TəBİƏt elmləRİ VƏ Tİbb seriyasi series of natural sciences and mediCİNE



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə27/86
tarix10.11.2017
ölçüsü5,01 Kb.
#9622
1   ...   23   24   25   26   27   28   29   30   ...   86

- 55 - 
НАХЧЫВАН  ДЮВЛЯТ   УНИВЕРСИТ ЕТ И.  ЕЛМИ  ЯСЯРЛЯР,  2015,  № 3 (68) 
 
NAKHCHIVAN ST AT E UNIVERSIT Y
.
  С ЖЫЕНТЫФЫЖ  WО РКС ,  2015,  № 3 (68) 
 
НАХЧЫВАНСКИЙ  ГОСУДАРСТ ВЕННЫЙ  УНИВЕРСИТ ЕТ .  НАУЧНЫЕ  ТРУДЫ,  2015,  № 3 (68) 
 
ƏFRUZ  NƏSİROVA 
AMEA Naxçvan Bölməsi 
E-mail: anasirli@inbox.ru 
UOT:  581.1 
 
NAXÇIVAN  MUXTAR RESPUBLİKASI  ƏRAZİSİNDƏ YAYILMIŞ  CAMPANULACEAE 
JUSS. – ZƏNGÇİÇƏYİKİMİLƏR  FƏSİLƏSİNƏ DAXİL OLAN  BİTKİLƏRİN ŞAQULİ 
ZONALLIQLAR  ÜZRƏ  YAYILMA  QANUNAUYĞUNLUĞU 
 
Naxçıvan  MR  ərazisində  Zəngçiçəyikimilərin  rastgəlmə  tezliyi,  yüksəklik  zonaları  üzrə 
paylanma  qanunauyğunluğu,  alçaq  dağlıq,  orta  dağlıq  və  yüksək  dağlıq  qurşaqlarında  yayılma 
dərəcələri  müəyyən  edilmişdir.  Tədqiqatlar  zamanı  yalnız  bir  qurşaqda  rast  gəlinən  növlərin  sayı 
alçaq dağlıq qurşaqda 2 [Campanula massalskyi Fomin, M. Laevigata Vent.] və yüksək dağlıqda 2 
[C.  tridentata  Scherb.,  A.  Amplexicaule  (Willd.)  Hand.  –  Mazz.]  növ  olmuşdur.  Bundan  başqa, 
alçaq  dağlıq-orta  dağlıq  üçün  ümumi  olan  3  [C.  glomerata  L.,  C.  karakuschensis  Grossh.,  C. 
propinqua  Fisch.  &  C.  A.  Mey.],  orta dağlıq-yüksək dağlıq üçün 7 [C. latifolia L., C. bononiensis 
L.,  C.  coriaceae  P.  H.  Davis,  C.  zangezura  (Lipsky)  Kolak.  &  Serdyuk.,  C.  bayerniana  Rupr.,  A. 
campanuloides (Bieb. ex Sims) Boenm., A. rigidum (Willd.)], alçaq dağlıq-yüksək dağlıq üçün 1 [C. 
daralaghezica  (Grossh.)  Kolak.  & Serdjukova.] və hər üç qurşaq üçün isə 3 [C. rapunculoides L., 
C. stevenii Bieb., A. pulchellum (Fisch. & C. A. Mey.)] növ müəyyən olunmuşdur. 
 
Açar  sözlər: Campanulaceae, yayılma, cins, növ, zona, aşağı, orta, yüksək 
Key words:  Campanulaceae,spreading, type, species, zone, low, middle, high 
Ключевые слова: Campanulaceae, распространение, род, вид, зона, нижний, средний, 
высокий 
 
 
Yer  üzərində  yayılmış  bitki  örtüyünün  öyrənilməsi,  floristik  tərkibinin  müəyyən  edilməsi  və 
mühafizəsinin  təşkili  daim  diqqət  mərkəzində  olmuşdur.  Kiçik  Qafqazın  cənub-qərb  qurtaracağında 
yerləşən  və  tipik  dağlıq  ölkə  olan  Naxçıvan  MR  çox  mürəkkəb  təbii  coğrafi  şəraitə  malikdir. 
Relyefi  əsasən  düzənlik  və  dağlıq  hissələrdən  ibarətdir,  dəniz  səviyyəsindən  orta  yüksəkliyi  1400 
m-ə  bərabərdir.  Ərazinin  mütləq  yüksəkliyinin  amplituda  fərqi  600  m-lə  (Kotam  kəndi)  3906  m 
(Qapıcıq  zirvəsi)  arasındadır.  Respublikanın  ən  alçaq  sahəsi  hesab  edilən  Arzaboyu  düzənliyin  orta 
yüksəkliyi  800  m-ə  yaxındır  (1,  s.  23).  Kəskin  kontinental  iqlim,  yağıntıların  azlığı,  sutqalıq  və  illik 
temperatur  amplitudunun  yüksəkliyi  Naxçıvan  MR-də  bitki  örtüyünün  formalaşmasına  təsir 
göstərən  başlıca  amillərdir.  Ərazinin  flora  zənginliyi  Aralıq  dənizi  və  Ön  Asiya  o,  cümlədən  İran 
florası  ilə  sıx  əlaqədə  olması  ilə  izah  olunur.  Dağlıq  relyef  torpaq,  iqlim  və  bitki  örtüyündə  şaquli 
zonallığın  yaranmasına  səbəb olmuşdur. 
 
