ya  4  yuvalı,  3 
sütuncuqludur.  Meyvəsi  birtoxumlu  qozadır.  Qoza  çiçəkaltlıqlarından  əmələ  gəlmiş  qədəh 
içərisindədir.  Cinsin  Azərbaycanda  9 növü,  Naxçıvan  MR-də 4 növü  yayılmışdır.   
Quercus  macranthera  Fisch.&  C.A.  Mey.  ex  Hohen-  Şərq  palıdı.  10-15m  hündürlükdə  iri 
ağac  olub,  gövdəsi  tutqun  və  yarıqlı  qabıqla  örtülüdür.  Cavan  budaqlarının  qabığı  bozumtuldur. 
Yarpaqları  dərin  oyuqlu-paycıqlı,  üst  tərəfi  çılpaq,  alt  tərəfi  və  saplağı  sıx  tükcüklüdür.  Bircinsli  və 
birevli  bitkidir.  Orta    və  subalp  qurşağın  meşələrində  bitir.  Coğrafi  tipi:  Kiçik  Asiya-  Qafqaz.  BQ, 
KQ, Lənkəran  dağlıq  və Naxçıvan  dağlıqda  yayılmışdır. 
 
Sərvkimilər  -  Cupressaceae  S.F.Gray.  Ağac  və  ya  kol  bitkiləridir.  Yarpaqları  iynəvari  və  ya 
pulcuqvaridir.  Çiçək  qrupu  qozaşəkilli,  qısa  budaqların  sonunda  və  ya  qoltuğunda  yerləşir.  Erkək 
çiçəklər  çoxsaylı  pulcuqvari  erkəkcikli  olub,  hər  birində  3-6  sərbəst  tozcuq  kisəciyi  vardır.  Meyvə 
yarpaqları  bir  və ya çox yumurtacıqlı  qozadır.  Toxumu  qanadsız,  ləpələr  2 nadirən  5-6 olur. 
Ardıc  -  Juniperus  L.  Ağac  və  ya  kol  bitkisi  olub,  yarpaqları  iynə  və  ya  pulcuqvaridir. 
Yarpaqaltlıqları  yoxdur.  Çiçəkləri  bircinsli  və  ya  ikicinslidir.  Çiçəkləri  yarpaq  bucağında  və  ya 
budaqların  təpə  hissəsində  yerləşib,  əsası  pulcuqlarla  təchiz  olunubdur.  Erkək  sünbül  oval,  çoxsaylı, 
yuxarısında  3-7  qabarıq  tozcuqlu,  pulcuqvari-qalxanvari  erkəkciklidir.  Dişi  çiçəklər  3-6 
pulcuqludur.  Meyvələri  ikinci  il  yetişir.  Cinsin  Azərbaycanda  7  növü,  Naxçıvan  MR-də  5  növü 
yayılmışdır. 
  Adi  ardıc  -  Juniperus  communis  L.  Hündürlüyü  1-3  m  olan  koldur.  Cavan  budaqların  qabığı 
qırmızımtıl,  köhnə  budaqların  qabığı  tünd  boz  rəngdədir.  Yarpaqları  iynəvari  və  ucu  tikanvari 
sivridir.  Üst  tərəfində  bir  ağ  zolaq,  alt  tərəfində  küt  til  vardır.  Göyümtül  ləkəli  qara  meyvələri 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   86




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə