TəBİƏt elmləRİ VƏ Tİbb seriyasi series of natural sciences and mediCİNE



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə30/86
tarix10.11.2017
ölçüsü5,01 Kb.
#9622
1   ...   26   27   28   29   30   31   32   33   ...   86

- 61 - 
sentrifuqa  (BioSan  3000)  edilmişdir.  Çöküntün  üzərinə  doymuş  duz  məhlulu  əlavə  edilərək  şüşə 
çubuqla  qarışdırdıqdan  sonra  yenidən  2000  dövr/dəqiqə  sürətlə  2  dəqiqə  müddətində  sentrifuqa 
edilmişdir.  Məhlulun  üzərinə  toplanan  oosistalar  metal  ilgək  vasitəsilə  1  litrlik  şüşə  stəkana 
toplanaraq  üzərinə  1:10  nisbətində  su  əlavə  edilərək  1  sutka  saxlanılmışdır.  Sonra  maye  ehtiyatla 
süzülmüş,  stəkanın  dibinə  toplanmış  oosistalar  digər  stəkana  keçirilmişdir.  Tədqiqatlarda  bu  üsulla 
alınmış  oosistalardan  istifadə  edilmişdir.   
Preparatın  oosistalara  in  vitro  təsirini  öyrənmək  üçün  cücələrin  zılından  ayrılmış  və 
təmizlənmış,  sporlaşmamış  oosistalar  dörd  hissəyə  ayrılmış,  birinci  hissə  kaliun  bixromatın  2%-li 
məhlulunda  (kontrol),  ikinci,  üçüncü  və  dördüncü  hissələrin  üzərinə  2,5%-li  baykoksun  (Bayer, 
Almaniya)  müvafiq  olaraq  1  ml/l,  2ml/l  və  3ml/l  dozada  məhlulları  əlavə  edilmişdir.  Bu  məqsədlə 
E.tenella  oosistaları  olan  suspenziyasından  1  ml  götürərək  baykoksun  yuxarıda  göstərilən  dozada 
hazırlanan  məhlullarının  10  ml–nin  üzərinə  əlavə  edilmişdir.  Kalium  bixromat  məhlulu  standart 
kimi  götürülmüşdür.   
Oosistaların  sporlaşması  üçün  kolbalar  29
0
S  temperaturda  termostata  yerləşdirilmişdir. 
Kolbalar  yaxşı  aerasiya  üçün    vaxtaşırı  çalxalandırılmışdır.  12,  24,  36,  48,  60  və  72  saatdan  bir 
dərəcələnmiş  pipetka  ilə  oosistaların  suspenziyasından  0,01  ml  götürərək  əşya  şüşəsi  üzərinə 
qoyulub  mikroskop  (Axio  Sckope  A1)  altında  ilk  təsadüf  edilən  100  oosista  sayılmışdır.  Statistik 
dürüst  nəticələr  almaq  üçün  bu  əməliyyat  10  dəfə  təkrar  edildikdən  sonra  orta  ədədi  qiymət 
hesablanmışdır. 
 
Nəticələr və onlarin  müzakirəsi 
Koksidioza  qarşı  aparılan  mübarizənin  çətinliyi,  xəstəliyin  törədicisinin  bioloji  xüsusiyyətləri  - 
hər  bir  növün  kimyəvi  preparatlara  qarşı  müxtəlif  həssaslığından,  bir  növlə  yoluxma  zamanı  digər 
növə  qarşı  immunitetinin  yaranmaması,  yüksək  reproduktivliyə  malik  olması,  müxtəlif  fiziki  və 
kimyəvi  faktorların  təsirinə  qarşı    dözümlü  olması  ilə  əlaqədardır  [7,  1,  17,  10,  14].  Reidin 
məlumatlarına  görə  1000-dən  artıq  kimyəvi  maddənin  yüksək  koksidiostatik  təsirə  malik  olması 
məlumdur.  Hər ildə  də istehsala  bir  koksidiostatik  təsirə  malik  preparat təklif  olunur.   
E.tenella  oosistaları  mühit  faktorlarının  təsirinə  qarşı  olduqca  davamlı  olub,  xarici  mühitdə 
şəraitdən  asılı  olaraq  həyati  invazion  qabiliyyətini  aylarla  saxlayır  [6,  2,  5,  4].  Oosistaların  15%-li 
NaCL  məhlulunda  10  gün  müddətində  deformasiyaya  –  plazmolizə  məruz  qalmasına  baxmayaraq 
suya  keçirildikdə  normal  formaya  qayıdaraq  invazion  xassələrini  saxlayır  [11]. 
Quşların  zılı  ilə  xaric  olunan  oosistalar  ancaq  sporlaşdıqdan  sonra  yoluxdurmaq  xüsusiyyətinə 
malik  olurlar.  Optimal  şəraitdə  oosistaların  sporlaşması  28-29
0
S  temperaturda  28  saatdan  48  saata 
kimi  davam  edir  [6].  
Baykoksun  müxtəlif  qatılıqlı  məhlullarının  E.tenella  oosistalarına  12-72  saat  müddətində  in 
vitro təsirinin  öyrənilməsi  nəticəsində  əldə  edilən  məlumatlar  cədvəldə  verilir.   
Apardığımız  tədqiqatın  nəticələrinə  görə  29
0
S  temperaturda  72  saat  inkubasiya  müddətində 
baykoksun  3ml/l  dozada  məhlulunda  oosistaların  72,  2  ml/l  dozada  80,  1ml/l  dozada  isə  86%-i 
sporlaşır.  2%-li  K
2
Cr
2
O
7
  məhlulunda  isə  qeyd  edilən  müddətdə  oosistaların  87%-i  sporlaşır.  Bu 
məlumatlar  E.M.Xeysinın  [6]    məlumatları  ilə  oxşardır.    O  göstərir  ki,  K
2
Cr
2
O
7
–ın  2%-li 
məhlulunda  eymeriya  oosistalarının  59-90%-i  normal  sporlaşır,  qalan  hissəsi  məhv  olur.  Onun  2%-
li  məhlulu  eymeriyaların  sporlaşması  üçün  ən  əlverişli  mühit  hesab  olunur  [12,  13].  Kalium 
bixromatın  2%-li  məhlulları  oosistalar  olan  mühitdə  mikroorqanizmləri  məhv  edir  və  mühitdə 
zərərli  maddələrin  əmələ  gəlməsinin,  oksigen  çatışmazlığının  qarşısını  alır.  Beləliklə  də  kalium 
bixromatın  mikroorqanizmlərin  inkişafı  dayanır,  oosistalar  isə inkişaf  edərək sporlaşırlar  (şəkil). 
Göründüyü  kimi,  baykoksun  1ml/l  dozada  məhlulunda  oosistaların  sporlaşması  demək  olar  ki, 
K
2
Cr
2
O
7
 məhlulunda  olduğu  kimidir.   
 


- 62 - 



Şəkil. Oosistaların  sporlaşma  mərhələləri  (x1000) 
A- sporlaşmamış,  B-sporlaşan,  C-sporlaşmış   
 
Cədvəl  
Baykoksun E.tenella oosistalarına in vitro  təsiri 
 
İnkubasiya 
müddəti, 
saatla 
Baykoks 
K
2
Cr
2
O

məhlulu 
1ml/l 
2ml/l 
3ml/l 
12 




24 




36 
29 
26 
15 
26 
48 
45 
51 
32 
40 
60 
80 
78 
67 
83 
72 
86 
80 
72 
87 
 
Baykoksun  E.tenella  oosistalarına  in  vitro  təsirinin  müqayisəli  şəkildə  öyrənilməsi  göstərir  ki, 
preparatın  bütün  istifadə  edilən  qatılıqlı  məhlullarında  oosistaların  sporlaşması  gedir.  Məhlulun 
qatılığı  artdıqca  onda  oosistaların  sporlaşması  zəifləyir.  Baykoksun  yüksək  qatılıqlı  məhlulunda 
deformasiyaya 
uğrayan  oosistaların  sayı  da  yüksək  olmuşdur.  Göstərmək  lazımdır  ki, 
deformasiyaya  əsasən  sporlaşmış  oosistalar  uğrayır.  Bu  morfoloji  dəyişkənliklər  mikroskop  altında 
baxdıqda  aydın  nəzərə  çarpır. 
Beləliklə  alınan  nəticələrin  müqayisəli  təhlili  göstərir  ki,  2,5%-li  baykoksun  1ml/l,  2ml/l  və 
3ml/l  məhlulları  Eimeria  tenella  oosistaların  sporlaşma  prosesinə  bizim  əvvəlcədən  nəzərdə 
tutduğumuz  kimi  əks  təsir  göstərmir.  Bu  preparatın  oosistalara  in  vitro  təsirini  öyrənməkdə 
məqsədimiz  onun  oosistaları  ətraf  mühitdə  məhv  etməyə  qabil  olmasını  müəyyənləşdirmək 
olmuşdur.  Lakin,  təcrübələrin  nəticələri  bizim  gözlədiyimizin  əksini  verdi.  Bu  preparat,  hətta 
yüksək  qatılıqlarda 
oosistaların  inkişafını  dayandırmaq  əvəzinə,  sporlaşmasına  əlverişli  şərait yaratdı. 
Nəticə 
 2,5%-li  baykoksun  1ml/L,  2ml/L  və  3  ml/L  dozada  Eimeria  tenella  oosistalarının  normal 
sporlaşma  prosesinə  təsir etmədiyi  müəyyən  edilmişdir. 
 
ƏDƏBİYYAT 
1.Əhmədov  E.İ.  Ev  toyuqlarının  eymeriozu  (Eimeria  tenella)  və  müalicəsində  bəzi  parazitoloji  və 
zülal  mübadiləsi  göstəricilərinin  öyrənilməsi.  Biol.  elm. nam..... diss. avtoreferatı.  Bakı  2000,  29s. 
2.Musayev  M.Ə.,  Hacıyev  A.T.,  Yolçiyev  Y.Y.  və  b.  Azərbaycanda  ev  quşlarının  parazitləri  və 
onlara  qarşı  mübarizənin  elmi  əsasları.  Bakı,  Elm  1991,  160  s. 
3.Арнастаускене  Т.В.  Кокцидии  и  кокцидиозы  домашних  и  диких  животных  Литвы. 
Вильнюс,  Мокслас,  1985,  176  с. 21-25 
4.Усарова  Э.И.,  Даудова  Р.Д.  Влияние  природно-климатических  условий  Дагестана  на 
споруляцию  ооцист  кокцидий  рода  Eimeria  //  Известия  ДГПУ,  Естественные  и  точные  науки. 
2012,  № 3(20),  c. 46-49. 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   26   27   28   29   30   31   32   33   ...   86




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə