- 46 -
aid olan növlərin hündürlük qurşaqlarında faiz nisbətlərinə görə paylanması aşağıdakı diaqramda
göstərilmişdir.
Diaqram 1: Astracantha Podlech cinsinə aid olan növlərin hündürlük
qurşaqları üzrə paylanması
Diaqramdan göründüyü kimi Astracantha cinsinin aşağı dağlıq qurşağı üzrə 4 növü A.
andreji, A. alexeenkoana və s. (19,04%) yayilmışdır. Ərazinin orta dağlıq qurşağı növlərinin sayına
görə digər qurşaqlardan daha zəngindir. Bu qurşaqda 12 növ A. barba - carpina, A. jucunda, A.
karabagchensis, A. karjaginii, A. microcephala, A. meyeri, A. vedica və s. (57,15 %), yüksək dağlıq
qurşağı üzrə 1 növü A. gudrathi (4,76 %), subalp və alp qurşaqları üzrə cəmi 4 növ A. aurea, A.
insidiosa və s. (19,04 %) qeydə alınmışdır.
Səhralar bitkilərin yaşaması üçün az əlverişli olan ərazilərdir. Səhra tipli bitkilik Arazboyu
düzənliklərdə yarımsəhra bitkiliyinin daxilində kiçik sahə tutmaqla ləkələr şəklində rast gəlinir.
Belə lokal ləkələr ən çox Araz çayına yaxın, aşağı hissələrində şorlaşmış torpaqlarda yayılmışdır.
Muxtar respublika ərazisində Astragalus cinsinin düzənlik zonasında 6 növü yayılmışdır. Həmin
növlər A. ammophilus, A. paradoxus, A. aduncus, A. asterias, A. arguroides, A. campylorrhynchus
(8,33 %) düzənlik və dağlıq qurşaqlarda formasiyalar əmələ gətirir.
Dağətəyi qurşaq 1000-1200 m yüksəkliklərə qədər davam edir. Burada rütubət çatışmazlığı,
yay aylarında temperaturun çox yüksək olması və torpağın duzlaşması yarımsəhra bitkilərinə təsir
edən əsas faktorlardır. Yarımsəhra zonasında illik yağıntının miqdarı 200-300 mm - dən artıq
olmur. Yağıntılar əsasən yaz və payız aylarında baş verir. Bu dövrlərdə birillik efemer bitkilər gur
inkişaf edərək qış otlaqlarının yem dəyərini artırırlar. Burada quraq keçən dövr 4-5 ay davam edir.
Belə sərt ekoloji şərait yarımsəhralarda sadə tərkibli bitki qruplaşmalarının inkişafına səbəb olur.
Muxtar respublika ərazisində Astragalus cinsinin dağətəyi qurşağı üzrə 6 növü A. longicuspis, A.
corrugatus, A. psiloglottis A. tribuloides, A. hajastanus (8,33 %) yayılmışdır.
Muxtar Respublika ərazisində Astragalus cinsinin aşağı dağlıq qurşağı üzrə 24 növü
yayılmışdır. Onlardan 13 növü- A. hamosus, A. odoratus, A. schelkovinikovii, A. montis-aquilae, A.
conspiocus, A. candolleanus, A. nachitschevanicus və s. (54,16 %) aşağı dağlıq və orta dağlıq
qurşağı, 11 növü- A. cancellatus, A. cicer, A. commixtus, A. ordubadensis, A. strictilobus, A.
szovitsii və s. (45,83 %) isə orta dağ qurşağı üzrə paylanmışdır.
Orta dağlıq qurşaq müxtəlif meyillikili, nisbətən aşınmaya məruz qalmış, töküntülərin
nisbətən çoxluğu xarakterizə olunan, intensiv parçalanmış, vulkanogen çökmə suxurların yayıldığı
ərazilərdir. Meylliyi az olan yamaclar zəif inkişaf etmiş strukturlu boz-qəhvəyi, qonur-gillicəli və
dağ-çəmən torpaqlarla örtülmüşdür. Bu qurşaq mötədil sərin qurşaq olub, düşən yağıntının miqdarı
600-650 mm-dir. İyun, iyul və avqust aylarının quruluğu ilə xarakterizə olunur ki, bu aylarda
əraziyə düşən yağıntının orta miqdarı 45-50 mm-dən artıq olmur. Ərazidə nisbi rütubət adətən 50-
4. N/s: 2;
(9,52)
5. N/s: 2;
(9,52)
1. N/s: 4;
(19,05%)
2. N/s: 12;
(57,15%)
3. N/s: 1;
(4,76)
Növlərin sayı-N/s
1. Aşağı dağlıq
1200-1500
2. Orta dağlıq
1500-2300
3. Yüksək dağlıq
2300-2800
4. Subalp 2800-
3200
- 47 -
N/s: 6,
(6,89%)
N/s: 6,
(6,89%)
N/s: 24,
(27,59%)
N/s: 39,
(44,83%)
N/s: 8,
(9,20%)
N/s: 1,
(1,15%)
N/s: 3,
(3,45%)
Növlərin sayı - N/s
Düzənlik
Dağətəyi
Aşağı dağlıq
Qrta dağlıq
Yüksək dağlıq
Subalp
Alp
70 % arasında dəyişir. Bu qurşaqda az-çox dərəcədə mezofit dağ-bozqır bitkiliyi üstün olub,
Astragalus və Onobrychis cinslərinə məxsus növlərin əmələ gətirdiyi formasiyaların bir-birini əvəz
etməsi tez-tez nəzərə çarpır.Orta dağlıq qurşağı üzrə Astragalus cinsinin 39 növü yayılmışdır.
