TəBİƏt elmləRİ VƏ Tİbb seriyasi series of natural sciences and mediCİNE



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə4/86
tarix10.11.2017
ölçüsü5,01 Kb.
#9622
1   2   3   4   5   6   7   8   9   ...   86

- 10 - 
ABSTRACT 
 
                                      Akif Mardanli,  Farman  Khudaverdiev,  Tofig  Aliev 
  
Butterflies were harmful  to fruit  trees of Sharur  region of Nakhchivan  AR and  their  major 
natural  enemies 
The  main  requirements  of  modern  time  as  prevention  of  environmental  pollution,  for 
environmentally  friendly  products  the  integration  preference  and  biological  measures  to  vermin  the 
use of  more  effective  measures  to combat  pests and insects. 
 
РЕЗЮМЕ 
 
Акиф Марданлы, Фарман Худавердиев, Тофиг Алиев  
 
Бабочки  наносящихся  вреди фруктовых деревьев Шарурского района 
Нахчыванской АР  и их главные природные враги 
Основные  требования  современной    времени,  как    предотвращения    загрязнения  
окружащей  среды,  для  получения  экологического  чистого продукция отдается предпочтение 
интегрирных  и  биологических  мерам  борьбы  с  использованием  более  эффективных  меры 
борьбы против вредительям  и насекомам.  
 
 
 
 
 
 
 
 
 
NDU-nun  Elmi  Şurasının  28  aprel  2015-ci  il  tarixli  qərarı  ilə  çapa  tövsiyə 
olunmuşdur  (protokol  № 09) 
         Məqaləni  çapa təqdim  etdi:  Biologiya  üzrə fəlsəfə doktoru, dosent  
M.Piriyev
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 


- 11 - 
НАХЧЫВАН  ДЮВЛЯТ   УНИВЕРСИТ ЕТ И.  ЕЛМИ  ЯСЯРЛЯР,  2015,  № 3 (68) 
 
NAKHCHIVAN ST AT E UNIVERSIT Y
.
  С ЖЫЕНТЫФЫЖ  WО РКС ,  2015,  № 3 (68) 
 
НАХЧЫВАНСКИЙ  ГОСУДАРСТ ВЕННЫЙ  УНИВЕРСИТ ЕТ .  НАУЧНЫЕ  ТРУДЫ,  2015,  № 3 (68) 
 
MUSA PİRİYEV                                                                                            
Naxçıvan Dövlət Universiteti  
  musa-piriyev@rambler.ru 
UOT.635.91                          
 
NAXÇIVAN  MUXTAR RESPUBLİKASINDA  YAYILMIŞ  QOZ  CİNSİNİN NÖV TƏRKİBİ, 
TƏSƏRRÜFAT 
XÜSUSİYYƏTLƏRİ  VƏ YAŞILLAŞDIRMADA  İSTİFADƏ  EDİLMƏSİ
 
 
 
Açar  sözlər: Növ, sort, meyvə, yaşıllaşdırma, Juglans L, regia L,  nigra L.  sericea L.   
 
Keywords:  species, variety, fruit, gardening Juglans L, regia L, nigra L. sericea L 
 
Ключевые слова: вид, сорт, фрукт, озеленение, Juglans L, regia L, nigra L. sericea L.  
 
 
  Qoz-  Juglans  L.  Qozkimilər      fəsiləsinə  daxil  olan  mühüm  cinslərdən  biridir.  Bu  cinsin  yer 
kürəsində  40-a  qədər    müxtəlif  növü  vardır.  Azərbaycanda  2  növü.  J.  regia  L.  və  J.  nigra  L.  əkilib 
yetişdirilir.  Bunlardan  başqa  tədqiqat  bazalarında  J.  manshurica  L.,  J.  civerea  L.,  J.  sieboldina 
maxim.  növləri  də  intraduksiya  olunaraq  becərilir.  Naxçıvan  Muxtar  Respublikasında  isə  J.  regia 
L.,  J.  nigra  L.  və  J.  sericea  L.  növlərinə  təsadüf  edilir.      Respublikanın  hər  yerində    J. regia L.  növü 
əkilib  becərilir  və  hətta  yabanılaşmış  bitkilərə  də  rast  gəlinir.  Qara  və  boz  qoz  isə  intraduksiya 
edilərək    AMEA-nın  Naxçıvan  bölməsinin  Bioresuslar  İnstitunun  Nəbatət  bağında  əkilmişdir. 
Naxçıvan  Muxtar  Respublikasında  Yunan  (J.  regia  L.)      qozu  növünün  1000-dən  çox  forma 
müxtəlifliyi  vardır  ki,  onlardan  300-400  forma  yüksək  keyfiyyət  göstəricilərinə  malikdir.  Qoz 
heteroziqot  orqanizm  olduğundan    çarpaz  tozlanır.  Birevli  bitki  olmasına  baxmayaraq  əksər 
sortlarda    erkək  və    dişi  çiçəklər  eyni  vaxtda  açmadığından  öz-özünü  tozlaya  bilmir.  Buna  görə  də 
normal  tozlanma  getsin  deyə,    hər  bir  sortun  öz  tozlayıcısını  birgə  əkmək  tövsiyə  olunur.  Hər  sort  - 
formanın  bir,  təsadüfi  halda  iki  tozlayıcısı  olur.  Tozlayıcı  düzgün  seçilmədikdə    məhsuldarlıq  aşağı 
düşür,    məhsulun    keyfiyyəti    pisləşir  lakin  bəzi  sort  formalar  vardır  ki,    dişicikli  və  erkəkcikli 
çiçəklərin  yetişməsi  eyni  vaxtda  təsadüf  edillir  ki,  bu  zaman    öz  özünə  tozlanma  baş  verdiyindən 
məhsuldarlıq  yüksək  olur.    Bu  bitki  torpağa  çox  da  tələbkar  deyil.  Bəzən  başqa  bitkilərin  bitə 
bilmədiyi  daşlı-qumlu  torpaqlarda,  qayaların  üzərində,  çay  və  bulaq  kənarlarında  bitir.  Muxtar 
respublikada  qoz  ağacı  ən  çox  Ordubad  rayonunda    müşahidə  olunur.  Bu  rayonun  elə  bir  yaşayış 
məskəni  və  elə  bir  su  hovzəsi  yoxdur  ki,  ata-  babalarımız    orada    bir  neçə  qoz  ağacı  əkməsin.  Qədim 
xalq  seleksiyaçıları  bu  rayonda    qozun  yüzlərlə  keyfiyyətli  sortlarını  yaratmış  və  onları  son  günlərə 
qədər  qoruyub  saxlamışdırlar.  Ordubad  rayonunda  300-400  illik  və  normal  məhsul  verən  nəhəng 
çətirli    qoz  ağacları  vardır  ki,  bunlar  adətən  bulaq,  kəhriz,  çay  və  digər  su  hövzələri  yaxınlığında 
əkilmişdir.  Rayonun  Biləv,  Bist,  Nəsirvaz,  Çənnəb,  Məzrə,  Vənənd,  Dırnıs,  Nüs-Nüs,  Gənzə,  
Kotam  və.s    kəndlərinin    ərazilərində  qoz  ağacları  daha  çox  yayılmışdır.  O  cümlədən  Culfa 
rayonunun  Əlincə  çayı  boyunca,  Babək    rayonunun  Buzqoz,  Payız  ,  Kəngərli  rayonunun 
Çalxanqala,  Şahbuz  rayonunun  Kükü,  Külüs,  Kolanı,  Keçili,  Şahbuz  kənd,    Şərur  rayonunun  Havuş, 
Cağazir  və digər  yaşayış  məntəqələrində   qoz ağacları  daha  çoxdur. 
      
Muxtar  respublikada  qozçuluğun  tarixi  çox  qədimdir.  Hətta  Ordubad  rayonunun  Xaraba 
Gilan  qazıntıları  zamanı    aşkar  edilmişdir  ki,  eramızdan  əvvəl  bu    ərazidə  yerli  əhalinin  əsas 
məşğuliyyəti  qozçuluq  olmuşdur.  Burada  tapılan  nümunələrin    əksəriyyəti    “kağızı”  sortlar 
olduğunu  göstərir.    
  
Bu  bitki  muxtar  respublikanın      dəniz  səviyyəsindən  1200-1500  m  hündürlükdə  daha  geniş 
yayılmışdır.  Yaşlı  adamlar  və  ədəbiyyat  mənbələrindən  toplanmış  məlumatlara  görə  vaxtı  ilə 
respublikamızın  Payız,  Xal-Xal,  Şahbuz  Kənd,  Kolanı,  Biçənək,  Ələkli,  Nəsirvaz  və  digər  kənd 
ərazilərində  qoz  meşələri  olmuş,  zaman-zaman  baxımsızlıq  üzündən  kökü    kəsilmişdir.    Bunların 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   86




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə