TəBİƏt elmləRİ VƏ Tİbb seriyasi series of natural sciences and mediCİNE



Yüklə 5,01 Kb.

səhifə37/86
tarix10.11.2017
ölçüsü5,01 Kb.
1   ...   33   34   35   36   37   38   39   40   ...   86

- 75 - 
zamanda  3  hibrid  formanın  və  Lilium  davidii  var,  unicolor  LxL  formolongi  Hort,  L.  formosanum  x 
L.  longiflorum  tozcuğun  əsas  əlamətəlri  və  morfoloji  göstəriciləri  təsvir  oulnmuşdur.  Müəyyən 
olunmuşdur  ki,  Lilium  sortlarında  tozcuq  dənələri  adətən  ellipsvari  və  distal  formada  olurlar  və 
morfoloji  əlamətlərinə  görə oxşardırlar  (48, s. 66-68; 49, s. 22-25). 
Liliales  sırasına  daxil  olan  növlər  dekorativ  bəzək  bitkiləri  kimi  daima  introduktorlar 
tərəfindən  diqqət  mərkəzində  olmuşdur.  Dünyanın  hər  yerində  olduğu  kimi  Azərbaycanda  da 
Liliales  sirasına  daxil  olan  növlərin
 
becərilməsi  ilə  də  zaman-zaman  məşğul  olunmuşlar.  Qeyd 
etmək  lazımdır  ki,    1918-ci  ilə  qədər  bu  bitkilərin  becərilməsi,  fərdi  xüsusiyyət  daşımış  və  ayrı-ayrı 
çiçək  həvəskarları  bu  işlə  məşğul  olmuşdurlar.  Tacirlər,    varlı  təbəqədən  olanlar,  Yaxın  Şərqdən  və 
Avropadan  nərgiz,  dağlaləsi,  qərənfil,  süsən  və  başqa  bəzək  bitkilərini  gətirib,  öz  bağlarını  və 
bağçalarını  bəzəyirdilər.  Azərbaycanda  ilk  dəfə,  1890-cı  ildə  çiçəkbecərilmə  işi  ilə  Rza  bəy 
Səlimxanov  məşğul  olmuşdur.  O,  Peterburqdan  1989-cu  ildə  geofit  bitkilərin  bir  çoxunun  əkin  və 
səpin  materialları  gətirərək  özünün  həyətyanı  sahəsində  becərmişdir.  1913-cü  ildə  o,  Almaniya, 
Belçika,  Fransadan  bir  çox  bəzək,  qida  əhəmiyyətli  bitkilərin  əkin  materialları  gətirmişdir  (13,  s. 
26-33; 14, s.11-34).  
Azərbaycanın  faydalı  bitkilərin  öyrənilməsində,  akademik  A.A.  Qrossheymin  böyük 
xidmətləri  olmuşdur.  Bu  sıraya  daxil  olan  bitkilərin  hərtərəfli  öyrənilməsi  onların  faydalı  və  bəzək 
əhəmiyyətli    olması  ilə  əlaqədardır.  İlk  dəfə  olaraq  A.K.  Rollov  bu  bitkilərin    təsviri  və  istifadəsi 
barədə  məlumat  vermişdir.  A.A.  Qrossheym  isə  onların  sistematikasını  və  faydalı  xüsusiyyətlərinin 
istifadə  yollarını  ətraflı  şərh  etmişdir.  O,  regionun  bitki  ehtiyatlarını,  bir  çox  növün  əhəmiyyətli 
xüsusiyyətlərini  müəyyənləşdirmiş,  bəzək  əhəmiyyəti  olan  geofit  bitkilərin  bəzi  növlərinin 
siyahısını  tərtib  etmişdir.  Bu  siyahıda  Liliales  sırasının  bitkilərinin  özünəməxsus  yeri  vardır.  A.A. 
Qrossheym  «Qafqaz  florası»nda    Laləvər  cinsinin  9  növünü,  bir  növmüxtəlifliyini  və  3  formasını 
təsvir  etmişdir.  Burada  növ  sayı  daha  çox  verilmişdir,  çünki  müəllif  Komarovun  fikrinə  əsaslanmış 
və  yarımnövləri  növ  kimi  qeyd  etmişdir.  A.A.  Qrossheym  eyni  zamanda  burunçiçəyi  və  laləvər 
cinslərini  də  öyrənmişdir.  O,  Naxçıvan  Muxtar  Respublikası  ərazisində  bir  növ,  qozbel  burunçiçəyi 
(Rhinopetalum  gibbosum  Boiss.)  Lasinsk.  et  Vved.  olduğunu  müəyyən  etmişdir.  Laləvərin  2 
növünü  -  Fritillaria  kurdica  Boiss.  et  Noe  və  F.  caucasica  Adam.  qeyd  etmişdir.  Bu  məlumatlar 
Azərbaycan  florasında  da  öz  əksini  tapmışdır  (15,  s.  203-212;  16,  s.  65-82).  Zanbaqkimilər 
fəsiləsinin  Laləvər  cinsinin  Sarı  laləvər  (Fritillaria  lutea  Miller)  növünü  V.C.  Hacıyev  və                
S.  Musayev  tərəfindən  “Qırmızı  kitab”a  salınması  təklif  edilmişdir.  A.B.  Melnikova  və  A.M. 
Dolqix  Laləvər  cinsinin  növlərini  də  “Qırmızı  kitab”a  daxil  etmişlər  (24,  s.  225-253;  25,  s.209-235). 
R.  Əsgərova  Naxçıvan  Muxtar  Respublikası  florasından    elm  üçün  yeni  qazsoğanı  növü  vermişdir 
(10, s. 84-85). 
L.İ.  Prilipko  Naxçıvan  MR-nin  bitki  örtüyünü  öyrənmək  məqsədilə  4  ekspedisiya  təşkil 
etmişdir.  Bu  ekspeidsiyalar  zamanı  o  geofit  bitkilərdən  Allium  L.,  Tulipa  L.,  İris  L.  cinslərinə  aid 
ayrı-ayrı  növlərin  çoxalma  qaydalarını  göstərməklə,  faydalı  xüsusiyyətlərini,  bəzək  bağçılıqda 
istifadə  məqsədilə  mədəni  şəraitə  becərilməsinin  vacib  olduğunu  qeyd  etmişdir  (17,  s.  35-47).    
Q.F.  Axundov  Azərbaycan  endemiklərinin  üzərində  apardığı  tədqiqat  işlərində  geofitlərin  bir  çox 
cinslərinin  sistematikasını  öyrənməklə  bu  növlərin  təbabətdə,  yaşılaşdırmada  istifadə  yollarını  
gostərmişdir. 
Həmçinin 
bəzi 
növlərin 
Azərbaycan 
florası 
üçün 
endemik 
olduğunu 
aydınlaşdırırmışdır  (8, s.23-30). 
Süleymanova  V.N.,  Mullaxaeva  E.Z.  Fritillria  ruthenica  Wikstr.  -  Rus  laləvərinin  generativ 
orqanlarının  parametrlərinin  və  toxumun  potensial  və  real  məhsuldarlığının  ən  çox  ekoloji  şəraitdən 
asılılığını  göstəriblər.  Tədqiqatlar  zamanı  müəyyyən  etmişlər  ki,  senopopulyasiyalarda  yüksək 
toxum  məhsuldarlığı  müşahidə  olunur  ki,  bu  da  müvəffəqiyyətlə  toxumla  çoxalmanı  təmin  edir  (31, 
s.  188-190).  S.A.  Məmmədova  isə  öz  elmi  tədqiqatlarını  dağlaləsinin  6  növünün  xromosom  sayının 
müəyyənləşdirilməsinə  həsr  etmişdir.  Bunlardan  florensiya  dağlaləsi,  eyxler  dağlaləsi,  şmidt 
dağlaləsi,  yuliya  dağlaləsi  və  çoxçiçəkli  dağlaləsi  dinloid  xromosom  sayına  (2n=24),  biberşteyn 
dağlaləsi  isə  poliplad  xromosom  sayına  malikdir  (2n=48).  Müəyyən  olunub  ki,  geniş  yayılan 
dağlaləsi  növlərinin  hüceyrələrinin  toxumlarının  uzun  müddətli  saxlanılması  zamanı  xromosomların 
sponton  mutasiyası  nadir,  itməkdə  olan  dağlaləsi  növlərinin  spontan  mutasiyasından  aşağıdır.  Geniş 


- 76 - 
yayılan  çoxçiçəkli  dağlaləsi  növünün  fiziki  və  kimyəvi  tərkibi  mutagen  faktorların  təsirinə  daha 
davamlıdır  (29, s. 30-31; 30, 25 s.). 
 Son  illərdə  Liliales  sırasına  daxil  olan  bitkilər,  taksonomik  dəyişikliklər  nəzərə  alınmaqla, 
T.H.  Talıbov,  Ə.Ş.  İbrahimov,  O.V.  İbadlı,  S.C.  İbadullayeva,  Z.K.  Salayeva  tərəfindən  tədqiq 
olunmağa  başlanmış,  nəticədə  Naxçıvan  Muxtar  Ruspublikasının  flora  biomüxtəlifliyinə  yeni  cins 
və  növlər  daxil  edilmişdir  (3,  s.  35-41;  6,  s.  45-47;  9,  s.17-18;  21,  s.11-115;  22, s. 53; 23, s.65-67; 
35,  s.  124-171;  36,  s.  201-269;  37,  s.  309-  378).  Naxçıvan  Muxtar  Respublikasında  Liliales  sırasına 
daxil  olan  Zanbaqkimilər  fəsilələrinin  biomüxtəlifliyi  və  introduksiyası  son  olaraq    Z.K.  Salayeva 
tərəfindən  elmi  surətdə  ətraflı  tədqiq  edilmişdir  (1,  s.  218-219;  2,  s.  458-461;  4,  s.  125-128; 5, s. 90-
95; 7, s.108-113;).  
 
ƏDƏBİYYAT 
 
1.
 
Salayeva  Z.K.  Naxçıvan  MR-də  yayılan  (Fritillaria  L.)    cinsinin  bioekoloji                  xüsusiyyətləri 
və  introduksiyası  //Azərbayjan  Milli  Elmlər  Akademiyası  Genetik    Ehtiyatlar    İnstitutu.  Azərbayjan 
Kənd Təsərrüfatı  Nazirliyinin  Aqrar  Elm  mərkəzi  İCARDA.  I Beynəlxalq  Konfrans,  2006, s. 218 
2.
 
Salayeva  Z.K.  Naxçıvan  MR  florasında  Zanbaqçiçəklilər  (Liliaceae  Juss.)  fəsilələrinin  sistematik 
təhlili  Azərbaycan  Milli  Elmlər  Akademiyası  Botanika  İnstitutunun  elmi      əsərləri  XXVI  cild,  2006, 
səh. 458-461 
3.
 
Salayeva  Z.K.,  İbadullayeva  S.C  Naxçıvan  MR  florasında  Zanbaqkimilərin  (Liliaceae  Juus.) 
bioekoloji    xüsusiyyətləri.  Azərbaycan  Milli    Elmlər  Akademiyası,  //Xəbərlər,  Bakı,  Elm,  2007,  № 
1-2. s. 35-41 
4.
 
Salayeva  Z.K.  Naxçıvan  MR  florasında  yayılan  Tülpan  növlərinin  bitki  örtüyündə  rolu           
//Azərbaycan  Milli  Elmlər  Akademiyası  Naxçıvan  Bölməsi  Xəbərlər,  №  2.  Naxçıvan  Tusi,  2008,  s. 
125-128 
5.
 
Salayeva  Z.K.  Naxçıvan    Muxtar    Respublikası  florasında    yayılan    bəzi    Qaz    soğanı    (Gaqea 
Salibs.)  növlərinin    bitki      örtüyündə  rolu  //Azərbaycan  Milli  Elmlər  Akademiyası  Naxçıvan 
Bölməsi  Xəbərlər  Təbiət  və texniki  elmlər  seriyası  №2. Naxçıvan  Tusi,  2009, s. 90-95 
6.
 
Talıbov  T.H.,  İbrahimov  Ə.Ş.  Naxçıvan  Muxtar  Respublikası  florasının  taksonomik  spektri. 
Naxçıvan:  Əcəmi,  2008, 350 s. 
7.
 
Talıbov  T.H., Salayeva  Z.K., Zanbaqkimilər  fəsiləsi  bitkilərinin  tədrisi  metodikasına  dair. 
//Azələrbaycan  Respublikası  Təhsil  Nazirliyi  Naxçıvan  Müəllimlər  İnstitutu  «Xəbərlər»  № 3(11), 
2007, s. 108-113 
 
8.
 
Ахундов  Г.Ф.  Материалы  к  познанию  эндемизма  флоры высших растений Азербайджана 
(сообщ.  1). Изв. АН Азерб. ССР, сер. биол. наук, 1965, №6, с. 23-30. 
9.
 
Агамиров У.М., Ибадов О.В. Дикорастущие тюльпаны Апшерона, ж. Цветовод., 1972, №8, 
с. 17-18.  
10.
 
Аскерова Р.Г. Новый вид рода  Gageae (Liliaceae)  из Азербайджана                           // 
Ботанический журнал. Л.:  Наука,  1977, т. 82, №11, с. 84-85. 
11.
 
Ахвердов  А.А.,  Мирзоева  Н.В.  Опыт  сбора  хранения  и  посадки  дикорастуших 
травянистых растений в Ботаническом Саду. Бюлл. БС, АН Груз.  ССР, 1949, вып. 8, с. 37-45. 
12.
 
Бочансева  З.П.  Тюльпаны:  морфология,  цитология  и  биология.  Ташкент,  АН  Узб.  ССР, 
1962, 406 с. 
13.
 
Гейдман Т.С., Ковальская – Ильина П.В. К вопросу о декоративной ксерофильной флоре 
Азербайджана //Сб. науч. тр. Аз. АЗФАН, сек. ботаники, Баку,  1934, с.26–55. 
14.
 
Гроссгейм  А.А.  Краткий  очерк  растительного  покрова  Азербайджана  /  Материаллы  по 
райанированию Азерб. ССР, Баку, 1926, с. 1-34. 
15.
 
Гроссгейм А.А. Анализ флоры Кавказа //Тр.  ин-та, Аз. ФАН СССР, 1936, т. 1, 257 с. 
16.
 
Гроссгейм А.А. Растительные ресурсы Кавказа, Баку,  АН Азерб.  ССР, 1946, 671 с. 
17.
 
Прилипко Л.И. Растительные отношения в Нахичеванской АССР. Аз. ФАН, 1939,   196 с. 
18.
 
Данилевич  В.Г.  //  К  интродукции  и  охране  видов  рода  Gagea  Salisb.  (Liliaceae)  юга 
России.  Роль  ботанических  садов  в  сохранении  биоразнообразия:  Материалы 




Dostları ilə paylaş:
1   ...   33   34   35   36   37   38   39   40   ...   86


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2017
rəhbərliyinə müraciət

    Ana səhifə