TəBİƏt elmləRİ VƏ Tİbb seriyasi series of natural sciences and mediCİNE



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə42/86
tarix10.11.2017
ölçüsü5,01 Kb.
#9622
1   ...   38   39   40   41   42   43   44   45   ...   86

- 86 - 
sistemlərinin  hal  diaqramlarının  solidusunun  sol  hissəsi  α-bərk  məhlul  +S₁+Ga(İn)Te  fazalarından, 
sağ  hissəsi  isə  Ge+S₁+Ga(İn)Te  fazalarından  ibarətdir.  Hər  iki  diaqramda  üçfazalı  sahə  α-bərk 
məhlul  sahəsindən  ensiz  ikifazalı  sahə ilə  (α+B
III
Te)  ayrılmışdır. 
Ga
₂Te₃-Ge    və  İn₂Te₃-Ge  sistemlərinin  qurulan  faza  diaqramlarında  fiziki-kimyəvi  analizin  iki 
əsas  prinsipi  (uyğunluq  və  arasıkəsilməzlik  prinsipləri),  həmçinin  həmin  prinsiplərdən  çıxan 
mühüm  nəticə  (bir-birilə  qonşu  olan  sahələrdə  fazalar  sayı  arasındakı  fərqin  vahiddən  çox 
olmaması)  tam  ödənilir. 
ƏDƏBİYYAT 
 
1.В.М.Кошкин,  Л.П.Гальчинецкий, В.Н.Кулик  и др. Монокристаллы и техника. Харьков: 
ВНИИ  монокристаллов, 1974, вып.1(10), с.144 
2.Я.Н.Бабаев. Особенности фазообразования  в системах  A
III
2
Te
₃-B
IV
.  Химия и химическая 
технология, 2004, Т.47, вып. 1,с.70-72 
3.Твёрдые растворы в полупроводниковых системах. Справочник. М.:Наука,  1987, 157 с. 
4.М.И.Заргарова, К.Ш.Кахраманов, А.А.Магерамов  и др. Физико-химические  основы 
выбора контактных материалов. Баку:  Элм, 1990, 168 с. 
 
 
 
 
ABSTRACT 
Yasin  Babayev 
Mutual  effektive features of gallium  (indium)sescuitellurid-germanium  systems 
 
The  article  studies  the  interphases  mutual  effektive  features  in  the  Ga
₂Te₃(İn₂Te₃)-Ge   
systems  and deals  with  the  formation  of incongurent  melting  A
III
2
GeTe
3
 there combinations  in  the 
equimolyar  ratio  of  components.   
 
РЕЗЮМЕ 
                                                                                                     Ясин Бабаев 
Особенности межфазных взаимодействий в системах сесквителлурид галлия (индия)-
германий 
Анализировано межфазное  взаимодействие в системах  Ga₂Te₃(  İn₂Te₃)-  Ge, показано 
образование тройных соединений A
III
2
GeTe
₃  с инконгруэнтным плавлением при 
эквимолярном соотношении компонентов. 
 
 
 
NDU-nun  Elmi  Şurasının  28  aprel  2015-ci  il  tarixli  qərarı  ilə  çapa  tövsiyə 
olunmuşdur  (protokol  № 09) 
         
 
 
 
 
 
 
 
 
 
 
 


- 87 - 
НАХЧЫВАН  ДЮВЛЯТ   УНИВЕРСИТ ЕТ И.  ЕЛМИ  ЯСЯРЛЯР,  2015,  № 3 (68) 
 
NAKHCHIVAN ST AT E UNIVERSIT Y
.
  С ЖЫЕНТЫФЫЖ  WО РКС ,  2015,  № 3 (68) 
 
НАХЧЫВАНСКИЙ  ГОСУДАРСТ ВЕННЫЙ  УНИВЕРСИТ ЕТ .  НАУЧНЫЕ  ТРУДЫ,  2015,  № 3 (68) 
 
MİRNAZİM SEYİDOV 
mnazimseyid@gmail.ru 
AKİF  ƏLİYEV 
Naxçıvan Dövlət Universiteti 
UOT:  665:63×59 
NEFTİN MƏNŞƏYİNİN TƏDRİSİNƏ DAİR 
 
 
Açar  sözlər: neft, yağ, kerosin, benzin, asfalt 
 
Key words:  petrol, oil, kerosine, asphalt 
 
Ключевые слова: нефть, масло смазочное, керосин, бензин, асфальт 
 
 
Neft,  neft  məhsulları  və  təbii  qazın  xassələri,  onların  ayrılması  və  tətbiq  üsulları,  neft  və 
qazın  tərkibinə  daxil  olan  komponentlərin  xassələri,  onlar  əsasında  sənaye  əhəmiyyətli  sintezlər, 
emal  zamanı  alınan  doymamış  birləşmələr  və  onların  mühüm  kimyəvi  çevrilmələri,  səthi-aktiv 
maddələrin  alınması  və  xassələrinin  şərh  olunması,  həmçinin  əsas  növ  yanacaq  və  sürtkü  yağlarının 
tərkibi  və  istismar  xassələri  haqqında  tələbələrə  ətraflı  məlumat  vermək  üçün  birinci  növbədə  neftin 
mənşəyi  haqqında  aşağıdakı  məlumatlar  onlara  geniş  izah  edilməlidir  [1- 6]. 
 
Bu 
məqsədlə 
müəllim  qeyd  etməlidir  ki,  insan  cəmiyyətinin  inkişafının  başlanğıc 
mərhələsində,  hələ  istehsal  vasitələrinin  mövcud  olmadığı  dövrdə  insanlar  öz  tələbatlarını  təmin 
etmək  üçün  asan  tapılan  təbii  məhsullardan,  o  cümlədən  neft  və  asfaltdan  (dağ  qatranı)  istifadə 
etməyə  başlamışlar. 
 
Neftin  mənşəyi  haqqında  müasir  təsəvvürlər  XVIII  əsrdə  və  XIX  əsrin  əvvəllərində 
yaranmışdır.  1757-ci  ildə  M.V.Lomonosov  neftin  üzvi  mənşəli  olması  haqqında  hipotezin  əsasını 
qoydu.  Onun  fikrincə  «yeraltı  alovun»  «daşlaşmış  kömürə»  təsiri  nəticəsində  asfaltlar,  neftlər  və 
«daş  yağlar»  əmələ  gəlir.  Neftin  mineral  mənşəli  olması  fikrini  isə  ilk  dəfə  1805-ci  ildə  A.Qumbolt 
irəli  sürmüşdür.   
 
Kimya  elminin 
inkişafı  və  eləcə  də  qeyri-üzvi  maddələrdən  karbohidrogenlərin  sintezi,  neftin 
mineral  mənşəyi  haqqında  olan  fərziyyələrin  inkişafına  səbəb oldu. 
 
Məşhur  kimyaçı  D.İ.Mendeleyev  1867-ci  ilə  qədər  neftin  üzvi  mənşəli  olmasının  tərəfdarı  olsa 
da  o,  təxminən  10  il  sonra  neftin  mineral  mənşəyi  haqqında  hipotezini  irəli  sürdü.  Onun  fikrincə,  neft 
yüksək  temperaturda  yerin  dərin  qatlarındakı  metal  karbidlərin  su  ilə  qarşılıqlı  təsiri  nəticəsində  əmələ 
gəlir  [1- 4].  
Ötən  əsrdə  neftin  mənşəyi  haqqında  müxtəlif  fikirlər  söylənilsə  də  hazırda  isə  onun  üzvü 
mənşəli  olması  daha  əsaslı  sayılır.  Bununla  yanaşı,  neftin  mineral  mənşəli  olması  hipotezinə  üstünlük 
verən  tədqiqatçılara  da  rast  gəlmək  olur.  Neft  karbohidrogenlərinin  və  heteroatomlu  birləşmələrin 
yüksək  temperaturlarda  C,  H
2
,CO,CO
2
,CH
4
,  H
2
O  kimi  ilkin  sadə  maddələrdən  və  radikallardan  sintezi, 
sintez  məhsullarının  yerin  dərin  qatlarındakı  süxurları  ilə  qarşılıqlı  təsirindən  alınması  kimi  təsəvvürlər, 
neftin  mineral  mənşəli  olmasının  tərəfdarlarının  eyni  fikirə  gəlməsinə  səbəb olmuşdur. 
Yuxarıda  qeyd  etdiyimiz  kimi  D.İ.Mendeleyevin  fikrincə  karbohidrogenlərin  əsas  əmələgəlmə 
prosesi  yerin  dərin  qatlarındakı  süxurlarda  olan  metal-karbidlərin  su  ilə  qaşılıqlı  təsiri  nəticəsində  baş 
verir.  Alınmış  karbohidrogenlər  yerdə  olan  çatlarla  yuxarı  qatlara  miqrasiya  edərək  çöküntü  süxurların 
məsamələrinə  toplanır.  Onların  alınması  aşağıdakı  kimi  təsəvvür olunur. 
 
2FeC + 3H
2


 Fe
2
O
3
 + C
2
H
6
 
yaxud  ümumi  şəkildə 
MC
m
 + mH
2


 MO
m
 + (CH
2
)
 m
 
 
Yerin  aşağı  qatlarında  bir  sıra  metalların  karbitlərinin  (Fe
3
C,  TiC,  Cr
2
C
3
,  SiC)  tapılması 
Mendeleyevin  metal-karbidlərlə  əlaqədar  fikrini  təsdiqlədi.  Lakin  yerin  dərin  qatlarında  onların 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   38   39   40   41   42   43   44   45   ...   86




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə