- 50 -
elementlərin daxil olduğu Astraqaleto-acantholimonetum formasiyası geniş yayılıbdır ki, bu
tərkibdə paxlalıkimilərin Astraqalus lagurus və qurşunçiçəyikimilərin Acantolimon karelinii kimi
növləri üstünlük təşkil edirlər.
Friqana tipli dağ-kserofit bitkiliyinə daxil olan bitkilərin əksəriyyəti suyun buxarlanmasının
qismən qarşısının alınmasına xidmət edən vegetativ orqanlarınında, xüsusilə yarpaqlarında səthin
azalmasına təsir edən ekoloji şəraitdə yaşadıqlarından qeyri-münbit torpaqlara və daşlı-qayalı
ərazilərə yaxşı adaptasiya olunmuşlar (7).
Tərəfimizdən aparılan tədqiqatlar nəticəsində ilk dəfə olaraq paxladənli-asrtakantalı
növlərin bozqır bitkilik tipində 1 formasiya sinfi, 4 formasiya və 11 assosiasiya təşkil etdiyi
müəyyənləşdirilmişdir.
Qariqa tipli bozqırlar əsasən ərazinin şimal-şərq və cənub-qərb ekspozisiyalarında daha çox
yayılmışdır. Bu tip formasiyalar daşlı-çınqıllı töküntülərdə, qayalıqlar arası kiçik sahələrdə daha
çox nəzərə çarpır. Xüsusilə antropogen və digər təsirlər nəticəsində meşə və kolluqların məhv
olduğu ərazilərdə qariqa elementləri daha çox nəzərə çarpır. Bu ərazilərdə Rhamnus spathulifolia,
Rhamnus pallasii, Atraphaxis spinosa, Atraphaxis angustifolia, Amygdalus fenzliana, Juniperus
foetidissima, Astracantha microcephala, Astragalus lagurus və s. növlər geniş sahələr əhatə edərək
açıq fitosenozlar əmələ gətirirlər.
Friqanalarla müqayisədə bu ərazilər iqlimin nisbətən rütubətliliyi
ilə fərqlənsələr də dağ-bozqırlarından az fərqlənirlər. Qariqa komponentlərinin yayıldığı kolluqlar
arasında müxtəlif tərkibdə kserofit bitkilərin inkişafı dağ çölləri, qaya və töküntü bitkiliyi ilə daha
çox ortaq xüsusiyyət yaradır. Bəzən bu ərazilərdə paxlalı bitkilərdən Astracantha aurea və
Astracantha microcephala növlərinin müxtəlif bitkilərin iştirakı ilə əmələ gətirdiyi qruplaşmalara
rast gəlinir. Nisbətən aşağı ərazilərdə paxlalılardan Astragalus lagurus, Astracantha
stenonuchoides, Astracantha aurea, Onobrychis transcaucasica və Onobrychis cornuta kimi
nölərin üstünlüyü ilə formalaşan qruplaşmaların yayılması müşahidə olunur. Bu qruplaşmaların
tərkibində Thymus collinus, Thymus kotschyanus, Teucrium polium, Centaurea squarrosa, Pranqos
ferulacea, Pranqos uloptera, Senecio vernalis, Pyrethrum chiliophyllum, Stipa hohenackeriana,
Stipa arabica və s. kimi ot bitkiləri də yayılmışlar. Astracantha və Onobrychis növlərinin
qruplaşmanın tərkibində olması taxıl və mütəlif ot bitkilərinin otarılmaya qarşı davamlıqlarının
artmasına, qorunub saxlanmasında yardım etdiklərindən bitkilərin çoxalması üçün şərait yaranır. Bu
fitosenozlarda ali bitkilərin 30-35%-i iştirak edir. Otlaq kimi istifadə edilən bu ərazilərdə otlağın
bolluğu 55-60%-dən 80-85%-ə çatır (6).
Kəklikotulu-gəvənli-topallıq
(Thymus kotschyanus +Astragalus euoplus+ Festuca
sclerophylla) qruplaşması bu ərazilərdə daha geniş sahələri əhatə etməklə yüksək dağlıq qurşağın
çimli, narıntorpaqlı və daşlı-qayalı yamaclarında yayılmışlar. Batabat, Əyriqar, Salvartı, Ağdaban,
Keçəldağ, Camalqala, Ağabba və s. ərazilərinin dağ- çəmən- bozqır torpaqlarının yayıldığı narın
torpaqlı dağ yamaclarında və Ağ karvansara ətrafının düzənlik ərazilərində kəklikotulu-gəvənli-
topallı formasiyalar daha geniş əraziləri əhatə edirlər. Qruplaşmaya daxil olan edifikatorların hər
üçü ekoloji şəraitdən və relyefdən asılı olaraq bir-birini əvəz edir və birinin digərinə görə üstünlüyü
özünü göstərir. Lakin bütün hallarda topal, fitosenozların formalaşmasında digər edifikatorlardan
kəmiyyətcə üstün vəziyyətdə çıxış edir. Edifikatorlardan hər hansı birinin üstün nisbəti mühit
şəraitindən, ərazilərin meylliyindən, sərtliyindən, substratın tərkibindən və ekoloji şəraitdən asılıdır.
Belə ki, daşlı-qayalı ərazilərdə Astragalus euoplus, çınqıllı yamaclarda Festuca sclerophylla+
Festuca valesiaca, torpaq örtüyü az inkişaf etmiş skeletli yamaclarda isə Thymus kotschyanus
növləri üstünlük təşkil edir. Çox zaman daşlı-qayalı ərazilərdə Astragalus euoplus növünə
Astracantha aurea və Astragalus incertus Ledeb. kimi növlər də əlavə olunur. Azdaşlı və narın
torpaqlı yamaclarda kəklikotulu-topallı qruplaşmalar üstün vəziyyətdə olsalar da az-çox dərəcədə
bu tərkibdə Astragalus incertus, A. saganlugensis, A. pinetorum və A, euoplus növlərinə rast gəlinir.
Yüksək dağ bozqırları üçün Thymeto-Astragaleto-Festucetum qruplaşmaları mütləq xarakterə malik
deyildir, belə ki, ərazilərdə bu qruplaşma müxtəlif variantlarda təzahür edir. Göstərilən
qruplaşmalar üçün Festuca valesiaca Gaudin, Bromopsis tomentella Holub, Poa alpina L.,
Scutellaria sevanensis Gross., Helichrysim pallasii Ledeb., Plantaqo saxatilis Bieb., Stachys
macrostachya Briq., Potentilla arqaea Bois., Alchemilla erythropda Juz., Nepeta betonicifolia
- 51 -
C.A.Mey., Artemisia splendens Wild., Pimpinella saxifraqa L., Minuartia oreina Schischk.,
Astragalus lagurus Willd., Ajuga orientalis L., Astragalus incertus Ledeb. kimi növlər daha çox
xarakterikdir.
Cədvəl 4
Kəklikotulu-gəvənli-topallı dağ bozqırlarının quruluşu və növ tərkibi
№
Növlərin adı
Bolluq,
balla
Hündürlük,
sm-lə
Fenofaza
Yarus
1.
Festuca sclerophylla Boiss. ex Bisch.
2-3
65-120
Çiçək
I
2.
Festuca valesiaca Gaudin
2
60-125
Çiçək
I
3.
Bromopsis tomentella Holub ,
2
30-50
Çiçək
II
4.
Helichrysim pallasii Ledeb.
1
20-35
Çiçək
II
5.
Plantaqo saxatilis Bieb.
2
10-25
Çiçək
III
6.
Stachys macrostachya Briq.
2
25-30
Qönçə
II
7.
Thymus kotschyanus Boiss. et Hohen.
2-3
8-16
Çiçək
IV
8.
Astragalus euoplus Trautv.
2-3
22-25
Çiçək
III
9.
Scutellaria sevanensis Sosn. ex Grossh.
1-2
15-20
Qönçə
III
10.
Campanula trautvetteri Grossh.
2
45-90
Çiçək
I
11.
Potentilla arqaea Bois.
1
15-25
Çiçək
III
12.
Achillea millefolium L.
1
15-70
Çiçək
I
13.
Nepeta trautvetteri Boiss.et Buhse
1
50-65
Çiçək
II
14.
Artemisia splendens Wild.
2
15-25
Çiçək
II
15.
Pimpinella saxifraqa L.
2
25-60
Çiçək
II
16.
Minuartia oreina Schischk.
1
4-15
Çiçək
IV
17.
Astragalus lagurus Willd.