Campanulaceae  Juss.  fəsiləsinə  daxil  olan  bitkilərin  şaquli  qurşaqlar  üzrə  paylanması 
qanunauyğunluqları  diqqət  mərkəzində  olan  məsələlərdən  biridir.  Bununla  əlaqədar  ədəbiyyatlarda 
bəzi  məlumatlar  verilsə  də,  hələlik  bu  məsələ  tam  araşdırılmamışdır.  Bu  məqsədlə  Naxçıvan  Muxtar 
Respublikası  ərazisində  yayılmış  Zəngçiçəyikimilər  fəsiləsi  bitkilərinin  müxtəlif  qurşaqlar  üzrə 
yayılma  qanunauyğunluğunun  öyrənilməsi  məqsədilə  2012-2014-cü  illər  ərzində  Bioresurslar 
institutu  tərəfindən  və  sərbəst  şəkildə  təşkil  edilmiş  ekspedisiyalar  üzrə  bir  sıra  marşrutlar 
edilmişdir.   
 
Naxçıvan  MR  ərazisinin  relyefi  maili  düzənliklərdən,  alçaq,  orta  və  yüksək  dağlıq 
qurşaqlardan  ibarətdir.  Maili  düzənliklər  ərazinin  ən  alçaq  hissəsi  olan  (600-1200  m)  Arazboyunu 
əhatə  edərək  şimal-qərbdən  cənub-şərqə  doğru  dar  bir  zolaq  şəklində  uzanır.  Bu  sahənin  ən  geniş 
yeri  şimal-qərbdə  20  km,  ən  dar  yeri  isə  cənub-şərqdə  4-5  km-dir.  Arazboyu  başlıca  olaraq  Sədərək, 


- 56 - 
Şərur,  Böyükdüz,  Naxçıvan,  Culfa  və  Ordubad  maili  düzənliklərindən  ibarətdir  ki,  bunlar  da  əsasən 
dördüncü  dövrün  allüvial,  allüvial-prollüvial  çöküntülərindən  və  qismən  üçüncü  dövrün  gillərindən, 
qumdaşlarından,  mergellərdən  əmələ  gəlmişdir.  Burada  eroziya  –  akkumlyasiya  və  arid  denudasiya 
mənşəli  relyefəmələgətirici  proseslər  üstünlük  təşkil  edir  (1, s. 38). 
 
Arazboyu  düzənlikdən  şimala  doğru  1000-1500  m  mütləq  yüksəklikdə  alçaq  dağlıq  sahə 
başlanır.  Qaraçoban,  Tənənəm,  Tazıuçan,  Duzdağ,  Cəhriqaşı  və  s.  maili  düzənlikləri  buraya 
daxildir.  İstər  Arazboyu  və  istərsə  də  alçaq  dağlıq  sahələrdə  gilli  süxurlar  geniş  yayılmışdır. 
Bildiyimiz  kimi,  bu  süxurlar  eroziya  proseslərinin  dağıdıcı  təsirinə  məruz  qalır  və  alçaq  dağlıq 
zonada  meylli  yamaclarda  eroziya  nəticəsində  əmələ  gələn  novalar  onun  şiddətli  parçalanmasına 
səbəb  olur.  Nəticədə  bendlend  relyef  forması  əmələ  gəlir.  Bu  relyef  forması  alçaq  dağlıq  zonanın 
yamacları  üçün  xarakterikdir.  Duzdağ,  Ağqaya  sahəsini,  Badamlı  rayonunu  və  s.  buna  misal 
göstərmək  olar  (1, s. 38-40). 
 
Alçaq  dağlıq  zonadan  şimalda  1500-2300  m  mütləq  yüksəklikdə  orta  dağlıq  qurşaq 
yerləşmişdir.  Bu  qurşaq  şimal-qərbdən  başlayaraq  çox  da  geniş  olmayan  sahə  şəklində  cənub-şərqə 
doğru  uzanıb  tədricən  genişlənir.  Ərazi  üçün  dərin  dərələr,  sıldırımlı  yamaclar,  kiçik  dağarası 
çökəkliklər  və  şiddətli  parçalanma  səciyyəvidir.  Orta  dağlıq  qurşaqda  Şada,  Badamlı,  Paradaş  və 
başqa  dağarası  çökəkliklər  yerləşir.  Bu  qurşaq  bir  sıra  çayların  (Arpaçay,  Naxçıvançay,  Əlincəçay, 
Gilançay,  Vənəndçay,  Əylisçay,  Ordubadçay  və  s.)  fəaliyyəti  nəticəsində  şiddətli  parçalanmışdır. 
Orta  dağlıq  qurşaqda  müşahidə  olunan  maraqlı  relyef  formalarından  biri  də,  karlar,  moren  və 
flüvioqlyasial  çöküntülərdir.  Bu  relyef  formaları  Dərələyəz  və  Zəngəzur  silsilələrində  müşahidə 
olunur  (1, s. 40-42). 
 
