- 59 -
Növlərin rastgəlmə tezliyi də xeyli müxtəlifdir, ən çox rast gəlinən C. glomerata L., C.
rapunculoides L., C. stevenii Bieb., A. pulchellum (Fisch. & C. A. Mey.), M. laevigata Vent.
növləridir. Toplanılan herbari nümunələri Bioresurslar İnstitutunun herbari fonduna təhvil
verilmişdir.
ƏDƏBİYYAT
1.
Babayev S.Y. Naxçıvan Muxtar Respublikasının coğrafiyası. Bakı, Elm, 1999, s. 226
2.
Hacıyev S.Ə. Naxçıvan Muxtar Respublikası torpaqlarının eko-coğrafi şəraiti. Bakı, 2009, s.
107
3.
Talıbov T.H., İbrahimov Ə.Ş. Naxçıvan Muxtar Respublikası florasının taksonomik spektri.
Naxçıvan, Əcəmi, 2008, 349 s.
4.
Флора Азербайджана. Баку: Издв-во АН Азерб. ССР, 1961,т.8, 645с.
5.
Флора Армении. Ереван: Изд АН Арм. ССР, 1995, т.9, 674с.
6.
Флора Грузии. Тбилиси: Мецниереба, 2001,т.13, 283с.
7.
Флора СССР. Москва-Ленинград: Изд-во АН СССР, 1957, т. 24, 503 с. ( с. 222-325)
ABSTRACT
Afruz Nasirova
The spread appropriately on vertical zones the plants of the family Campanulaceae juss. -
bellflowers, spread in Nakhchivan Autonomous Republic
We have been identified prevalence frequency, distribution appropriately on altitude zones,
prevalence rates in low mountainous, middle-mountainous and high mountainous zones of Bellflower
spread in Nakhchivan Autonomous Republic. During the research it was determined that, the quantity of
species found in only one zone has been in low mountainous zone 2 [Campanula massalskyi Fomin, M.
Laevigata Vent.] and in high mountainous zone 2 [C. tridentata Scherb., A. Amplexicaule (Willd.)
Hand. – Mazz.]. İn addition, have been identified 3 common species [C. glomerata L., C.
karakuschensis Grossh., C. propinqua Fisch. & C. A. Mey.] to the low mountainous - middle
mountainous, 7 common species [C. latifolia L., C. bononiensis L., C. coriaceae P. H. Davis, C.
zangezura (Lipsky) Kolak. & Serdyuk., C. bayerniana Rupr., A. campanuloides (Bieb. ex Sims)
Boenm., A. rigidum (Willd.)] to the middle mountainous – high mountainous, 1 common species [C.
daralaghezica (Grossh.) Kolak. & Serdjukova.] to the low mountainous – high mountainous and 3
common species [C. rapunculoides L., C. stevenii Bieb., A. pulchellum (Fisch. & C. A. Mey.)] for the
three zones.
РЕЗЮМЕ
Афруз Насирова
Закономерности распространения растений, входящих в состав семейства Campanulaceae
juss. – колокольчиковые во флоре Нахчыванской Автономной Республики
Установлено частота встречаемости, закономерности распространених Campanulaceae
Juss.- в территории Нахчыванской Автономной Республики по высотным зонам, степень их
расселения по нижнегорному, среднегорному и высокогорному поясам. В ходе исследований
число встречаемых только в одном поясе видов в нижнегорном поясе составило 2 [Campanula
massalskyi Fomin, M. Laevigata Vent.] и в высокогорном 2 [C. tridentata Scherb., A. Amplexicaule
(Willd.) Hand. – Mazz.]. Кроме этого, установлено, что 3 [C. glomerata L., C. karakuschensis
Grossh., C. propinqua Fisch. & C. A. Mey.] вида являются общими для нижнегорного –
среднегорного, 7 [C. latifolia L., C. bononiensis L., C. coriaceae P. H. Davis, C. zangezura (Lipsky)
Kolak. & Serdyuk., C. bayerniana Rupr., A. campanuloides (Bieb. ex Sims) Boenm., A. rigidum (Willd.)]
видов для среднегорного – высокогорного и 1 [C. daralaghezica (Grossh.) Kolak. & Serdjukova.]
вид для нижнегорного – высокогорного поясах. 3 [C. rapunculoides L., C. stevenii Bieb., A.
pul
chellum (Fisch. & C. A. Mey.)] вида Колокольчиковых встречены во всех 3 поясах.
NDU-nun Elmi Şurasının 28 aprel 2015-ci il tarixli qərarı ilə çapa tövsiyə
olunmuşdur (protokol № 09)
Məqaləni çapa təqdim etdi: Biologiya üzrə fəlsəfə doktoru, dosent
Ə.İbrahimov
- 60 -
НАХЧЫВАН ДЮВЛЯТ УНИВЕРСИТ ЕТ И. ЕЛМИ ЯСЯРЛЯР, 2015, № 3 (68)
NAKHCHIVAN ST AT E UNIVERSIT Y
.
С ЖЫЕНТЫФЫЖ WО РКС , 2015, № 3 (68)
НАХЧЫВАНСКИЙ ГОСУДАРСТ ВЕННЫЙ УНИВЕРСИТ ЕТ . НАУЧНЫЕ ТРУДЫ, 2015, № 3 (68)
ELŞAD ƏHMƏDOV
MAHİRƏ MƏMMƏDOVA
Azərbaycan Milli Elmlər Akademiyası Zoologiya institutu
parazitolog@mail.ru
UOT 576.893.192.1
BAYKOKSUN EİMERİA TENELLA (Apicomplexa, Coccidia, Eimeriidae)
OOSİSTALARINA İN VİTRO TƏSİRİ
Açar sözlər: cücələr, parazit, eymerioz, invaziya, baykoks, oosista, sporlaşma.
Key words: chickens, parasite, eimeriosis, invasion, oocytes, sporulation, baycox.
Ключевые слова: цыплят, паразит, эймериоз, инвазия, байкокс, ооциста, споруляция.
Hüceyrə daxili parazit ibtidailər olan eymeriyalar tərəfindən törədilən eymerioz heyvanlar və
quşlar arasında ən geniş yayılan xəstəlik olub, onun törədicisinə bütün iqlim şəraitinə malik
ərazilərdə təsadüf edilir. Xəstəlik quşlar arasında kütləvi ölüm hallarının meydana çıxmasına səbəb
olmaqla yanaşı, onların inkişafına da mənfi təsirini göstərməklə böyük iqtisadi itkilərə səbəb olur
[15, 16].
Eymeriozun profilaktikasında ətraf mühitə düşmüş oosistaların məhv edilməsi əsas
problemlərdən biridir. Bu məqsədlə müxtəlif kimyəvi maddələrdən istifadə etmək lazım gəlir. Lakin
oosistaların qılafının demək olar ki, tam keçilməzliyi bu maddələrin oosistalara daxil olub onları
məhv edə bilməsinə imkan vermir, ona görə də yüksək keçirici xassəyə malik və oosistaları məhv
edə bilən maddələrin axtarılması istiqamətində tədqiqatlar davam edir.
Oosistaların qılafı əsasən iki qatlıdır, xarici qat lipidlərdən, daxili qat isə əsasən
qlikoproteidlərdən təşkil olunub, müxtəlif kimyəvi maddələrin oosistaya daxil olmasına qarşı sədd
rolunu oynayır [8]. Aşındırıcı, dağıdıcı və yandırıcı xassəli bir çox kimyəvi maddələr oosistaların
məhv olmasına səbəb olur. Oosistalar əvvəlcə deformasiya olunur, plazmolizə uğrayır, onların qılafı
partlayır və məhv olurlar. Plazmoliz oosistaların quruması və bir çox kimyəvi maddələrdə
saxladıqda baş verir.
Prinsip etibarilə bütün kimyəvi maddələrdən koksidilərin oosistalarının ətraf mühitdə məhv
etmək üçün istifadə etmək mümkündür, lakin nəzərə almaq lazımdır ki, bu maddələr yüksək
qatılıqda təsir göstərir, onların əksəriyyəti kəskin iyə, bəziləri isə yüksək toksiki təsirə malikdir.
Heyvanların və quşların saxlanıldıqları yerlərdə heyvanları və insanları zəhərləyə və ətraf mühiti
çirkləndirə bilər. Bu səbəbdən də göstərilən maddələrin dezinfeksiyaedici təsirə malik olmasına
baxmayaraq onlardan təsərrüfatlarda geniş istifadə olunmur [9]. Bir çox dezinvaziya vasitələrinin
istehsalı baha başa gəldiyindən eymeriyaların oosistalarını məhv etmək üçün ucuz, ətraf mühiti
çirkləndirməyən preparatların axtarılması aktual bir problem olaraq qalır. Eymerioza qarşı effektli
mübarizə profilaktika tədbirlərinin həyata keçirilməsi üçün parazitin oosistalarına xarici mühit
faktorlarının, o cümlədən profilaktika məqsədilə istifadə edilən kimyəvi maddələrin təsir
mexanizmini dəqiq bildikdə mümkündür.
Tədqiqatlarda məqsəd baykoksun müxtəlif qatılıqlı məhlullarının E.tenella oosistalarına in
vitro təsirini müqayisəli şəkildə müəyyənləşdirməkdir.
MATERİAL VƏ METODİKA
Lazım olam miqdarda oosistalar almaq üçün 10 günlük steril cücələr Eimeria tenella –nın
(Railliet et Lucet, 1891), 5000 sporlaşmış oosistaları ilə oral yola yoluxdurulmuş və patent dövrün
ilk 3 günü toplanmışdır. Oosistaların ayılmasında flotasiya metodundan istifadə edilmişdir [3].
Tərkibində sporlaşmamış oosistalar olan zılın üzərinə 1:10 nisbətində su əlavə edildikdən sonra
qarışdırılaraq bir qat tənzifdən süzülmüşdür. Filtirat 2000 dövr/dəqiqə sürətlə 2 dəqiqə müddətində
Dostları ilə paylaş: |