TəBİƏt elmləRİ VƏ Tİbb seriyasi series of natural sciences and mediCİNE



Yüklə 5,01 Kb.

səhifə43/86
tarix10.11.2017
ölçüsü5,01 Kb.
1   ...   39   40   41   42   43   44   45   46   ...   86

- 88 - 
miqdarının  çox  az  olması  və  bu  yolla  külli  miqdarda  neft  karbohidrogenlərinin  əmələ  gəlməsi  isə 
həqiqətə  uyğun  gəlmir.   
N.A.Sokolovun  neftin  kosmik  mənşəyi  haqqındakı  hipotezi  haqqında  məlumat  vermək  məqsədi 
ilə  müəllim  qeyd  edir  ki,  1892-ci  ildə  N.A.Sokolov  özünün  neftin  kosmik  mənşəyi  haqqında  hipotezini 
irəli 
sürmüşdür. 
Hipotezin 
mahiyyəti 
yerin 
kosmik 
formalaşmasının 
ilkin 
mərhələsində 
karbohidrogenlərin  sadə  maddələrdən  əmələ  gəlməsindən  ibarətdir.  O,  belə  güman  etmişdir  ki,  əmələ 
gəlmiş  karbohidrogenlər  əvvəlcə  qaz  halında  olur,  sonradan  yerin  formalaşması  zamanı  həmin  qaz 
qarışığı  soyuyaraq  süxurlar  tərəfindən  udulur.  Karbohidrogenler  yerin  soyumuş  maqmatik  süxurlarından 
ayrılaraq  yerin  daha  yuxarı  qatlarında  toplanır.  Kometaların  quyruqlarında  hidrogen  və  karbonun,  eləcə 
də meteoritlərdə  karbohidrogenlərin  olması  faktı  bu hipotezin  əsasını  təşkil  edir [1- 3]. 
XX  əsrin  birinci  yarısında  neftin  mineral  mənşəli  olması  hipotezi  öz  əhəmiyyətini  itirdi.  Onun 
üzvi  mənşəli  olmasına  üstünlük  verildi.  Əsasən bu istiqamətdə  tədqiqatlar  aparılmağa  başlandı. 
Lakin  1950-ci  ildən  neftin  mineral  mənşəli  olması  hipotezinə  yenidən  maraq  artmağa  başladı. 
Buna  səbəb  isə  çox  ehtimal  ki,  neftin  üzvi  mənşəli  olması  konsepsiyasına  lazımi  səviyyədə  aydınlığın 
gətirilməməsi  səbəb olmuşdur. 
O  dövrdə  N.Kudryavtsevin  təsəvvürləri  daha  geniş  yayılmışdır.  Onun  fikrincə  neft  və  qaz  yerin 
dərin  qatlarında  H
2
,  CO,  CO
2
  və  CH
4
  qaz  qarışığından,  eləcə  də  CH
2
  (metilen  rad)  və  CH
3
  (metil  rad) 
kimi  radikalların  polimerləşmə  reaksiyalarından  alınır. 
Neftin  mineral  mənşəli  olmasını  isbat  edən  tutarlı  arqumentlərin  olmamasını  aydınlaşdırmaq 
məqsədi  ilə  müəllim  qeyd  edir  ki,  neftin  mineral  mənşəli  olması  tərəfdarlarının  bir  sıra  arqumentləri 
termodinamik  hesablamalara  əsaslanmışdır.  Yüksək  temperaturlarda  aparılan  sintezlərdə,  qarışıqda 
termodinamiki  tarazlığın  yaranması  nəzərə  alınaraq,  karbohidrogenlərin  bəzi  izomerlərinin  nisbətlərinə 
əsasən  neftin  əmələgəlmə  temperaturunu  təyin  etməyə  səy  göstərilmişdir.  Nəticədə  neftin  hesablanmış 
əmələgəlmə  temperaturunun  450-900
0
C  olması,  bu  temperaturun  isə  yerin  yuxarı  mantiya  qatının  100-
160  km  dərinliyində  olan  temperatura  uyğun  gəlməsi  nəticəsinə  gəlinmişdir.  Lakin  həmin  neftdə  digər 
izomer  cütlərinə  əsasən  aparılmış  hesablamalardan  isə  başqa  nəticələr  (-100
0
C-dən  20.000
0
C-yə  qədər) 
alınmışdır.  Bu  da  yer  qabığı  və  mantiya  şəraitində  real  olmayan  göstəricilərdir.  Hazırda  isə  müəyyən 
olunmuşdur  ki,  neft karbohidrogenlərinin  izomerləri  arasında  tarazlıq  sistemi  yoxdur. 
Əslində  yerin  dərin  qatlarında  C  və  H
2
  hesabına  metan  və  onun  homoloqlarının  və  həmçinin  bəzi 
yüksək  molekullu  birləşmələrin  alınması  mümkündür.  Ancaq  tərkibcə  çox  mürəkkəb  sistem 
(karbohidrogenlər  və  heteroatomlu  birləşmələr)  olan  təbii  optik  aktiv  neftin  mineral  sintezini  birmənalı 
sübut  edən  lazımi  qədər  nə  nəzəri,  nə  də  ki  təcrübi  nəticələr  yoxdur.  Bununla  yanaşı  neftin  tərkibi 
orqanizmlərdəki  üzvi  mənşəli  maddələr  və  çöküntü  süxurlarında  olan  bioüzvi  maddələrlə  bir  çox 
əlamətlərinə  görə  molekulyar  və  izotop  səviyyədə  oxşardılar.  Neftin  üzvi  mənşəli  olmasını  izah  edən 
arqumentlərin  meydana  çıxmasına  səbəb  olan  təcrübələrin  mahiyyətini  izah  etmək  üçün  müəllim  qeyd 
etməlidir  ki,  neftin  üzvi  mənşəyi  ilə  əlaqədar  bir  çox  alimlər  tədqiqat  işləri  aparmışlar.  1888-ci  ildə 
Enqler  balıq  (siyənək)  yağının  distilləsindən  qəhvəyi  rəngli  yağ,  yanar  qaz  və  su  almışdır.  Yağın  yüngül 
fraksiyası  C
5
-dən  C
9
-a  kimi  karbohidrogenlərdən,  300
0
C-dən  yuxarı  temperaturda    qaynayan  
fraksiyaları  isə  parafin,  naften,  aromatik  və  olefin  karbohidrogenlərindən  ibarət  olmuşdur.  Bununla 
neftin  əmələ gəlməsinin  canlı  mənşəli  olması  hipotezi  yaranmışdır  [1- 4]. 
1919-cu  ildə  Zelinski  bütövlükdə  bitki  materiallarından  (yüksək  miqdarda  lipid  saxlayan 
plankton  yosunlarının  qalıqları)  ibarət  göl  sopropel  lilini  distillə  etmişdir.  Bu  zaman  koks,  qatran,  qaz  və 
pirogenetik  su  alınmışdır.  Alınan  qaz  –  CH
4
,  CO
2
,  H
2
  və  H
2
S-dən,  qatran  isə  benzin,  kerosin  və  daha 
ağır  qatran  maddələrdən  ibarət  olmuşdur.  Benzinin  tərkibində  parafinlər,  naftenlər,  aromatiklərin 
olması,  kerosində  isə  tsiklik  parafinlərin  üstünlük  təşkil  etməsi  müəyyən  edilmişdir.  Alınan 
karbohidrogen  qarışığı  təkcə təbii  neftə yaxın,  ağır fraksiyalar  isə optik  aktivliyə  malik  olmuşdur. 
Optik  aktivlik  -  üzvi  mənşəli  maddələr,  onların  çevrilmələri  və  təbii  neftlər  üçün  ən  vacib 
ümumi  göstəricilərdən  biri  hesab  olunur.  Karbohidrogenlərin  mineral  sintezi  zamanı  optik  aktivliyə 
malik  olmayan  qarışıq  alınır.  Yəni,  bu  qarışıqda  sağa  və  sola  fırlanan  molekulların  miqdarı  bərabər  olur. 
Bütün  canlı  aləm  üçün  isə  əksinə,  güzgü  asimmetriyası  xarakterikdir:  bütün  biogen  amin  turşular  -  sol  , 
şəkərlər  -  sağ  güzgü  izomerləridir.  Üzvi  maddələrin  optik  asimmetrik  olması  onların  canlı  aləmdən 
əmələ  gəlməsini  deməyə  əsas  verir.  Bu  baxımdan  optik  aktivliyə  malik  neft  mineral  sintezin  məhsulu 
deyil  . 
Plankton  yosunlarından  olan  (su  bitkisi)  üzvi  maddələrin  distilləsi  zamanı  neftəbənzər  optik 
aktiv  məhsulun  alınması  neftin  bitki  mənşəli  olması  hipotezinin  əsasını  qoymuşdur.  Geoloji  tədqiqatlar 




Dostları ilə paylaş:
1   ...   39   40   41   42   43   44   45   46   ...   86


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə