TəBİƏt elmləRİ VƏ Tİbb seriyasi series of natural sciences and mediCİNE



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə34/86
tarix10.11.2017
ölçüsü5,01 Kb.
#9622
1   ...   30   31   32   33   34   35   36   37   ...   86

- 69 - 
düzənlik,  dağlıq,  qayalıq  və  qumlu  sahələrində  yayılmışlar.  Muxtar  respublikada  bu  fəsilənin  2 
cinsinə  daxil  olan  4 növü   yayılmışdır   [1,s.213; 2, s. 401]. 
Bu  fəsiləyə  daxil  olan  Capparis  herbacea  L.  növü  xalq  arasında  çöl  kəvəri,  çöl  qarpızı  bəzən 
də  yalama  adı  ilə  adlandırılır.  Bitkinin  gövdəsi  2  m-ə  qədər  uzanmaqla,  sürünəndir.Yalançı  zoğu  və 
yarpaqaltlığı  sarımtıl  tikanlıdır.  Yarpaqları  yumurtaşəkilli-dairəvi  və  ya  ellipsvaridir.  Qısa  saplaqlı 
və  seyrək  tükcüklü  olub,  sivri  ucludur.  Kasa  yarpaqları  iri,  18-30  mm  uzunluğunda  olmaqla, 
yumurtavarıdır.  Çiçəkləri  iri,  tək-tək  yerləşmişdir.  Ləçəkləri  3-6  sm,  ağ  və  ya  solğun-çəhrayı 
rəngdədir.  Meyvəsi  yumurtaşəkilli,  uzunsov  olub,  uzunluğu  20-45  mm-dir.  Giləmeyvəli  yarımkol 
bitkidir.  Yetişmiş  meyvələri  qırmızı  lətli,  toxumları  yumru,  qəhvəyi  rəngli  olub,  acı  dadlıdır.  Bitki 
mart-iyul  aylarında  çiçəkləyir,  iyun-avqust  aylarında  isə  meyvələri  yetişir.  Əkin  üçün  yararsız 
torpaqların  yararlı  torpaqlara  çevrilməsində  bu  bitki  mühüm  əhəmiyyətə  malikdir.  Tez  adaptasiya 
xassəsi  olduğundan  erroziya  və  yanğın  təhlükəsi  olan  ərazilərdə  əkilməsi  məqsədəuyğundur  [3, 
s.120-125]. 
Araşdırmalar  nəticəsində  aydın  olmuşdur  ki,  bu  növ  zəngin  fitokimyəvi  tərkibə  malikdir. 
Ədəbiyyat  məlumatlarına  əsasən  demək  olar  ki,  bitki  fenollu  birləşmələr  və  flavonoidlərlə  olduqca 
zəngindir    [5,  s.40-45].  Fenollu  birləşmələr  hidrogen  və  elektron  vermələrinə  görə  antioksidant 
molekullar  olaraq  fəaliyyət  göstərirlər.  Bu  maddələr  təbii  antioksidantların  əsas  qruplarını  təşkil 
edirlər.  Antioksidantlar  bitkilərin  bütün  hissələrində  rast  gəlinən  polifenollu  birləşmələrdir.  Fenollu 
birləşmələr  bitkilər  aləmində  ən  geniş  yayılan  maddələr  qrupunu  təşkil  edirlər.  Hazırda  8000-dən 
çox  fenollu  birləşmələr  məlumdur.  Bu  birləşmələr  güclü  antioksidant  xassələrə  malik  olduğundan 
orqanizmdə  yaranan  sərbəst  radikalları  neytrallaşdıraraq  bir  çox  xəstəlikləri  və  tez  yaşlanmanın 
qarşısını  alır.  Ən  geniş  yayılmış  fenollu  antioksidantlar  flavonoidlər,  kumarinlər,  tokoferollar  və 
fenol  turşularıdır.  Kosmetik  vasitələrin  alınmasında,  boyaq  və  kağız  istehsalında  xüsusən,  qida 
sənayesində  bu  birləşmələr  mühüm  əhəmiyyətə  malikdirlər  [4,  s.  3-5].  Flavonoidlər  bitkilər 
tərəfindən  sintez  edilən  fenollu  birləşmələrin  bir  sinfini  təşkil  edirlər.  Onlar  meyvə  və  tərəvəzlərin 
özünə  xas  dad  və  rəngini  verən  maddələrdir.  Təbii  olaraq  bitkilərin  gövdə,  yarpaq,  kök  və  xüsusilə 
də  çiçəklərində  olurlar.  Flavonoidlər  yaşıl  bitkilərin  çoxunda  olduğundan  bitki  ekstraktları  alınan 
zaman  tez-tez  onlara  rast  gəlinir. 
Capparis  herbacea  L.  növü  bir  sıra  müalicəvi  xüsusiyytlərə  malikdir.  Belə  ki,  bitkinin  çiçək, 
tumurcuq  və  meyvələri  müxtəlif  məqsədlərlə  -  saçlara  qulluq  edilməsində,  yaraların 
sağaldılmasında,  dalaq  və  qaraciyər  xəstəliklərinin  müalicəsində  istifadə  olunurlar.  Xalq 
təbabətində  kəvərin  təzə  dərilmiş  meyvələrindən  endemik  ur  xəstəliyində,  dizenteriyada  və 
qaraciyər  iltihabı  (hepatit)  zamanı,  yarpaqlarından  yanıqların,  şişlərin  müalicəsində  istifadə  edilir 
[6,  s.  197].  İştahartırıcı,  sidikqovucu  və  qəbizliyin  aradan  qaldırılması  kimi  xassələrə  malikdir. 
Buna  görə  də  bu  bitkidən  tibbdə  və  sənayenin  müxtəlif  sahələrində  geniş  şəkildə  istifadə  olunur. 
Otvari  kəvərin  çiçək  tumurcuqları  vitamin  və  minerallarla  zəngin  olduğundan  boyaq  maddəsi 
alınmasında,  dərman,  kosmetika  və  qida  sənayesində  tətbiq  edilir.  Revmatizm  ağrılarının  qarşısının 
alınmasına  kömək  edir,  dalağın  müalicəsi  və  qaraciyərin  mübadilə  funksiyasının  tənzimlənməsində, 
xərçəng  xəstəliyinin  inkişafının  qarşısını  alan  ekstraktların  hazırlanmasında  istifadə  olunan  bitkilər 
sırasındadır.  Belə  ki,  kəvərin  duza  və  ya  sirkəyə  qoyulmuş  qönçələri  qida  kimi  yeyilir,  kök  və 
budaqlarından  isə dərman  və kosmetik  vasitələr  alınmasında  istifadə  olunur  [7, s.74-75]. 
                                                      Təcrübi hissə 
17  sentyabr  2014-cü  il  tarixdə  Şahbuz  rayonuna  gedilən  ekspedisiya  zamanı  “Rüstəm 
meşəsi”  ətrafı  ərazilərindən  Capparis  herbacea  L.  bitkisinin  tam  yetişmiş  meyvələri  toplanılaraq 
laboratoriyaya  gətirildi.  Meyvələrin  lətli  hissəsi  toxumlardan  ayrılaraq,  otaq  temperaturunda, 
kölgədə  quruduldu  və  istifadə  edilənə  qədər  kağız  kisələrdə  saxlanıldı.  Meyvələr  üyüdüldü  və  bitki 
nümunəsindən  5  q  götürülərək  lipofil  xassəli  maddələri  və  xlorofilləri  ayırmaq  məqsədilə  əvvəlcə 
50  ml  heksanla  2  dəfə,  25˚C-də,  2  saat  müddətində  ekstraksiya  edildi.  Sonra  nümunələrin  qalığı 
qurudularaq,  etanolla  və  distillə  suyu  ilə  ekstraksiya  edildi.  Ekstraktın  tərkibindəki  maddələrin 
müəyyən  olunması  kimyəvi  və  fiziki-kimyəvi  metodlar  vasitəsilə  yerinə  yetirildi.  Ekstraktlardan 
fərdi  maddələrin  ayrılması  və  onların  saflaşdırılması  incə  təbəqə  xromotoqrafiya  və  UB-
spektrofotometrik  metodlar  vasitəsilə  yerinə  yetirildi.  İncə  təbəqə  xromotoqrafiya  Silufol  UV
254 


