- 72 -
НАХЧЫВАН ДЮВЛЯТ УНИВЕРСИТ ЕТ И.
ЕЛМИ ЯСЯРЛЯР, 2015, № 3 (68)
NAKHCHIVAN ST AT E UNIVERSIT Y
.
С ЖЫЕНТЫФЫЖ WО РКС , 2015, № 3 (68)
НАХЧЫВАНСКИЙ ГОСУДАРСТ ВЕННЫЙ УНИВЕРСИТ ЕТ .
НАУЧНЫЕ ТРУДЫ, 2015, № 3 (68)
ZÜLFİYYƏ SALAYEVA
AMEA Naxçıvan Bölməsi
E-mail: Zulfiyyə Salayeva@rambler.ru
UOT: 57.8
LİLİALES SIRASINA DAXİL OLAN BİTKİLƏRİN TƏDQİQİ VƏZİYYƏTİ
Məqalədə, Lilialis sırasına daxil olan bitkilərinin öyrənilmə tarixndən bəhs edilmişdir. Qeyd
edilmişdir ki, bu sıraya daxil olan bitkilər geofit bitkilərdir. Azərbaycan və Dünya alimlərinin
tədqiqat işlərində Liliales sırasına daxil olan bitkilərin sistematikası, introduksiyası, yayılması,
morfoloji quruluşu, faydalı xüsusiyyətləri və qorunması haqqında geniş məlumatlar verilmişdir.
Lilialis sırasına daxil olan növlərin əksəriyyətinin bəzək, dərman, yabanı tərəvəz, yem və boyaq,
bitkiləri olduğu göstərilmişdir.
Açar sözlər: geofit,
bəzək bitkiləri, faydalı,
fəsilə, cins, növ, mühafizə, flora, sistematik
təhlil.
Key words:
Geofit, ornamental plants, useful, family, genus, species, protection, flora,
systematic analysis.
Ключевые слова: геофит, декоративных растений, полезный, семейство, род, вид,
охрана, флора, систематический анализ.
Naxçıvan Muxtar Respublika florası klassiklər və görkəmli alimlər tərəfindən zaman-zaman
öyrənilmiş və dəyərli elmi əsərlər nəşr edilmişdir.
Liliales sırasına Zambaqkimilər fəsiləsi
(
Liliaceae Juss.) daxildir.
Lilialis sırasına daxil olan bitkilərinin sistematikasının əsasını Marşall-
Biberşteyn qoymaqla indiyə qədər öyrənilməsi davam etdirilir (38, s.128-133). Zambaqkimilər
fəsiləsinin öyrənilməsi sahəsində L.P. Boçanseyevanın gördüyü elmi-tədqiqat işlərini xüsusi ilə
qeyd etmək olar. Müəllif, Qafqazda yayılmış tülpan növlərindən hibridləşmə və seleksiya yolu ilə
müxtəlif rəngli 80-ə yaxın yeni sort almışdır, həmçinin regionda yayılmış bu növlərinin
toxumlarının cücərmə biologiyası, introduksiyası, morfologiyası üzrə elmi-tədqiqat işəlri aparmışdır
(12, s.75-133). A.A. Axverdov, N.V. Mirzəyeva Zambaqkimilər fəsiləsi bitkilərinin bioekoloji
xüsusiyyətlərini çiçəkləmə müddətini, toxumlarla və vegetativ üsullarla çoxaldılma yollarını
öyrənmiş, perspektiv növlərin yaşıllaşdırmada istifadə olunmasını göstərmişdir (11, s. 37-45). B.D.
Serdyukov da Zambaqkimilər fəsiləsilərinə aid olan dekorativ növlərin təbii şəraitdə yayılma
arealını, hansı bitkilər əhatəsində bitdiyini müəyyən etməklə yanaşı, həyat formalarını, toxum əmələ
gətirməsini, boy və inkişafını, kultura şəraitində bu bitkilərin çiçəkləməsini, aqrotexniki qaydada
becərilməsi yollarını öyrənmiş və yaşıllaşdırma təsərrüfatına təkliflər etmişdir (34, s. 85-93).
Son illərdə Türkiyə florasından
Liliaceae Juss. fəsiləsinə aid elm üçün bir-neçə yeni növlər
verilmişdir, onlardan
Tulipa L. cinsinə aid
T .gumusanica,
Lilium cinsinə aid
L. pamphylicum və s.
göstərmək olar. Elm üçün yeni növ hesab edilən
T. gumusanica haqqında məlumat verilmiş və
regiondan zanbaqkimilərə aid bir-neçə yeni növün olduğu da müəyyən edilmişdir (43, s. 221-226;
47, s.149-151). Cinsin digər
Tulipa biebersteiniana Schult. et. Schult. fil. növü isə Moskva
vilayətinin cənubunda Oka çayının vadisində və Moldovanın şimal-şərqində Alatır çayının ətrafında
yayılmışdır. Həmçinin bu növə Tatarıstanda da rast gəlinir və yeni yayılma arealı da müəyyən
edilmişdir. B.Winterhdlerə görə Qərbi-Tyan-şan üçün
Tulipa neustruevae Zur. növü nadir və
endemik hesab olunur. Həmçinin alim tərəfindən bu növün digər növlərlə qohumluq əlaqəsi də
filogenetik əsaslarla öyrənilmişdir. Daşkənd ətrafında isə tülpanın 10 yabanı növünə rast gəlinir
( 12, s. 300-329). Çeboksar botanika bağında (Çuvaş Respublikası)
Tulipa cinsinə aid 35 -dən çox
növ introduksiya edilərək fenoloji müşahidələr aparılmış, monitorinq keçirilərək onların böyümə