- 43 -
Suoxukimilər_-_Butomaceae_S._F._Gray_fəsiləsi__Fəsilənin_ümumi_səciyəsi'>Suoxukimilər - Butomaceae S. F. Gray fəsiləsi
Fəsilənin ümumi səciyəsi: Kökətrafı yarpaqlı və yarpaqsız çiçək gövdəsi olan çoxillik
bataqlıq, yaxud su bitkisidir. Çiçəkləri düzdür ikicinslidir. Çiçəkyanlığı altıyarpaqlı, tacvari.
Erkəkcikləri 9 və ya çoxdur. Dişiciyi 6, nadir halda çoxdur. Meyvəsi mürəkkəbdir və
yarpaqcıqlardan ibarətdir.
Suoxu – Butomus L. cinsi
Cinsin ümumi əlamətləri: Çiçəkyanlığı 6 qırmızımtıl-ağ yarpaqcıqlardan ibarətdir, xarici
hissədəki 3 çiçəkyanlığının xarici eşik tərəfi yaşılımtıldır. Erkəkcikləri 9-dur, onlardan 3-ü
çiçəkyanlığının xarici yarpaqlarına və 6-sı isə daxili yarpaqcıqlara əksinə oturmuşdur. Meyvə 6
yarpaqcıqdan təşkil olunub, əsasında və daxili tərəfdə açılan boylama hissədə bitişmişdir.
Evraziyanın mülayim vilayətlərində geniş yayılmış 2 növündən Qafqazda, Azərbaycanda və o
cümlədən Nax. MR-də 1 növünə rast gəlinir.
Suoxu növünü təyin etmək üçün cədvəl
1. Çiçəkyanlığı ellipisvaridir, ağdır əsası tünd bənövşəyi-çəhrayı ləkəlidir. 11-13 mm
uzunluqdadır. Erkəkcikləri bənövşəyi tozcuqlu erkəkcikləri 9-dur.
--------------------B. umbelatus L.
Adiantkimilər - Adiantaceae Newman. fəsiləsi
Fəsilənin ümumi səciyyəsi: Sorusları uzunsovdur, dəyirmi və ya xəttidir, yarpağın
qatlanmış, burulmuş pərdəvari kənarı ilə örtülmüşdür. Orta ölçülü qıjılardır. Yarpaq saplağı
bağlaşmamışdır. Yarpaq ayası bölümlüdür. Əvvəllər Ayıdöşəyikimilər-
Polypodiaceae R.Br.
fəsiləsi daxilində cins olan
Adiantum L. bir sıra özünəməxsus fərqli əlamət və xüsusiyyətlərinə görə
fəsilə səviyyəsinə qaldırılmışdır. Əsasən tropik zonada yayılmış 185 növündən Qafqazda,
Azərbaycanda və o cümlədən Nax. MR-də 1 növü yayılmışdır.
Adiant - Adiantum L. cinsi
Cinsin təyinetmə cədvəli
1.Sorusları dəyirmidir, bel hissədə və ya damarın sonunda oturub ------------------------------2
= Sorusları uzunsovdur və ya xəttidir, sonuncudur və ya damar boyu oturub. Saplağı
bağlaşmamışdır ---------------------------------------------------------------------- ----------------------------5
5. Yarpaqları və onların seqmentləri çılpaqdır. Sorusları damarın üstündə uzunsovdur, seqmentin
burulmuş aşağı dairəvi pərdəvari dilimi ilə örtülmüşdür.
---------------Adiantum capillis veneris L.
Acilıqkimilər - Ephedraceae Dumort. fəsiləsi
Fəsilənin 3 cinsindən Qafqazda və Azərbaycanda 1cinsi var.
Acılıq - Ephedra L. cinsi
Yer kürəsinin mülayim quru vilayətlərində yayılmış 32 növündən Qafqazda və
Azərbaycanda 4
növünə rast gəlinir
Acılıq növlərini təyin etmək üçün cədvəl
1.
Kolcuqdur, 10-25 sm hündürlükdədir. Budaqları yuxarı olub tez-tez burulmuşdur.....2
= 1,5
m hündürlükdə koldur, sünbülü oturaq tozcuqludur.
E. aurantiaca Takht. et Pachom.
2. Meyvə əmələ gətirən sünbüllərin daxildəki cüt çiçəkyanlığı, həmçinin xarici çiçəkyanlığı
uzunluğunun üçdə biri bitişmişdir.
------------------------------------------------------ E. procera F.et M.
ƏDƏBİYYAT
1.
Qəlirov H.M. Bitkilərin təyinat kitabçası. Bakı, APİ-nin nəşriyyatı. 1959, 243 s. s. 21-116
2.
İbrahimov Ə.Ş. Naxçıvan MR-in yüksək dağ su-bataqlıq bitki örtüyü və onun əhəmiyyəti //
İnformasiya vərəqi, “Kənd təsərrüfat” ser. (Bitkiçilik), 1980, AZETEİİ, № 85, 4 s.
3.
Tariyel Talıbov, Əliyar İbrahimov
.Naxçıvan Muxtar Respublikası florasının taksonomik spektri.
“Əcəmi” Nəşriyyatı Poliqrafiya Birliyi. 2008, 364 s. s.42-86
4.
Tariyel Talıbov, Əliyar İbrahimov.Naxçıvan Muxtar Respublikasının “Qırmızı Kitabı”ı (Ali
sporlu, çılpaqtoxumlu və örtülütoxumlu bitkilər). Cild 2, “Əcəmi” Nəşriyyatı Poliqrafiya Birliyi.
Naxçıvan, 2010, 676 s. s.20-21
5.
Гроссгейм А. А. Определитель растений Кавказа. Государственное
6.
Издательство «Советская наука». Москва, 1949, 756 с. с. 11-42