- 70 - 
lövhələrdə,  UB-spektroskopiyası  isə  200-700  nm  dalğa  uzunluğunda  Hitachi  UV-2900  UV-VIS 
spektrofotometr  cihazında  aparıldı. 
 
 
             Şəkil 1Capparis herbacea L. bitkisinin  meyvələrindən  alınan  heksan  ekstraktının  spektri                                
Nəticələr  və müzakirə 
Capparis  herbacea  L.  növünün  meyvələrinin  etanol  ekstraktının  UB  spektrlərinin  analizi 
nəticəsində  656-664  nm  dalğa  uzunluğunda  piklərin  alınması  ekstraktın  tərkibində  xlorofillərin 
olmasını,  432-466  nm  dalğa  uzunluğu  isə  karotinoidlərin  varlığını  göstərir.  Etanol  ekstraktında 
flavonoidlərin  vəsfi  təyini  bu  birləşmələr  üçün  xarakterik  olan  2  reaksiya:  dəmir  (III)  xlorid  və 
sianidin  testi  vasitəsilə  aparılmışdır.  Flavonoidlərin  dəmir  (III)  xloridlə  qarşılıqlı  təsirindən 
flovonollar  yaşıl  rəngli,  flovononlar  isə  qəhvəyi  rəngli  komplekslər  əmələ  gətirirlər.  Müvafiq 
rənglərin  alınması  ekstraktın  tərkibindəki  flavonoidlərin  olduğunu  təsdiq  edir. 
 Cədvəl 
Təzə  yığılmış  Capparis herbacea L. 
meyvələri 
Qurudulmuş  Capparis herbacea L. 
meyvələri 
 
Nəm təyini 
1 ədəd meyvənin 
lətli  hissəsinin 
çəkisi 
Toxumların 
çəkisi 
Meyvənin  lətli 
hissəsinin  çəkisi 
Toxumlarınçəkisi 
3.99 q 
7.14 q 
0.75q 
3.04q 
66 % 
 
 
 
 
 
 
 
Şəkil  2. Capparis herbacea L. növünün  meyvələrindən  alınan  etanol  ekstraktının  spektri 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   30   31   32   33   34   35   36   37   ...   86




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə