- 41 -
= Yarpaqlarının hammısı, aşağıdakılardan başqa, 3
mm-dən enlidir, ovaldır,
lansetli və ya elliptikdir --------------------------------------------------------------------------- 7
6. Yarpağı tükşəkillidir, eni 1 mm-dən azdır. Meyvəciyi dəyirmidir.
P.trichoides Cham. et Schlecht.
=Yarpağı daha enli olub,1mm-dən 2 mm-ə qədər enindədir.
---------------------P. pusilus L.
7. Yarpaqlarının hammısı oturaqdır ------------------------------------------------ -----------------8
= Yarpaqlarının hammısı saplaqlıdır, suya batmışdır, bəzən öz formasına görə saplağa
bənzəyir ----------------------------------------------------------------------------------------------------------- 9
8. Yarpaqlarının kənarı qıvrımdır, ürəkşəkilli əsası yoxdur.
------------------------P.crispus. L.
= Yarpaqlarının kənarı qıvrım deyil. Onların əsası aydın seçilən ürəkşəkillidir, gövdəni əhatə
edəndir. ------------------------------------------------------------------------------------------
P.perfoliatus L.
9. Yarpaqlarının hammısı 5-15 mm uzunluqda qısa saplaq üzərindədir,
enli- lansetlidir.
--------------------------------------------------------------------------P. lusens L.
= Üzən yarpaqları uzun saplaq üzərindədir, sualtı yarpaqları dar- xətli- lansetlidir və ya
saplağabənzərdir ----------------------------------------------------------------------------------------------- 10
10. Sualtı yarpaqları saplağabənzərdir, bəzən tez dağılandır, üzən dərivaridir, ürəkşəkilli və
ya pazşəkilli əsaslıdır ------------------------------------------------------------------------------------------ 11
11. Üzən yarpaqları əsasından ürəkşəkillidir, uzun saplaq üzərindədir, sualtı yarpaqları
saplaqşəkillidir.--------------------------------------------------------------------------------
P. natans L.
= Üzənyarpaqları aşağıya doğru sivriləşmişdir, əsası ürəkşəkilli deyil, sualtı yarpaqları
saplaqşəkillidir, bəzən tez töküləndir.
-----------------------------------------------------P. nodosus Poir.
Ruppiyakimilə r - Ruppiaceae L. fəsiləsi
Fəsilənin ümumi əlamətləri: Çiçəkləri ikicinsli olub, çiçəkyanlıqsızdır. Hər bir çiçək 1
erkəklidir, qısa saplı, iri tozcuqludur və 4 dişiciklidir (bəzən dişiciklərin sayı 10-a qədər artır).
Çiçəkləri ikiçiçəkli, sünbülşəkilli çiçəkqrupunda toplanır, yarpaqları örtən qınla əhatə olunmuşdur,
Meyvə saplağı meyvə zamanı güclü uzanandır. Meyvəciyi- armudabənzər fındıqcıqdır.
Bütün yer kürəsində yayılmış 3 növündən Qafqazda və Azərbaycanda 2 növü vardır.
Azərbaycan florasının I cildində Naxçıvan MR florası üçün heç bir növü verilmir. 1 növ
- Ruppia
maritima L. - Dəniz rupiyası Ə.Ş. İbrahimov və T.H. Talıbov, 2-ci isə Ə.Ş İbrahimov, A.M.
İbrahimova və F.X. Nəbiyeva tərəfindən yeni aşkar edilmişdir.
Növlərin təyinetmə cədvəli
1. Çiçəkqrupunun ayaqcığı meyvə zamanı güclü uzanandır, 10 sm-ə qədər və daha çox,
əsasından spiralvari burulmuşdur. Meyvəsi çəpinə-armudşəkillidir. -------
R. spiralis (L) Dum.
2. Çiçəkqrupunun ayaqcığı meyvə zamanı 3
sm-dən uzun olmur, əsasından spiralvari
burulmamışdır. Meyvəsi düzdür
-------------------------------------------------------------R. maritima L.
Zannikellliyakimilə r - Zannichelliaceae L. fəsiləsi
Fəsilənin ümumi əlamətləri: Çiçəkləri bircinslidir, birevlidir,erkək və dişi çiçəkləri bir
çiçəkqrupunda yaxınlaşmışdır. Erkək çiçəkləri çılpaqdır, çiçəkyanlıqsızdır, erkəkcikləri 1-2 ədəddir,
dişi çiçəkləri 4-8 dişiciklidir, oturaqdır və ya ayaqcıq üzərindədir, çiçəkyanlığını əvəz edən qısa
pərdəvari qədəhəbənzər. Örtüklə əhatə olunmuşdur. Yumurtacıq 1-dir, asılıdır. Meyvəciyi
dərivaridir, Meyvəcik dərivaridir, sıxdır. Toxum uzunsovdur.
Yer kürəsində cinsin Avstraliyadan başqa yayılmış 3 növünün hamısı Qafqazda və
Azərbaycanda rast gəlinir. Azərbaycan florasının I cildində heç birinin Naxçıvan MR-də olduğu
verilmir. Ancaq 1 növü -
Z. palustris L. Bizim tərəfimizdən yeni aşkar edilmişdir.
Cinsin Z.
pedunculata növünün Naxçıvan MR-də tapılması ehtimalı vardır. Növün axtarışı davam etdirilir.
Növlərin təyin edilməsi üçün cədvəl
1. Sütuncuq meyvəcikdən 2-3 dəfə qısadır.
----------------------------------------Z. palustris L.
=
Sütuncuq demək olar ki, tamamilə meyvəciyin uzunluğuna bərabərdir ---------------------- 2
2. Meyvəciyi xırdadır, 2 mm - ə qədər uzunluqdadır, ayaqcıq üzərində uzunluğu onlara
bərabərdir və ya bir qədər qısadır ------------------------------------------------------
Z. pedunculata
= Meyvəcikləri bir qədər iridir, 2,5-3,5 mm uzunluqdadır, tamamilə oturaqdır.
Naxçıvan MR - də yayılması ehtimal olunur.
---------------------------
---------------Z. major Boenn.