Dağarası  çökəkliklər  arasında  ən  irisi  Paradaş  çökəkliyidir  və  30  km²  sahəni  əhatə  edir  dibi, 
1300  m  mütləq  yüksəklikdə  yerləşir.  Çökəkliyin  dibi  düz  və  bəzən  kiçik  təpəciklərdən  ibarət  olub, 
erroziya  və  arid-denudasiya  nəticəsində  kəskin  parçalanmışdır. 
 
 Muxtar  respublikanın  şimal  və  şərq  hissələrini  əhatə  edən  yüksək  dağlıq  qurşaq  2300-3904 
m  mütləq  yüksəkliklər  arasında  başlıca  olaraq  Zəngəzur  və  Dərələyəz  silsilələrinin  suayrıcılarını 
tutur.  Morfoloji  xüsusiyyətlərinə  görə  bu  hissə  torpaq  və  bitki  örtüyündən  demək  olar  ki,  məhrum 
olub,  əsasən  dik  zirvələr  və  şiddətli  parçalanmış  qayalıqlardan  ibarətdir.  Bu  zonada  əsasən  subalp 
və  alp  çəmənləri  geniş  sahələr  tutur  (1,  s.  42).  Subalp  çəmənlərinin  xarakter  bitkiləri  Alopecurus 
arundinaceus,  Poa  pratensis,  Hordeum  violaceum,  Prangos  ferulacea,  Astrantia  maxima  və s. alp 
çəmənlərinin  əsas  bitkiləri  isə  Bromopsis  variegata,  Catabrosella  variegata  növləri  Dianthus, 
Jurinea, Thymus, Silene və başqa cinslərin  bir çox növləridir. 
Alçaq  dağlıq  qurşaq  üçün  əsasən  dağ  kserofit  bitkiliyi  xarakterikdir.  Naxçıvan  MR-də  dağlıq 
kserofit  zonası  yovşanlı  yarımsəhralarda  qarışıq  keçid  tipi  yaradaraq,  yuxarılara  doğru  getdikcə 
müstəqil  dağlıq  kserofit  bitkilər  qurşağını  təşkil  edir.  Bir  qayda  olaraq  kserofit  bitkilər  bir-birindən 
aralı  bitməklə,  bütün  vegetasiya  müddətində  açıq  senoz  təşkil  edir.  Burada  çoxillik  otlar  hakim 
mövqe  tutur,  müəyyən  sahələrdə  bir,  çox zaman  isə bir  neçə örtük  əmələ  gətirir. 
Baharın  əvvəlindən  başlayaraq  bitki  növlərinin  biri  digərini  əvəz  edir.  Yazda  əsasən  birillik 
kökümsov  gövdəli,  soğanaqlı  bitkilər  və  bir  sıra  çoxillik  otlar  sürətlə  inkişaf  edir,  çiçəkləyir  və 
toxumlayır.  Kserofit  senozların  son  dərəcə  quraq  şəraitdə  inkişaf  etməsinə  baxmayaraq,  onlar  öz 
inkişafını  çox  sürətlə  başa  çatdırır.  Yayın  əvvəlindən  çoxillik  otların  kütləvi  surətdə  çiçək  açdığı 
dövrdə  bu  zona  xüsusilə  gözəl  olur.  Bir  sıra  kələmkimilərin,  kərəvüzkimilərin  və  başqa  bitkilərin 
boyu  1-1,5  m-ə  çatır.  Yayın  ikinci  yarısında  kserofitlərin  əksəriyyəti  toxumlayır,  yalnız  bəzi 
paxlalıkimilər  və asterkimilər  fəsilələrinə  aid  bitkilər  çiçəkləməkdə  davam  edir  (1, s. 75-76). 
Tədqiqatlar  zamanı  bu  qurşaqdan  toplanmış  Zəngçiçəyikimilər  fəsilə  bitkiləri  nümunələrinin 
təyini 
və  ədəbiyyat  məlumatlarının  araşdırılması  nəticəsində  aşağıdakı  növlər  müəyyən 
olunmuşdur: 
Campanula  glomerata  L.  Culfa  rayonunun  Əbrəqunus  kəndi;  Campanula  rapunculoides  L. 
Culfa  rayonunun  Ərəzin,  Əbrəqunus,  Ordubad  rayonunun  Gənzə  kəndi;  Campanula  daralaghezica 
(Grossh.)  Kolak  &  Serdjukova  Culfa  rayonunun  Ərəzin,  Əbrəqunus,  Şahbuz  rayonunun  Qarababa 
kəndi;  Campanula  coriacea  P.H.  Davis  Kəngərli  rayonunun  Çalxanqala  (02.05.2012),  Babək 
rayonunun  Dərəşam  adlanan  ərazisi;  Campanula  karakuschensis  Grossh.  Babək  rayonunun 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   ...   86




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə