- 57 -
Dərəşam adlanan ərazisi; Campanula propinqua Fisch. & C. A. Mey. Kəngərli rayonunun
Çalxanqala (02.05.2012), Babək rayonunun Nehrəm, Şahbuz rayonunun Qarababa kəndi;
Campanula massalskyi Fomin Babək rayonunun Nehrəm, Dərəşam adlanan ərazsisi; Campanula
saxifraga Bieb. Babək rayonunun Vayxır, Culfa rayonunun Ərəzin, Gülüstan (03.04.2013)
kəndləri ; Campanula
stevenii Bieb. Kəngərli rayonunun Çalxanqala kəndi; Asyenuma pulchellum
Bornm. Culfa rayonunun Əbrəqunus, Ordubad rayonunun Gənzə kəndi; Michauxia laevigata Vent.
Kəngərli rayonunun Çalxanqala, Culfa rayonunun Əbrəqunus kəndləri yaxınlığından toplanılmışdır.
Orta dağlıq qurşağın əsas bitki örtüyünü meşələr və yüksək dağ bozqırları təşkil edir. Yüksək
dağ bozqırları üçün başlıca fitosenoz olan topallıq bozqır əksər hallarda gəvənlə və kəklikotu ilə
qarışaraq geniş sahələri tutur. Topallıq bozqırlar daşlı və qayalı yerlərdə açıq qruplaşmalarla, rütubətli
sahələrdə isə çəmən bozqırlarla yanaşı, talalar şəklində topallı-gəvənli-kəklikotulu bozqırlar da
mövcuddur.
Naxçıvan MR-də meşələr zonal xarakter daşımır. 1700-1800 metrdən başlayaraq 2000-2200
metr arasında tərəddüd edir. Naxçıvan MR-də meşələr çay və qar sularının çox olduğu rütubətli
torpaqlarda yaranır. Buna görədir ki, respublikada olan 3016 hektar meşə sahəsinin 2550 hektarı
Biçənək kəndi ətrafındadır. Bundan başqa, Əlincə və Gilan çaylarının yuxarı axınlarında, Ərəfsə kəndi
ətrafında 66 hektar, Xurs, Nəsirvaz kəndləri yaxınlığında 400 hektara qədər talalar şəklində meşələr
(Tillək, Xəlil, Cəlil meşələri) vardır. Ümumiyyətlə, meşələr Naxçıvan MR ərazisinin 0,5 %-ni əhatə
edir.
Muxtar respublikada əsas meşə bitkiləri Şərq palıdı, adi vən, göyrüş, kserofit İberiya ağcaqayını,
alma, armud, alça və müxtəlif yemişan növləridir. Kserofit cənub yamacları üçün armud, yemişan, ardıc,
badam, zirinc, murdarça, itburnu və digər növlər daha səciyyəvidir (1, s. 76-79).
Bir sıra ağac və kollar meşələrin yuxarı sahələrindən daha yüksəklərə qalxır. İtburnu, ardıc,
pallas ağtikanı və başqa kollara yüksək dağlıq sahələrdə
(Qapıcıq, Keçəldağ) rast gəlmək mümkündür.
2012-2014-cü illər ərzində bu zonada aparılmış çoxsaylı ekspedisiyalar nəticəsində ərazidən
nümunələr toplanılmış, tədqiq edilmiş və aşağıda adları qeyd olunan Zəngçiçəyikimilər müəyyən
olunmuşdur:
Campanula glomerata L. Kəngərli rayonunun Qaraquş dağı (20.06.2012), Şahbuz rayonun
Ayrınc, Ordubad rayonunun Dırnıs kəndi; Campanula latifolia L. Ordubad rayonunun Tillək meşəsi;
Campanula rapunculoides L. Ordubad rayonunun Dırnıs kəndi; Campanula bononiensis L. Şahbuz
rayonunun Nursu (10.07.2013) kəndi; Campanula karakuschensis Grossh. Şərur rayonunun Axura
(24.05.2012), Kəngərli rayonunun Çalxanqala kəndi yaxınlığında Qaraquş dağı (20.06.2012), Babək
rayonunun Noxuddağ (15.05.2013) adlanan ərazisi; Campanula propinqua Fisch. & C. A. Mey. Şərur
rayonunun Həmzəli, Axura, Şahbuz rayonunun Badamlı (24.04.2013) kəndi ; Campanula zangezura
Kolak. & Serdjukova Ordubad rayonunun Dırnıs; Campanula bayerniana Rupr. Ordubad şəhərinin
ətrafı; Campanula coriacea P.H. Davis Sədərək rayonunun Ardıc dağı, Kəngərli rayonunun Qaraquş
dağı (20.06.2012); Campanula stevenii Bieb. Kəngərli rayonunun Qaraquş dağı (20.06.2012), Culfa
rayonunun Qazançı kəndi yaxınlığındakı Berdik dağı (23.05.2012), Şahbuz rayonunun Keçili, Ordubad
rayonunun Biləv, Dırnıs kəndləri; Asyenuma campanuloides Bornm. Culfa rayonunun Ləkətağ kəndi;
Asyenuma rigidum Grossh. Culfa rayonunun Ləkətağ kəndi; Asyenuma pulchellum Bornm. Şahbuz
rayonunun Ayrınc, Ordubad rayonunun Dırnıs, Culfa rayonunun Ləkətağ, Boyəhməd kəndləri
yaxınlığından toplanılmışdır.
Yüksək dağlıq qurşaq üçün subalp və alp çəmənlikləri xaraterikdir. 2350-2600 m yüksəklikdə
ensiz bir zolaq şəklində uzanır. Bu zolaq Küküçay hövzəsindən başlayaraq Əlincəçay hövzəsinə qədər
suayrıclarında kəsilib çay dərələrində və vadilərində yenidən meydana çıxır.
Əslinə qalsa, muxtar respublikada tipik subalp çəmənləri deyil, subalp elementlərinin qarışığı
olan mezofil meşə çəmənləri mövcuddur. Yalnız Kükü kəndi və Biçənək meşələrinin şimal
qurtaracağında kiçik fraqmentlər şəklində baş Qafqaz dağlarında olduğu kimi ucaboylu, sıx, yaxşı
inkişaf etmiş subalp bitkiliyinə rast gəlmək mümkündür. Alp çəmənlikləri kifayət qədər rütubətli, 2900
metrdən yüksək sahələrdə narın torpaqlı, yamacların şimal, şimal-qərb və şimal-şərq ekspozisiyalarında
yayılmışdır. Alp çəmənlikləri talalar şəklində respublikamızın nisbətən rütubətli mərkəz hissəsində
inkişaf etdiyi halda, onun cənub və şimal hissələrində belə çəmənliklərə təsadüf edilmir. Alp
çəmənlikləri Salvartı, Ağdaban, Küküdağ, Keçəldağ, Ağdağ və Qapıcıq dağlarının yüksəkliklərində
- 58 -
daha yaxşı inkişaf etmişdir. Lakin burda da alp çəmənlikləri kiçik talalar şəklində olub, heç yerdə Baş
Qafqazda olduğu kimi kilometrlərlə uzanmır.
Yüksək dağlıq sahənin kəskin iqlim şəraiti, sutka daxilində temperaturun böyük amplituda fərqi,
soyuq küləklər, vegetasiya dövrünün qısalığı bu bitkilərə öz güclü təsirini göstərmiş və onlar bu şəraitə
davam gətirmək üçün bir qədər uyğunlaşmışlar. Bu bitkilərin boyu çox qısa olub yerə yayılmış və
kökləri vasitəsilə yerə bərk yapışmışdır.
Yuxarı alp zonasının daşlı yamaclarında yayılmış kirpiyarpaq yastıotu, saqqallı dəliçiçək, üçdişli
zəngçiçəyi və başqaları mühitə uyğunlaşaraq moxlu kiçik gövdələrdən, yarpaq və çətirlərdən möhkəm
yastıq forması əmələ gətirmişdir.
Çox vaxt alp otluğu (xüsusilə alp xalılarında) 2-3 sm-dən uca olmur. Bitkilərin kiçik gövdələri
üzərində gözəl çiçəklər açır. Bu bitkilərdən kökbaşcıqlı qanqal, gövdəsiz yastıqbaş, Pont acıçiçəyi,
üçdişli zəngçiçəyi və başqaları daha səciyyəvidir. Alp çəmənlikləri demək olar ki, çoxillik bitkilərdən
əmələ gəlmişdir (1, s. 81-83).
Tədqiqatlar zamanı ərazidən xeyli nümunə götürülərək təyin edilmiş və ədəbiyyat məlumatları
da
daxil
olmaqla
aşağıda
adları
qeyd
olunan
Campanulaceae
Juss. fəsiləsi növləri
müəyyənləşdirilmişdir:
Campanula latifolia L. Şahbuz rayonunun Batabat zonası (17.06.2012) (03.07.2013), Ordubad
rayonunun Məzrə (12.06.2013) kəndi; Campanula rapunculoides L. Culfa rayonunun Ərəfsə (3100m)
(27.06.2012), Şahbuz rayonunun Kükü (06.06.2012), Biçənək (1800m) (17.06.2012), Batabat massivi
(04.07.2012) (03.07.2013), Ordubad rayonunun Parağa, Pəzməri, Nürgüt kəndləri; Campanula
bononiensis L. Ordubad rayonunun Məzrə (13.06.2012) kəndi; Campanula sclerotricha Boiss. Ordubad
rayonunun Tivi kəndinin Sulu düz (2000 m) adlanan ərazisi, Nürgüt, Nəsirvaz kəndləri; Campanula
daralaghezica (Grossh.) Kolak & Serdjukova Şahbuz rayonunun Biçənək (1800m) (17.06.2012),
Ordubad rayonunun Nəsirvaz, Nüsnüs (2347m) (22.05.2013), Parağa, Qapıcıq və Soyuq dağ əraziləri;
Campanula zangezura Kolak. & Serdjukova Ordubad rayonunun Parağa, Qapıcıq, Soyuq dağ əraziləri;
Campanula bayerniana Rupr. Babək rayonunun Buzqov, Şahbuz rayonunun Kükü (06.06.2012),
Batabat massivi (04.07.2012), Keçəldağ (2700-3000m), Culfa rayonunun Xəzinədərə (14.05.2014)
adlanan ərazisi; Campanula coriacea P.H. Davis Şahbuz rayonunun Kükü (06.06.2012), Ordubad
rayonunun Soyuq dağ əraziləri; Campanula saxifraga Bieb. Culfa rayonunun Gəlin-qaya adlı ərazisi,
Ordubad rayonunun Qapıcıq dağı; Campanula tridentata Scherb. Şərur rayonunun Ağdaban, Culfa
rayonunun Ərəfsə kəndinin Xəzinədərə adlanan ərazisi (14.05.2014), Şahbuz rayonunun Salvartı dağı,
Ordubad rayonunun Nüsnüs (2476 m) (22.05.2013), Göy-göl, Pəzməri, Qapıcıq, Coşludağ əraziləri;
Campanula stevenii Bieb. Babək rayonunun Ağ dağ, Şahbuz rayonunun Dərəboğaz ərazisi
(06.06.2012), Batabatda göllərin ətrafı (04.07.2012), Keçəl dağ, Kükü (06.06.2012), Biçənək, Salvartı,
Culfa rayonunun Ərəfsə kəndinin Xəzinədərə adlanan ərazisi (20.06.2012), Ordubad rayonunun Nüsnüs,
Parağa, Tivi (3000 m) kəndləri; Asyenuma amplexicaule Hand.- Mazz. Şahbuz rayonunun Biçənək,
Ordubad rayonunun Parağa kəndi; Asyenuma campanuloides Bornm. Şahbuz rayonunun Biçənək kəndi;
Asyenuma pulchellum Bornm. Şahbuz rayonunun Biçənək kəndi; Culfa rayonunun Ərəfsə, Ordubad
rayonunun Nəsirvaz, Nüs-nüs, Parağa kəndləri; Asyenuma rigidum Grossh. Şahbuz rayonunun Biçənək
(17.06.2012) kəndləri yaxınlığından toplanılmışdır.
Şaquli
zonallıqlara
görə
Zəngçiçəyikimilər
fəsiləsinin
yayılma
qanunauyğunluğunun
öyrənilməsi yuxarıda qeyd olunduğu kimi alçaq dağlıq, orta dağlıq və yüsək dağlıq qurşaqları üzrə
aparılmışdır. Naxçıvan MR ərazisində fəsilə bitkilərinin rastgəlmə tezliyi, yüksəklik zonaları üzrə
paylanma qanunauyğunluğu, alçaq dağlıq, orta dağlıq və yüksək dağlıq qurşaqlarında yayılma dərəcələri
müəyyən edilmişdir. Tədqiqatlar zamanı yalnız bir qurşaqda rast gəlinən növlərin sayı alçaq dağlıq
qurşaqda 2 [Campanula massalskyi Fomin, M. Laevigata Vent.] və yüksək dağlıqda 2 [C. tridentata
Scherb., A. Amplexicaule (Willd.) Hand. – Mazz.] növ olmuşdur. Bundan başqa, alçaq dağlıq-orta dağlıq
üçün ümumi olan 3 [C. glomerata L., C. karakuschensis Grossh., C. propinqua Fisch. & C. A. Mey.],
orta dağlıq-yüksək dağlıq üçü
n 7 [C. latifolia L., C. bononiensis L., C. coriaceae P. H. Davis, C.
zangezura (Lipsky) Kolak. & Serdyuk., C. bayerniana Rupr., A. campanuloides (Bieb. ex Sims)
Bornm., A. rigidum (Willd.)], alçaq dağlıq-yüksək dağlıq üçün 1 [C. daralaghezica (Grossh.)
Kolak. & Serdjukova.] və hər üç qurşaq üçün isə 3 [C. rapunculoides L., C. stevenii Bieb., A.
pulchellum (Fisch. & C. A. Mey.)] növ müəyyən olunmuşdur.
Kataloq: files -> uploader -> elmieserlerelmieserler -> Elmi ƏSƏRLƏR, 2017, №3 (84) nakhchivan state university. Scientific works, 2017, №3 (84)elmieserler -> Elmi ƏSƏRLƏR, 2016, №5(79) nakhchivan state university. Scientific works, 2016, №5 (79)elmieserler -> Elmi ƏSƏRLƏR, 2017, №7 (88)elmieserler -> Naxçıvan Dövlət Universiteti. III naxçıvan Beynəlxalq arıçılıq konfransıelmieserler -> Elmi ƏSƏRLƏR, 2017, №6 (87) nakhchivan state university. Scientific works, 2017, №6 (87)elmieserler -> The series of the humanitarian
Dostları ilə paylaş: |