2-3
35-40
Qönçə
III
18.
Ajuga orientalis L.
1
10-20
Meyvə
IV
19.
Astragalus incertus Ledeb.
1
10-25
Çiçək
IV
Assosiasiyanın dominantı topalın ( Festuca sclerophylla Boiss. ex Bisch. -valesiaca Gaudin.)
bolluğu 3-4 bal, subdominantı–Koçi kəklikotusu ( Thymus kotschyanus Boiss. et Hohen.) və tikanlı
gəvən ( Astracantha euopleus Trautv .) hesab edilir. Bu assosiasiyada fitosenozun layihə örtüyü 50-
70%-ə bərabərdir.
Müşahidələr göstərir ki, gəvən cinsinə daxil olan elementlər arasında senopapulyasiya
əmələgətirən növlər çox az yayılıbdır. Meşə sahələrinin daha çox olduğu orta qurşaqda gəvən
növləri açıq ərazilərdə daha çox yayılıb və keyfiyyət və kəmiyyətcə daha üstün vəziyyətdədirlər.
Digər tərəfdən müxtəlif növlər vertikal şəkildə müxtəlif dağ qurşaqlarında yayılan müxtəlif bitki
formasiyalarının
tərkibinə
daxil
olmaqla
bitki
qruplaşmalarının
formalaşmasında
mühüm
əhəmiyyətə malikdirlər. Məsələn Astragalus arquricus d.s.-dən 800-2000m yüksəkliklərdə yayılan
müxtəlifotlu-topallı çollərdə və dağ palıdlıq kolluqları arasındakı açıqlıqlarda, Astragalus
sevangensis isə d.s.-dən 1300-2500 m hündürlüklərdəki meşə sonrası topallı-müxtəlifotlu və şiyavlı
(Stipa)-topallı çöllərin bitkiliyinin tərkibinə daxil olur. Eyni qurşaq daxilində ekoloji-senotik
müxtəlifliklərin, mozaika əmələ gətirən açıq qruplaşmaların, otlu-kollu senozların və meşəaltı
bitkilik sisteminin formalaşmasında gəvənlərin özünəməxsus yeri vardır. Qeyd etmək lazımdır ki,
müasir gəvən növlərinin əksəriyyəti əsasən meşəsiz ərazilərdə yayılıbdır. Çox az sayda gəvən
növləri meşə mühitinə uyğunlaşmışdır.
Meşəaltı ot örtüyünün formalaşmasında Anthriscus sylvestris, Astrantia maxima, Poa
nemoralis, Dactylis glomerata, Campanula latifolia, Delphinium szowitsianum, Primula
macrocalyx, Chaerophyllum macrospermum, Dryopteris filix -mas, Polygonatum verticillatum,
Astragalus glycyphyllos, Astragalus glycyphylloides və s. bitki növləri xarakterikdir.
Bu bitkilər sıx
ağaclı meşə altında sıx örtük əmələ gətirməyib, sadəcə qrup şəklində və ya tək-tək, birbirindən aralı
yerləşirlər. Lakin bəzi hallarda ağacların seyrəkləşdiyi meşələrdə sıx örtük əmələ gətirmə hallarına
da rast gəlinir. Seyrək ağaclıq ərazilərdə Astragalus glycyphyllos Astragalus glycyphylloides növü
meşəaltı müxtəlif bitki növləri ilə qarışaraq müxtəlif assosiasiyalar əmələ gətirirlər. Qruplaşmaların
tərkibinə müxtəlif otluğun B romopsis benekenii, Milium effusum, Arrenatherum elatius,
Kataloq: files -> uploader -> elmieserlerelmieserler -> Elmi ƏSƏRLƏR, 2017, №3 (84) nakhchivan state university. Scientific works, 2017, №3 (84)elmieserler -> Elmi ƏSƏRLƏR, 2016, №5(79) nakhchivan state university. Scientific works, 2016, №5 (79)elmieserler -> Elmi ƏSƏRLƏR, 2017, №7 (88)elmieserler -> Naxçıvan Dövlət Universiteti. III naxçıvan Beynəlxalq arıçılıq konfransıelmieserler -> Elmi ƏSƏRLƏR, 2017, №6 (87) nakhchivan state university. Scientific works, 2017, №6 (87)elmieserler -> The series of the humanitarian
Dostları ilə paylaş: |