Onlardan 10 növü- A. calycinus, A. glycyphyllos, A.glycyphylloides, A. kochianus, A. persicus, A.
schachbuzensis, A. striatellus, A. takhtadzhjanii, A. aegobromus aşağı dağlıq və orta dağlıq (25,64
%), qalan növlər isə A. achundovii, A. angustiflorus, A. aznabjurticus, A. badamliensis, A.
chalilovii, A. choicus, A. cornutus, A. compactus, A. erivanensis, A. fabaceus, A. grammocalyx, A.
karakuschensis, A. lagurus, A. macrostachys, A. mesites, A. prilipkoanus, A. polyphyllus, A. regelii,
A. robustus, A. sevangensis, A. viridis və s. (74,35 %) orta dağlıq qurşağı üzrə yayılmışdır.
Yüksək dağ qurşaqlarında mexaniki, kimyəvi aşınmalar və eroziya digər qurşağa nəzərən
daha intensiv şəkildə baş verir. Daha sərt yerlərdə aşınma ana suxurların üzə çıxmasına səbəb
olmuşdur. Bütün bu ərazilər strukturlu torpaq qatı ilə örtülmüşdür. Bəzi ərazilərdə torpaq qatı
tamamilə sovrulmuş çılpaq qayalıqlara da rast gəlinir.
Yüksək dağ qurşaqlarının bitkiləri üçün özünəməxsus xüsusiyyətə malik ekoloji faktorlar
kompleksi mövcuddur. Yüksək dağ qurşaqlarında havanın təmizliyi və seyrəkliyi nəticəsində günəş
radiyasiyasının qiyməti düzənlik ərazilərə nisbətən yüksək olur. Xüsusən, ultrabənövşəyi şüalar
düzənlik ərazilərə nisbətən yüksək dağlıq ərazilərdə nəzərən çarpacaq dərəcədə yüksəkdir. Digər
tərəfdən yüksək dağlıq ərazilərdə temperaturun aşağı olması, güclü küləklər bitkilərdə vegetasiya
müddətini qısaldan faktorlardandır. Yüksək dağlıq ərazilərdə rütubətlilik rejimi ərazinin ümumi
iqlim fonuna görə formalaşır. Buna görədə ümumi halda yüksək dağ qurşaqlarının ekoloji şəraiti,
bütövlükdə bitkilərin həyat fəaliyyətlərində, xüsusən onların quruluşunda, fiziologiyasında və fəsli
inkişaflarında mühüm əhəmiyyət kəsb edir.
Yüksək dağlıq qurşağı üzrə Astragalus cinsinin 8 növü yayılmışdır. Bunlardan 4 növü- A.
goktschaicus, A. pinetorum və s. (50 %) orta və yüksək dağlıq, 1 növü- A. polydala (12,5 %) subalp
və alp, 3-ü, A. alpinus, A. gezeldarensis, A. incertus (37,5 %) alp qurşağı üzrə paylanmışdır.
Diaqram 2: Astragalus L. cinsinə aid olan növlərin hündürlük
qurşaqları üzrə paylanması
Diaqramdan göründüyü kimi düzənlik və dağətəyi qurşaqlarına cəmi 12 növ daxildir. Bu da
Astragalus cinsinə aid növlərinin 16,66%-ni təşkil edir. Aşağı dağlıq qurşağı üzrə 24 növü (33,33
%) yayılmışdır. Ərazinin orta dağlıq qurşağı növlərinin sayına görə digər qurşaqlardan daha
zəngindir. Bu qurşaqda 39 növ (54,16 %), yüksək dağlıq qurşağı üzrə 8 növü (11,11 %) qeydə
alınmışdır.
Naxçıvan MR ərazisində yayılan Astracantha və Astragalus növləri əsasən səhra, yarımsəhra,
dağ-kserofit, bozqır, alp və subalp bitkiliyində müxtəlif formasiyalar əmələ gətirir.
Dostları ilə paylaş: |